Məhkəmə qərarları › İş №2(005)-590/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-590/2023

10.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-590/2023 10.01.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ VəHakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X2, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X10 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, mərhum X10 onun qardaşı idi. Belə ki, onlar ana bir, ata ayrı qardaşdırlar. Mərhum qardaşı X10 27 avqust 2011-ci il tarixində Sabunçu rayon 3 saylı xəstəxanasında vəfat etmişdir. Ailənin bütün çətinlikləri onun üzərində olduğundan səhlənkarlıq etmiş və mərhum qardaşı X6 ölüm şəhadətnaməsini əldə edə bilməmişdir. Hal-hazırda Bakı şəhəri, Nərimanov Rayon Qeydiyyat şöbəsinə müraciət etmiş və ölüm haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. Göstərilənlərin nəzərə alınmasını və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərinə uyğun şəkildə izahat verərək, ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Nərimanov Rayon Qeydiyyat şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış məktubda işə nümayəndələrinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirakı Ərizəçi tərəfindən təmin edilmiş şahid X7 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, ərizəçinin qardaşıdır, ərizəçinin və onun qardaşı X10 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. Mərhumun hüzr və dəfn mərasimində iştirak etmişdir. Məhkəmə iclasında iştirakı Ərizəçi tərəfindən təyin edilmiş şahid X8 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, ərizəçinin həyat yoldaşıdır, ərizəçinin qardaşı X10 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. Mərhumun hüzr mərasimində iştirak etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: AZE seriyalı, ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi ünvan 2 ünvanda qeydiyyatdadır. Bakı Şəhər Yasamal Rayon VVADQ şöbəsinin verdiyi doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxxxx 1981-ci il tarixdə doğulmuşdur. X1, anası X5r. 1 saylı Bakı “Asan Xidmət” X3 04 iyul 2022-ci il tarixli, məktubundan görünür ki, Ərizəçi ərizəsinə cavab olaraq ölüm barədə həkim arayışı olmadığından ölüm haqqında qeydiyyatın aparılmasından imtina edilmiş və məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür; Tərtər rayon Qaynaq Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 26 saylı arayışın məzmunundan görünür ki, X10, Tərtər rayonu, Qaynaq kənd qəbirstanlığında xx.xx.2011-ci il tarixində dəfn olunmuşdur. Bakı şəhər Nərimanov Rayon VVADQ şöbəsinin AZ-İ seriyalı, 150646 saylı Ölüm haqqında şəhadətnaməsinə əsasən X9 xx.xx.2002-ci il tarixdə vəfat etmişdir. xx.xx.2022-ci il tarixli ödəniş qəbzinə əsasən Ərizəçi məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, 27 avqust 2011-ci il tarixdə Azərbaycan Respublikasında anadan olmuş X10 Ərizəçi qardaşıdır. Ərizəçi ünvan 2 ünvanda qeydiyyatdadır. X10 27 avqust 2011-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Nərimanov rayon Qeydiyyat şöbəsi ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün akt qeydinin aparılmasından imtina etmişdir. Ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir. Həmin sənədin alınması ərizəçiyə X6 ölümündən sonra bir sıra hüquqi məsələlərin həll edilməsi üçün lazımdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.1977-ci il tarixdə Azərbaycan Respublikasında anadan olmuş X6 xx.xx.2011-ci il tarixdə Bakı şəhərində ölməsi faktı məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edildiyindən ərizə təmin edilməlidir. məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu tələb edilmədiyindən Ərizəçi aid edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1977-ci il tarixdə Azərbaycan Respublikasında anadan olan X6 xx.xx.2011-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Ölüm haqqında şəhadətnamənin verilməsi vəzifəsi Nərimanov rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar