Məhkəmə qərarları › İş №2(005)-60/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-60/2021

30.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-60/2021 30.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi ilə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı xxxx” ASC-nin nümayəndəsi X3 və Cavabdeh4 iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 Gündüz oğlu, Cavabdeh3 MTK və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, cavabdehlərin mənzilə istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılmaları tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 Gündüz oğlu, Cavabdeh3 MTK və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, cavabdehlərin mənzilə istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılmaları tələbinə dair iddia ərizəsi və sonradan isə iddia ərizəsinə dəqiqləşmə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Gündüz oğlundan və Cavabdeh3 MTK-dan iddiaçı “xxxx” ASC-nin xeyrinə müştərək qaydada 88925.66 manat əsas, 22729.33 manat faiz, 106908.93 manat cərimə borcu olmaqla cəmi 218563.92 manat borcun tutulması; ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişin DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində qeydiyyata alınmasına dair 20.71 manat dövlət rüsumu və 10.65 manat xidmət haqqının cavabdehlərdən tutulması; cavabdehlər Cavabdeh1 və Cavabdeh4 ipotekaya qoyulmuş Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 194, M 14, m3 ünvanında yerləşən ümümi sahəsi 92.4 kv/m olan mənzildən istifadə hüquqlarına xitam verilməklə çıxarılması; “xxxx" ASC-yə ipotekaya qoyulmuş Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 194, M 14, m3 ünvanında yerləşən ümümi sahəsi 92.4 kv/m olan mənzil ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması və əldə olunmuş vəsaitin Cavabdeh1 Banka olan kredit borcunun ödənilməsinə yönəldilməsi; satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən tutularaq iddiaçı «xxxx» ASC-yə ödənilməsi; ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx” ASC-nin Abşeron filialı ilə X2 arasında bağlanmış 60-05-10-2017-ME-FE nömrəli 05.10.2017-ci il tarixli kredit müqaviləsinə və kredit müqaviləsinin təminatı kimi bankla Cavabdeh2 və Cavabdeh3 MTK arasında 05.10.2017- ci il tarixli, 60-05-10-2017-ME- FE saylı zaminlik müqaviləsi əsasən X1 illik 10 faiz olmaqla, 67 ay müddətinə 98000 manat məbləğində kredit verilmişdir. Əsas kredit müqaviləsinə əlavə və dəyişiklərin edilməsi haqqında 13.02.2018- ci il tarixli Əlavə imzalanmışdır. Zaminlik müqaviləsinin 2.2-ci maddəsinə əsasən borclu qeyd olunan kredit müqaviləsi üzrə öhdəliyi tamamilə və ya hissə-hissə icra etmədikdə zamin kreditor qarşısında kredit məbləğinin, hesablanacaq faizlərin, dəbbə pulunun, icranın gecikdirilməsi və vurulmuş zərərin ödəniməsi üçün məsuliyyət daşıyır.Həmçinin kredit müqaviləsinin təminatı kimi bankla X2 arasında Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 194, M 14. m3 ünvanında yerləşən ümümi sahəsi 92.4 kv/m olan mənzil (Seriya RX, № 1310118, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: 11.06.2018) ipotekaya qoyulması barədə 02.05.2018-ci il tarixli ipoteka müqaviləsi bağlanılmış və müvafiq mənzil "xxxx” ASC-nin Abşeron filialının xeyrinə yüklü edilmişdir. Cavabdeh1 kredit vəsaitindən istifadə etmiş, müqavilənin şərtlərini pozmuş, kredit üzrə əsas borcu və faizləri vaxtında və lazımi qaydada ödəməmişdir. Cavabdehlərin 08.08.2019-cu il tarixinə Banka 88925.66 manat əsas, 8945.85 manat faiz, 17738.47 manat cərimə borcu olmaqla cəmi 115609.98 manat borcu mövcuddur. Məhkəmə iclasında İddiaçı xxxx” ASC-nin nümayəndəsi X5 iddia tələbini müdafiə edərək iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh4 məhkəmə iclasında iddia tələbini qismən qəbul etdiyini bildirdi. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş və gəlməmənin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 05.10.2017-cı il tarixli, 60-05-10-2017-ME-FE №-li kredit müqaviləsinin məzmunundan görünür ki, «xxxx» Açıq Səhmdar Cəmiyyəti ilə arasında illik 10 faiz ödənilməsi şərti ilə 67 ay müddətinə 98000 manat məbləğində pulun kredit verilməsinə dair müqavilə bağlanmışdır. İş materiallarında olan ödəniş cədvəlindən müəyyən olunur ki, Cavabdeh1 60-05-10- 2017-ME-FE №-li kredit müqaviləsinə əsasən hər ay 1914.80 manat olmaqla son ay üçün 1910.62 manat ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 02 may 2018-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, kredit müqaviləsinin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, ev 15 A, mənzil 44 banka girov qoyulmuşdur. İş materiallarında olan 60-05-10-2017-ME-FE saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 zamin qismində «xxxx» Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh1 ilə müqavilə bağlayaraq, 05.10.2017-cı il tarixli, 60-05-10-2017-ME-FE №-li kredit müqaviləsinə əsasən 98000 manat mələbəğində 67 ay müddətinə ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi zamin borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə Kreditor qarşısında cavabdehlik daşımağı və borcun özünün malik olduğu pul vəsaitləri,daşınar və daşınmaz əmlakı və s. hesabına ödənilməsini öhdəsinə götürür. İş materiallarında olan 03.07.2019-cu il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehə borc məbləğini ödəmək təklif edilmiş, əks təqdirdə borcun qaytarılması ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* nömrəli çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 194, M14, m.3 Cavabdeh1 adına 10.04.2018-cı il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Yasamal rayon Qeydiyyat şöbəsinin 27.03.1997-ci tarixli 32718 №-li nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 27.03.1997-ci il tarixdə Cavabdeh4 ilə nikaha daxil olmuşdur. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə 08.08.2019-cu il tarixədək 88925,66 manat əsas borcu, 8945,85 manat faiz borcu, 17738,47 manat cərimə borcu, cəmi 115,609 manat kredit borcu yaranmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 194, M14, m.3 «xxxx» ASC-nin Suraxanı filialının adına 11.06.2018-cı il tarixdə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 15.07.2019-cu il tarixli məktubundan görünür ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 194, M14, m.3 dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş 05.10.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə 05.10.2020-ci il tarixədək 88925,66 manat əsas borcu, 19246,41 manat faiz borcu cəmi 108172,07 manat təşkil edir. İş materiallarına əlavə edilmiş 01.03.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə 01.03.2021-ci il tarixədək 88925,66 manat əsas borcu, 22729,22 manat faiz borcu cəmi 218563,92 manat təşkil edir. İş materiallarına əlavə edilmiş “X6” MMC-nin 05.06.2020-ci il tarixli, 019/LBC saylı rəydən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 194, M14, m.3-in bazar dəyəri 196800 manat, likvid dəyəri 182000 manat müəyyən edilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 9/4291 saylı rəyinin nəticə hissəsindən görünür ki, Cavabdeh1 iddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinə maliyyə arayışında borcun hesablandığı tarixə, yəni 05 oktyabr 2020-ci il tarixə olan əsas borcu 88925,64 manat, faiz borcu 19246,41 manat ümumilikdə 181,72,05 manat müəyyən edilmişdir. Məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Cavabdeh1 «xxxx» ASC ilə bağladığı kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Eyni zamanda həmin kredit müqaviləsi üzrə öhdəliyin icra edilməsinin təminatı olaraq zamin Cavabdeh2 borclu öhdəliyi lazımınca icra etmədiyi halda kredit borcu ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəlləsinin 739.1-ci maddəsinə görə borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi öhdəsinə götürür, borc alan isə aldıqlarını borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəlləsinin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə mülki işim sənədlərini nəzərdən keçirdib hesab edir ki, iddia tələbi 14.07.2016-cı il tarixli, 2300-14-07-2016-TF-BZ nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş qalan əsas və faiz borcu hissəsində əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İstinad olunanlara əsasən məhkəmə əsas borca hesablanmış cəriməni tənasübsüz yüksən hesab edib belə qənaətə gəlir ki, cavabdehlərdən iddiaçının xeyrinə dəbbə puluna görə 400 manat məbləğində pul vəsaiti tutulmalı, dəbbə pulu tələbinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə eyni zamanda iddianın tələbin ipoteka predmeti olan əmlaka yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddia tələblərinin bu hissəsi də əsaslıdır. Bu səbəbdən iddianın həmin hissəsi də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində gırov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. İpoteka haqqında Qanunun: 59.3-cü maddəsinə görə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o, satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1-ci maddəsinə görə, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Göstərilən qanunvericilik aktlarının müddəalarına əsasən məhkəmə hesab edir ki, tutma Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 194, M14, m.3-ə yönəldilməli, açıq hərracdan satılaraq əldə olunan vəsait hesabına borc ləğv prosesində olan «xxxx» ASC-nə ödənilməli, mənzili satıldıqdan 1 ay sonra Cavabdeh1 qeyd edilən mənzildən çıxarılmalıdır. Məhkəmə “X6” MMC-nin 06.2020-ci il tarixli, 019/LBC saylı ekspert rəyini nəzərdən keçirərək belə qənaətə gəlir ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 194, M14, m.3-ün ilkin satış qiyməti əmlakın likvid dəyəri əsas götürülməklə 182000 manat məbləğində müəyyən edilməlidir. İddia ərizəsinin ipoteka ilə yüklü edilmiş əmlakın satışından eldə edilmiş məbləğ borc məbləğinin yönəldilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsi ümumi qaydada icra edilməsi hissəsində məhkəmə qeyri-müəyyən hesab edir və bu səbəbdən onun rədd edilməsi qənaətinə gəlir. Məhkəmə eyni zamanda cavabdehlərin girov qoyulmuş mənzildə istifadə hüquqlarının itirilməsi barədə iddia tələbinin təmin edilməsini mümkün hesab etmir. Məhkəmə hesab edir ki, bu cür tələbin irəli sürülməsi hüququ mənzilin mülkiyyətçisinə məxsusdur. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə ıştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 Gündüz oğlundan və Cavabdeh3 MTK-dan iddiaçı “xxxx” ASC-nin xeyrinə müştərək qaydada 88925,64 manat əsas, 19246,41 manat faiz, 400 manat cərimə, cəmi 108572,05 (yüz səkkiz min beş yüz yetmiş iki manat, 05 qəpik) manat, habelə ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişin DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində qeydiyyata alınmasına dair 20.71 manat dövlət rüsumu və 10.65 manat xidmət haqqı , iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı «xxxx» ASC-nin xeyrinə tutulsun. Tutma Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 194, M 14, m3 ünvanında yerləşən ümümi sahəsi 92.4 kv/m olan mənzil ə yönəldilsin, əmlakın ilkin satış qiyməti 182000 manat müəyyən edilməklə açıq hərracdan satılsın və əldə olunan vəsait hesabına borc «xxxx» ASC-nə ödənilsin. Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 194, M 14, m3 ünvanında yerləşən ümümi sahəsi 92.4 kv/m olan mənzil satıldıqdan bir ay sonra boşaldılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar