Məhkəmə qərarları › İş №2(005)-612/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-612/2022

31.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-612/2022 31.01.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 05 iyul 1952-ci il tarixdə Ermənistan SSR, Masis rayonunda anadan olmuş X3nun 05 oktyabr 2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, X3 05 iyul 1952-ci il Ermənistan SSR, Masis rayonunda anadan olmuşdur. Əri vəfat edənə kimi onunla birlikdə Bakı şəhəri, Nərimanov rayonunda olan evdə yaşamışdır. X3 05 oktyabr 2021-ci il tarixdə düz bağırsaq xərçəngi xəstəliyi ilə əlaqədar vəfat etmişdir. 4 saylı poliklinikaya müraciət etməsinə baxmayaraq ölüm haqında tibbi sənəd verilməmişdir. Ərinin vəfat etməsi barədə tibbi sənəd ala bilmədiklərinə görə ölüm haqqında şəhadətnamə alınmamışdır. Ölüm haqqında şəhadətnamənin alınmasının hüquqi əhəmiyyəti vardır. Buna görə də ərinin ölüm haqqında şəhadətnaməsinin alınması zərurəti yaranmışdır. Onun ölüm akt qeydinin aparılması və onun adına ölüm haqqında şəhadətnamə verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin onun ölümünü təsdiq edən həkim arayışı olmadığına görə Nərimanov rayon şöbəsi onun ölüm akt qeydinin aparılmasından və onun adına ölüm haqqında şəhadətnamə verilməsindən imtina etmişdir. Buna görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərin nəzərə alınmasını və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərinə uyğun şəkildə izahat verərək, ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Bakı Şəhəri Maraqlı şəxs tərəfindən məhkəməyə ünvanlanmış məktubda işə nümayəndələrinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirakı Ərizəçi tərəfindən təmin edilmiş şahid X10 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, X6 onun qardaşıdır. Qardaşı onkoloji xəstəlikdən əziyyət çəkirdi. Həmin xəstəliyə görə vəfat ettdi, onun dəfnində, hüzr mərasimində iştirak etmişdir. Məhkəmə iclasında iştirakı Ərizəçi tərəfindən təmin edilmiş şahid X7 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, X6 onun atasıdır. Oğlu uzun müddət idi ki, ağır xəstə idi. Məhkəmə, Ərizəçi izahatını, şahidlərin ifadələrini dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: 29.11.2006-cı il tarixdə Nərimanov RPİ tərəfindən verilmiş AZE seriyalı 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1953-cü il tarixdə Ağcabədi rayonu, Kuybı Şev kəndində anadan olmuş Ərizəçi ünvan 2 ünvanında qeydiyyatdadır; Bakı Şəhəri Təcili və X5 Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsinə əsasən 05.10.2021-ci il tarixdə saat 09:42 radələrində çağırış olub, çağırış yeri ünvan üzrə gələn 1 saylı bölmənin həkimi 1952-ci il təvəllüdlü X4 vəfat etməsini qeyd etdi; 29.11.2006-cı il tarixdə Nərimanov RPİ tərəfindən verilmiş AZE seriyalı 05868062 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən 05.07.1952-ci il tarixdə Ermənistan, Masis rayonunda anadan olmuş X6 ünvan 2 ünvanında qeydiyyatdadır; Azərbaycan Respublikası Abşeron Rayon Mehdiabad Bələdiyyəsinin 25.11.2021-ci il nömrəli, 164 saylı arayışından görünür ki, X6 05.10.2021-ci il tarixdə Mehdiabad qəbirstanlığında dəfn edilmişdir; Maraqlı şəxs 19.10.2021-ci il tarixli, 223 nömrəli məktubundan görünür ki, Ərizəçi ərizəsinə cavab olaraq 106 saylı ölüm barədə həkim arayışı olmadığından ölüm haqqında qeydiyyatın aparılmasından imtina edilmiş və məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür; 12.10.1977-ci il tarixdə verilmiş İ-SL seriyalı 373200 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən X6 ilə X2 arasında 12.10.1977-ci il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 52 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Qasımov, arvada Qasımova soyadı verilmişdir; 10.12.2021-ci il tarixli ödəniş qəbzinə əsasən Ərizəçi Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, 05.07.1952-ci il tarixdə Ermənistan, Masis rayonunda anadan olmuş X6 Ərizəçi əridir. Ərizəçi ünvan 2 ünvanında qeydiyyatdadır. X6 05.10.2021-ci il tarixdə ünvan 5 şəraitində, yəni oğlunun yaşadığı ünvan 2 ünvanında vəfat etmişdir. Ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir. Həmin sənədin alınması ərizəçiyə X4 ölümündən sonra bir sıra hüquqi məsələlərin həll edilməsi üçün lazımdır. Ərizəçi məhkəməyə hazırki ərizə ilə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödəmiş, lakin həmin məbləği tələb etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 05.07.1952-ci il tarixdə Ermənistan, Masis rayonunda anadan olmuş X4 05.10.2021-ci il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi faktı məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edildiyindən ərizə təmin edilməli, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu tələb edilmədiyindən Ərizəçi aid edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 05.07.1952-ci il tarixdə Ermənistan, Masis rayonunda anadan olmuş X4 05.10.2021-ci il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilsin. Ölüm haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı Şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar