Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-625/2021 30.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipotekaya yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipotekaya yönəldilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 04 iyun tarixli 185 saylı kredit2007-ci il müqaviləsinə əsasən əsas borc üzrə 7,653 (yeddi min altı yüz əlili üç) AZN, Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu üzrə 4,598 manat 28 qəpik (dörd min beş yüz doxsan səkkiz manat 28 qəpik) AZN cəmi 12,251.28 qəpik (on iki min iki yüz əlli bir manat, 28 qəpik) AZN və dövlət büdcəsinə ödənilmiş 30 manat 40 qəpik (otuz manat 40 qəpik) AZN dövlət rüsumunun Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması, Cavabdeh mülkiyyətində olan, (ban WBAGF41060DK31428; tip Sedan; rəngi Qara; buraxılış ili 1996-cı il; BMW-735 markalı ** VB *** dövlət nömrə nişanlı minik avtomobilinə yönəldilməsi, girov predmetinə ilkin satış qiyməti təyin edilməklə açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsi, ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh tutularaq Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı LPO İddiaçı ASC ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin 5 saylı filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2007-ci il tarixli 185 saylı kredit müqaviləsinə əsasən cavabdehə avtomobil alınması üçün 18 (on səkkiz) ay müddətinə, illik 27% olmaqla 9,550 (doqqquz min beş əlili manat) A7N məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi Cavabdeh özünə məxsus (ban WBAGF41060DK31428; tip Sedan; rəngi Gara; buraxılış ili 1996-cı il; BMW-735 markalı ** VB *** dövlə nömrə nişanlı minik avtomobili girov predmeti kimi Banka təqdim edilmiş və bu barədə xx xxxx 2007-ci il tarixli 185 №-li Girov müqaviləsi bağlanmışdır. Cavabdeh yuxarıda qeyd edilən kredit müqavilələri üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmişdir. Belə ki tərəflər arasında münasibətlərin məhkəmədən kənar qaydada həll etmək məqsədilə tərəfimizdən Cavabdeh borcun qaytarılması tələbi ilə bağlı şifahi və yazılı xəbərdarlıqlar olunsa da, cavabdeh tərəfindən borcun qaytarılması istiqamətində müsbət irəliləyiş olmamışdır. “İddiaçı’' ASC-nin 5 saylı filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2007-ci il tarixli 185 saylı kredit müqaviləsinə əsasən xx.xx.2018-cı il tarixə Cavabdeh Ləğv prosesində olan “İddiaçı" ASC əsas kredit borc üzrə 7,653 (yeddi min altı yüz əlili üç) AZN, Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu üzrə 4,598 manat 28 qəpik (dörd min beş yüz doxşan səkkiz manat 28 qəpik) AZN, cəmi 12,251.28 qəpik (on iki min iki yüz əlli bir manat, 28 qəpik) AZN borc yaranmışdır. Məlumat üçün bildirək ki, 1 şaylı Bakı İnzibatı-İqtisad məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1 (81 )-1404/2016 saylı qərarına əsasən “İddiaçı" ASC müflis elan edilmiş, iflas proseduruna başlanılmış və qərar dərhal icraya yönəldilmişdir. Həmin qərara əsasən Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedici təyin edilmişdir. Məhkəmə iclasında iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək, mülki iş üzrə iddiaçının iddia müddətinin ötürməsi əsas götürülərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyərək və təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, iş materiallarında olan LPO İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 185 nömrəli, xx xxxx 2007-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncuya 12000 manat məbləğində dəyəri olan, buraxılış ili 1996, BAN-WBAGF41060DK31428, “BMW-735” mink markalı avtomobilin alışı məqsədilə 18 ay müddətinə aylıq 27% olmaqla 9550 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli LPO İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıq (pretenziya) məktubundan görünür ki, borcunun 10 ərzində ödəməsini xahiş etmişlər, əks təqdirdə bank öz mülki hüquqlarının müdafiəsi məqsədilə kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi tələbi ilə əlaqədar məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, xx.xx.2020-ci il tarixinə borclu Cavabdeh LPO İddiaçı ASC-yə 7653 manat əsas, gecikdirilmiş vaxt üçün 5% dərəcəsi ilə hesablanmış 1.06 manat faiz, 4598.28 manat faiz borcu, cəmi 12251.28 manat borcu vardır. İş materiallarında olan İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 45 saylı, xx.xx.2007-ci il tarixli girov müqaviləsinə əsasən 12000 manat məbləğində dəyəri olan, buraxılış ili 1996, BAN-WBAGF41060DK31428, “BMW-735” mink markalı avtomobil kredit müqaviləsinin təminatı kimi girov qoyulmuşdur. Məhkəmə araşdırması müəyyən edildi ki, Bank ilə Cavabdeh ilə arasında xx.xx.2007-ci il tarixində kredit verilməsi haqqında 185 saylı müqavilə bağlanmışdır. Bank tərəfindən cavabdehə 12000 manat məbləğində dəyəri olan, buraxılış ili 1996, BAN- WBAGF41060DK31428, “BMW-735” mink markalı avtomobilin alışı üçün illik 27 (iyirmi yeddi) faiz olmaqla 18 ay müddətinə 9550 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi 12000 manat məbləğində dəyəri olan, buraxılış ili 1996, BAN- WBAGF41060DK31428, “BMW-735” minik markalı avtomobil girov qoyulmuşdur. Tərəflərin arasında bağlanmış kredit müqaviləsinin müddəti xx xxxxxx 2008-ci il tarixdə bitmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-190/2009 saylı xx.xx.2009cu il tarixli qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərardadı ilə Cavabdeh adına olan “BMW-735” markalı 10RD107 dövlət nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbs ləğv edilmişdir. Həmin qərardaddan görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2817/2008 saylı xx.xx.2009-cu il tarixli qərardadı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı tələbin girov predmetinə yönəldilməsi tələbinə dair mülki iş baxılmamış saxlanılmışdır. Göründüyü kimi Cavabdeh tərəfindən məhkəməyə iddia müddətinin tətbiq edilməsinə dair ərizə verilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onunla bank arasında bağlanılmış xx xxxx 2007-ci ildə kredit və girov müqavilələrinin müddəti 2008-ci ilin dekabr ayında bitməsinə, müqavilə üzrə girov predmeti əlindən alınaraq borcun bağlanılmasına yönəlməsinə, habelə 2008-ci ildən həmin kredit müqaviləsi üzrə hər hansı kredit borcu ödənilməməsinə baxmayaraq, Bank müqavilə müddəti bitdikdən 13 il sonra, yəni xx.xx.2020-ci ildə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, bununla da 3 il ərzində 4598,28 manat şişirdilmiş faiz hesablanmasına nail olmuşdur. Hansı ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci və 373.2-ci maddələrinə əsasən iddiaçı tərəfindən iddia ərizəsi məhkəməyə iddia müddəti pozularaq verilmişdir. Göründüyü kimi, iş üzrə iddiaçı Qanunvericiliklə müəyyən edilmiş 3 illik müddəti ötürməklə hazırki iddia tələbləri ilə məhkəməyə müraciət etmişdir ki, qeyd olunan hal iddianın rədd edilməsi üçün əsasdır. Məhkəmə ərizəyə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM-in) 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. MM-in 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. MM-in 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. MM-in 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. MM-in 378-ci maddəsinə əsasən öhdəliklə şəxslərin dəyişməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişdirilməsinə səbəb olmur. MM-in 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. R.Cavadov və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2007-ci il tarixli qərarında qeyd edilir ki, bu norma yalnız şəxsin onun güman edilən hüququnun pozulmasına aid faktları bilib-bilməməsi ilə bağlıdır. Həmin norma şəxsin öz hüquqlarına və bu hüquqların qorunmasına dair qanunları bilməməsi ilə əlaqələndirilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi, Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair x xxxx 2013-cü il tarixli qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Belə olan halda məhkəmə yuxarıda sadalananları əsas götürərək, iddia tələbini əsassız hesab edir və iddia müddəti tətbiq edilməklə iddia tələbindən imtinanı əsaslı və qanuni hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı LPO İddiaçı ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipotekaya yönəldilməsi” tələbinə dair iddia ərizəsi iddia müddəti tətbiq edilməklə təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-625/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-625/2021
30.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver