Məhkəmə qərarları › İş №2(005)-626/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-626/2021

11.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-626/2021 11.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı ASC-nin nümayəndəsi X3, Cavabdeh nümayəndəsi X4 iştirakı ilə, İddiaçı «İddiaçı” ASC-nin cavabdehlər Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı «İddiaçı” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı “NİKOYL” X1 (İddiaçı) 6 saylı filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2014-cü il tarixli 17-A-1-0-702-14 saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş 3940.63 manat əsas borc, müqavilənin müddətinin başa çatma tarixinə, yəni xx xxxx 2019-cu il tarixə ödənilməmiş 2172.69 manat faiz borcu, həmin günə hesablanmış 2551.45 manat dəbbə pulu, ümumilikdə 8664.77 manat və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçı “NİKOYL” İKB-rin (İddiaçı) xeyrinə ödənilməsi, tutma kreditin təminatı kimi cavabdehə məxsus 2014-cü il buraxılışlı, "DAEWOO GENTRA” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA585621 ban, 0201 mühərrik nömrəli, ağ rəngli avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satış yolu ilə realizə edilməsi və satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçının xeyrinə ödənilməsi barədə çıxarılmasını xahiş etmişdir. İddiaçı «İddiaçı” ASC iddia tələbini onunla əsaslandırmışdır ki, “NİKOYL” X1 (İddiaçı) 6 saylı filialı ilə Cavabdeh arasında xx xxxx 2014-cü il tarixli 17-A-1-0-702-14 saylı kredit müqaviləsi bağlanmış və bu müqavilə ilə iddiaçı müqavilənin 1.5, 1.6 və 1.11-ci bəndlərinə əsasən illik 17% hesablanmaqla 60 aylıq müddətə cavabdehə 12 550 manat məbləğində kredit verməyi öhdəsinə götürmüş və bu məbləği müqavilə bağlanan tarixdə cavabdehin hesabına ödəmişdir. Kredit müqaviləsinin 1.3-cü bəndinə əsasən kreditin 2014-cü il buraxılışlı, “DAEWOO GENTRA” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA585621 ban, 0201 mühərrik nömrəli, ağ rəngli avtomobilin alınması olmuşdur. Müqavilənin 1.4-cü bəndinə əsasən kredit müqaviləsi üzrə bütün öhdəliklərin təminatı xx xxxx 2014-cü il tarixli 17-A-1-0-702-14 saylı ipoteka müqaviləsi ilə nəzərdə tutulmuş, bu müqavilənin 2.3-cü bəndinə əsasən tərəflərin razılığı ilə 25 100 manat məbləğində qiymətləndirilmiş cavabdehə mülkiyyət hüququ ilə məxsus olan 2014-cü il buraxılışlı, “DAEWOO GENTRA” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA585621 ban, 0201 mühərrik nömrəli, ağ rəngli avtomobildir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əlavə olunmuş “Ödəniş cədvəli"nə əsasən cavabdeh hər ay sabit məbləğdə olmaqla 312 manat ümumilikdə isə 18 714 manat ödəməyi öz öhdəsinə götürmüşdür. Bununla əlaqədar olaraq, tərəflər arasında tərtib edilmiş “Ödəniş cədvəli”nə əsasən kreditin faizlərinin cavabdeh tərəfindən banka qaytarılmasının müddətləri və qaydasını müəyyən etmişdir. Cavabdeh tərəfindən Banka sonuncu ödəniş xx xxxxxxxx 2019-cu il tarixdə, 360 manat məbləğində olmuşdur. Kredit müqaviləsinin və tərəflər arasında tərtib edilmiş “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh kreditin və kredit faizlərinin qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi ya'anmışdır. Kredit müqaviləsinin 14.2-ci bəndinə görə “borc alan kreditdən təyinatı üzrə istifadə etməməsinə görə tam məsuliyyət daşıyır”. Kredit müqaviləsinin 7.3-cü bəndinə qeyd olunur ki, “krediti və kredit üzrə faizlərin vaxtından əvvəl tələb edilməsi zamanı,Kreditor həmin tələblərlə bərabər faktiki vurulmuş zərəri və kreditin verilməsi üçün çəkilmiş xərcləri Borc alandan tələb edə bilər. Bu halda Borc alan həmin tələbləri Kreditora ödəməlidir. Kredit müqaviləsinin 9.2-ci bəndinə müvafiq olaraq “Borc alan üzərinə düşmüş öhdəlikləri icra etmədikdə.lazımınca icra etmədikdə və yaxud müəyyənləşdirilmiş müddətdə icra etmədikdə gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilmiş gün üçün bu müqavilənin 1.14-cü maddəsinə əsasən 15% miqdarda dəbbə pulu ödəyir”. Tərəflər arasında bağlanmış kredit müqavilələrinin 16.1 və 16.2-ci bəndlərinə əsasən müqavilə kredit vəsaiti Kreditor tərəfindən Borc alanın ssuda hesabına köçürüldüyü andan qüvvəyə minir və borcalanın bank qarşısında müqavilədə nəzərdə tutulan bütün öhdəlikləri yerinə yetirilməsinədək qüvvədə qalır. Bu səbəbdən, iddia tələbimiz məhkəmə qətnaməsi ilə təmin ediləcəyi təqdirdə belə ödənilməmiş əsas borc məbləğinə görə faiz hesablanması öhdəlik tam icra olunadək davam etdirilməlidir. Aşağıda göstərilənləri nəzərə alaraq hesab edirik ki, iddiamız qanuni və əsaslı olduğundan təmin edilməlidir. Həmçinin nəzərinizə çatdırırıq ki, Cavabdeh kredit borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüşdür. Lakin, Cavabdeh qeyd edilən Fərmanla nəzərdə tutulmuş güzəştlərdən yararlanmamış, kredit borcunun restrukturizasiya olunması ilə bağlı Fərmanın son icra müddəti xx xxxxxx 2019-cu il tarixədək Banka heç bir müraciət etməmişdir. Borcun ödənilməsi ilə bank tərəfindən cavabdehə dəfələrlə əlavə imkanlar yaradılaraq yeni vaxt verilmişdir. Lakin bütün bunlara baxmayaraq cavabdeh tərəf bu günə qədər banka olan borcunun ödənilməsi ilə bağlı heç bir tədbir görməmişdir. Belə olan halda, bank tələbin kreditin təminatı kimi ipotekaya qoyulmuş predmetə yönəltməni tam qanuna uyğun hesab edir. Məhkəmə iclasında iddiaçı «İddiaçı” ASC nümayəndəsi X5 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X6 iddia tələbini qismən qəbul edərək bildirdi ki, kredit müqaviləsi üzrə borcu var, lakin faiz və dəbbə pulu ilə razı deyil, borcunu ödəmək üçün ona vaxt lazımdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Nikoyl” İKB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 17-A-1-702-14 saylı kredit müqaviləsinə əsasən avtomobil almaq məqsədi ilə Bank Cavabdeh illik 17% dərəcəsi ilə faiz hesablamaq şərti ilə 60 ay müddətinə 12 550 manat məbləğində kredit verməyi, Cavabdeh isə kredit məbləğini götürməyi, müəyyən edilmiş müddətdə kredit məbləğini qaytarmağı və kredit məbləğinə hesablanmış faiz məbləğini ödəməyi, habelə ödənişlərin gecikdirməsinə yol verdiyi təqdirdə cərimə ödəməyi barədə öhdəlik götürmüşdür; xx.xx.2014-cü il tarixli, 17-A-1-702-14 saylı kredit müqaviləsinə əlavə olunan ödəniş cədvəlinə əsasən Cavabdeh xx.xx.2014-cü tarixdən başlayaraq 60 ay ərzində hər ay 312 (sonuncu ay 306) manat ödəməli idi; İddiaçı «İddiaçı” ASC xx.xx.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2014-cü il tarixli, 17-A-1-702-14 saylı saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə 3940,63 manat məbləğində əsas, 2172,69 manat məbləğində faiz, 2551,45 manat məbləğində cərimə, ümumilikdə 8664,77 manat məbləğində borcu yaranmışdır; Nəqliyyat vasitəsinin AC seriyalı, 245992 nömrəli qeydiyyat şəhadətnaməsinin surətinə əsasən 2014-cü il buraxılışlı, “DAEWOO GENTRA” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA585621 ban nömrəli, ağ rəngli avtomobil Cavabdeh məxsusdur; “Nikoyl” İKB 6 saylı filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 17-A-1-702-14 saylı ipoteka müqaviləsinə əsasən xx.xx.2014-cü il tarixli, 17- A-1-702-14 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərinin təminatı olaraq ipotekaqoyan Cavabdeh mülkiyyətində olan “DAEWOO GENTRA” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA585621 ban nömrəli dövlət qeydiyyat nişanlı avtomobili ipotekasaxlayan qarşısında ipoteka ilə yüklü etmişdir; xx.xx.2014-cü il tarixli, 17-A-1-702-14 saylı saylı ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən xx.xx.2014-cü il tarixli, AA seriyalı, 122875 nömrəli çıxarışa əsasən Cavabdeh məxsus “DAEWOO GENTRA” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobilin girova qoyulması dövlət qeydiyyatına alınmışdır, girov saxlayan “Nikoyl” İKB 6 saylı filialıdır; «İddiaçı” ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli, 10-021 saylı xəbərdarlıq məktubunun surətinə əsasən Cavabdeh xx.xx.2014-cü il tarixli, 17-A-1-702-14 saylı saylı kredit üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün tutmanın ona məxsus və girov predmeti olan avtomobilə yönəldilməsi proseduruna başlanması barədə xəbərdarlıq edilmişdir; «İddiaçı” ASC tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X10 ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizəyə əsasən İddiaçı ASC müraciətinə əsasən "İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında" bildiriş 0xx.xx.2020-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Ərizədə bildirişin ipoteka qoyana xx.xx.2020-ci il tarixdə göndərildiyi bildirilmişdir; xx.xx.2020-ci il tarixli ödəniş qəbzinə əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, “Nikoyl” İKB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən “Nikoyl” İKB tərəfindən Cavabdeh 60 ay müddətinə illik 17% olmaqla 12 550 manat məbləğində kredit verilmişdir. Cavabdeh “Nikoyl” İKB-dən qeyd edilən məbləğdə pulu almış və həmin kredit müqaviləsi üzrə ödəniş qrafikinə uyğun olaraq kredit üzrə borcun və ona hesablanmış faizlərin ödənilməsini həyata keçirməyi, habelə ödənişlərin gecikdirilməsinə yol verdiyi təqdirdə cərimə ödəməyi barədə öhdəlik götürmüşdür. Lakin iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, nəticədə banka borcu yaranmışdır. İddiaçı, kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2019-cu il tarixə 3940,63 manat məbləğində əsas, 2172,69 manat məbləğində faiz, 2551,45 manat məbləğində cərimə, ümumilikdə 8664,77 manat məbləğində borcunun yarandığını iddia edir və həmin məbləği cavabdehdən tutulmasını tələb edir. Kredit müqaviləsinin qüvvədə olma müddəti xx.xx.2019-cu il tarixdə bitmişdir. İddiaçı da faiz borcunu məhz həmin tarixə hesablamaqla tələb edir. Kredit müqaviləsinin qüvvədə olma müddətinin bitdiyi tarixdən sonra iddiaçı hər hansı məbləğdə faiz borcu hesablamaqla cavabdehdən tələb etmir. İddiacı məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Həmin məbləği də cavabdehdən tələb edir. Göründüyü kimi, Cavabdeh xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan kredit borcunun, yəni əsas, faiz və cərimə borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, belə qənaətə gəlir ki, iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində tam təmin edilməli, xx.xx.2014-cü il tarixli, 17-A-1-702- 14 saylı kredit müqaviləsi üzrə 3940,63 manat məbləğində əsas, 2172,69 manat məbləğində faiz borcu Cavabdeh iddiaçı «İddiaçı” ASC xeyrinə tutulmalıdır. Azərbaycan Respublikas Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə araşdırılması zamanı, o da müəyyən edilmişdir ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə iddiaçı ilə cavabdeh arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuş, yəni cavabdeh cərimə ödəyəcəyini vəd etmişdir. Bu razılaşma (vəd) yazılı şəkildə həmin kredit müqaviləsinin 1.14-cü və 9.2-ci maddələrində öz əksini tapmışdır. Hazırda da iddiaçı kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən hesablanmış 2551,45 manat məbləğində cərimənin (dəbbə pulunun) ödənilməsini tələb edir. Məhkəmə işin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, aparılmış ödənişlərin və yaranmış borcun məbləğini nəzərə alır və iddia tələbinin penyanın tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, dəbbə pulu müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən iddiaçı tərəfindən hesablanmış 2551,45 manat məbləğində dəbbə pulu endirilməli və 200 manat məbləğində müəyyən edilməli, həmin məbləğ Cavabdeh iddiaçı «İddiaçı” ASC xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımıncz icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir; 319.6-cı maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir.Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Məhkəmə tərəfindən eyni zamanda müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh kredit və ona hesablanmış faizlərin, habelə qanunvericiliklə və bu müqavilə ilə nəzərdə tutulmuş digər ödənişlərin qaytarılmasının təminatı kimi özünə məxsus 2014-cü ilin istehsalı olan "DAEWOO GENTRA” minik markalı (ağ rəngli, ban: XWB5V319DEA585621) avtomobili bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsinə əsasən (8-ci bənd) ipoteka saxlayanın tələblərinin ödənilməsi üçün tutma, ipoteka ilə təmin edilmiş öhdəliyi ipoteka verən yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi barədə tərəflər razılığa gəlmişlər. Cavabdeh həmin kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi müəyyən edilmiş vaxtda və qaydada icra etməmiş və iddiaçı (ipotekasaxlayana) ipotekaya tutma yönəltmək hüququndan istifadə etmişdir. İddiaçı, Cavabdeh kredit müqaviləsinə əsasən ödəmədiyi kredit borcuna görə tələbin ona məxsus “DAEWOO GENTRA” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə məhkəmə qaydasında tutmanın yönəldilməsinin başlanması barədə bildiriş göndərmiş, həmin bildiriş Azərbaycan Respublikasının BDYPİ Qeydiyyat imtahan şöbəsində qeydə alınmışdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilmişdir. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu iki dəfədən artıq əsas öhdəlik üzrə faizlərin və əsas borcun ödənilməsi müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda tutmanın ipoteka predmetinə yönəldilməsini və ipoteka predmetinin açıq hərracdan satılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, öhdəlik icra edilmədiyindən kredit borcu üzrə tutma borcun təminatı olaraq ipoteka ilə yüklü edilmiş cavabdehə məxsus olan “DAEWOO GENTRA” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməli, həmin avtomobil açıq hərracda satılmalı, satışdan əldə ediləcək pul vəsaiti yuxarıda göstərilən pul tələbinin təmin edilməsi üçün iddiaçıya ödənilməlidir. Məhkəmə, məhkəmə xərcləri ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi 30 manat məbləğində dövlət rüsumunun tutulması hissəsində təmin edilməli, 30 manat məbləğində dövlət rüsumu Cavabdeh iddiaçı «İddiaçı” ASC xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2014-cü il tarixli, 17-A-1-702-14 saylı kredit müqaviləsi üzrə Cavabdeh 3940,63 manat məbləğində əsas, 2172,69 manat məbləğində faiz, 200 manat məbləğində cərimə, cəmi 6313,32 manat məbləğində kredit borcu, iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu «İddiaçı” ASC xeyrinə tutulmalı, tutma kredit müqaviləsinin təminatı qismində ipoteka ilə yüklü edilmiş, cavabdeh FCavabdeh məxsus olan “DAEWOO GENTRA” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməli, avtomobil açıq hərrac yolu ilə satılaraq əldə edilən pul vəsaiti yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün İddiaçı ASC-yə ödənilməli, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana - Cavabdeh qaytarılmalı, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci, maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2014-cü il tarixli, 17-A-1-702-14 saylı kredit müqaviləsi üzrə Cavabdeh 3940,63 (üç min doqquz yüz qırx manat, altmış üç qəpik) manat məbləğində əsas, 2172,69 (iki min yüz yetmiş iki manat, altmış doqquz qəpik) manat məbləğində faiz, 200 (iki yüz) manat məbləğində cərimə, cəmi 6313,32 (altı min üç yüz on üç manat, otuz iki qəpik) manat məbləğində kredit borcu, iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu «İddiaçı” ASC xeyrinə tutulsun. Tutma kredit müqaviləsinin təminatı qismində ipoteka ilə yüklü edilmiş, Cavabdeh məxsus olan “DAEWOO GENTRA” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı (buraxılış ili - 2014-cü il, rəngi-ağ, ban: XWB5V319DEA585621) avtomobilə yönəldilsin. Avtomobil açıq hərrac yolu ilə satılaraq əldə edilən pul vəsaiti pul tələblərinin təmin edilməsi üçün İddiaçı ASC ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar