Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-679/2022 07.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Nərimanov rayon Qeydiyyat Şöbəsinə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Nərimanov rayon Qeydiyyat Şöbəsinə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, anası X2 21.10.2021-ci il tarixində Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, X1 onun anasıdır. O, 1939-cu ildə Bakı şəhərində doğulmuşdur. 21.10.2021-ci il tarixində anası Gülsümxanım Ağayevanın vəziyyəti ağırlaşdı və X11 gələnə qədər anası vəfat etmişdir. Gülsümxanım Ağayevanı 22.10.2021-ci il tarixində Maştağa qəbiristanlığında dəfn etmişdilər. Ölüm haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsinə rəsmi olaraq müraciət etmiş, Bakı şəhər Nərimanov rayon qeydiyyat şöbəsindən rəsmi qaydada bildirilmişdir ki, ölüm haqqında akt qeydinin aparılması üçün 106 saylı ölüm haqqında tibbi şəhadətnamə tələb olunur. Əgər onda ölüm haqqında tibbi şəhadətnamə yoxdursa, bu halda o, ölüm hüquqi əhəmiyyətli faktının tanınması üçün məhkəməyə müraciət etməlidir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəməyə müraciətinin gecikməsinin səbəbi, anası dünyasını dəyişdikdən 3 gün sonra həyat yoldaşının xəstələnməsi, evdə müalicə alsa da, ağırlaşdıqda reanimasiyada 14 gün sonra 13.11.2021-ci ıl tarixində vəfat etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizə ilə eyni məzmunlu ifadə verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Nərimanov Rayon Qeydiyyat Şöbəsi məktubla məhkəməyə müraciət edərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında iştirak etmiş şahid X8 ifadəsində bildirmişdir ki, X4 onun atasının xalası qızıdır. 21.10.2021-ci il tarixdə vəfat etmiş və Maştağa qəbirstanlıqda dəfn edilmişdir. Dəfndə iştirak etdiyini qeyd etmişdir. Məhkəmə iclasında iştirak etmiş digər şahid X3 ifadəsində bildirmişdir ki, X4 onun bibisi qızıdır. 21.10.2021-ci il tarixdə vəfat etmiş, Maştağa qəbrstanlığda dəfn edilmiş və dəfndə iştirak etdiyini qeyd etmişdir. İş materiallarında olan; Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. AZE 00498902 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 24.02.1939cu il tarixdə Bakı şəhərində doğulmuşdur. Bakı şəhəri Təcili və X7 Stansiyası tərəfindən verilmiş 21.10.2021-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 21.10.2021-ci il tarixdə saat 16:35-də X2 adına çağırış olmuş və həkimə qədər ölüm, qadın cinsli meyit aşkar edilmişdir. Maştağa Bələdiyyəsinin arayışından görünür ki, mərhum X4 həqiqətəndə 21.10.2021-ci il tarixdə Maştağa qəsəbəsi, “Keçənlər” qəbiristanlığında dəfn olunmuşdur. Nərimanov Qeydiyyat şöbəsinin 252 saylı 10.12.2021-ci il tarixli məktubundan görünür ki, ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyil. Aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, 24.02.1939-cu il tarixdə Bakı şəhərində anadan olmuş X4 21.10.2021-ci il tarixdə vəfat edib və 21.10.2021-ci il tarixdə Maştağa qəsəbəsi, “Keçənlər” qəbiristanlığında dəfn edilmişdir. Ərizəçi anasının ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmiş, bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlara əsasən X2 21.10.2021-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 24.02.1939-cu il tarixdə Bakı şəhərində anadan olmuş X2 (şəxsiyyət vəsiqəsi seriya nömrəsi: AZE ********) 21.10.2021-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Bu barədə müvafiq qeydin aparılması Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-679/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-679/2022
07.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver