Məhkəmə qərarları › İş №2(005)-710/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-710/2021

12.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-710/2021 12.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, İddiaçı Bank Olmayan Kredit X21 Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh1 və onun vəkili və nümayəndəsi X5 Müstəqil tələb irəli sürən üçüncü şəxs X10 nümayəndəsi və cavabdeh X17, onun nümayəndəsi və vəkili-X6 iştirakları ilə, İddiaçı Bank Olmayan Kredit X21 Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2h oğluna, Cavabdeh3 və Cavabdeh4 “kredit müqaviləsi üzrə borc tələbi, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair və müstəqil tələb irəli sürən üçüncü şəxslər X17 və X10 cavabdehlər İddiaçı Bank Olmayan Kredit Təşkilatına, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit X21 Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2h oğluna, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borc tələbi, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı Bank Olmayan Kredit X21 Cəmiyyətinin xeyrinə 19.632,49 (on doqquz min altı yüz otuz iki dollar qırx doqquz sent) ABŞ dolları məbləğində əsas borc, 44.106,07 (qırx dörd min bir yüz altı dollar yeddi sent) ABŞ dolları məbləğində hesablanmış faiz, 3.744,48 (üç min yeddi yüz qırx dörd dollar qırx səkkiz sent) ABŞ dolları hesablanmış dəbbə borcu olmaqla, cəmi 67.483,04 (altmış yeddi min dörd yüz səksən üç dollar dörd sent) ABŞ dolları və 25 aprel 2014-cü il tarixli, 029/14/PBN/PK nömrəli kredit müqaviləsinə görə isə 2.784,31 (iki min yeddi yüz səksən dörd dollar otuz bir sent) ABŞ dolları məbləğində əsas borc, 9.676,81 (doqquz min altı yüz yetmiş altı dollar səksən bir sent) ABŞ dolları hesablanmış faiz borcu olmaqla, cəmi 12.461,12 (on iki min dörd yüz altmış bir dollar on iki sent) ABŞ dolları məbləğində kredit borcunun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması; 18 dekabr 2013-cü il tarixli, 302/13/PBN nömrəli və 25 aprel 2014-cü il tarixli, 029/14/PBN/PK nömrəli kredit müqavilələri üzrə tələbin Cavabdeh2 özünə məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, X23 küçəsi, ev 92a, 30 nömrəli mənzilə (MA seriyalı, ******* nömrəli, **********87-05101-093022 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 23 noyabr 2011 qeydiyyat tarixli Çıxarışa əsasən), mənzilin dəyərinin 53.500 (əlli üç min beş yüz) manat qiymətlə hərraca çıxarılaraq açıq hərracda satılmaqla borcun ödənilməsinə yönəldilməsi; fərdi yaşayış evində yaşayanların - Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 mənzilə istifadə hüquqlarına xitam verilməklə evdən çıxarılması, mənzilin məcburi boşaldılamasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Bank Olmayan Kredit X21 Cəmiyyəti iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə əvvəlki "xxxx" Açıq Səhmdar Cəmiyyəti (indiki İddiaçı Bank Olmayan Kredit X21 Cəmiyyəti) arasında 18 dekabr 2013-cü il tarixli, 302/13/PBN nömrəli və 25 aprel 2014-cü il tarixli, 029/14/PBN/PK nömrəli kredit müqavilələri imzalanmışdır. Müvafiq olaraq 18 dekabr 2013-cü il tarixli, 302/13/PBN nömrəli kredit müqaviləsi üzrə 40 (qırx) ay müddətinə, 20 (iyirmi) faiz olmaqla, 65.000 (altmış beş min) ABŞ dolları məbləğində və 25 aprel 2014-cü il tarixli, 029/14/PBN/PK nömrəli kredit müqaviləsi üzrə isə 12 (on iki) ay müddətinə, illik 30 (otuz) faiz olmaqla, 30 (otuz) gün güzəşt müddətində 3.250 (üç min iki yüz əlli) ABŞ dolları məbləğində kredit verilmişdir. 18 dekabr 2013-cü il tarixli, 302/13/PBN nömrəli və 25 aprel 2014-cü il tarixli, 029/14/PBN/PK nömrəli kredit müqavilələrinin təminatı kimi 30 noyabr 2011-ci il tarixli, 185/11/PBN nömrəli ipoteka müqaviləsinə 02 nömrəli Əlavə bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh2 özünə məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, X23 küçəsi, ev 92a, 30 nömrəli mənzili (MA seriyalı, ******* nömrəli, **********87-05101-093022 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 23 noyabr 2011-ci il qeydiyyat tarixli çıxarışa əsasən) ipoteka ilə yüklü etmişdir. İpoteka (girov) müqaviləsinə əlavə notariusda təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Kredit müqavilələrinin 2.9-cu bəndinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və odur ki, gecikdirilən hər gün üçün borclu kreditora kreditin qalıq məbləğinin 0,2 faiz həcmində dəbbə pulu tələb edir; 5.5-ci bəndinə əsasən isə müqavilədə nəzərdə tutulmuş müddət bitdikdə və bu müddətin uzadılması haqqında kreditorla razılaşdırılmış sonuncunun qərarı olmadıqda, habelə borc vaxtı keçmiş kreditə aid edildikdə faizləri ikiqat hesablayıb borcludan tələb edir. 18 dekabr 2013-cü il tarixli, 302/13/PBN nömrəli kredit müqavilələrinə əsasən Cavabdeh1 Bank Olmayan Kredit Təşkilatına 19.632,49 (on doqquz min altı yüz otuz iki dollar qırx doqquz sent) ABŞ dolları məbləğində əsas borc, 44.106,07 (qırx dörd min bir yüz altı dollar yeddi sent) ABŞ dolları məbləğində hesablanmış faiz, 3.744,48 (üç min yeddi yüz qırx dörd dollar qırx səkkiz sent) ABŞ dolları məbləğində hesablanmış dəbbə olmaqla, cəmi 67.483,04 (altmış yedd min dörd yüz səksən üç dollar dörd sent) ABŞ dolları və 25 aprel 2014-cü il tarixli, 029/14/PBN/PK nömrəli kredit müqaviləsinə görə isə 2.784.31 (iki min yeddi yüz səksən dörd dollar otuz bir sent) ABŞ dolları məbləğində əsas borc, 9.676,81 (doqquz min altı yüz yetmiş altı dollar səksən bir sent) ABŞ dolları məbləğində hesablanmış faiz borcu olmaqla, cəmi 12.461,12 (on iki min dörd yüz altmış bir dollar on iki sent) ABŞ dolları məbləğində borcu vardır. Cavabdeh xəbərdar edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırmışdır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehlərə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq, cavabdehlər bildirişə münasibət bildirmirlər. Cavabdehlər kredit müqavilələrindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun və xərclərin əvəzinin ödənilməsinə yönəldilməlidir. 30 noyabr 2011-ci il tarixli ipoteka müqaviləsinə 02 nömrəli Əlavə müqaviləyə əsasən əmlak 53.500 (əlli üç min beş yüz) manat dəyərində qiymətləndirilmişdir. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının nümayəndəsinin təqdim etdiyi Forma 2 arayışına əsasən ipoteka əmlak olan mənzildə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 yaşamaqdadırlar. Müstəqil tələb irəli sürən üçüncü şəxslər X17 və X18 cavabdehlər İddiaçı Bank Olmayan Kredit Təşkilatına, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddiaçı - (ASC) “PAR” Bank Olmayan Kredit Təşkilatının cavabdehlər - Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair 2(005)-710/2021 saylı mülki işə baxılır. İddiaçı kredit müqaviləsi üzrə borclu Cavabdeh1 kreditin məbləğini tam ödəmədiyinə görə tutmanın ipoteka predmetinə X23 küçəsi 92 saylı evdə yerləşən 30 saylı mənzilə yönəltmək iddasındadır. X2 və X18 Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 55-ci maddəsinə əsaslanaraq, 2(005)-710/2021 saylı mülki işə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər qismində aşağıdakı hallara istinad edərək, qoşulduqlarını bildirirlər: İpoteka predmeti olan X23 küçəsi 92 saylı evdə yerləşən 30 saylı mənzil 26 yanvar 1993-cü il tarixli 463 saylı Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında qanuna əsasən 1998-ci ilin mart ayında özəlləşdirilmişdir. Bu mənzilin özəlləşdirilməsində mərhum Cavabdeh2, onun həyat yoldaşı Cavabdeh3, oğlu X17 və qızı X18 iştirak etmişlər. Beləliklə, mərhum Cavabdeh2 və Cavabdeh3 iddaçı ilə İpoteka müqaviləsini yalnız bu müqavilə bağlanan zaman yetkinlik yaşına çatmış ailə üzvlərinin: X17 və X10 razılığı ilə imzalaya bilərdilər. İddiaçı (ASC) “PAR” Bank Olmayan Kredit Təşkilatı mərhum Cavabdeh2 və onun həyat yoldaşı Cavabdeh3 ilə ipoteka müqaviləsini bağlayarkən ərizəçilər: X17 və X14in razılığını əldə etməmişlər. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-710/2021 saylı, 23.06.2021-ci il tarixli qərardadı ilə İddiaçı Bank Olmayan Kredit X21 Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2h oğluna, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borc tələbi, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Cavabdeh2 ölümü ilə bağlı ona münasibətdə işin icraatına xitam verilmiş və X17 və X3 Əmir Rəhmətulla oğlunun prosessual hüquq varisi kimi işə cəlb edilmişlər. İddiaçı Bank Olmayan Kredit X21 Cəmiyyətinin nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsinin təmin edilməsinə, Müstəqil tələb irəli sürən üçüncü şəxslər X17 və X10 iddiasının rədd olunmasna dair qərnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1, onun vəkili və nümayəndəsi X8 məhkəmə iclasında ayrı-ayrılıqda izahat verərək, iddiaçıya borcunun olduğunu etiraf etsələr də, ekspert rəyində göstərilmiş məbləğlərlə razı olmadıqlarını bildirmişlər. Müstəqil tələb irəli sürən üçüncü şəxs X10 nümayəndəsi və cavabdeh X17, onun nümayəndəsi və vəkili X11 ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdehlər heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh2h oğluna, Cavabdeh3 və Cavabdeh4 qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdehlər heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh3 və Cavabdeh4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərdən keçirib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Bank Olmayan Kredit X21 Cəmiyyətinin iddia ərizəsi qismən təmin edilməli, müstəqil tələb irəli sürən üçüncü şəxslər X17 və X10 ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi isə rədd edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin Nəsimi filialı ilə Cavabdeh1 arasında bağlanmış 18.12.2013-cü il tarixli 302/13/PBN nömrəli kredit müqaviləsindən müəyyən olunur ki, kreditor borcluya illik 20 faizlə 40 ay müddətinə heyvandarlığın inkişafı məqsədilə 65000 ABŞ dolları məbləğində krediti verməyi borcalan isə krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti, kreditə görə hesablanacaq faizləri və ödənişlərin gecikdirilməsi üçün hesablanmış cəriməni borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 20.10.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinə 18.12.2013-cü il tarixli 302/13/PBN nömrəli kredit müqaviləsi üzrə əsas borcu 19632,49 ABŞ dolları, faiz borcu 44106,07 ABŞ dolları, 3744,48 ABŞ dolları cərimə olmaqla, cəmi 6748,04 ABŞ dolları təşkil edir. İş materiallarında olan İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin Nərimanov filialı ilə Cavabdeh1 arasında bağlanmış 25.04.2014-cü il tarixli 029/14/PBN/PK nömrəli kredit müqaviləsindən müəyyən olunur ki, kreditor borcluya illik 30 faizlə 12 ay müddətinə heyvandarlığın inkişafı məqsədilə 3250 ABŞ dolları məbləğində krediti verməyi borcalan isə krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti, kreditə görə hesablanacaq faizləri və ödənişlərin gecikdirilməsi üçün hesablanmış cəriməni borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 20.10.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinə 25.04.2014-cü il tarixli 029/14/PBN/PK nömrəli kredit müqaviləsi üzrə əsas borcu 2784,31 ABŞ dolları, faiz borcu 9676,81 ABŞ dolları olmaqla, cəmi 12461,12 ABŞ dolları təşkil edir. İş materiallarında olan İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Bakı şəhəri Ərazi İdarəsinə 04.11.2020-ci il tarixdə ünvandadığı məktubun məzmundan görünür ki, “Parabank" ASC (indiki İddiaçı BOKT ASC) ilə Cavabdeh1 bağlanmış 18-12-2013-cü il tarixli 302/13/PBN və 25-04-2014-cü il trixli 029/14/PBN/PK nömrəli kredit borc müqavilələrinin təminatı olaraq Cavabdeh2 mülkiyyətindəki Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Əmlakın Dövlət Rcyestcri Xidmətinin Bakı şəhər Ərazi idarəsində qeydə alınıb, verilmiş seriya MA № 0309265, 1531 nömrəli reyestr kitabının 139881 nömrəli vərəqində **********87-05101- 093022 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə 23.11.2011-ci ıl tarixli Çıxarışa əsasən Cavabdeh2 Bakı şəlı., Nərimanov rayM X23 küçəsi, Ev 92AM mənzil 30 "xxxx" ASC-də (indiki İddiaçı BOKT ASC) 18-12-2013-cü il tarixli 185/11/PBN №-li ipoteka (girov) müqaviləsinə əsasən yüklü edilmişdir. Borclu kredit müqaviləsi üzrə borc öhdəliyini icra etmədiyinə görə həm borcluya həm də ipoteka qoyana 04-11-2020-ci il tarixində qanınla müəyyən edilmiş qaydada bildiriş göndərilmişdir. Bildirişin bir nüsxəsini Sizə göndərərək, qeydə almağa xahiş etmişdir. İş materiallarında olan əmlakın qiymətləndirilməsi barədə ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X23 küçəsi, ev 92a, 30 nömrəli mənzilin girov dəyəri 53500 manat təşkil edir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nərimanov filialı ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 30.11.2011-ci il tarixli, 185/11/2011 nömrəli ipoteka müqaviləsinin məzmunundan görünür ki, 30.11.2011-ci il tarixli 185/11/PBN №-li kredit müqaviləsi üzrə: illik 22 faizlə 24 ay müddətinə 60000 ABŞ dolları kredit və 30.11.2011-ci il tarixli 185/11/PBN/PK №-li kredit müqaviləsi üzrə: illik 30 faizlə 24 ay müddətinə 3000 ABŞ dolları kredit müqaviləsindən irəli gələn öhdəliklərinin təminatı olaraq Bakı şəhəri, Nərimanov rayonu, X23 küçəsi, ev 92a, 30 nömrəli mənzil 51.000 manat likvid dəyər məbləğində qiymətləndirilərək ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən müəyyən olunur ki, Cavabdeh2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, X23 küçəsi, ev 92a, 30 nömrəli mənzil "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nərimanov filialının xeyrinə yüklü edilmiş, bu barədə daşınmaz əmlak dövlət reyestrində 1531 nömrəli reyestr kitabının 139881 nömrəli vərəqində 19.12.2013-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən müəyyən olunur ki, Cavabdeh2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, X23 küçəsi, ev 92a, 30 nömrəli mənzil "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nərimanov filialının xeyrinə yüklü edilmiş, bu barədə daşınmaz əmlak dövlət reyestrində 1531 nömrəli reyestr kitabının 139881 nömrəli vərəqində 10.01.2013-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan məxaric orderindən görünür ki, İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 65000 ABŞ dolları məbləğində kredit 18.12.2013-cü il tarixdə verilmişdir. 1 saylı Bakı “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 23.07.2017-ci il tarixli, AZ-İ 887236 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, Cavabdeh2 16.07.2017-ci il tarixdə ölmüşdür. İş materiallarında olan 16.03.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinə 25.04.2014-cü il tarixli 029/14/PBN/PK nömrəli kredit müqaviləsi üzrə əsas borcu 2994,31 ABŞ dolları, faiz borcu 229,58 ABŞ dolları olmaqla, cəmi 3223,89 ABŞ dolları təşkil edir. İş materiallarında olan 16.03.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinə 18.12.2013-cü il tarixli 302/13/PBN nömrəli kredit müqaviləsi üzrə əsas borcu 19632,49 ABŞ dolları, faiz borcu 16016,98 ABŞ dolları, 16516,43 ABŞ dolları cərimə olmaqla, cəmi 52165,90 ABŞ dolları təşkil edir. İş materiallarında olan «X15 Mərkəzi» Məhdud Məsuliyyətli Cəmiyyətinin 03.06.2021-ci il tarixli YDN №038 nömrəli rəyinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, X23 küçəsi, ev 92a, 30 nömrəli mənzilinin hazırki orta bazar qiyməti 85350 manat, likvid dəyəri isə 70000 manat müəyyən olunmuşdur. İş materiallarında olan İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin Nərimanov filialı ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 30.11.2011-ci il tarixli 185/11/PBN nömrəli kredit müqaviləsindən müəyyən olunur ki, kreditor borcluya illik 22 faizlə 24 ay müddətinə heyvandarlığın inkişafı məqsədilə 60000 ABŞ dolları məbləğində krediti verməyi borcalan isə krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti, kreditə görə hesablanacaq faizləri və ödənişlərin gecikdirilməsi üçün hesablanmış cəriməni borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nərimanov filialı ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 30.11.2011-ci il tarixli, 185/11/PBN nömrəli ipoteka müqaviləsinin məzmunundan görünür ki, 18.12.2013-cü il tarixli 302/13/PBN №-li kredit müqaviləsindən irəli gələn öhdəliklərinin təminatı olaraq Bakı şəhəri, Nərimanov rayonu, X23 küçəsi, ev 92a, 30 nömrəli mənzil 53.500 manat likvid dəyər məbləğində qiymətləndirilərək ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Cavabdeh3 Bakı şəhəri notariusu X7 tərəfindən təsdiq edilmiş 18.12.2013-cü il tarixli ərizədən görünür ki, Cavabdeh2 məxsus olan ünvan 2 ünvanında yerləşən mənzilin ipotekaya qoyulmasına etiraz etmir. İpoteka qoyulmuş əmlaka ödəniş yönəldiyi halda öhdəsinə götürmüşdür ki, onu heç bir məhkəmə qətnaməsi tələb etmədən qeyd-şərtsiz tərk edəcək. İş materiallarında olan 08.07.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinə 18.12.2013-cü il tarixli 302/13/PBN nömrəli kredit müqaviləsi üzrə müqavilənin bitmə yəni 18.04.2017-ci il tarixə əsas borcu 19632,49 ABŞ dolları, faiz borcu 15035,36 ABŞ dolları, cərimə borcu 10992,64 ABŞ dolları olmaqla, cəmi 45660,49 ABŞ dolları təşkil edir. İş materiallarında olan 08.07.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinə 25.04.2014-cü il tarixli 029/14/PBN/PK nömrəli kredit müqaviləsi üzrə müqavilənin bitmə yəni 25.04.2015-ci il tarixə əsas borcu 2784,31 ABŞ dolları, faiz borcu 190,53 ABŞ dolları olmaqla, cəmi 2974,84 ABŞ dolları təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 sentyabr 2021-ci il tarixli 9/5695 nömrəli ekspert rəyinin məzmunundan görünür ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış 18.12.2013-cü il tarixli 302/13/PBN saylı kredit müqaviləsi və 25.04.2014-cü il tarixli 029/14/PBN/PK saylı kredit müqaviləsi üzrə Cavabdeh1 banka olan borcu aşağıdakı kimi müəyyən olunur. O cümlədən: 18 dekabr 2013-cü il tarixli, 302/13/PBN nömrəli kredit müqaviləsi üzrə 18.04.2017-ci il tarixə (sualda soruşulan tarixə) əsas borc üzrə 23222,43 ABŞ dolları, faiz borcu üzrə 4644,49 ABŞ dolları; 25 aprel 2014-cü il tarixli. 029/14/PBN/PK nömrəli kredit müqaviləsi üzrə 25.04.2015-ci il tarixə (sualda soruşulan tarixə) əsas borc üzrə 3250 ABŞ dolları, faiz borcu üzrə 975 ABŞ dolları borcu vardır. Qeyd edilir ki, iş materiallarında 18 dekabr 2013-cü il tarixli 302/13/PBN saylı kredit müqaviləsi və 25 aprel 2014-cü il tarixli, 029/14/PBN/PK saylı kredit müqaviləsi üzrə cərimə hesabı və cərimənin hesablanması ilə bağlı hər hansı məlumat olmadığından, hazırki ekspertiza tədqiqatı ilə Cavabdeh1 cərimə hesablanmadı. İş materiallarında olan 30 iyuı 2021-ci il tarixli mədaxil orderlərindən görünür ki, Cavabdeh1 tərəfindən 25.04.2014-cü il tarixli 029/14/PBN/PK nömrəli kredit müqaviləsi üzrə 2785 ABŞ dolları məbləğində İddiaçı BOKT ASC-yə ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Məhkəmə İddiaçı Bank Olmayan Kredit X21 Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2h oğluna, Cavabdeh3 və Cavabdeh4 “kredit müqaviləsi üzrə borc tələbi, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsinin araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyəti cavabdeh Cavabdeh1 ilə 18 dekabr 2013-cü il tarixli, 302/13/PBN nömrəli və 25 aprel 2014-cü il tarixli, 029/14/PBN/PK nömrəli kredit müqavilələri bağlamışdır. 18 dekabr 2013-cü il tarixli, 302/13/PBN nömrəli və 25 aprel 2014-cü il tarixli, 029/14/PBN/PK nömrəli kredit müqavilələrinin təminatı kimi 30 noyabr 2011-ci il tarixli, 185/11/PBN nömrəli ipoteka müqaviləsinə 02 nömrəli Əlavə bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh2 özünə məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, X23 küçəsi, ev 92a, 30 nömrəli mənzili (MA seriyalı, ******* nömrəli, **********87-05101-093022 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 23 noyabr 2011-ci il qeydiyyat tarixli çıxarışa əsasən) ipoteka ilə yüklü etmişdir. Müqavilə ilə nəzərdə tutulmuş ödəniş müddətlərinin keçməsinə və ödəniş barədə dələlərlə şifahi o cümlədən yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, ödəniş cədvəlinə uyğun olaraq kredit borcu ödənilməmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə hər iki kredit müqaviləsi üzrə borc məbləğini nəzərdən keçirərək hesab edir ki, 25 aprel 2014-cü il tarixli, 029/14/PBN/PK nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğinin (2784,31 ABŞ dolları) iş materiallarına əlavə edilmiş qəbzlə ödənildiyi sübuta yetirildiyindən bu hissədə rədd edilməlidir. Faiz borcu isə 08.07.2021-ci il tarixli maliyyə arayışında göstərilən məbləğdə, 190,53 ABŞ dolları hissədə təmin edilməlidir. 18 dekabr 2013-cü il tarixli, 302/13/PBN nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləği maliyyə arayışına uyğun olaraq 19632,49 ABŞ dolları məbləğində təmin edilməlidir. Faiz borcuna gəldikdə isə iddia tələbi qismən təmin edilərək, ekspert rəyində göstərilmiş 4644,49 ABŞ dolları məbləğində tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 18 dekabr 2013-cü il tarixli, 302/13/PBN nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 tutumalı olan dəbbə məbləği 3744,48 ABŞ dolları 500 ABŞ dollarına azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımıncz icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; 59.3.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla eyni zamanda müəyyən edilmişdir ki, 18 dekabr 2013-cü il tarixli, 302/13/PBN nömrəli və 25 aprel 2014-cü il tarixli, 029/14/PBN/PK nömrəli kredit müqavilələrinin təminatı kimi 30 noyabr 2011-ci il tarixli, 185/11/PBN nömrəli ipoteka müqaviləsinə 02 nömrəli Əlavə bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh2 özünə məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, X23 küçəsi, ev 92a, 30 nömrəli mənzili (MA seriyalı, ******* nömrəli, **********87-05101-093022 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 23 noyabr 2011-ci il qeydiyyat tarixli çıxarışa əsasən) ipoteka ilə yüklü etmişdir. Məhkəmə araşdırması zamanı təqdim edilmiş ölüm haqqında şəhadətnamə ilə müəyyən edilmişdir ki, Cavabdeh2 ölmüşdür. Bu səbəbdən X17 və X3 Əmir Rəhmətulla oğlunun prosessual hüquq varisi kimi işə cəlb edilmiş, cavabdeh qismində tanınmışdır. Cavabdeh1 kredit müqavilələri üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Cavabdehə xəbərdarlıq ünvanlanaraq kredit müqaviləsi üzrə öhdəliklərin ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmiş, lakin bundan sonra da tələb olunan nəticə əldə olunmamış, həmin bildiriş ipoteka saxlayanın (iddiaçının) ərizəsi əsasında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu əsas öhdəlik üzrə faizlərin və əsas borcun ödənilməsi müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda torpaq sahəsinin satılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik borclu Cavabdeh1 tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş və Cavabdeh2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, X23 küçəsi, ev 92a, 30 nömrəli mənzilə yönəldilməli, həmin əmlak açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməli, mənzil boşaldılmalıdır. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun: 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir; 7-ci maddəsinə əsasən qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər; 8-ci maddəsinə görə də qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxıla bilər. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.4-cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə, onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. Müvafiq əmlakın qiymətləndirilməsi zamanı “X15 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin 03 iyun 2021-ci il tarixli YDN seriyalı 038 nömrəli qiymətləndirmə rəyində ola likvid dəyəri əsas götürülməlidir. Beləliklə məhkəmə hesab edir ki, ipoteka predmetinə tutma yönəldildikdə, Bakı şəhəri, Nərimanov rayonu, X23 küçəsi, ev 92a, 30 nömrəli mənzilin ilkin satış qiyməti 70.000 (yetmiş min) manat məbləğində müəyyən edilməlidir. Eyni zamanda, tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulmadığından, eləcə də qeyd edilən halın müstəqil iddia tələbinin predmeti olduğundan, iddia tələbi “mənzilə istifadə hüquqlarına xitam verilmə” hissəsində təmin edilə bilməz. Müstəqil tələb irəli sürən üçüncü şəxslər X17 və X10 cavabdehlər Para BOKT ASC-yə, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinə münasibətdə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər; 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirilə bilər. Belə miibahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.3-cii maddəsinə əsasən, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin; 339.5-ci maddəsində göstərilir ki, əgər 339.1. 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui- istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir; 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir; 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər; 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər; 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; Məhkəmə hesab edir ki, müstəqil tələb irəli sürən üçüncü şəxslər X17 və X18 iddia ərizələrində göstərdikləri halları əsaslandıran sübutları məhkəməyə təqdim etməmişlər. İpoteka müqaviləsi baglanarkən qanunvericiiyin tələblərinin pozulma halları baş verməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Bank Olmayan Kredit X21 Cəmiyyəti tərəfindən ödənilən 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh1 aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Bank Olmayan Kredit X21 Cəmiyyətinin iddia ərizəsi qismən təmin edilsin. 18 dekabr 2013-cü il tarixli, 302/13/PBN nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 əsas borc üzrə 19632,49 ABŞ dolları əsas borc, 4644,49 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları cərimə borcu, cəmi 24.776,98 (iyirmi dörd min yeddi yüz yetmiş altı dollar, doxsan səkkiz sent) ABŞ dolları; 25 aprel 2014-cü il tarixli, 029/14/PBN/PK nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 190,53 ABŞ dolları faiz borcu (yüz doxsan dollar əlli üç sent) ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində borc, və 30,00 (otuz) manat ödənilən dövlət rüsumu, İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdehdən tutulmalı olan məbləğ borc öhdəliyinin təminatı kimi İddiaçı Bank Olmayan Kredit X21 Cəmiyyətinin qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nərimanov rayonu, X23 küçəsi, ev 92a, 30 nömrəli mənzilə yönəldilsin. Həmin mənzil açıq hərrac yolu ilə realizə edilsin. Mənzilin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsait X17 və X12 verilsin. İpoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, X23 küçəsi, ev 92a, 30 nömrəli mənzilin ilkin satış qiyməti 70.000 (yetmiş min) manat müəyyən olunsun. Bakı şəhəri, Nərimanov rayonu, X23 küçəsi, ev 92a, 30 nömrəli mənzil açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində boşaldılsın. Qalan hissədə İddiaçı Bank Olmayan Kredit X21 Cəmiyyətinin iddia ərizəsi təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Cavabdeh1 tutulub dövlət büdcəsinə ödənilsin. Müstəqil tələb irəli sürən üçüncü şəxslər X17 və X10 cavabdehlər Para BOKT ASC-yə, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar