Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-721/2020 03.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi İbrahimova Ramilə Namiq qızının katibliyi, Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh1 Qarşılıqlı iddia tələbi üzrə Cavabdeh2 oglunun iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Cavabdeh1 qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi və müqavilə üzrə alınmış əmlakın geri qaytarılması” tələbinə dair ilkin və iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı “ödənilmiş pul vəsaitinin, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Cavabdeh1 qarşı “alqısatqı müqaviləsinin ləğv edilməsi və müqavilə üzrə alınmış əmlakın geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh1 arasında bağlanılmış, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, 23 ünvanında yerləşən, 47,9 kv.metr qeyri-yaşayış sahəsinin alqısatqısına dair xx xxx 2019-cu il tarixli, 4349 nömrəli müqavilənin ləğv edilməsi, həmin qeyriyaşayış sahəsinin boşaldılaraq iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə təhvil verilməsi vəzifəsi Cavabdeh1 üzərinə qoyulması, müqavilə üzrə Cavabdeh1 tərəfindən ödənilmiş 3.500(üç min beş yüz) manat məbləğində vəsaitin satıcıya-Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə vurulmuş zərərin əvəzi kimi qəbul edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi iddia ərizəsini onunla əsaslandırmışdır ki, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının xx xxx 2000-ci il tarixli Qanununa, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2000-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulia küçəsi, 23 ünvanında yerləşən, 47,9 kv.metr qeyri-yaşayış sahəsi satıcı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağlanılmış xx xxx 2019-cu il tarixli, 4349 nömrəli alqı-satqı müqaviləsinə əsasən 48.000 (qırx səkkiz min) manat qiymətə alıcı Cavabdeh1 satılmışdır. Cavabdeh1 ona satılmış qeyri-yaşayış sahəsinin müqavilə üzrə müəyyən edilmiş satış qiymətindən 3.500 (üç min beş yüz) manat məbləğində pul vəsaitini ödəmiş, digər hissənin, yəni 44.500 (qırx dörd min beş yüz) manat məbləğində hissəsinin ödənilməsini həyata keçirməmişdir. Alıcı bununla alqı-satqı müqaviləsinin şərtlərini, həmçinin bir sıra mülki hüquq normalarını pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsinin 2.2.2-ci bəndinə əsasən, alıcı müqavilə imzalandığı andan 30 (otuz) gün müddətində əmlakın tam dəyərini satıcının-Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Azərbaycan Respublikasının Mərkəzi Bankındakı tranzit hesabına köçürməyi öhdəsinə götürmüşdür. İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Cavabdeh1 müqavilə üzrə ödənilməmiş məbləğin ödənilməsinə, əks təqdirdə müqavilənin ləğv olunacağına dair xx xxxx 2019-cu il tarixli, **********64 nömrəli bildiriş göndərilsə də, alıcı-Cavabdeh1 satın aldığı əmlakın dəyərini tam ödəməmişdir. Göründüyü kimi, alıcı həm müqaviləyə, həm də mülki hüquq normalarına əsasən satın aldığı əmlakın dəyərini müqavilə ilə müəyyənləşdirilmiş müddətdə (30 (otuz) gün ərzində) ödəməyə borclu olsa da, bu vəzifəsini icra etməmiş, bununla müqavilənin şərtlərini və Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq normalarını pozmuşdur. Eyni zamanda, tərəflər arasında imzalanmış xx xxx 2019-cu il tarixli, 4349 nömrəli alqı-satqı müqaviləsinin 2.1.1-ci bəndinə əsasən əmlakın dəyəri tam ödənildikdən sonra satıcı müqavilənin bir nüsxəsini əmlak üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin aidiyyəti ərazi idarəsinə göndərir. Alıcı əmlakın dəyərini tam ödəmədiyinə görə onun hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, qeyri-yaşayış sahəsi dövlət mülkiyyətində qalmış və Cavabdeh1 həmin əmlak üzərində faktiki sahibliyi qanunsuzdur. Beləliklə, məhkəmə tərəfindən alqı-satqı müqaviləsinin ləğv edilməsi ilə yanaşı, həmçinin müqavilənin predmeti olmuş əmlakın satıcıya qaytarılması vəzifəsi də alıcının üzərinə qoyulmalıdır. Qeyd edilənlərdən əlavə, alıcı müqavilənin şərtlərini icra etməməklə əmlakın mülkiyyətçisinə (dövlətə) maddi ziyan da vurmuşdur. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsindən əldə olunan pul vəsaiti dövlət büdcəsinə köçürülür. Alıcı müqavilədə nəzərdə tutulmuş əmlakın dəyərini tam ödəməmiş, bununla satıcını dövlət əmlakının satışından dövlət büdcəsinə daxil olmalı olan gəlirdən qismən məhrum etmişdir. Qeyd edilənlərə əsasən, Cavabdeh1 tərəfindən müqavilə üzrə ödənilmiş vəsait satıcıya-iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə vurulmuş zərərin əvəzi kimi nəzərə alınmalı və alıcıya qaytarılmamalıdır. Cavabdeh1 Cavabdeh2 və iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı “ödənilmiş pul vəsaitinin, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan alınmış cəmi 45.000 (qırx beş min) manat, vurulmuş maddi-mənəvi ziyanın əvəzi olaraq 10.000 (on min) manat pulun, cəmi 55.000 (əlli beş min) manat məbləğində pul vəsaitinin Cavabdeh2 tutularaq onun xeyrinə ödənilməsi haqqında qətnamə, Cavabdeh2 əməllərində dələduzluq halının və saxta sənəd hazırlatmasını nəzərə alıb, onun barəsində xüsusi qərar çıxarıb prokurorluğa göndərilməsi bəradə müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh1 qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin iddiası əsasında cavabdeh tərəf olaraq ünvan 3 ünvanında yerləşən 47,9 kv.metrlik zirzəmi qeyri-yaşayış sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ona 48.000 (qırx səkkiz min) manat qiymətinə satılmışdır. Borcundan 22.500 (iyirmi iki min beş yüz) manat ödəmişdir. Onun Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə problemi yoxdur. Ancaq hazırda yaşanan problemin ortaya çıxmasına səbəb əvvəllər özünü Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin işçisi kimi tanıtmış, xidməti vəsiqəsi olan Cavabdeh2 inanmağı olmuşdur. Belə ki, əvvəlki özəlləşdirdiyi mülklər üçün komitəyə çox gedib gəlmişdir. Orada Cavabdeh2 dəfələrlə görmüş, səhhətində problemlər yaşadığı üçün və işinin asan başa gəlməsindən ötrü qonşusu Arzuman Süleymanov ilə birlikdə onunla söhbətlər aparmışdır. Cavabdeh2 birinci dəfə xx xxx 2019-cu il tarixdə 25.500 (iyirmi beş min beş yüz) manat qiymətinə zirzəmini özəlləşdirib ona çıxarış verəcəyini demişdir. Həmin pulun 22.500 (iyirmi iki min beş yüz) manat hissəsini banka ödəmişdir. İkinci ünvan üçün Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, 23 həyətə qaraj üçün obyektin özəlləşdırilməsinə beh üçün eyni ünvanda birinci mərtəbə 700 kv.metr həmin yerin 100 kv.metr hissəsini özünə, 600 kv.metr hissəsini isə ona özəlləşdirmək üçün ondan 20.000 (iyirmi min) manat məbləğində pul vəsaiti almışdır. Bır müddətdən sonra birinci ünvan olaraq 47,9 kv.metr sahənin çıxarışını onun və Arzuman Süleymanovun telefonuna göndərmişdir. O çıxarışın əslini istəmiş, Cavabdeh2 isə müxtəlif bəhanələrlə vaxtı uzatmışdır. O, bundan narahat olaraq noyabr ayında Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinə şikayət etmişdir. Orada ondan 25.000 (iyirmi beş min) manat məbləğində pul vəsaitini nağd qaydada alıb ona qaytarmışdılar. Bir neçə gündən sonra Cavabdeh2 ona bildirmişdir ki, həmin 25.000 (iyirmi beş min) manat məbləğində pul vəsaitini o nağd olaraq banka ödəsin ki, qalanı ona qalsın. xx xxxxxx 2019-cu il tarixdə qəbz də yazıb bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə çıxarışı ona verəcəkdir. Texniki pasportunu qabaqcadan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsindən aldığı 35 kv.metrlik qaraj sahəsini 700 kv.metrlik sahə üçün 350.000 (üç yüz əlli min) manat verəcəyi nəzərdə tutulurdu. Cavabdeh2 ona Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Əmlak Xidmətlər Məkanında obyektlərinin çıxarışlarını göstərərək, çıxarışları sistemə salacağını, bəzi ödənişləri edəcəyini və bir həftə ərzində çıxarışları çıxarıb ona verəcəyini bildirmişdir. Əlavə olaraq ona orada tanımadığı 11 nəfərə məxsus çıxarışları da göstərib, bunları da özünün hazırladığını bildirmişdir. Ancaq sonradan bunların yalan olduğunu görmüşdür. Əmlakını ələ keçirdiyini və çıxarışların alınmadığını başa düşüb mübahisəli məsələnin həlli üçün məhkəməyə müraciət etməyi qərara almışdır. Əlavə olaraq, bu işlərdən ötrü onun vaxtı, pulu, səhhəti, yaxınları yanında hörmətini itirdiyini nəzərə alıb, vurulmuş maddi-mənəvi ziyandan ötrü Cavabdeh2 10.000 (on min) manat məbləğində pul vəsaitinin də tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq qaydada prosessual hərəkətlər həyata keçirilmiş, ona ilkin iddia ərizəsi ilə bir icraatda baxılması qərara alınmışdır. İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi xx xxxx 2020-ci il tarixdə xx xxxx 2020-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin geri qaytarılması barədə müvafiq qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi müvafiq ərizəsini onunla əsaslandırmışdır ki, qeyd edilən iddia ərizəsi ilə məhkəməyə müraciət edildikdən sonra cavabdeh şəxs tərəfindən satın alınmış əmlakın dəyəri tam ödənilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(005)-721/2020 nömrəli qərardadı ilə iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Cavabdeh1 qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi və müqavilə üzrə alınmış əmlakın geri qaytarılması” tələbinə dair ilkin iddia ərizəsi baxılmamış saxlanılmışdır. Məhkəmə iclasında qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia ərizəsinə uyğun izahat verərək, onun təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında qarşılıqlı iddia tələbi üzrə Cavabdeh2 qarşılıqlı iddianı qəbul etməyərək iddiaçıya borcunun olmamasını, aldığı pulları geri əmlaka ödəməsini və Cavabdeh1 heç bir borcunu olmamasını bildirmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh təşkilatın nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi-satıcı ilə Cavabdeh1-alıcı arasında bağlanmış xx xxx 2019-cu il tarixli 4349 nömrəli müəssisənin (obyektin) alqı-satqı müqaviləsinin müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, müqavilənin predmetini alıcının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların təşkili üzrə Auksion Mərkəzi tərəfindən xx xxx 2019-cu il tarixdə keçirilən hərracda 17/01 nömrəli protokola əsasən satın aldığı 47,9 kv.metr qeyri-yaşayış sahəsi təşkil edir (1.1-ci bənd). Satıcı satır, alıcı isə bu müqavilədə göstərilən şərtlərlə Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, 23 ünvanında yerləşən 47,9 kv.metr qeyri-yaşayış sahəsini hərracdan satış qiyməti ilə 48.000 (qırx səkkiz min) manat qiymətə satın alır (1.2-ci bənd). Hərracda satılmış müəssisənin (obyektin) satış qiyməti tam ödənildikdən və hüquqlar müvafiq qaydada qeydiyyata alındıqdan sonra onun üzərində alıcının mülkiyyət hüququ yaranır; ASAN-Masallı tərəfindən xx xxxx 2017-ci il tarixdə verilmiş xx xxxxxx 1967-ci il təvəllüdlü Cavabdeh2 məxsus AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əlavə edilmiş xx xxxxxx 2019-cu il tarixli əlyazmanın məzmunundan görünür ki, Cavabdeh2 Cavabdeh1 aldığı pul vəsaitinin 22.500 (iyirmi iki min beş yüz) manat hissəsinin kassaya ödəməsini, müvafiq qəbzlərin (çeklərin) Cavabdeh1 olmasını, yanvar ayının 10-na qədər qeyd edilən qeyri-yaşayış sahəsinin çıxarışını verəcəyini bildirərək, imzası ilə yazdıqlarını təsdiq etmişdir; Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin Cavabdeh1 ünvanladığı xx xxxx 2019-cu il tarixli bildirişin müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, 23 ünvanında yerləşən 47,9 kv.metr qeyri-yaşayış sahəsinin satışı ilə əlaqədar Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh1 bağladığı xx xxx 2019-cu il tarixli 4349 nömrəli alqı-satqı müqaviləsinin 2.2.2-ci bəndinə müvafiq olaraq əmlakın satış qiyməti olan 48.000 (qırx səkkiz min) manatdan 3.500 (üç min beş yüz) manat onun tərəfindən ödənilmiş, qalan məbləğ ödənilməmişdir. Müqavilə üzrə ödənilməmiş 44.500 (qırx dörd min beş yüz) manat vəsait 10 (on) gün ərzində ödənilməlidir. Müvafiq bildiriş ona təqdim edildiyi tarixdən 10 (on) gün ərzində ödəniş həyata keçirilməzsə, müqavilənin 3.1-ci bəndinə əsasən həmin müqavilə əlavə xəbərdarlıq edilmədən ləğv olunacaqdır; Cavabdeh1 Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə ünvanladığı xx xxxxxx 2019-cu il tarixli ərizənin surətindən və məzmunundan görünür ki, xx xxxx 2019-cu il tarixdə Cavabdeh2 adlı şəxs ondan 1 (bir) ay müddətinə borca 24.500 (iyirmi dörd min beş yüz) manat məbləğində pul almış, 2 (iki) ay keçməsinə baxmayaraq pulunu qaytarmamışdır. Bununla bağlı müvafiq tədbirlərin görülməsini xahiş etmişdir; Cavabdeh2 Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə ünvanladığı ərizənin surətindən və məzmunundan görünür ki, xx xxxx 2019-cu il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Montin qəsəbəsində tanıdığı Cavabdeh1 1 (bir) ay müddətinə 24.500 (iyirmi dörd min beş yüz) manat məbləğində borc almış, lakin vaxtında qaytara bilməmişdir. Lakin qeyd edilən pul məbləğini Cavabdeh1 özünə qaytarmışdır; Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin xx xxxxxx 2019-cu il tarixli arayışın surətindən və məzmunundan görünür ki, ünvan 5 ünvanında yaşayan Cavabdeh1 ərizə ilə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə müraciət edərək, xx xxxx 2019-cu il tarixdə tanışı Qabil adlı şəxsə bir ay müddətində qaytarmaq şərti ilə 24.500 (iyirmi dörd min beş yüz) manat məbləğində borc pul vermişdir, lakin qeyd olunan şəxs vədinə əməl etməyərək həmin pul məbləğini geri qaytarmamışdır. Cavabdeh1 təkrarən Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə müraciət edərək, 24.500 (iyirmi dörd min beş yüz) manat məbləğində borc pul vəsaitinin ona qaytarıldığını bildirmiş və əvvəlki ərizənin icrasının dayandırılmasını xahiş etmişdir. Göründüyü kimi, Cavabdeh1 ərizəsində qeyd olunan xüsusatlar mülki xarakterlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, toplanmış materialın işə alınması və bu barədə müraciət edən vətəndaşa məlumat verilməsi məqsədə müvafiq hesab edilmişdir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Maliyyə, İqtisadi Proqnozlaşdırma və Daxili Audit Şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli özəlləşdirilmiş qeyri-yaşayış sahələrinin hesab vərəqəsinin məzmunundan görünür ki, satış qiyməti 48.000 (qırx səkkiz min) manat olan Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, 23 ünvanında yerləşən 47,9 kv.metr qeyri-yaşayış sahəsi üçün alıcı-Cavabdeh1 tərəfindən xx xxxxx 2019-cu il tarixdən xx xxxxxxx 2019-cu il tarixədək olan müddət ərzində 22.500 (iyirmi iki min beş yüz) manat məbləğində ödəniş həyata keçirilmiş, qalıq borc 25.500 (iyirmi beş min beş yüz) manat təşkil etmişdir; Məhkəmə ilk növbədə iddia ərizəsinin borc tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; 324.3-cü maddəsinə əsasən bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir; 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir; 446.1-ci maddəsinə əsasən kreditor vaxtı çatmış və ona təklif olunmuş icranı qəbul etmirsə və ya borclunun öz öhdəliyini icra edə bilmək üçün ondan gözlədiyi hərəkətləri yerinə yetirmirsə, icranı gecikdirmiş sayılır; 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər; 741-ci maddəsinə əsasən-əgər müqavilənin iştirakçılaı borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi-satıcı ilə Cavabdeh1-alıcı arasında bağlanmış xx xxx 2019-cu il tarixli 4349 nömrəli müəssisənin (obyektin) alqı-satqı müqaviləsinə əsasən alıcı Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, 23 ünvanında yerləşən 47,9 kv.metr qeyri-yaşayış sahəsini hərracdan satış qiyməti ilə 48.000 (qırx səkkiz min) manat qiymətə satın almışdır. Cavabdeh2 məxsus şəxsiyyət vəsiqəsinin surətinə əlavə edilmiş xx xxxxxx 2019-cu il tarixli əlyazmasına əsasən Cavabdeh2 Cavabdeh1 aldığı pul vəsaitinin 22.500 (iyirmi iki min beş yüz) manat hissəsinin kassaya ödəməsini, müvafiq qəbzlərin (çeklərin) Cavabdeh1 olmasını, yanvar ayının 10-na qədər çıxarışını verəcəyini bildirərək, imzası ilə təsdiq etmişdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin Cavabdeh1 ünvanladığı bildirişlə Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, 23 ünvanında yerləşən 47,9 kv.metr qeyriyaşayış sahəsinin satış qiyməti olan 48.000 (qırx səkkiz min) manatdan 3.500 (üç min beş yüz) manat onun tərəfindən ödənildiyi, qalan məbləğin ödənilmədiyi, ödənilməmiş 44.500 (qırx dörd min beş yüz) manat vəsaitin 10 (on) gün ərzində ödənilmədiyi təqdirdə, əlavə xəbərdarlıq edilmədən müvafiq müqavilənin ləğv olunacağı barədə məlumat verilmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə xx xxxxxx 2019-cu il tarixli ərizə ilə müraciət edərək, Cavabdeh2 adlı şəxs ondan 1 (bir) ay müddətinə borca 24.500 (iyirmi dörd min beş yüz) manat məbləğində pul almış, 2 (iki) ay keçməsinə baxmayaraq pulunu qaytarmamışdır. Cavabdeh2 Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə ünvanladığı ərizədən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Montin qəsəbəsində Cavabdeh1 aldığı 24.500 (iyirmi dörd min beş yüz) manat məbləğində borc vəsaitini vaxtında qaytara bilməmiş, lakin qeyd edilən pul məbləğini sonradan Cavabdeh1 özünə qaytarmışdır. Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin xx xxxxxx 2019-cu il tarixli arayışla Cavabdeh1 ərizəsində qeyd olunan xüsusatlar mülki xarakterli olduğu qeyd edilərək, bu barədə müraciət edən vətəndaşa məlumat verilməsi məqsədə müvafiq hesab edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Maliyyə, İqtisadi Proqnozlaşdırma və Daxili Audit Şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli özəlləşdirilmiş qeyri-yaşayış sahələrinin hesab vərəqəsinə əsasən, satış qiyməti 48.000 (qırx səkkiz min) manat olan Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, 23 ünvanında yerləşən 47,9 kv.metr qeyri-yaşayış sahəsi üçün alıcı-Cavabdeh1 tərəfindən xx xxxxx 2019-cu il tarixdən xx xxxxxxx 2019-cu il tarixədək olan müddət ərzində 22.500 (iyirmi iki min beş yüz) manat məbləğində ödəniş həyata keçirilmiş, qalıq borc 25.500 (iyirmi beş min beş yüz) manat təşkil etmişdir. Belə ki, mülki iş materiallarında olan qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 təqdim etdiyi, o cümlədən məhkəmə tərəfindən əldə edilən sübutlardan qarşılıqlı iddia tələblərinin təmin edilməli olduğu qənaətinə gəlmək mümkün deyildir. Mülki iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh1 iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Məhkəmə qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh1 10.000 (on min) manat məbləğində maddi-mənəvi zərər tələbi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə X6 Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və X6 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və X6 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Yuxarıda qeyd olunan qanunvericilik aktlarına əsasən məhkəmə qeyd edir ki, qarşılıqlı iddia tələbi üzrə cavabdehin hər hansı hərəkəti nəticəsində qarşılıqlı iddia tələbi üzrə iddiaçıya hər hansı bir mənəvi zərərin yetirilməsi sübut olunmur. Ona görə də qarşılıqlı iddia tələbi maddimənəvi zərər hissədə də təmin olunmamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının: 125-ci maddəsinin Vİİ hissəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; 127-ci maddəsinin Vİİ hissəsinə görə isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Bu prinsip Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddəyə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Krçmarın Çex Respublikasına qarşı” işi üzrə xx xxxx 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, ədalətli araşdırma anlayışını daha da genişləndirən elementlərdən biri olan tərəflərin bərabərliyi prinsipi hər tərəfə, onu qarşı tərəfə nisbətən əhəmiyyətli dərəcədə əlverişsiz şəraitdə qoymayan şəkildə öz işini təqdim etmək imkanının verilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X1rşı işdə” qeyd etmişdir ki, Konvensiya nəzəri və ya xəyali hüquqların deyil, praktiki və səmərəli hüquqların təmininə yönəlmişdir. Məhkəmədə çəkişmə prinsipi prosessual funksiyaların ciddi olaraq fərqləndirilməsində, tərəflərin prosessual bərabərliyində və məhkəmənin tərəflərə münasibətdə müstəqil vəziyyətində təzahür edir. Çəkişmə və tərəflərin bərabərliyi prinsipi tərəflərə bərabər prosessual imkanların verilməsini nəzərdə tutmalıdır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, qarşılıqlı iddia ərizəsi rədd edilməlidir. Qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh1 Cavabdeh2 barəsində xüsusi qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir, məhkəmə həmçinin hesab edir ki, məhkəmə araşdırması zamanı Cavabdeh2 barəsində xüsusi qərardad çıxarılması ilə bağlı hüquqi əsaslar müəyyən edilməmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı “ödənilmiş pul vəsaitinin, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, qarşılıqlı iddiaçı Cavabdeh1 tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu qarşılıqlı iddia tələbi rədd edildiyindən özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı “ödənilmiş pul vəsaitinin, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı şəxsə aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-721/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-721/2020
03.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver