Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8409/2021 22.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 nümayəndəsi X4 iştirakları ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(005)-2923/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Xammal və X15 Mərkəzi Cavabdeh1nə, LPO Cavabdeh2manətlərin Sığortalanması Fondu və Cavabdeh3nə qarşı “hərracın yekunları barədə protokolun və alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-nin keçirdiyi hərracın nəticələrinin ləğv edilməsi, o cümlədən hərracın yekunları barədə 35/03 nömrəli, 29 iyul 2019-cu il tarixli protokolun, həmin protokolun əsasında bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, 04 mart 2015-ci il tarixdə cavabdeh QSC “Bank Standard" KB ilə aralarında 50000 ABŞ dolları məbləğində kredit verilməsi üçün kredit müqaviləsi bağlanmışdır. 06 mart 2015-ci il tarixdə isə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair kredit müqaviləsinin təminatı kimi ipoteka müqaviləsi bağlanmışdır. Bildirir ki, yuxarıda göstərilən ev həyat yoldaşı X2 xüsusi mülkiyyətində olduğu üçün ipoteka müqaviləsi onunla QSC “Bank Standard” KB arasında bağlanmışdır. Tərəfindən kreditin bir hissəsi ödənildikdən sonra müəyyən səbəblərdən ödənişi davam etdirmək mümkün olmamış və barəsində kreditin ödənilməsinə dair qətnamə verilmişdir. Belə ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-2217/2018 saylı 12 fevral 2018-ci il tarixli qətnaməsinə əsasən onunla QSC “Bank Standard” KB arasında bağlanmış 14 mart 2015-ci il tarixli 160/00/351/15 saylı kredit müqaviləsi üzrə 44051,40 ABŞ dolları əsas borc, 11232,18 ABŞ dolları faiz borcu, ümumilikdə 55283,58 ABŞ dolları və ya ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla borcun, 30 manat məhkəmə, 30 manat ipatekanın qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun müştərək qaydada ondan, həyat yoldaşı X6 və oğlu X13 oğlundan QSC “Bank Standard" KB-nin xeyrinə tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmeti olan ünvan 2 ünvanında, ümumi sahəsi 191,4 kv.m-dən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 79000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması və onun satışından əldə ediləcək pul vəsaiti hesabına kredit borcunun ödənilməsi qət edilmişdir. Cavabdeh3 24 aprel 2019-cu il tarixli, 63/20 nömrəli məktubuna əsasən açıq hərracın keçirilməsinə dair sifariş edilmiş, 10 iyun 2019-cu il, 01 iyul 2019-cu il tarixlərdə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evin satılmadığından “Külək" MMC Hərrac Mərkəzi tərəfindən ləğv prosesində olan QSC Bank Standard KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna təklif edilmiş və ev həmin qurum tərəfindən əldə edilmişdir. Hesab edir ki, hərrac qanunsuz keçirilmişdir. Belə ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi X6 14 mart 2019-cu il tarixdə vəfat etmişdir. Buna baxmayaraq icra məmuru tərəfindən yuxarıda göstərilən icra sənədi üzrə icraat dayandırılmamış və hərrac keçirilmişdir. Halbuki, “İcra Haqqında” qanunun tələbinə görə borclu öldüyü halda vərəsələr müəyyən edilənədək icra sənədi üzrə icraat dayandırılmalıdır. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(005)-2923/2021 saylı qətnaməsi ilə İddiaçı iddia tələbi təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(005)-2923/2021 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, hərrac qanunsuz keçirilmişdir. Belə kı. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi X6 14 mart 2019-cu il tarixdə vəfat etmişdir. Buna baxmayaraq icra məmuru tərəfindən yuxarıda göstərilən icra sənədi üzrə icraat dayandırılmamış və hərrac keçirilmişdir. Halbuki, “İcra Haqqında” qanunun tələbinə görə borclu öldüyü halda vərəsələr müəyyən edilənədək icra sənədi üzrə icraat dayandırılmalıdır. Azərbaycan Respublikasının Mülkü Məcəlləsinin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra verilir. Bakı şəhər Nərimanov rayon Məhkəməsi 29.06.2021-ci il tarixli, 2(005)-2923/2021 saylı qətnaməsini belə əsaslandırmışdır ki, İddiaçı və onun mərhum həyat yoldaşı X1 təkrar hərracın vaxtı və yeri barədə hərracın keçirilməsinə dair bildirişlərlə məlumatlandırılmış və mərhumun ailə üzvləri mərhumun ölümü haqqında hərrac təşkilatına məlumat verməmişdir. Tarixlərə nəzər saldıqda görünür ki, X6 14 mart 2019-cu il tarixdə vəfat etmiş, 24 aprel 2019-cu il tarixli, 63/20 nömrəli məktubla hərrac sifariş edilmiş, 10 iyun 2019-cu il tarixdə ilkin hərrac keçirilmişdir. Qanunla iddiaçının mərhum haqqında icra idarəsinə və ya hərrac təşkilatına məlumat vermə vəzifəsi olmasada, onun oğlu X13 oğlu atasının vəfat etməsi ilə bağlı aprel ayında Sumqayıt şəhər icra idarəsinin icra məmuruna məlumat vermiş, bundan sonra hərrac barədə bildirişlər alsa da, hərracın davam etdiyini anlamamışdır. Çünki, icraatın dayandırıldığını düşünmüşlər. Əlavə qeyd olunmalıdır ki, Ədliyyə Nazirliyi İcra Xidmətində Elektron icra sistemi mövcuddur. Bu sistemdə şəxsi məlumatlar, o cümlədən şəxsin vəfat etməsi haqqında məlumat dərhal qeyd olunur. Yəni icra məmuruna məlumat verilməsə belə özü dərhal məlumat əldə edir. Oxşar məsələ ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi 2(102)- 6907/2019 saylı 30.10.2019-cu il tarixli qərarında vətəndaşın ailə üzvünün vəfat etməsi ilə bağlı icra məmuruna və ya hərrac təşkilatına müraciət etməməsi ilə bağlı məsələni fərqli qiymətləndirilir. Belə ki, qərarda göstərilir məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların hər iki valideyninin qazdan boğularaq öldüyü nəzərə alınarsa, onların bu hadisədən təsirlənərək ikinci hərracın vaxtınadək icra məmuruna və ya hərrac təşkilatına bu barədə məlumat verə bilməməsi anlaşılandır. Həmçinin vərəsəlik hüququnun rəsmiləşdirilməsi üçün də qanunla müəyyən müddət tələb olunur. Belə olan halda onların ipoteka qoyanın ailə üzvü kimi hərracdan məlumatlı olmaları hərracın qanuni keçirilməsini deməyə əsas vermir. Məhkəmə kollegiyası hesab edir ki, birinci hərracdan sonra ipoteka qoyan vəfat etdiyindən onun ikinci hərracda iştirakı barədə məlumatlı olması keçirilmiş hərracın qanuni olması nəticəsinə gəlməyə əsas vermir. “İcra Haqqında” qanunun tələbinə görə borclu öldüyü halda vərəsələr müəyyən edilənədək icra sənədi üzrə icraat dayandırılmalıdır. Bu normada vəfat edənin ailə üzvləri məlumat vermədikdə və digər hallar olarsa icraat davam etdirilir kimi istisnalar müəyyən edilməmişdir. Bu şəkildə qanunsuz hərracın keçirilməsi ilə iddiaçının və övladlarının vərəsəlik hüququ pozulmuşdur. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsi ilə bağlı yeni qətnamə qəbul edilməsini xahiş etdi, izahatında “həyat yoldaşının vəfat etməsi ilə bağlı icra məmuruna məlumat verməsi” ilə bağlı suala susqunluqla cavab verdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 nümayəndəsi X7 apellyasiya şikayətini qəbul etmədi, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(005)-2923/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi, izahatında qeyd etdi ki, hərrac qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir. İddiaçının özü birinci növbə vərəsə olmaqla, hərracların keçirilməsi barədə məlumatlı olmuşdur. Əgər istəsəydi, hərracda iştirak edib, ipoteka predmetini ödəniş etməklə hərracdan çıxarda bilərdi. 29.07.2019-cu ildə hərracın yekunları barədə protokol tərtib olunub. İddiaçı 17 may 2021-ci ildə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməklə, sadəcə olaraq hüquqdan sui-istifadə etmək istəyir. Xahiş etdi ki, apellyasiya şikayəti əsassız olduğundan, təmin edilməsin. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, cavabdeh Azərbaycan Xammal və X15 Mərkəzi Cavabdeh1 və Sumqayıt şəhər İcra İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlçr. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir. Çünki iddiaçı tərəf qətnaməni tam olaraq mübahisələndirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası bu kontekstdə iddiaçını, onun vəkili və nümayəndəsini və cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(005)-2923/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, “Bank Standard” KB ilə İddiaçı arasında bağlanmış 04.03.2015-ci il tarixli, 160/00/351/15 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı bank cavabdehə 48 ay müddətinə 50000 manat məbləğində kredit vermişdir. İddiaçı, Məmmədov Ələşrəf Əlsafa oğlu və X13 oğlu ilə bank arasında bağlanmış 04.03.2015-ci il tarixli, 160/00/351/15 №-li zaminlik müqaviləsindən görünür ki, müvafiq müqaviləyə əsasən onlar kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. 06.03.2015-ci il tarixli 160/00/351/15 nömrəli ipoteka müqaviləsindən görünür ki, Məmmədov Ələşrəf Əlsafa oğlu ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini QSC "Bank Standard" KB qarşısında ipoteka ilə yüklü edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-2217/2018 saylı, 10 avqust 2018-ci il tarixli qətnaməsindən görünür ki, ilk iddia üzrə iddiaçı QSC “Bank Standard” KB-nin apeliyasiya şikayəti təmin olunmaması, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı apelyasiya şikayətinin qismən təmin olunması, hazırkı iş üzrə Sumqayıt şəhər Məhkəməsinin 2(060)-758/2018 saylı, 12 fevral 2018-ci il qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinə dair hissədə dəyişdirilməsi, həmin hissədə ipoteka predmeti olan Sumqayıt şəhəri, 16-cı mikrorayon, 141a ünvanında, ümumi sahəsi 191.4 kv.m-dən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 120000 manat müəyyən edilməsi, qətnamənin qalan hissədə QSC “Bank Standard” KB ilə İddiaçı arasında bağlanmış 04.03.2015-ci il tarixli, 160/00/351/15 saylı kredit müqaviləsi üzrə 44051,40 ABŞ dolları əsas borcu; 11232,18 ABŞ dolları məbləğində faiz borcu, 500 ABŞ dolları cərimə borcu, ümumilikdə 55783,58 ABŞ dolları və ya ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla borcun, manat məhkəmə üçün və 30 manat ipotekanın qeydə alınması üçün ödənilmiş, cəmi 60 manat məbləğində dövlət rüsumunun müştərək qaydada İddiaçı, X13 oğlu Məmmədov Ələşrəf Əlsafa oğlundan QSC “Bank Standard” KB-nin xeyrinə tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmeti olan Sumqayıt şəhəri, 16-cı mikrorayon, 141a ünvanında, ümumi sahəsi 191.4 kv.m-dən ibarət fərdi yaşayış evinin açıq hərracdan satılması və onun satışından əldə ediləcək vəsaiti hesabına cavabdehlərdən tutulmalı olan 55783,58 ABŞ dolları və ya ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla borcun və 60 manat məbləğində dövlət rüsumunun QSC “Bank Standard” KB-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, İddiaçı qarşılıqlı iddia tələbinin təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılması, Apelyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi, iş üzrə keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası xərcinin dəyəri olan 300 manat pulun 150 manatı ilk iddia üzrə cavabdeh İddiaçı, 150 manat hissəsi isə ilk iddia üzrə iddiaçı QSC “Bank Standard” KB-dən tutularaq, "xxxx" MMC-nin müvafiq bank hesabı (“Paşa Bank“ ASC-də olan VÖEN: **********, cari hesab A/53PAHA******************** ödənilməsi qət edilmişdir. Sumqayıt şəhər İcra İdarəsinin Respublika Xammal və Əmtəə Birjası Cavabdeh1nə ünvanladığı 24 aprel 2019-cu il tarixli hərracın keçirilməsi haqqında sifariş məktubunun təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, 2(105)-2217/2018 saylı, 10 avqust 2018-ci il tarixli borclu Məmmədov Ələşrəf Əlsafa oğlundan İddiaçı və X3 cəmi 55783,58 ABŞ dolları (ödəniş gününə manata olan nisbətdə) və 60 manat məbləğində dövlət rüsumu QSC “Bank Standart” KBnin xeyrinə tutulmalıdır. Tutma ipoteka predmeti olan Sumqayıt şəhəri, 16-cı mikrorayon, 141a ünvanında, ümumi sahəsi 191,4 kv.m-dən ibarət fərdi yaşayış evinə yönəldilməli, açıq hərracda satılmalı və satışdan əldə ediləcək pul vəsaiti hesabına QSC “Bank Standart” KB-yə olan borc ödənilməlidir. İş üzrə keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası xərcinin dəyəri olan 300 manat pulun 150 manatı borclu İddiaçı, 150 manatı isə tələbkar QSC “Bank Standart" KB-dən tutularaq "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. İpoteka predmeti olan Sumqayıt şəhəri, 16-cı mikrorayon. 141 a ünvanında, ümumi sahəsi 191,4 kv.m-dən ibarət fərdi yaşayış evinin ilkin salış qiyməti 120000 manat müəyyən edilməlidir. Hərracın keçirilməsi və nəticəsi barədə məlumat verilməsi xahiş olunmuşdur. Respublika Xammal və Əmtəə Birjası Cavabdeh1 açıq hərracın keçirilməsinə dair 10 may 2020-ci il tarixli 01 nömrəli bildirişin müvafiq qaydada təsdiq edilmiş surətlərindən görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin 120000 (yüz iyirmi min manat) manat məbləğində açıq auksion formasında təkrar hərracın keçirilməsi 10 iyun 2020-ci il tarixə saat 11:00-a təyin edilmişdir; Respublika Xammal və Əmtəə Birjası Cavabdeh1 açıq hərracın keçirilməsinə dair 14 iyun 2020-ci il tarixli 02 nömrəli bildirişin müvafiq qaydada təsdiq edilmiş surətlərindən görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin 102000 (yüz iki min manat) manat məbləğində açıq auksion formasında təkrar hərracın keçirilməsi 01 iyul 2020-ci il tarixə saat 11:00-a təyin edilmişdir; Sumqayıt şəhər qeydiyyat şöbəsinin 29.03.2019-cu il tarixli, AZ-İ 980380 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, Məmmədov Ələşrəf Əlsafa oğlu 14.03.2019-cu il tarixdə Sumqayıt şəhərində ölmüşdür. 05.07.2019-cu il tarixli 01/2352 №-li Cavabdeh2na ünvanlanmış təklifdən görünür ki, Cavabdeh3 63/20 saylı, 24.04.2019-cı il tarixli sifariş məktubuna əsasən borclu İddiaçı məxsus ipoteka ilə yüklü Sumqayıt şəhəri, 16-cı mikrorayon, 14 la ünvanında yerləşən fərdi yaşayış evinin təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin 05.07.2019-cu il tarixli nömrəsində dan dərc edilmişdir. “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni 76500 (yetmiş altı min beş yüz) manat olmaqla ipoteka saxlayana təklif olunur. Daşınar və Daşınmaz Əmlakların satışı üzrə X16” Məhdud Məsuliyyətli Cəmiyyətinin Sumqayıt şəhər İcra İdarəsinə ünvanlanmış 20.07.2020-ci il tarixli, 01/1294№-li məktubundan görünür ki, Sizin 8991/20 saylı, 24.06.2020-ci il tarixli məktubunuza cavab olaraq bildiririk ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-2217 saylı. 10.08.2018-ci il tarixli icra sənədinə əsasən hərraca çıxarılmış, İddiaçı məxsus Sumqayıt şəhəri. 16-cı pıkr., 14la ünvanında yerləşən fərdi yaşayış evini “İpoteka Haqqında" Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən 29.07.2019-cu il tarixli 35/03 saylı hərracın yekunları haqqında protokolla ipoteka saxlayan və əldə etmək hüququna malik olan Ləğv prosesində olan QSC “Bank Standard” KB (**********773 saylı, 07.05.2019-cu il tarixli etibarnamə əsasında nümayəndəsi X5) əldə etmişdir. “Birja yenilikləri” qəzetinin 24-30 may 2019-cu il tarixli, 14-20 iyun 2019-cu il tarixli buraxılışlarının müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, 16-cı mikrorayon, 141a ünvanında yerləşən fərdi yaşayış evinin hərraca çıxarılması haqqında elan dərc edilmişdir. FM Express məktub və bağlama daşınması xidmətinin qəbzlərinin müvafiq qaydada təsdiq edilmiş surətlərindən görünür ki, X6 və İddiaçı ünvanlanmış bildirişlər həmin ünvandan qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 416-cı və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə hərracın keçirilməsinin ümumi qaydaları müəyyən edildiyi halda, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu ilə borcun ipoteka predmetinə yönəldilməsi məqsədilə keçirilən hərracın xüsusiyyətləri nəzərə alınmaqla qaydalar müəyyən edilmişdir. “İpoteka haqqında” Qanunun 41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata, (hərracın təşkilatçısına) sifariş verir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən, Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. Həmin Qanunun 42.3-cü maddəsinə əsasən, hərracın təşkilatçı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Həmin Qanunun 42.8-ci maddəsinə əsasən hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. Həmin Qanunun 43.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən o olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı və həmin müddət uzadılmasın. Həmin Qanunun 43.4-cü maddəsinə əsasən, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayanla ipoteka qoyan arasında müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Həmin Qanunun 43.5-ci maddəsinə əsasən, təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. , Həmin Qanunun 43.6-cı maddəsinə əsasən, təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Həmin Qanunun 43.7-ci maddəsinə əsasən, bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Həmin Qanunun 46.1-ci maddəsinə əsasən ipoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alğı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alğı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. Sadalanan xüsusatlara və qanunvericilik normalarına əsasən, kollegiya belə qənaətə gəlir ki, ipoteka predmeti olmuş ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə tutmanın yönəldilməsi məqsədilə Azərbaycan Xammal və X15 Mərkəzi Cavabdeh1 tərəfindən keçirilmiş hərracın etibarsızlığı üçün hər hansı bir əsaslar yoxdur. Belə ki, hərrac təşkilatçısı olan Azərbaycan Xammal və X15 Mərkəzi Cavabdeh1 qanunun tələblərinə riayət edilməklə ipoteka saxlayana, borcluya və ipoteka qoyana keçiriləcək hərracla bağlı məlumat verilməsi istiqamətində tədbirlər görüldüyü, həmçinin kütləvi informasiya vasitələrində elanların dərc edildiyi iş materiallarında olan sənədlərlə sübut olunur. Bununla da, mübahisəsiz qaydada təsdiq olunur ki, hərracın təyin olunması və keçirilməsindən ipoteka saxlayan, borclu və ipoteka qoyana bildirişlər göndərilmiş, borclu və onun ailə üzvləri hərracla bağlı kifayət qədər məlumatı olmuşlar. F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktyabr 2008-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, MM-in 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Göründüyü kimi, keçirilmiş ilkin və təkrar hərracla bağlı həm bildiriş, həm də kütləvi kütləvi informasiya vasitələrində məlumat dərc edilməklə, tərəflər məlumatlı olmuşlar. İddiaçı iddia ərizəsinin əsası kimi X2 14.03.2019-cu il tarixdə Sumqayıt şəhərində öldüyü və hərracın onun ölümündən sonra keçirildiyini əsas gətirərək, hərracın keçirilməsinin qanunsuz olduğunu iddia edir. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı iş üzrə borclu və Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbə vərəsə olmaqla, hərracın keçirilməsindən məlumatlı olmuşdur. İddiaçı hərracda satışına (alğı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alğı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək) “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.3 və 46.1-ci maddələrinə əsasən ipoteka saxlayanın əsas bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam vermək hüququna malik idi. Lakin iddiaçı və onun ailə üzvləri hərracdan məlumatlı olduqları halda bu hüquqdan istifadə etməmiş, iddiaçı ipoteka qoyan və eyni zamanda zamin olan həyat yoldaşı X2 vəfat etməsi ilə bağlı hərrac təşkilatına məlumat verilməmişlər. Kollegiya qeyd edir ki, iddiaçı 29.07.2019-cu il tarixdə hərracın yekunları barədə protokol tərtib edildiyi halda, 17 may 2021-ci il tarixdə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunan hal, iddiaçı tərəfindən hüquqdan sui-istifadəyə yol verməklə, iddia tələbinin əsassız olmasını təsdiq edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olmuş sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcburi halda hüquqi qiymət verməklə düzgün hesab etmişdir ki, iddia təmin edilməməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(005)- 2923/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-8409/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8409/2021
22.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver