Məhkəmə qərarları › İş №2(005)-741/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-741/2023

27.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-741/2023 27.01.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Nərimanov rayon Qeydiyyat Şöbəsi cəlb edilməklə ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Nərimanov Rayon Qeydiyyat Şöbəsi cəlb edilməklə ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X3 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhumə X7 onun anası idi. O, 1935-ci ildə Ermənistan SSR-nin Vardenis rayonunun Daşkənd kəndində doğulmuşdur xx.xx.2021-ci il tarixdə anası Həsənova Tellinin vəziyyəti ağırlaşdı və X12 gələnə qədər vəfat etdi. X4 qəbiristanlığında dəfn edildi. Bundan sonra, ölüm haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsinə rəsmi olaraq müraciət etdi. Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsindən ona rəsmi qaydada bildirildi ki, “ölüm haqqında akt qeydinin aparılması üçün 106 saylı ölüm haqqında tibbi şəhadətnamə tələb olunur. Əgər sizdə ölüm haqqında tibbi şəhadətnamə yoxdursa, bu halda siz ölüm hüquqi əhəmiyyətli faktının tanınması üçün məhkəməyə müraciət etməlisiniz». Bu səbəbdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizə ilə eyni məzmunlu ifadə verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Nərimanov Rayon Qeydiyyat Şöbəsi məktubla məhkəməyə müraciət edərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş şahid X5 ifadəsində bildirmişdir ki, o ərizəçinin bağ qonşusudur. X7 xx.xx.2021-ci il tarixdə vəfat etmiş və Mehdiabad qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında iştirak etmiş şahid X2 ifadəsində bildirmişdir ki, o ərizənin qardaşının arvadıdır. xx.xx.2021-ci il tarixdə X3 vəziyyəti pisləşmiş və təcili yardım çağırmışlar. X1 vəfat etdikdən sonra Mehdiabad qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan; Təcili və təxirə salınmaz tibbi yardım stansiyasının “Ölüm haqqında Xəbərdarlıq” vərəqəsindən görünür ki, xx.xx.2021-ci il tarixdə, saat 18:28-də X3 adına çağırış olmuş, həkimə qədər ölüm, qadın cinsli meyid aşkar edilmişdir. Qəbirüstü abidənin fotoşəklindən görünür ki, X7 1935-ci il tarixdə doğulmuş və 2021ci il tarixdə ölmüşdür. Nərimanov rayon qeydiyyat şöbəsinin Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli, 174 nömrəli məktubundan görünür ki, ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ərizəsinin təmin edilməsi mümkün deyildir. Abşeron Rayonu Mehdiabad Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 215 nömrəli arayışdan müəyyən olunur ki, X7 xx.xx.2021-ci il tarixdə Abşeron rayonu Mehdiabad ərazisindəki qəbristanlığında dəfn olunmuşdur. Bakı Şəhər Baş Səhiyyə Mərkəzi” X13 4 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 242 nömrəli məktubdan müəyyən olunur ki, ünvan 2 ünvanında qeydiyyatda olub və yaşamış xx.xx.2021-ci il tarixdə Sabunçu rayonu, Ləhic bağları dalan 14 bağ evində vəfat etdiyindən X6ən ölümündən uzun müddət keçdiyindən, hər hansı xəstəliklə bağlı 4 nömrəli şəhər poliklinikasına müraciət etmədiyindən və tibbi qeydiyyatda olmadığından onun adına ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. 25 saylı Mkis tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş arayışda qeyd olunur ki, Ərizəçi mərhum anası X7 ilə ünvan 2 ünvanında yaşamış, onun dəfn xərclərini ödəmişdir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun anası olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi anasının ölüm faktının müəyyən edilməsindən asılıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Qərarının 9.4-cü bəndinə əsasən, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, 1935-ci il təvəllüdlü X7 xx.xx.2021-ci il tarixdə ölüb. Ərizəçi anasının ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmiş, bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlara 1935-ci il təvəllüdlü X3 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1935-ci il təvəllüdlü X3 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Bu barədə müvafiq qeydin aparılması Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar