Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-744/2022 17.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Əhmədzadə Əhməd Elman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə “ölüm faktının müəyyən olunması”na dair ərizəsi üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə “ölüm faktının müəyyən olunması”na dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum oğlu , 01 iyul 2006-cı il təvəllüdlü X5 16 oktyabr 2021-c il tarixdə ölməsi hüquqi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, mərhum oğlum 01 iyul 2006-cı il təvəllüdlü X8 anadan gəlmə “proqressivləşən əzələ distrofiyası” xəstəliyindən əziyyət çəkmişdir və 16 oktyabr 2021-ci il tarixdə evdə vəfat etmişdir və həmin vaxt təcili tibbi yardım çağırılmışdır. Təcili və X4 Stansiyası tərəfindən ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir və xəbərdarlıq vərəqəsində həkim yanında ölüm, kişi cinsli meyit aşkar edilməsi göstərilmişdir. Mərhum X1 qəsəbəsi Şuşa qəbrirstanlığında dəfn edilib. Mərhumun 16.10.2021-ci il tarixdə dəfn edilməsi barədə Pirşağı Bələdiyyəsi tərəfindən 03 dekabr 2021 -ci il tarixdə arayış verilmişdir. Ərizəçi tərəfindən ölüm haqqında şəhadətnamə verilməsi ilə bağlı Qeydiyyat Şöbəsinə müraciət edilmişdir, lakin ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olmaması barədə cavab verilmişdir və ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. O, hüquqlarını bilmədiyindən oğlu vəfat edərkən vaxtında poliklinikaya müraciət etməmiş və bu səbəbdən də həkimin tibbi şəhadətnaməsinin alınması mümkün olmamışdır. Həmçinin Bakı şəhər Baş Səhiyyə İdarəsi 11 nömrəli Uşaq Poliklinikası tərəfindən X5 poliklinikada qeydiyyatda olması barədə arayış verilmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizə ilə eyni məzmunlu ifadə verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı şəxs nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş, məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X7 bildirmişdir ki, Ərizəçi ilə qonşudur. Onun rəhmətə gedən övladı uzun illər xəstəlikdən əzab çəkmişdir. Bildirir ki, o müalicədə alsa da hərəkət edə bilmirdi. Yataq xəstəsi idi. Qeyd edir ki, mərhum 16 oktyabr tarixdə vəfat etmiş və Pirşağı qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid X9 bildirmişdir ki, Ərizəçi onun qonşusudur. O, məhkəməyə övladının ölümü ilə bağlı müraciət etmişdir. Onun mərhum övladı xəstəlikdən əzab çəkirdi. Dəfn mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Qeyd edir ki, mərhum təxminən 04 ay öncə vəfat etmiş və Pirşağı qəbirstanlığında dəfn edilmişdir. Belə ki, iş materiallarında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Bakı “ASAN xidmət” X3 20.11.2021-ci il tarixli məktubundan görünür ki, 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi X5 ölümünün qeydiyyata alınması barədə 17.11.2021-ci il tarixli ərizənizə cavab olaraq bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31.10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə (forma 106) və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər, ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində sizin ərizənizin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyiniz tövsiyə olunur. İş materiallarında olan Bakı şəhəri Təcili və X4 Stansiyası 1 saylı Bölməsi tərəfindən verilmiş arayışından görünür ki, 16.10.2021-ci il tarixdə, saat 07:30-da X5 adına olan çağırış olmuş və həkim yanında ölüm halı baş vermiş, kişi cinsli meyit aşkar edilmişdir. İş materiallarında olan, Sabunçu rayonu Pirşağı Bələdiyyəsinin 03.12.2021-ci il tarixli, № 476 saylı arayışından görünür ki, X8 16.10.2021-ci il tarixdə vəfat etmiş və Pirşağı qəsəbəsi, Şuşa qəbirstanlığında dəfn edilmişdir. İş materiallarında olan 11 saylı Uşaq Poliklinikası tərəfindən 16.10.2021-ci il tarixdə verilmiş arayışdan görünür ki, 01.07.2006-cı il təvəllüdlü X8 11 saylı Uşaq Poliklinikasında anadangəlmə, “proqressivləşən əzələ distrofiyası, drişen forma” diaqnozu ilə qeydiyyatda olub. İş materiallarında olan, fotoşəkillərdən görünür ki, X8 16.10.2021-ci il tarixdə dəfn edilmiş, qəbirüstü abidəsi vardır və abidənin üzərində “X8” 01.07.2006-16.10.2021” yazılmışdır. Azərbaycan Respublikası MPM-in: 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bəndinə əsasən, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 4.8-ci bəndinə əsasən, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, X8 16.10.2021-ci il tarixdə Bakı şəhərində vəfat etmiş, Pirşağı qəsəbəsi, Şuşa qəbirstanlığında dəfn edilmişdir hüquqlarını bilmədiyindən oğlu vəfat edərkən vaxtında poliklinikaya müraciət etməmiş və bu səbəbdən də həkimin tibbi şəhadətnaməsinin alınması mümkün olmamış, bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlara əsasən X8 18.11.2021-ci ildə Rusiya Federasiyasının Volqoqrad vilayətində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307- 310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X5 16.10.2021-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Bu barədə müvafiq qeydin aparılması Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-744/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-744/2022
17.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver