Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-76/2024 05.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatinin Cavabdeh qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatinin Cavabdeh qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 əsas borc üzrə 21 291,29 (iyirmi bir min iki yüz doxsan bir ABŞ dolları, 29 sent) ABŞ dolları, faiz 7 371,95 (yeddi min üç yüz yetmiş bir ABŞ dolları, 95 sent) ABŞ dolları olmaqla, cəmi 28 663,24 (iyirmi səkkiz min altı yüz altmış üç ABŞ dolları, 24 sent) ABŞ dolları məbləğində kredit borcunun həmçinin ödənilmiş 236,18 (iki yüz otuz, altı manat, 18 qəpik) manat məbləğində dövlət rüsumunun “Aqrarkredit QSC-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətində olan **-RR-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz GL- 450” markalı (buraxılış ili 2009, ban - 4JGBF7BF8AA538185, rəngi-Qara) avtomobilinə yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin İddiaçı QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin cavabdeh X7 qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin cavabdeh X3 tutulub “Aqrarkredit" QSC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlaml aşdın İma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5 maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X11 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. "xxxx" ASCnin Sənaye filialı ilə (bundan sonra Bank) cavabdeh X9 (bundan sonra “Borc alan") arasında xx.xx.2013-cü il tarixdə, 1765 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 19 % tətbiq edilməklə, 36 ay müddətinə 41500 (qırx bir min beş yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2013-cü il tarixli kassa məxaric orderindən də göründüyü kimi cavabdehə ayrılmış kredit hesabından istifadə etmişdir. Kredit müqaviləsinin təminatı olaraq X5 mülkiyyətində olan **-RR-*** dövlət qeydiyyat nişanlı “MERCEDES BENS GL-450" markalı (buraxılış ili 2009, ban - 4JGBF7BE8AA538185, rəngi - Qara) buraxılış ili 2009, ban 4JGBF7BE8AA538185, rəngi Qara saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. X8 Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və xx.xx.2013-cü il tarixli, AA seriyalı, 099725 №-li «İpoteka müqaviləsinin qeydiyyatı haqqında» şəhadətnamə verilmişdir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka hazırda olan əsas borc üzrə 21 291,29 (iyirmi bir min iki yüz doxsan bir ABŞ dolları, 29 sent) ABŞ dolları, faiz 7 371,95 (yeddi min üç yüz yetmiş bir ABŞ dolları, 95 sent) ABŞ dolları olmaqla, cəmi 28 663,24 (iyirmi səkkiz min altı yüz altmış üç ABŞ dolları, 24 sent) ABŞ dolları məbləği təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsino görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə edərək iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi və vəkili Vəkil xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərində ərizə təqdim edərək, bildirmişdir ki, hazırki iş üzrə Bank iddia müddətini ötürmüşdür. İş materiallarından göründüyü kimi kredit müqaviləsi 8 il əvvəl rəsmiləşdirilmiş və kreditin bitməsindən artıq 5 il ötmüşdür. İddiaçı məhkəməyə iddia ərizəsini xx.xx.2021-ci il tarixdə təqdim etmişdir. Halbuki, iddia ərizəsinin verilməsinin son tarixi xx.xx.2019-cu ildə olmalı idi. Göründüyü kimi iddiaçı müqavilə münasibətlərindən irəli gələn iddialar üzrə 3 illik iddia müddətini ötürmüşdür. Konstitusiya Məhkəməsinin qərarlarına əsasən müqavilə münasibətlərindən irəli gələn münasibətlərdə iddia müddətinin axımı, son müəyyən edilmiş icra müddəti ilə müəyyən edilir. Yəni müqavilə müddəti bitən tarixdən iddia müddətinin axımı başlayır. Bu da hazırki işdə xx.xx.2016-cı il tarixə təsadüf edir. Eyni zamanda cavabdehin borcunun ekspert rəyində olan borcdan daha az olduğunu qeyd edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında iştirak etməmiş, nümayəndə və vəkilinin iştirakını təmin etməmişdir. Belə olan təqdirdə məhkəmə mülki işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: - "xxxx" ASC-nin Sənaye filialı ilə cavabdeh X9 arasında bağlanmış xx.xx.2013-cü il tarixdə, 1765 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 19 % tətbiq edilməklə, 36 ay müddətinə 41500 (qırx bir min beş yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. - "xxxx" ASC-nin Sənaye filialı ilə cavabdeh X9 arasında bağlanmış xx.xx.2013-cü il tarixdə, 1765 saylı ipoteka müqaviləsindən görünür ki, X5 mülkiyyətində olan **-RR-*** dövlət qeydiyyat nişanlı “MERCEDES BENS GL-450" markalı (buraxılış ili 2009, ban - 4JGBF7BE8AA538185, rəngi - Qara) buraxılış ili 2009, ban 4JGBF7BE8AA538185, rəngi Qara ipoteka müqaviləsi ilə yüklü edilmişdir. - X7 ünvanlanmış ipoteka predmetinə tutma yönəldilməsinə dair xx.xx.2021-ci il tarixli bildirişdən və həmin bildirişin reyestrindən məlum olur ki, bank X3 banka olan borcunu 3 gün müddətində ödəməsini və ya ipoteka predmetini tutma yönəldilməsinin təmin edilməsini tələb etmişdir. - İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq reyestrindən çıxarışdan görünür ki, xx.xx.2013-cü il tarixdə, 1765 saylı ipoteka müqaviləsindən görünür ki, X5 mülkiyyətində olan **-RR-*** dövlət qeydiyyat nişanlı “MERCEDES BENS GL-450" markalı (buraxılış ili 2009, ban - 4JGBF7BE8AA538185, rəngi - Qara) buraxılış ili 2009, ban 4JGBF7BE8AA538185, rəngi Qara ipoteka müqaviləsi ilə yüklü edilmişdir. - AR Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 4/140 nömrəli mülki işin 108-109-cu vərəqlərində olan 29 iyun 2021-ci il tarixli (məbləğ 100.00 USD) və xx.xx.2021-ci il tarixli (Məbləğ 85.43) kassa mədaxil orderlərində “Səttarov Fuad” əlyazmaları qarşısındakı imzalar, mülki işin 110-13-cü və 123-cü vərəqlərində olan xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2019-cu il tarixli kassa mədaxil orderlərinin kserosurətlərində müvafiq olaraq “Cavabdeh”, “Səttərov F”, “Cavabdeh” “CavabdehV” əlyazmaları qarşısında əks olunmuş imzalar - X9 tərəfindən icra olunmuşdur. - AR Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/5024 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən təqdim edilmiş hesabdan çıxarış məlumatları 28 avqust 2013-cü il tarixli 1765 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla müqavilə müddətinin bitdiyi xx.xx.2016-cı il tarixə X5 "xxxx" ASC-yə olan borcu 33153,8 ABŞ dolları məbləğində müəyyən edilir. Əsas kredit borcu 28.906,29 ABŞ dolları, faiz borcu 4.247,51 ABŞ dolları. - Müqavilə müddətinin bitdiyi xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək borcalan tərəfindən 8450,0 ABŞ dolları məbləğində ödəniş aparılmışdır. Aparılmış ödənişin 7615,0 ABŞ dolları əsas borc, 835 ABŞ dolları borc silinmişdir. xx.xx.2023-cü il tarixə Cavabdeh "xxxx" ASC-yə olan borcu 24703,8 ABŞ dolları məbləğində müəyyən edilir. Əsas kredit borcu 21291,29 ABŞ dolları, faiz borcu 3.412,51 ABŞ dolları təşkil edir. - AR Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/9343 nömrəli ekspert rəyindən görünür ki,Ekspertiza tədqiqatına təqdim edilmiş “Mercedes Benz GL- 450” markalı (buraxılış ili 2009, ban - 4JGBF7BF8AA538185, rəngi-Qara) avtomobilin orta bazar qiyməti təxminən 28000 manat, likvid qiyməti 22400 mnat müəyyən edilir. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: Beləliklə, məhkəmə tərəfindən işin müəyyən edilən halları bundan ibarətdir ki, "xxxx" ASC-nin Snayefilialı ilə cavabdeh X9 arasında 28 avqust 2013-cü il tarixdə, 1765 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh S.Fuada illik 19% tətbiq edilməklə, 36 ay müddətinə 41500 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq S.Fuadın mülkiyyətində olan **-RR-*** dövlət qeydiyyat nişanlı “Mercedes Bens GL-450” markalı (buraxılış ili 2009, ban – 4JGBF7BE8AA538185, rəngi -qara) antonəqliyyat vasitəsi 28 avqust 2013-cü il tarixli, 1765 saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir.Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, AR MM-nin 194-cü maddəsinə uyğu n olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış tələb hüququnun güzəşt edilməsinə dair 11 avqust 2015-ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı məhkəməyə müraicət edərək cavabdeh S.Fuad tərəfindən 20 oktyabr 2022ci il tarixli maliyyə arayışına əsasən ödənilməmilş 21291 ABŞ dolları əsas borc və 7371,95 ABŞ dolları faidz borcu olmaqla, cəmi 28663,24 ABŞ dolları məbləğində pulun və 236,18 manat dövlət rüsumunun tutulmasını, tutmanın ipoteka predmetinə yönəldilməsini və avtomobilin açıq hərracdan satılmasını, satışdan əldə edilən vəsaiti hesabına cavabdehin borcunun iddiaçının xeyrinə ödənilməsini, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq hissəsinin cavabdehə qaytarılmasını, vsatışdan əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə əksik qalan borc məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi vəkili hazırlıq iclaslarında iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünü bildirərək, iddianın rədd edilməsini xahiş etmişdir. Daha sonra borc məbləği ilə razılaşmayaraq, borcun şişirdilmiş olduğunu göstərmişdir. Məhkəmə icraatı zamanı məhkəmə xəttşünaslıq, məhkəmə mühasibatlıq və avtonəqliyyat vasitəsinin qiymətləndirilməsi ekspertizaları keçirilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Mülki iş üzrə tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərin birinin tələbi ilə müqavilə yalnız digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34-cü maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutuma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2014-cü il tarixli Qərarının ikinci hissəsinə əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmənin gəldiyi nəticə: Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdeh X5 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit müqaviləsi üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Məhkəmə cavabdehin nümayəndəsi və vəkili tərəfindən məhkəməyə təqdim edilmiş idia müddətinin tətbiqi barədə ərizəyə münasibət bildirərək qeyd edir ki, Mülki Məcəllənin 372.1, 372.2, 373.2, 377.2 və 375.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. «X6 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında göstərilmişdir: “...iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki amilin mövcudluğu, habelə onların heç də həmişə üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir.”. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli Qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə MM-nin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. MM-nin 373.2-ci və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. İş materiallarından görünür ki, cavabdeh tərəfindən sonuncu ödəniş 30 noyabr 2021ci il tarixində edilmişdir. Cavabdeh qəbzlərdəki imzaların ona məxsus olmadığını bildirərək, bunu mübahisələndirsə də, AR Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 4/140 nömrəli rəyindən görünür ki, mülki işin 108-109-cu vərəqlərində olan 29 iyun 2021-ci il tarixli (məbləğ 100.00 USD) və xx.xx.2021-ci il tarixli (Məbləğ 85.43) kassa mədaxil orderlərində “Səttarov Fuad” əlyazmaları qarşısındakı imzalar, mülki işin 110-13-cü və 123-cü vərəqlərində olan xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2019-cu il tarixli kassa mədaxil orderlərinin kserosurətlərində müvafiq olaraq “Cavabdeh”, “Səttərov F”, “Cavabdeh” “CavabdehV” əlyazmaları qarşısında əks olunmuş imzalar - X9 tərəfindən icra olunmuşdur. Buradan görünür ki, cavabdeh tərəfindən ödənişlər həyata keçirildiyi üçün müddətin axımı dayanmışdır. İddiaçı məhkəməyə xx.xx.2022-ci il tarixində məhkəməyə mürcaiət etmişdir. Göründüyü kimi iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Qeyd edilənlərlə yanaşı məhkəmə iddiaçı tərəfindən tələb edilən pulun məbləği ilə razılaşmır. Belə ki, mülki iş üzrə icraat zamanı cavabdehin iddiaçıya olan borcun müəyyənləşdirilməsi məqsədi ilə ekspertiza təyin edilmiş, verilmiş ekspert rəyi ilə borcun faiz məbləğinin iddia ərizəsində tələb edilən məbləğdən əhəmiyyətli dərəcədə az olduğu müəyyən edilmişdir. Ekspert rəyinin sübut kimi qəbul edilməsinə mane olan hər hansı əsas müəyyən edilməmişdir. Odur ki məhkəmə tələb olunan borc məbləğinin faiz borcu hissəsinin ekspert rəyində qeyd edilən məbləğdə götürülməsini ədalətli hesab edir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. Beləliklə də məhkəmə araşdırılmış halları və qeyd edilən prosesssual normaların tələbləri baxımından hesab edir ki, ekspertizaların qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılmasını və məhkəməyə təqdim edildiyini, nəzərə alaraq onu mötəbər sübut növü kimi qiymətləndirilir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Mülki Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Mülki Məcəllənin 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Mülki Məcəllənin 319.6-cı maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsində qeyd edilir ki, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə tutma ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə yönəldilə bilər. Həmin Qanunun 39.3-cü və 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında məhkəmə qərarında göstərilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1 və 34.1.2-ci maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Məhkəmə qeyd edir ki, cavabdeh kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəliklərin icrasının təminatı kimi əmlakını iddiaçının xeyrinə ipoetka ilə yüklü etdiyindən, lakin kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazmınca icra etmədiyindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1 və 34.1.2-ci maddələrinə əsasən iportka predmeti olan əmlaka tutma yönəldilməsi üçün əsaslar yaranmışdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh X3 xx.xx.2013-cü il tarixli 1765 saylı kredit müqaviləsi üzrə 21291,29 ABŞ dolları əsas, 3.412,51 ABŞ dolları faiz borcu olmaqla, cəmi 24.703,8 ABŞ dolları pul (ödəniş gününə ABŞ dolların Azərbaycan manatına məzənnəsi nəzərə alınmaqla) və iş üzrə ödənilmiş 236,18 manat dövlət rüsumunun 203 manatı iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun qalan hissəsi, yəni 33,18 manat iddiaçıya aid edilməli, xx.xx.2013-cü il tarixdə, 1765 saylı kredit müqaviləsi üzrə borcun tutulması ipoteka ilə yüklü edilmiş “Mercedes Benz GL-450” markalı (buraxılış ili 2009, ban- 4JGBF7BF8AA538185, rəngi-Qara) avtomobiliə yönəldilməli, avtomobil açıq hərrac yolu ilə realizə edilməli, satışdan əldə olunan pul vəsaiti hesabına cavabdeh X3 tutulmalı olan ümumilikdə 24.703,8 ABŞ dolları pul (ödəniş gününə ABŞ dolların Azərbaycan manatına məzənnəsi nəzərə alınmaqla) iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilməli, borc ödənildikdən sonra artıq qalan vəsait müvafiq olaraq ipoteka qoyan X7 qaytarılmalı, ipoteka predmetinin satışından əldə olunmuş pul vəsaiti borcun ödənilməsi üçün kifayət etmədiyi halda ödənilməmiş qalan borc ümumi qaydada cavabdeh X3 tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X3 xx.xx.2013-cü il tarixli 1765 saylı kredit müqaviləsi üzrə 21291,29 (iyirmi bir min iki yüz doxsan bir dollar iyirmi doqquz sent) ABŞ dolları əsas, 3.412,51 (üç min dörd yüz ok iki dollar əlli bir sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 24.703,80 (iyirmi dörd min yeddi yüz üç dollar səksən sent) ABŞ dolları pul (ödəniş gününə ABŞ dolların Azərbaycan manatına məzənnəsi nəzərə alınmaqla) iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının xeyrinə tutulsun. Mülki iş üzrə ödənilmiş 236,18 manat dövlət rüsumunun 203 manatı cavabdeh X3 iddiaçı "xxxx" QSC BOKT-un xeyrinə tutulsun, qalan hissədə iddiaçıya aid edilsin. Tələb cavadeh X7 məxsus olan və xx.xx.2013-cü il tarixli 1765 saylı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş olan “Mercedes Benz GL-450” markalı (buraxılış ili 2009, ban- 4JGBF7BF8AA538185, rəngi-Qara) avtomobiliə yönəldilsin və avtomobil açıq hərracdan satılsın. Realizə edilmiş avtomobilin dəyərindən əldə edilmiş vəsait hesabına cavabdeh X5 xx.xx.2013-cü il tarixli 1765 saylı kredit müqaviləsi üzrə borcu - ümumilikdə 24.703,80 ABŞ dolları məbləğində pul (ödəniş gününə ABŞ dolların Azərbaycan manatına məzənnəsi nəzərə alınmaqla) İddiaçı QSC BOKT-a ödənilsin. Borc ödənildikdən sonra artıq qalan vəsait müvafiq olaraq ipoteka qoyan X7 qaytarılsın, ipoteka predmetinin satışından əldə olunmuş pul vəsaiti borcun ödənilməsi üçün kifayət etmədiyi halda ödənilməmiş qalan borc ümumi qaydada cavabdeh X3 tutulsun. İddia qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 338 manat pulun 291 manatı cavabdeh X3, 47 manatı isə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE**********0002088501, X2, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3,) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-76/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-76/2024
05.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver