Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-779/2025 16.01.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov Rayon Qeydiyyat Şöbəsi cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov Rayon Qeydiyyat Şöbəsi cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X9 xx.xx.1986-cı ildə Ermənistan SSR-nin Basarkeçər kəndində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, O Ərizəçi xx.xx.1965-cı ildə Ermənistan SSR-də anadan olub. xx.xx.1984-cü ildə Ermənistan SSR-də X3 ilə nikaha daxil olaraq və ərinin soyadını seçmişdir. Nikaha daxil olanadək soyadı Vəliyeva olmuşdur (doğum və nikah haqıında şəhadətnamələrin sürətləri əlavə edilir. X5 xx.xx.1986-ci ildə Ermənistan SSR-nin Basarkeçər kəndində vəfat etmiş və orada da dəfn edilmişdir. Hazırda mərhum bacısı X2 ölümündən sonra (xx.xx.2024) vərəsəlik işinin açılması üçün müvafiq notariat orqanına müraciət etmişdir. Onun subay olması və uşaqlarının olmaması səbəbindən, Mülki Məcəllənin 1159.1.1 və 1159.2-ci maddələrinə əsasən, valideynlər birinci növbədə, qardaş və bacılar isə ikinci növbədə vərəsə hesab olunur. Lakin atasının ölüm haqqında şəhadətnaməsinin olmaması səbəbindən, onun ölümü qeydə alınmadığından ölməsi faktının sübutuna dair notariat ofisinə sənəd təqdim edə, bu sənədi başqa qaydada ala və vərəsəliklə əlaqədar sənədləşmə işlərini həyata keçirə bilmir. Buna görə də X5nun ölüm faktının məhkəmə qaydasında müəyyən edilməsi olduqca zəruridir. Nərimanov rayon Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli 117 nömrəli arayışına əsasən X5nun ölümünün qeydiyyata alınması mümkün deyildir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizə ilə eyni məzmunlu ifadə verərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid X6 ifadəsində bildirmişdir ki, ərizəçi və mərhum kəndlisidir. O, rəhmətə gedərkən onun 20-dən çox yaşı var idi və tələbə olaraq ölkədən kənarda təhsil alsa da, yay tətili ilə əlaqədar kəndə gedib gəlirdi. Həmin vaxt öz kəndlərinə yay tətili üçün gəlmişdi, bu zaman mərhumun yas mərasimi olduğunu görmüşdür. Mərhumun dəfn mərasimində də iştirak etmişdir. Məhkəmə iclasında şahid X17 ifadəsində bildirmişdir ki, ərizəçi nənəsinin qardaşı qızıdır. Mərhum qəfildən qocalıqla əlaqədar xx.xx.1986-ci ildə vəfat etmişdir. O mərhumun dəfn mərasimində iştirak etmişdir. Mərhum yaşadığı Babazan kənd qəbirstanlığında dəfn olunmuşdur. Məcburi köçkün kimi qaçan zaman sənədlərinin çox hissəsini götürə bilməmişdilər. Ola bilsin ki, mərhumun şəhadətnaməsi də həmin zaman itmişdir. Maraqlı şəxs Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, maraqlı şəxs nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş, lakin məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan İ-ЗЖ №798858 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1965-ci il tarixdə doğulmuşdur. X5, anası X8r. İş materiallarında olan AA №3943513 nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1951-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, AZ-İİ № 458766 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2024-cü il tarixdə ölmüşdür. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.1984-cü il tarixdə doğulub. X1, anası Ərizəçidır. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə X7 arasında xx.xx.1984-cü il tarixdə Ermənistan SSR, Krasnoselo rayonunda nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında 8 saylı qeydiyyat aparılmışdır. Ərə Zamanov, arvada Zamanova soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat şöbəsi tərəfindən ərizəçi X11 ünvanlanan xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, bildirilmişdir ki, X2 ölümünün qeydə alınması barədə xx.xx.2024-cü il tarixli müraciətinizə baxılmışdır. Nəzərinizə çatdırırıq ki , Azərbaycan Respublikası Nazirlər kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası” nın 8.5-ci bəndinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə “ olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ölüm faktının müəyyən edilməsi bağlı aidiyyəti məhkəməyə müraciət edəsiniz.” Azərbaycan Respublikası MPM-in: 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bəndinə əsasən, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 4.8-ci bəndinə əsasən, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biribirindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, X14 xx.xx.1986-cı il tarixində vəfat etmişdir. Ərizəçi atasının ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmiş, bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlara əsasən X9 xx.xx.1986-cı il tarixində Ermənistan SSR-nin Basarkeçər kəndində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X9 xx.xx.1986-cı il tarixində Ermənistan SSR-nin Basarkeçər kəndində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Bu barədə müvafiq qeydin aparılması Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-779/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-779/2025
16.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver