Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-78/2020 13.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X5 İddiaçı Ləğv prosesində olan “xxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi “Əmanətlərin Sığortalanması Fondu”nun nümayəndəsi X6 Cavabdeh X1 nümayəndəsi və vəkili - Nümayəndə Cavabdeh “Akkord Sənaye X3” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X11 iştirakları ilə, İddiaçı Ləğv prosesində olan “xxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi “Əmanətlərin Sığortalanması Fondu”nun cavabdehlər X2 və “Akkord Sənaye X3” Açıq Səhmdar Cəmiyyətinə qarşı “borc tələbi və girov predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan “xxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi “Əmanətlərin Sığortalanması Fondu” cavabdehlər X2 və “Akkord Sənaye X3” Açıq Səhmdar Cəmiyyətinə qarşı “borc tələbi və girov predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və “Akkord Sənaye X3” ASC-dən iddiaçı ləğv prosesində olan "xxxxxxxxxxx" Açıq Səhmdar Cəmiyyətinin 55466.66 (əlli beş min dörd yüz altmış altı manat, altmış altı qəpik) AZN əsas, 22923.58 (iyirmi iki min doqquz yüz iyirmi üç manat, əlli səkkiz qəpik) AZN faiz, 15830.17 (on beş min səkkiz yüz otuz manat, otuz on yeddi qəpik) AZN cərimə, cəmi 94220.41 (doxsan dörd min iki yüz iyirmi manat, on yeddi qəpik) AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması, tələbin Cavabdeh1 istifadəsində olan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y. Əliyev küçəsi, 2 saylı binanın, 1 blok 2 saylı ümumi sahəsi 82,11 kv.m olan 2 (iki) otaqdan ibarət mənzilə “Akkord Sənaye X3" ASC-də olan pay hüququna yönəldilməsi, ilkin satış qiymətinin müəyyən olunması, həmin əmlakın hərracda satılması, satışından əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan “xxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi “Əmanətlərin Sığortalanması Fondu” iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə “xxxxxxxxxxx'’ ASC-nin arasında bağlanmış xx.xx.2011 -ci il tarixli Kredit müqaviləsinə əsasən Cavabdeh1 239 (iki yüz otuz doqquz) ay müddətinə, illik 12 laiz ödəmək şərtilə 57480.48 (elli yeddi min dörd yüz səksən manat qırx səkkiz qəpik) AZN məbləğində kredit vermişdir. Kredit Müqaviləsinin 2.3-cü bəndinə əsasən, Borc alan krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Borcverənə qaytarmağı öhdəsinə götürür. “xxxxxxxxxxx" ASC ilə “Akkord Sənaye X3" ASC arasında xx xxxx 2010-cü il tarixində bağlanan birgə fəaliyyət haqqında müqavilənin 2.12-ci maddəsinə qeyd edilmişdir ki, Kredit müqaviləsi üzrə borcalan həmin müqavilə üzrə kreditin və onun faizlərinin ödənilməsi dövriliyini ən azı 2 (iki) dəfə 5 (beş) təqvim günündən çox pozduqda Bankın tələbi ilə 20 (iyirmi) iş günü müddətində borcalan tərəfindən ödənilməmiş kreditin və hesablanmış faizlərin şirkətin bankda olan hesabından xəbərdarlıq edilmədən silinməsi öhdəliyini “Şirkət" öz üzərinə götürür. Bu halda “Şirkət” borcalanın “Bank” qarşısında icra edilməmiş öhdəliyi (kreditin qalıq məbləöi və kreditdən istifadəyə hesablanmış faizlər) üçün zamin kimi çıxış edir (həmin öhdəliyin bank tərəfindən) və tərəflər arasındakı münasibətlərə qüvvədə olan mülki qanunvericiliyin zaminliyə dair müddəaları tətbiq olunur. “Şirkətin zaminliyi kredit müqaviləsinin qüvvəyə mindiyi tarixdən həmin müqavilə üzrə kreditin qalıq məbləği və kreditdən istifadəyə hesablanmış faizlər “Bank" a ödənilənə qədər qüvvədədir.Həmin müqavilənin 3.1-ci maddəsində qeyd edilmişdirfeirBtı müqavilənin şərtlərini pozulması və ya yerinə yetirilməməmsi nəticəsində tərəflər biNbinxJƏ^vurğuqtarı zərərə görə məsuliyyət daşıyırlar.Lakin cavabdeh müqavilə şərtlərim pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyini vaxtında; lazımı qaydada icra etməmişdir. Nəticədə cavabdehin banka hesablanmış 55466.66 (əlli beş min dörd yüz altmış altı manat, altmış altı qəpik) AZN əsas, 22923.53 (iyirmi iki min doqquz yüz iyirmi üç manat, əlli səkkiz qəpik) AZN faiz, 15830.17 (on beş min səkkiz yüz otuz manat, otuz on yeddi qəpik) AZN cərimə, cəmi 94220.41 (doxsan dörd min iki yüz iyirmi manat, on yeddi qəpik) AZN borcu yaranmışdır. İddiaçı Ləğv prosesində olan “xxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi “Əmanətlərin Sığortalanması Fondu” xx.xx.2020-ci il tarixdə iddia tələbinin dəqiqləşməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Ağababayeva (Danyalova) Aynisə Məcvəddin qızından və “X16" ASC-dən iddiaçı, ləğv prosesində olan "xxxxxxxxxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 55.466,66 manat əsas, 38.325,04 manat faiz, 30.170,16 manat cərimə, cəmi 123.961,86 manat kredit borcunun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması; tələbin cavabdeh Ağababayeva (Danyalova) Aynisə Məcvəddin qızının istifadəsində olan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 2 saylı binanın, 1 blok, 2 saylı ümumi sahəsi 82.11 m2 olan 2 (iki) otaqdan ibarət mənzilə “Akkord Sənaye X3” ASC-də olan pay hüququna yönəldilməsi, ilkin satış qiymətinin müəyyən olunması, həmin əmlakın açıq hərracda satılması, satışından əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Ləğv prosesində olan “xxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi “Əmanətlərin Sığortalanması Fondu”nun nümayəndəsi X9 iddiaya verilmiş dəqiqləşməni müdafiə edərək onun təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X1 nümayəndəsi və vəkili Nümayəndə iddiani qısmən qəbul edərək və iddiaya yazılı etiraz verərək bildirmişdir ki, hesablanmış faizlər- iddiaçı tərəflər arasında bağlanmış xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə əsas borcdan əlavə 38.325.04 manat faiz borcu da tələb edir ki, qeyd edilən hissə ilə razılaşmırlar. Belə ki, məhkəmə tərəfindən təyin edilmiş maliyyə-mühasibatlıq ekspertizasına əsasən Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli Ekspert rəyinin nəticə hissəsində faiz borcuna dair suala cavab verilərək qeyd edilmişdir ki, 12 iyul 201 l-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehin 21.984.95 manat faiz borcu mövcuddur. Ekspert tərəfindən həmçinin qeyd edilən kredit müqaviləsi üzrə cavabdeh tərəfindən 25.014,27 manat faiz borcunun ödənilməsi də nəzərə alınmışdır. Ekspert rəyinin borcun faiz hissəsi ilə tam da razılaşmasalar da xüsusi biliyə sahib olan müstəqil ekspert tərəfindən rəyin hazırlanmasını nəzərə alaraq bu hissəyə dair etiraz etmək niyyətində olmamışlar. Lakin sonradan bank tərəfindən iddia tələbləri artırılaraq faiz borcu hissəsində daha yüksək 38.325.04 manat faiz borcu tələb edilmişdir. Hesab edirlər ki, bank tərəfindən iddia ərizəsinə əlavədə artırılmış faiz borcu şişirdilmiş məbləğdi və həqiqəti əks etdirmir. Xatırlatmaq istərdi ki, kredit müqaviləsi üzrə faiz dərəcəsi 12 faiz olmuşdur və bu faiz dərəcəsi ilə hesablama aparıldıqda 38.325,04 manat faiz hesablanması reallığı əks etdirmir. Hesablanmış (cərimə) dəbbə pulu- iddiaçı tərəflər arasında bağlanmış xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə əsas və faiz borcundan əlavə 30.170,16 manat cərimə də tələb edir ki, qeyd edilən hissə ilə də razılaşmırlar. Belə ki, Məhkəmə tərəfindən təyin edilmiş maliyyə-mühasibatlıq ekspertizasına əsasən Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli Ekspert rəyinin əsaslanırıcı hissəsində cərimə məbləğinə (dəbbə pulu) dair suala cavab verilərək qeyd edilmişdir ki, iş materiallarında olan xx xxxx 2011-ci il tarixli kredit müqaviləsi üzrə cərimə hesabı və cərimənin hesablanması ilə bağlı hər hansı məlumat olmadığından, hazırki ekspertiza tədqiqatı ilə Cavabdeh1 cərimə hesablanmadı. Bununla bağlı bildirir ki, tərəflər arasında bağlanmış müvafiq kredit müqaviləsinin şərtlərində gecikdirilmiş öhdəliyə dəbbə puhınun(cərimənin) hesablanması razılaşdırılmamışdır. Belə olan halda 30.170,16 manat cərimə pulunun hesablanması meyarı müəmmalı qalır. Belə ki, müqavilədə cərimə barədə razılaşma olduğu zaman gecikdirilmiş öhdəliyin gündəlik olaraq hansı hissəsi (faizi) cərimə kimi hesablanması göstərilir. AR MM-nin 462.1- ci maddəsində qeyd edilir ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. MM-nin 463.1-ci maddəsində qeyd edilir ki, dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. MM-nin 463.2-ci maddəsinə əsasən yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Hesab edirlər k., qeyd edilən kredit müqaviləsində cərimə hesablanması (dəbbə pulu) barədə heç bir yazılı razılaşma olmadığından iddia tələbi bu hissədə təmin edilə bilməz. Tələbin pay hüququna yönəldilməsi- iddianın tələbin cavabdeh Ağababayeva (Danyalova) Aynisə Məcvəddin qızının istifadəsində olan Bakı şəhəri. Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi 2 saylı binanın 1 blok, 2 saylı ümumi sahəsi 82,11 kv.m olan 2 otaqdan ibarət mənzilə “X15 İnvestisiya Korparasiyası" ASC-də olan pay hüququna yönəldilməsinə dair hissəsinə etiraz edərək aşağıdakıları qeyd edirlər: xx xxxx 2011-ci il tarixli kredit müqaviləsi təminatsız müqavilədir. Belə ki, tərəflər arasında kredit müqaviləsinin təminatı kimi heç bir ipoteka və ya girov müqaviləsi bağlanmamışdır. Kredit müqaviləsinin şərtlərində də kredit müqaviləsinin təminatı üsulunun olması qeyd edilməmişdir. Tələbin pay hüququna yönəldilməsi o halda ola bilərdi ki, tərəflər arasında əsas öhdəliyin təminatı kimi pay hüququna dair girov müqaviləsi bağlanmış olardı. Bildirir ki, belə bir müqavilə tərəflər arasında bağlanmamışdır və bank tərəfindən etirazının əksini sübut edəcək heç bir müqavilə məhkəməyə təqdim edilməmişdir. Ona görə də məhkəmədən iddia tələbinin etiraz olunan hissələrdə rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh “Akkord Sənaye X3” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X14 iddianı onlara münasibətdə qəbul etməyərək və iddiaya yazılı etiraz verərək bildirmişdir ki, “xxxxxxxxxxx" ASC ilə Akord arasında birgə fəaliyyət haqqında müqavilə bağlanmış olsa da tərəllər arasında Zaminlik müqaviləsi mövcud deyildir. Hesab edirlər ki,.zaminlik müqaviləsi mövcud olmadığı üçün Akkord Cavabdeh1 öhdəliklərinə görə məsuliyyət daşımır. Ona görə də məhkəmədən iddiaçı “xxxxxxxxxxx" ASC-nin iəğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər "Akkord Sənaye X3" ASC-yə Cavabdeh1 qarşı iddia tələbinin "Akkord Sənaye “X3" ASC-və aid hissədə əsassız olduğu üçün iddia tələbi həmin hissədə təmin olunmaması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməiş üzrə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Cavabdeh1 ilə “xxxxxxxxxxx'’ ASC-nin arasında bağlanmış xx.xx.2011-ci il tarixli Kredit müqaviləsinə əsasən Cavabdeh1 239 (iki yüz otuz doqquz) ay müddətinə, illik 12 faiz ödəmək şərtilə 57480.48 (elli yeddi min dörd yüz səksən manat qırx səkkiz qəpik) AZN məbləğində kredit vermişdir. İmzalanmış həmin kredit müqaviləsinin 1.3-cü bəndinə əsasən kredit Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 2 saylı binanın, 1 blok, 2 saylı ümumi sahəsi 82.11 m2 olan 2 (iki) otaqdan ibarət mənzilin alınmasına verilmişdir. “xxxxxxxxxxx" ASC ilə “Akkord Sənaye X3" ASC arasında xx xxxx 2010-cü il tarixində birgə fəaliyyət haqqında müqavilə bağlanmış və həmin müqavilənin 2.12-ci maddəsinə qeyd edilmişdir ki, Kredit müqaviləsi üzrə borcalan həmin müqavilə üzrə kreditin və onun faizlərinin ödənilməsi dövriliyini ən azı 2 (iki) dəfə 5 (beş) təqvim günündən çox pozduqda Bankın tələbi ilə 20 (iyirmi) iş günü müddətində borcalan tərəfindən ödənilməmiş kreditin və hesablanmış faizlərin şirkətin bankda olan hesabından xəbərdarlıq edilmədən silinməsi öhdəliyini “Şirkət" öz üzərinə götürür. xx xxxx 2011-ci il tarixli 14226 nömrəli mənzilin alqı-satqı müqaviləsinin məzmunundan görünür ki, “Akkord Sənaye X3” Açıq Səhmdar Cəmiyyəti (satıcı) Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 2 saylı binanın, 1 blok, 2 saylı ümumi sahəsi 82.11 m2 olan 2 (iki) otaqdan ibarət 2 nömrəli mənzilini X4 (alıcı) satmağı, sonuncu isə həmin mənzili onun dəyərini ödəməklə almağı öhdəsinə götürmüşdür. Mənzilin dəyəri tərəflərin razılığı ilə 152.051,30 (bir yüz əlli iki min əlli bir manat otuz qəpik) manat olmaqla, 240 (iki yüz qırx) ay ərzində ödənilməsi nəzərdə tutulmuşdur. Hər ay üçün 633,55 (altı yüz otuz üç manat əlli beş qəpik) manat aylıq ödəniş müəyyənləşdirilmişdir; İşdə olan İddiaçı Ləğv prosesində olan “xxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin xx xxxx 2018-ci il tarixli məktubuna əsasən Cavabdeh1 xx.xx.2011-ci il tarixli Kredit müqaviləsinə əsasən 55466.66 (əlli beş min dörd yüz altmış altı manat, altmış altı qəpik) AZN əsas, 22923.58 (iyirmi iki min doqquz yüz iyirmi üç manat, əlli səkkiz qəpik) AZN faiz, 15830.17 (on beş min səkkiz yüz otuz manat, otuz on yeddi qəpik) AZN borcu var. İş materiallarında olanX10qızı ilə “xxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 336 saylı, xx.xx.2011-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 2 saylı binanın, 1 blok, 2 saylı ümumi sahəsi 82.11 m2 olan 2 (iki) otaqdan ibarət mənzil X7 ilə “xxxxxxxxxxx'’ ASC-nin arasında bağlanmış xx.xx.2011-ci il tarixli Kredit müqaviləsinin təminatı kimi yüklü edilmişdir. İş materiallarında olanLəğv prosesində olan “xxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 ünvanladığı xx xxxxxxx 2017-ci il tarixli bildiriş-pretenziyadan müəyyən olunur ki, Cavabdeh1 kredit müqaviləsinə əsasən ödənilməmiş kredit, faiz və cərimə borcunun ödənilməsi tələb olunmuş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə 5 gün ərzində kredit borcunun tam şəkildə qaytarılması tələbi ilə materialların hazırlanıb məhkəməyə göndəriləcəyi barədə cavabdeh xəbərdar edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 21055 nömrəli ekspert rəyinin məzmunundan görünür ki, Cavabdeh1 xx.xx.2011ci il tarixli Kredit müqaviləsinə əsasən əsas borcu 56.409,75 manat əsas, 21.984,95 manar faiz borcu müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 145 (bir yüz qırx beş) manat təşkil etmişdir; “Legal Prime” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxx 2020-ci il tarixli LP-040/20 nömrəli daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyinin məzmunundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 2 saylı binanın, 1 blok, 2 saylı ümumi sahəsi 82.11 m2 olan 2 (iki) otaqdan ibarət 2 saylı mənzilin real bazar qiyməti 85.000 manat, ilkin (likvid) dəyəri 78.000 manat məbləğində təşkil etmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli 9/1923 nömrəli ekspert rəyinin məzmunundan görünür ki, Cavabdeh1 xx.xx.2011ci il tarixli Kredit müqaviləsinə əsasən xx xxxx 2018-ci il tarixə (maliyyə arayışında tələb olunan tarixə) banka olan əsas borcu 56.409,75 manat əsas, 21.984,95 manar faiz borcu müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 145 (bir yüz qırx beş) manat təşkil etmişdir; Məhkəmə ilk olaraq iddia tələbi üzrə “55.466,66 manat əsas, 38.325,04 manat faiz, 30.170,16 manat cərimə, cəmi 123.961,86 manat kredit borcunun cavabdehlər Ağababayeva (Danyalova) Aynisə Məcvəddin qızından və “X16" ASC-dən tutulması” hissəsi ilə əlaqədar aşagıdakıları qeyd edir; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Məhkəmə iddia üzrə tələb olunan məbləgin “X16" ASC-dən tutulması hissəsi ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1 maddəsinə əsasən-zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminlik müqaviləsinə xitam verilir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, “xxxxxxxxxxx" ASC ilə “Akkord Sənaye X3" ASC arasında hər hansı zaminlik müqaviləsi bağlanmamış, onlar arasında müqavilə öhdəliyi yaranmamışdır. Belə olan halda tələb olunan məbləgin cavabdeh “Akkord Sənaye X3" ASC-də tutulması hissəsi ilə məhkəmə razılaşmır və hesab edir ki, həmin hissədə tələb rədd edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi üzrə “55.466,66 manat əsas, 38.325,04 manat faiz borcu cavabdeh Ağababayeva (Danyalova) Aynisə Məcvəddin qızından İddiaçı Ləğv prosesində olan “xxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddia tələbi üzrə “55.466,66 manat əsas məbləgə hesablanmış 30.170,16 manat cərimə” tələbi ilə bağlı məhkəmə aşagıdakıları qeyd edir; Tərəflər arasında imzalanmış xx.xx.2011-ci il tarixli Kredit müqaviləsində cərimənin ödənilməsi, hesablanması barədə hər hansı müddəa öz əksini tapmamışdır. Halbuki Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 464.1-ci maddəsinə əsasən-kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulubtutulmadığından asılı olmayaraq, tələb edə bilər. 464.2. Əgər qanunla qadağan edilməyibsə, tərəflər qanun üzrə dəbbə pulunun miqdarını artıra bilərlər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə əsas borca hesablanmış 30.170,16 manat cərimə (dəbbə pulu) tələbi hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, hesablanmış cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından endirilməli və 1.000 manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdeh Ağababayeva (Danyalova) Aynisə Məcvəddin qızından İddiaçı Ləğv prosesində olan “xxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Məhkəmə iddianın “tələbin cavabdeh Ağababayeva (Danyalova) Aynisə Məcvəddin qızının istifadəsində olan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 2 saylı binanın, 1 blok, 2 saylı ümumi sahəsi 82.11 m2 olan 2 (iki) otaqdan ibarət mənzilə “Akkord Sənaye X3” ASC-də olan pay hüququna yönəldilməsi” hissəsi ilə bağlı aşagıdakıları qeyd edir. Belə ki, tərəflər arasında bağlanmış 336 saylı, xx.xx.2011-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 2 saylı binanın, 1 blok, 2 saylı ümumi sahəsi 82.11 m2 olan 2 (iki) otaqdan ibarət mənzil X7 ilə “xxxxxxxxxxx'’ ASC-nin arasında bağlanmış xx.xx.2011-ci il tarixli Kredit müqaviləsinin təminatı kimi yüklü edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 2 saylı binanın, 1 blok, 2 saylı ümumi sahəsi 82.11 m2 olan 2 (iki) otaqdan ibarət mənzil ipoteka ilə yüklü edilərkən xüsusi mülkiyyət kimi dövlət qeydiyyatından keçməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 271.1. Əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140- cı və 182-ci maddələrinin müddəalarına uyğun olaraq müəyyən edilir. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 307.3. İpoteka müqaviləsində ipotekanın predmeti olan əşyanın hansı hüquqa əsasən ipoteka verənə mənsub olduğu və ipoteka verənin bu hüququnu qeydə almış dövlət orqanı göstərilməlidir. 307.4. İpoteka müqaviləsində ipoteka ilə təmin edilmiş öhdəlik, onun məbləği, əmələ gəlməsi əsasları və icra müddəti göstərilməlidir. Bu öhdəliyin hansısa müqaviləyə əsaslandığı hallarda həmin müqavilənin tərəfləri, bağlandığı tarix və yer göstərilməlidir. Əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir. 309.1. Daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 34.1-ci maddəsinə əsasən görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar: 34.1.1.əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 (doxsan) təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3.ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəlt-mək hüququ verən şərtinin baş verməsi; 34.1.4.bu Qanunda nəzərdə tutulmuş digər hallarda; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Beləliklə yuxarıda göstərilən qanunvericiliyin tələbləri baxımından məhkəmə hesab edir ki, tərəflər arasında xx.xx.2011-ci il tarixdə ipoteka müqaviləsi bağlanmış olsa da, bu özü özlüyündə qanunvericiliyin tələblərinə zidd olmuşdur. Belə ki, ipoteka müqaviləsində yüklü edilməsi nəzərdə tutulan mənzil xüsusi mülkiyyət kimi dövlət qeydiyyatından keçməmişdir. Mülki Məcəllənin 271.1 maddəsinin tələbi baxımından əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Bundan başqa Daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddianın “tələbin cavabdeh Ağababayeva (Danyalova) Aynisə Məcvəddin qızının istifadəsində olan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 2 saylı binanın, 1 blok, 2 saylı ümumi sahəsi 82.11 m2 olan 2 (iki) otaqdan ibarət mənzilə “Akkord Sənaye X3” ASC-də olan pay hüququna yönəldilməsi” hissəsi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı Ləğv prosesində olan “xxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilən 30 (otuz) manat dövlət rüsumu cavabdeh Ağababayeva (Danyalova) Aynisə Məcvəddin qızına aid edilməlidir. QeydolunanlaraəsasənvəAzərbaycanRespublikasıMülki Prosessual Məcəlləsinin 216-220cimaddələrini rəhbərtutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin olunsun. Cavabdeh Ağababayeva (Danyalova) Aynisə Məcvəddin qızından 55.466,66 manat əsas, 38.325,04 manat faiz, 1.000 manat cərimə borcu, cəmi 94.791,70 (doxsan dörd min yeddi yüz doxsan bir min yetmiş qəpik) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulub Ləğv prosesində olan “xxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qalan hissədə iddia təmin olunmasın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 290 (iki yüz doxsan) manat cavabdeh Ağababayeva (Danyalova) Aynisə Məcvəddin qızından tutulub dövlət büdcəsinə keçirilsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-78/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-78/2020
13.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver