Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-784/2020 03.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı X6 nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı X6 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X10 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada İddiaçı X6 xeyrinə 056R********** nömrəli kredit razılaşması üzrə 42.353,92 (qırx iki min üç yüz əlli üç manat doxsan iki qəpik) manat məbləğində kredit borcu, 3.703,14 (üç min yeddi yüz üç manat on dörd qəpik) manat məbləğində faiz borcu və 4.963,38 (dörd min doqquz yüz altmış üç manat otuz səkkiz qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 51.020,44(əlli bir min iyirmi manat qırx dörd qəpik) manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manatməbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manatməbləğindədövlət rüsumunun və 20 (iyirmi) manatməbləğindəxidmət haqqının tutulması, tələbin Abşeron rayonu, Novxanı kəndində xüsusi mülkiyyətdə olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına məxsus 0,03 ha torpaq sahəsi və Abşeron rayonu, Saray qəsəbəsi, Leyla Bədirbəyli küçəsində xüsusi mülkiyyətdə olan 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsində xüsusi mülkiyyətdə olan 72 kv.metr ümumi sahədən ibarət 5 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsi və fərdi yaşayış evinin açıq hərracdan satılması və cəmi 51.020,44 (əlli bir min iyirmi manat qırx dörd qəpik) manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manatməbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun və 20 (iyirmi) manat məbləğində xidmət haqqının həmin əmlakların hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı X8 ödənilməsi; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumi qaydada tutulması; Abşeron rayonu, Novxanı kəndində xüsusi mülkiyyətdə olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına məxsus 0,03 ha torpaq sahəsi və Abşeron rayonu, Saray qəsəbəsi, Leyla Bədirbəyli küçəsində xüsusi mülkiyyətdə olan 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsində xüsusi mülkiyyətdə olan 72 kv.metr ümumi sahədən ibarət 5 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 (bir) ay sonra fərdi yaşayış evinin və torpaq sahəsinin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X10 iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı X10 ilə bağladığı xx xxxxxxx 2018-ci il tarixli 056L**********15 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (bir yüz iyirmi) ay müddətinə 700.000 (yeddi yüz min) manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunmuşdur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı X10 ilə bağladığı xx xxxxxxx 2018-ci il tarixli 056R********** nömrəli kredit razılaşması əsasında 36 (otuz altı) ay müddətinə, aylıq faiz dərəcəsi 1,9167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 46.000 (qırx altı min) manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx xxxxx 2019-cu i tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 3.646,08 (üç min altı yüz qırx altı manat səkkiz qəpik) manat məbləğində ödəniş etmişdir, onun 42.353,92 (qırx iki min üç yüz əlli üç manat doxsan iki qəpik) manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx xxxx 2019-cu il tarixə 106 (bir yüz altı) gün üçün hesablanmış faiz borcu 3.703,14 (üç min yeddi yüz üç manat on dörd qəpik) manat məbləğində təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 5% məbləğində cərimə ödəməlidir. xx xxxx 2019-cu il tarixə 106 (bir yüz altı) gün üçün hesablanmış cərimə 4.963,38 (dörd min doqquz yüz altmış üç manat otuz səkkiz qəpik) manat məbləğində təşkil edir. Uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərin icrasını təmin etmək məqsədilə cavabdeh-ipoteka verən Cavabdeh5 etibarnamə üzrə nümayəndəsi Cavabdeh2 iddiaçı ilə bağladığı xx xxxxxxx 2018-ci il tarixli 056M**********01 nömrəli ipoteka müqaviləsi əsasında Abşeron rayonu, Novxanı kəndində xüsusi mülkiyyətdə olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına məxsus 0,03 ha torpaq sahəsini İddiaçı X6 xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin X14 tərəfindən verilmiş 600 nömrəli reyestr kitabının 24 nömrəli vərəqində qeydiyyata alınmış və RX seriyalı ******* nömrəli çıxarışa əsasən əsasında Abşeron rayonu, Novxanı kəndində xüsusi mülkiyyətdə olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına məxsus 0,03 ha torpaq sahəsi Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı X6 xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı X10 tərəfindən cavabdeh-ipoteka verən Cavabdeh5 “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş xx xxxxxx 2019-cu il tarixdə göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında həmin bildirişlərin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə təqdim olunmuş və xx xxxxxx 2019-cu il tarixdə həmin idarədə qeydə alınmışdır. Bundan başqa, uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərin icrasını təmin etmək məqsəcilə cavabdeh-ipoteka verən Cavabdeh2 iddiaçı ilə bağladığı xx xxxxxxx 2018-ci il tarixli 056M**********02 nömrəli ipoteka müqaviləsi əsasında Abşeron rayonu, Saray qəsəbəsi, Leyla Bədirbəyli küçəsində xüsusi mülkiyyətdə olan 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsində xüsusi mülkiyyətdə olan 72 kv.metr ümumi sahədən ibarət 5 nömrəli fərdi yaşayış evini İddiaçı X6 xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin X14 tərəfindən verilmiş 196 nömrəli reyestr kitabının 25 nömrəli vərəqində qeydiyyata alınmış və RX seriyalı ******* nömrəli çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsi, Leyla Bədirbəyli küçəsində xüsusi mülkiyyətdə olan 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsində xüsusi mülkiyyətdə olan 72 kv.metr ümumi sahədən ibarət 5 nömrəli fərdi yaşayış evini Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı X6 xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı X10 tərəfindən cavabdeh-ipoteka verən Cavabdeh2 “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş xx xxxxxx 2019-cu il tarixdə göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında həmin bildirişlərin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə təqdim olunmuş və xx xxxxxx 2019-cu il tarixdə həmin idarədə qeydə alınmışdır. Məhkəmə iclasında İddiaçı X6 nümayəndəsi Nümayəndə2 iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh şəxslər heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: İddiaçı X6 Nərimanov filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli 056L**********15 nömrəli uzunmüddətli kredit müqaviləsinin məzmunundan görünür ki, müvafiq müqaviləyə əsasən 120 (bir yüz iyirmi) ay müddətinə 700.000 (yeddi yüz min) manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunmuşdur; İddiaçı X6 Nərimanov filialı ilə Cavabdeh1 arasında bağlanmış uzunmüddətli kredit müqaviləsi üzrə xx xxxxxxx 2018-ci il tarixli 056R********** nömrəli kredit razılaşmasının məzmunundan görünür ki, müvafiq kredit razılaşması əsasında cavabdeh şəxs bankdan 36 (otuz altı) ay müddətinə, aylıq faiz dərəcəsi 1,9167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 46.000 (qırx altı min) manat məbləğində kredit götürmüşdür; İddiaçı X6Nərimanov filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli 056R********** nömrəli kredit razılaşmasının əlavəsi olan ödəniş cədvəlinin məzmunundan görünür ki, Cavabdeh1 36 (otuz altı) ay müddətinə hər ay banka 1.792 (bir min yeddi yüz doxsan iki) manat (sonuncu ay 1.812,04 (bir min səkkiz yüz on iki manat dörd qəpik) manat) məbləğində ödəniş etməyi öz üzərinə götürmüşdür; İddiaçı X6 Nərimanov filialı ilə X9 arasında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli 056S**********03 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı X10 ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli 056L**********15 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə borcalan Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 müvafiq müqaviləyə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür; İddiaçı X6 Nərimanov filialı ilə Cavabdeh3 arasında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli 056S**********02 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı X10 ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli 056L**********15 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə borcalan Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh3 müvafiq müqaviləyə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür; İddiaçı X6 Nərimanov filialı ilə Cavabdeh4 arasında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli 056S**********01 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı X10 ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli 056L**********15 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə borcalan Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh4 müvafiq müqaviləyə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür; İddiaçı X6 Nərimanov filialı ilə Cavabdeh5 və Cavabdeh1 arasında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli 056M**********01 nömrəli ipoteka müqaviləsindən görünür ki, xx xxxxxxx 2018-ci il tarixli 056L**********15 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Abşeron rayonu, Novxanı kəndində xüsusi mülkiyyətdə olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına məxsus, Cavabdeh5 mülkiyyətində olan 0,03 ha torpaq sahəsi İddiaçı X6 Nərimanov filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan müəyyən olunur ki, Cavabdeh5 mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndində olan 0,03 ha torpaq sahəsi İddiaçı X6 Nərimanov filialının xeyrinə yüklülüyü daşınmaz əmlakın dövlət reyestrində 600 nömrəli reyestr kitabının 24 nömrəli vərəqində xx xxxxxxx 2018-ci il tarixdə qeydə alınmışdır; İddiaçı X6 Nərimanov filialı ilə X9 və Cavabdeh1 arasında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli 056M**********02 nömrəli ipoteka müqaviləsindən görünür ki, xx xxxxxxx 2018-ci il tarixli 056L**********15 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Abşeron rayonu, Saray qəsəbəsi, Leyla Bədirbəyli küçəsində xüsusi mülkiyyətdə olan 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsində X4 xüsusi mülkiyyətində olan 72 kv.metr ümumi sahədən ibarət 5 nömrəli fərdi yaşayış evi İddiaçı X6 Nərimanov filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan müəyyən olunur ki, X4 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi, Leyla Bədirbəyli küçəsində xüsusi mülkiyyətdə olan 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsində xüsusi mülkiyyətdə olan 72 kv.metr ümumi sahədən ibarət 5 nömrəli fərdi yaşayış evi İddiaçı X6 Nərimanov filialının xeyrinə yüklülüyü daşınmaz əmlakın dövlət reyestrində 196 nömrəli reyestr kitabının 25 nömrəli vərəqində xx xxxxxxx 2018-ci il tarixdə qeydə alınmışdır; İddiaçı X6 Nərimanov filialının xx xxxxxxx 2018-ci il tarixli qəbzindən görünür ki, 46.000 (qırx altı min) manat məbləğində kredit vəsaiti Cavabdeh1 verilmişdir; İddiaçı X6 xx xxxxxxx 2019-cu il tarixli maliyyə arayışının məzmunundan görünür ki, xx xxxx 2019-cu il tarixdə Cavabdeh1 götürdüyü kredit borcuna görə 42.353,92 (qırx iki min üç yüz əlli üç manat doxsan iki qəpik) manat məbləğində əsas kredit borcu, 3.703,14 (üç min yeddi yüz üç manat on dörd qəpik) manat məbləğində faiz borcu və 4.963,38 (dörd min doqquz yüz altmış üç manat otuz səkkiz qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 51.020,44(əlli bir min iyirmi manat qırx dörd qəpik) manat məbləğində borcu yaranmışdır; İddiaçı X6 Cavabdeh2 ünvanladığı xx xxxxxx 2019-cu il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin surətindən görünür ki, İddiaçı X10 ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli 056L**********15 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə borcalan Cavabdeh1 öhdəliklərini yerinə yetirməməsi səbəbindən hesablanmış qalıq borcun ipoteka predmetinə məhkəmə qaydasında tutmanın yönəldilməsinə başlanılması barədə xəbərdar edilmişdir; İddiaçı X6 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə ünvanladığı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında xx xxxxxx 2019cu il tarixli ərizənin məzmunundan görünür ki, ipoteka predmeti olan Abşeron rayonu, Saray qəsəbəsi, Leyla Bədirbəyli küçəsi, 5 nömrəli evə tutmanın yönəldilməsi haqqında ipoteka qoyan Cavabdeh2 xx xxxxxx 2019-cu il tarixdə bildiriş göndərilməsi nəzərə alınmaqla tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması xahiş edilmişdir. Müvafiq ərizə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X14 tərəfindən xx xxxxxx 2020-ci il tarixdə qeydə alınmışdır; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin X14nin müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişinin məzmunundan görünür ki, Cavabdeh2 məxsus və İddiaçı X6 Nərimanov filialının xeyrinə ipoteka ilə yüklü edilmiş Abşeron rayonu, Saray qəsəbəsi, Leyla Bədirbəyli küçəsi, 5 nömrəli evə dair tutmanın yönəldilməsi haqqında bildiriş həmin təşkilatda xx xxxxxx 2019-cu il tarixdə qeydə alınmış, 10 (on) manat məbləğində dövlət rüsumu və 20 (iyirmi) manat xidmət haqqı ödənilmişdir; Bakı şəhəri Xətai Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxxxx 2018-ci il tarixdə verilmiş xx/xx-2422/12 nömrəli arayışdan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı xx xxxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş X4 ailə vəziyyətinin müəyyən edilməsi məqsədi ilə arxiv məlumatları xx xxxxxxx 2018-ci il tarixədək “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X4 nikahı haqqında akt qeydi aşkar edilməmişdir; Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında xx xxxxxxx 2018-ci il tarixli arayışın surətindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən X5 məxsus ünvan 1 ünvanında qeydiyyatda heç kim yoxdur; İddiaçı X6 Cavabdeh5 ünvanladığı xx xxxxxx 2019-cu il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin surətindən görünür ki, İddiaçı X10 ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli 056L**********15 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə borcalan Cavabdeh1 öhdəliklərini yerinə yetirməməsi səbəbindən hesablanmış qalıq borcun ipoteka predmetinə məhkəmə qaydasında tutmanın yönəldilməsinə başlanılması barədə xəbərdar edilmişdir; İddiaçı X6 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə ünvanladığı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında xx xxxxxx 2019cu il tarixli ərizənin məzmunundan görünür ki, ipoteka predmeti olan Abşeron rayonu, Novxanı kəndində xüsusi mülkiyyətdə olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına məxsus 0,03 ha torpaq sahəsinə tutmanın yönəldilməsi haqqında ipoteka qoyan Cavabdeh5 xx xxxxxx 2019cu il tarixdə bildiriş göndərilməsi nəzərə alınmaqla tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması xahiş edilmişdir. Müvafiq ərizə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X14 tərəfindən xx xxxxxx 2020-ci il tarixdə qeydə alınmışdır; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin X14nin müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişinin məzmunundan görünür ki, Cavabdeh5 məxsus və İddiaçı X6 Nərimanov filialının xeyrinə ipoteka ilə yüklü edilmiş Abşeron rayonu, Novxanı kəndində xüsusi mülkiyyətdə olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına məxsus 0,03 ha torpaq sahəsinə dair tutmanın yönəldilməsi haqqında bildiriş həmin təşkilatda xx xxxxxx 2019-cu il tarixdə qeydə alınmış, 10 (on) manat məbləğində dövlət rüsumu və 20 (iyirmi) manat xidmət haqqı ödənilmişdir; Bakı şəhəri Yasamal Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxxxx 2018-ci il tarixdə verilmiş 1693 nömrəli arayışdan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı xx xxxxxxxx 1977-ci il tarixdə Gəncə şəhərində anadan olmuş Cavabdeh5 ailə vəziyyətinin müəyyən edilməsi məqsədi ilə arxiv məlumatları xx xxxxxxxx 2018-ci il tarixədək “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və Cavabdeh5 nikahı haqqında akt qeydi aşkar edilməmişdir; Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında xx xxxxxxx 2018-ci il tarixli arayışın surətindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən X5 məxsus ünvan 1 ünvanında qeydiyyatda heç kim yoxdur; İddiaçı X6 Nərimanov filialının tərəflərə ünvanladığı xx xxxxx 2019-cu il tarixli xəbərdarlıq məktublarının surətlərindən görünür ki, xx xxxxxxx 2018-ci il tarixli 056L**********15 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə hesablanmış əsas, faiz və cərimə məbləğlərinin məcburi alınması üçün hüquq mühafizə orqanlarına müraciət ediləcəkdir. Bu halda onlar, təkcə banka borclu olduğu məbləği deyil, həm də ödəniləcək dövlət rüsumu və məcburi icra ilə bağlı bütün xərcləri ödəyəcəyi ilə bağlı xəbərdar edilmişlər; “Qiymətləndirmə Xidməti Mərkəzi” X1 xx xxxx 2020-ci il tarixli QXM/292-1M nömrəli qiymətləndirmə rəyinin məzmunundan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, Leyla Bədirbəyli küçəsində yerləşən xüsusi mülkiyyətdə olan 0,03 ha torpaq sahəsi ilə birgə 5 nömrəli fərdi yaşayış evinin bazar dəyəri 51.000 (əlli bir min) manat məbləğində müəyyən edilmişdir. Aparılmış qiymətləndirmə tədqiqatının dəyəri 200 (iki yüz) manat məbləğində müəyyən edilmişdir; “Qiymətləndirmə Xidməti Mərkəzi” X1 xx xxxx 2020-ci il tarixli QXM/292-2M nömrəli qiymətləndirmə rəyinin məzmunundan görünür ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,03 ha torpaq sahəsinin bazar dəyəri 19.000 (on doqquz min) manat məbləğində müəyyən edilmişdir. Aparılmış qiymətləndirmə tədqiqatının dəyəri 200 (iki yüz) manat məbləğində müəyyən edilmişdir; xx xxxxxxx 2019-cu il tarixli ********* nömrəli mədaxil qəbzinin surətindən görünür ki, məhkəməyə müvafiq iddia tələbi ilə müraciət etmək üçün İddiaçı X10 tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə ilk növbədə iddia tələblərinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir; 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh1 İddiaçı X10 ilə bağladığı xx xxxxxxx 2018-ci il tarixli 056L**********15 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (bir yüz iyirmi) ay müddətinə 700.000 (yeddi yüz min) manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunmuşdur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı X10 ilə bağladığı xx xxxxxxx 2018-ci il tarixli 056R********** nömrəli kredit razılaşması əsasında 36 (otuz altı) ay müddətinə, aylıq faiz dərəcəsi 1,9167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 46.000 (qırx altı min) manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx xxxxx 2019-cu i tarixdən banka qaytarmamışdır. Cavabdeh1 xx xxxxxxx 2018-ci il tarixli 056R********** nömrəli kredit razılaşması üzrə banka 42.353,92 (qırx iki min üç yüz əlli üç manat doxsan iki qəpik) manat məbləğində kredit borcu, 3.703,14 (üç min yeddi yüz üç manat on dörd qəpik) manat məbləğində faiz borcu və 4.963,38 (dörd min doqquz yüz altmış üç manat otuz səkkiz qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 51.020,44(əlli bir min iyirmi manat qırx dörd qəpik) manat məbləğində borcu yarnamışdır. İddiaçı tərəfindən Cavabdeh1 xx xxxxx 2019-cu il tarixdə xəbərdarlıq göndərilməklə kredit müqaviləsi üzrə yaranmış borc məbləğlərinin ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəmə qaydasında qeyd edilən kredit borcunun tam ödənilməsinin tələb ediləcəyi borclunun nəzərinə çatdırılmışdır. Göründüyü kimi, Cavabdeh1 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Kredit alan Cavabdeh1 öhdəliyi lazımınca icra etmədiyi üçün zaminlər X9, Cavabdeh3 və Cavabdeh4 borcun ödənilməsi üçün tam öhdəlik daşıyırlar. Buna görə də, Cavabdeh1, X9, Cavabdeh3 və Cavabdeh4 onların risk dairələrinə daxil olan öhdəlikləri icra etmədikləri bütün hallar üçün müştərək qaydada cavabdeh olduqlarından, öz öhdəliklərinin hər bir təqsirli pozuntularına görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidirlər. Məhkəmə hesab edir ki, iddia tələbinin əsas kredit borcu və hesablanmış faizlər hissəsində təmin edilməli, İddiaçı X10 ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli 056L**********15 nömrəli uzunmüddətli kredit müqaviləsinin və həmin müqavilə əsasında imzalanmış xx xxxxxxx 2018-ci il tarixli 056R********** nömrəli kredit razılaşmasının qeyd olunan şərtləri nəzərə alınmaqla 42.353,92 (qırx iki min üç yüz əlli üç manat doxsan iki qəpik) manat məbləğində kredit borcu və 3.703,14 (üç min yeddi yüz üç manat on dörd qəpik) manat məbləğində faiz borcu cavabdehlər Cavabdeh1, X9, Cavabdeh3 və Cavabdeh4 tərəfindən iddiaçıya ödəməlidirlər. Məhkəmə iddianın əsas borca hesablanmış xx xxxxxxx 2018-ci il tarixli 056R********** nömrəli kredit razılaşması üzrə 4.963,38 (dörd min doqquz yüz altmış üç manat otuz səkkiz qəpik) manat məbləğində cərimə (dəbbə pulu) tələbi hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, hesablanmış cərimə məbləği əsas borc məbləğlərinə mütənasib olmadığından endirilməli, xx xxxxxxx 2018-ci il tarixli 056R********** nömrəli kredit razılaşması üzrə 4.963,38 (dörd min doqquz yüz altmış üç manat otuz səkkiz qəpik) manat məbləğində cərimə (dəbbə pulu) 500 (beş yüz) manat müəyyən edilməli, həmin məbləğ cavabdehlər Cavabdeh1, X3, Cavabdeh3 və Cavabdeh4 iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımıncz icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; 59.3.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla eyni zamanda müəyyən edilmişdir ki, İddiaçı X6 Nərimanov filialı ilə Cavabdeh5 və Cavabdeh1 arasında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli 056M**********01 nömrəli ipoteka müqaviləsindən görünür ki, xx xxxxxxx 2018-ci il tarixli 056L**********15 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Abşeron rayonu, Novxanı kəndində xüsusi mülkiyyətdə olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına məxsus, Cavabdeh5 mülkiyyətində olan 0,03 ha torpaq sahəsi İddiaçı X6 Nərimanov filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi bağlanarkən torpaq sahəsinin dəyəri 14.400 (on dörd min dörd yüz) manata qiymətləndirilmişdir. Habelə, İddiaçı X6 Nərimanov filialı ilə X9 və Cavabdeh1 arasında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli 056M**********02 nömrəli ipoteka müqaviləsindən görünür ki, xx xxxxxxx 2018-ci il tarixli 056L**********15 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Abşeron rayonu, Saray qəsəbəsi, Leyla Bədirbəyli küçəsində xüsusi mülkiyyətdə olan 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsində X4 xüsusi mülkiyyətində olan 72 kv.metr ümumi sahədən ibarət 5 nömrəli fərdi yaşayış evi İddiaçı X6 Nərimanov filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi bağlanarkən ipoteka predmetinin dəyəri 32.000 (otuz iki min) manata qiymətləndirilmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Cavabdehə xəbərdarlıq ünvanlanaraq kredit müqaviləsi üzrə öhdəliklərin ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmiş, lakin bundan sonra da tələb olunan nəticə əldə olunmamış, həmin bildiriş ipoteka saxlayanın (iddiaçının) ərizəsi əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X11 qeydə alınmışdır. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu iki dəfədən artıq əsas öhdəlik üzrə faizlərin və əsas borcun ödənilməsi müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda ipoteka predmetlərinin satılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik borclu Cavabdeh1 tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş, Cavabdeh5 müıkiyyətində olan Abşeron rayonu, Novxanı kəndində xüsusi mülkiyyətdə olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına məxsus 0,03 ha torpaq sahəsinə və cavabdeh X4 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi, Leyla Bədirbəyli küçəsində xüsusi mülkiyyətdə olan 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 72 kv.metr ümumi sahədən ibarət 5 nömrəli fərdi yaşayış evinə yönəldilməli, həmin ipoteka predmetləri açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməli, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetlərinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılmalıdır. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir; 7-ci maddəsinə əsasən qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər; 8-ci maddəsinə görə də qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxıla bilər. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.4-cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə, onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. Müvafiq ipoteka predmetlərinin qiymətləndirilməsi zamanı “Qiymətləndirmə Xidməti Mərkəzi” X1 xx xxxx 2020-ci il tarixli QXM/292-1M və xx xxxx 2020-ci il tarixli QXM/292-2M nömrəli qiymətləndirmə rəyləri əsas götürülməlidir. Beləliklə məhkəmə hesab edir ki, ipoteka predmetlərinə tutma yönəldildikdə, Abşeron rayonu, Novxanı kəndində xüsusi mülkiyyətdə olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına məxsus 0,03 ha torpaq sahəsinin ilkin satış qiyməti 19.000 (on doqquz min) manat, Abşeron rayonu, Saray qəsəbəsi, Leyla Bədirbəyli küçəsində xüsusi mülkiyyətdə olan 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 72 kv.metr ümumi sahədən ibarət 5 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 51.000 (əlli bir min) manat məbləğində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia qaldılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu və 40(qırx) manat xidmət haqqı cavabdehlər Cavabdeh1, X3, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı X6 xeyrinə tutulmalı, aparılmış qiymətləndirmə tədqiqatlarının hər birinin ayrılıqda qiymətləri olan 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, X3, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada“Qiymətləndirmə Xidməti Mərkəzi” X1 xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, X3, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı X6 xeyrinə xx xxxxxxx 2018-ci il tarixli 056L**********15 nömrəli uzunmüddətli kredit müqaviləsi və həmin müqavilə əsasında imzalanmış xx xxxxxxx 2018-ci il tarixli 056R********** nömrəli kredit razılaşmasına əsasən 42.353,92 (qırx iki min üç yüz əlli üç manat doxsan iki qəpik) manat məbləğində kredit borcu, 3.703,14 (üç min yeddi yüz üç manat on dörd qəpik) manat məbləğində faiz borcu və 500 (beş yüz) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 46.557,06(qırx altı min beş yüz əlli yeddi manat altı qəpik) manat məbləğində borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manatməbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 20 (iyirmi) manatməbləğindədövlət rüsumunun və 40 (qırx) manatməbləğindəxidmət haqqı tutulsun. Cavabdehlər Cavabdeh1, X3, Cavabdeh3 və Cavabdeh4 tutulmalı olan məbləğ- 46.557,06(qırx altı min beş yüz əlli yeddi manat altı qəpik) manat məbləğində borc öhdəliyinin təminatı kimi İddiaçı X7rşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh5 müıkiyyətində olan Abşeron rayonu, Novxanı kəndində xüsusi mülkiyyətdə olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına məxsus 0,03 ha torpaq sahəsinə və cavabdeh X4 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi, Leyla Bədirbəyli küçəsində xüsusi mülkiyyətdə olan 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 72 kv.metr ümumi sahədən ibarət 5 nömrəli fərdi yaşayış evinəyönəldilsin. Həmin ipoteka predmetləri açıq hərrac yolu ilə realizə edilsin. İpoteka predmetlərinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsait cavabdehlər Cavabdeh5 və X5 verilsin. Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumi qaydada iddiaçının xeyrinə tutulsun. İpoteka predmetləri olan Abşeron rayonu, Novxanı kəndində xüsusi mülkiyyətdə olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına məxsus 0,03 ha torpaq sahəsinin ilkin satış qiyməti 19.000 (on doqquz min) manat, Abşeron rayonu, Saray qəsəbəsi, Leyla Bədirbəyli küçəsində xüsusi mülkiyyətdə olan 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 72 kv.metr ümumi sahədən ibarət 5 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 51.000 (əlli bir min) manat məbləğində müəyyən olunsun. Abşeron rayonu, Novxanı kəndində xüsusi mülkiyyətdə olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına məxsus 0,03 ha torpaq sahəsi, Abşeron rayonu, Saray qəsəbəsi, Leyla Bədirbəyli küçəsində xüsusi mülkiyyətdə olan 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 72 kv.metr ümumi sahədən ibarət 5 nömrəli fərdi yaşayış evi açıq hərracdan satıldıqdan sonra 1 (bir) ay ərzində boşaldılsın və ipoteka saxlayana təhvil verilsin. Aparılmış qiymərləndirmə tədqiqatlarının qiymətləri olan hər biri ayrılıqda 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, X3, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada“Qiymətləndirmə Xidməti Mərkəzi” X1 xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-784/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-784/2020
03.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver