Məhkəmə qərarları › İş №2(005)-791/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-791/2025

30.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-791/2025 30.01.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, Ərizəçi Həsən oğlu Ərizəçi Həsən oğlunun 7 saylı Bakı “Asan xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi cəlb edilməklə ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Həsən oğlunun maraqlı şəxs 7 saylı Bakı “Asan xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi cəlb edilməklə, ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, həyat yoldaşı 11 noyabr 1972-ci il təvəllüdlü X8 xx.xx.1985-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin atası X15 ilə anası X9 ilə rəsmi nikah bağlamaqla evlənmişlər. Həmin nikahdan xx.xx.1972-ci il tarixdə qardaşı X15 dünyaya gəlmişdi.xx.xx.2022-ci il tarixdə anası X9 vəfat etmişdir Nəsimi rayon qeydiyyat şöbəsində xx.xx.2021 -ci il tarixdə 680 saylı saylı akt ilə qeyd edilmişdir. X1 xx.xx.2024-cü ildə rəhmətə getmişdir.Mərhum qardaşı X15 xx.xx.1985-ci ildə vəfat etmişdir. Fizuli rayon qəbiristanlığında dəfn edilmişdir. Lakin ölüm haqqında şəhadətnamə alınmamışdır. Mərhum atası adında olan evin vərəsəsi olaraq öz adına keçirməsi üçün notarisua müraciət etdiyim zaman qardaşının ölümünün qeyd edilmədiyi müəyyən edilmişdir.Bunun üçün ölüm haqqında şəhadətnamənin verilməsi üçün 7 saylı Asan Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsinə müraciət etmişəm, lakin həmin şöbədən ona xx.xx.2024-cü il tarixli 3- 16-5/7-15-795 saylı məktubu ilə imtina cavabı verilmişdir ki. ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Həmin arayışların olmadığına görə ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.Mərhum qardaşı uşaq vaxtdı xəstdə olduğundan öz əcəli ilə öldüyü üçün təcili tibb yardımı çağırılmamışdır. Məhkəmə iclasında Ərizəçi Həsən oğlu və nümayəndəsi X11 ərizəyə uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. Məhkəmə iclaslarının yeri və vaxtı barədə maraqlı şəxs 7 saylı Bakı “Asan xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin nümayəndəsinə məhkəmə iclaslarının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişi göndərilmiş və məhkəmə iclasında iştirak etmişlər. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş şahid X13 ifadəsində bildirmişdir ki, ərizəçi onun bacısı oğludur. Mərhum doğulandan xəstə olub. O rəhmətə gedəndən sonra ərizəçinin valideynləri onu övladlığa götürüblər.X2 1 mart 1985-ci ildə vəfat etmişdir. Mərhum Füzuli kənd qəbristanlığında dəfn edilmişdir. İşğaldan sonra qəbrin itdiyini bildirmişdir. Həmin vaxt ölüm kağızına ehtiyac olmadığı üçün ölüm kağızı alınmamışdır. Məhkəmə iclasında iştirak etmiş şahid X16 ifadəsində bildirmişdir ki, ərizəçi bacı oğludur. Mərhum xəstə olub. O rəhmətə gedəndən sonra ərizəçinin valideynləri ərizəçini övladlığa götürüblər. və Fizuli rayonunda dəfn olunub. İşğaldan sonra qəbr itib. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Mülki işin materialları: - Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 11 oktyabr 2024-cü il tarixli arayışdan görünür ki, X15 11 noyabr 1972-ci ildə Bakı şəhəri,Binəqədi rayonunda anadan olub. X1,anası X12 olduğu 408 nömrəli akt qeydi tərtib olunmuşdur. - Xİ-ЖГ seriyalı, №330223 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx xxxx 1968-ci il tarixdə Fizuli rayonunda doğulub. X1, anası X5r. -Bakı şəhəri 7 saylı “ASAN Xidmət” X3 xx.xx.2024-cü il arixli məktubundan görünür ki, Ərizəçi xx.xx.1985-ci il tarixdə X8 ölümünün qeydə alınması ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq ənədi ilə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsaında qeydə alına bilər. Ərizəşiyə aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. - AZ-İİ 285878 nömrəli xx.xx.2022-cü il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2022-ci ildə ağciyər-ürək çatışmazlığı digər dəq. Formaları xəstəliyindən vəfat etmişdir. -AZ-İİ 437479 nömrəli xx.xx.2024 tarixli ölüm haqqında şəhadətnamədən görünür ki,X10 xx.xx.2024-cü ildə ürəyin kəskin işemik xəstəliyinin digər formaları xəstəliyindən vəfat etmişdir. - Nərimanov rayon xalq deputatları sovetinin icraiyyə komitəsinin xx.xx.1985-ci il tarixli Qərarından görünür ki, birgə nikahda olan X10 və X14 müraciət edərək uşaqlıqdan onlarla birlikdə yaşayan qardaşı oğlu Elşadın onlar tərəfindən övladlığa götürülməsinə icazə verilməsini xahiş ediblər. Fizuli rayonund yaşayırlar. Məmmədov S. və Məmmədova L. 1971-ci ildən nikahdadırlar. Öz övladları yoxdur. Onların y eganə oğlu 1985-ci il tarixdə vəfat edib. Övladlığa götürülən Bakı şəhəri Nərimanov rayon 45 nömrəli məktəbi bitirib. Əmisi və onun avadı tərəfindən övladlığa götürülməyi qəbul edir. Sağlamdır. Məmmədov Səməd və Məmmədova Leyla şin zavodunda işləyirlər. Xasiyyətnamələri müsbətdir. Praktiki sağlamdırlar. Övladlığa götürmə hüquqları məhdudlaşdırılmayıb. Qərarın nəticə hissəsində göstərilib ki, 1941-ci il təvəllüdlü X6 və 1952-ci il təvəllüdlü X7 1968-ci il təvəllüdlü Ərizəçi Balay oğlunu övladlığa götürməyə və onun valideynləri kimi qeydiyyatın aparılmasına icazə verilib. - Milli Arxiv İdarəsinin 15 yanvar 2025-ci ildə AR Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinə göndərilən məktubdan görünür ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsindən AR Milli Arxiv İdarəsinə daxil olmuş xx.xx.2024-cü il tarixli,2(005)-791/2025 nömrəli (daxilolma xx.xx.2025-ci il,3-48/1-133/2025 nömrəli) mərhum vətəndaş X17 barəsində olan sorğu ‘’Milli Arxiv fondu haqqında’’AR Qanunun 10cu maddəsinin tələblərinə əsasən(vətəndaşlıq vəziyyəti aktları barədə sənədlər 75 il idarə,müəssisə və təşkilatlarıda yaradılan arxivlərdə müvəqqəti mühafizə olunur) adiyyatı üzrə baxılmaq üçün göndərilmişdir.Sənədlər VVAQ orqanlarına təhvil verilmişdir. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Qərarının 9.4-cü bəndinə əsasən, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, 11 noyabr 1972-ci il təvəllüdlü X15 1 mart 1985-ci vəfat etmişdir. Ərizəçi ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmiş, bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlara əsasən 11 noyabr 1972-ci il təvəllüdlü X18 1 mart 1985-ci ildə Fizuli rayonu Mehdili kəndində vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 11 noyabr 1972-ci təvəllüdlü X8 1 mart 1985-ci ildə vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə faktın qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar