Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-803/2020 21.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Məmmədova Nigar Ülfət qızının katibliyi İddiaçı “xxxxxxxxxxx” QSC-nin nümayəndəsi X2 və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, “X10 Təsərrüfatı” MMC və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, “X10 Təsərrüfatı” MMC və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiaərizəsiiləməhkəməyəmüraciətedərək,iddia ərizəsini onunla əsaslandırmışdır ki, uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 037R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərli ilə 32000 (otuz iki min) ABŞ Dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 037R143090134İS saylı, xx.xx.2016-cı il tarixli 037R143090134 İSA saylı, xx.xx.2016-cı il tarixli 037R********** SB saylı, xx.xx.2016-cı il tarixli 037R**********SC saylı, xx.xx.2017-ci il tarixli 037R143090134İSD saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2019-cu il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 9077.88 ABŞ dolları ödəmiş, onun 22922.12 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2019-cu il tarixə 134 gün üçün hesablanmış faiz borcu 13143.77 ABŞ Dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5% məbləğində cərimə ödəməlidir. xx.xx.2019-cu il tarixə 134 gün üçün hesablanmış cərimə 20130.53 ABŞ Dolları təşkil edir. Bundan başqa, uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 037R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 60000 (altmış min) ABŞ Dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2016-cı il tarixli 037R **********S saylı, xx.xx.2016-cı il tarixli 037R**********SB saylı, xx.xx.2017-ci il tarixli 037R**********SC saylı, xx.xx.2018-ci il tarixli 037R**********SD saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2019-cu il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 20303.92 ABŞ Dolları ödəmiş, onun 39696.08 ABŞ Dollar: məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməl: olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2019-cu il tarixə 134 gün üçün hesablanmış faiz, borcu 22338.47 ABŞ Dolları təşkil edir. Sabirabad rayonu Qaratuğay kəndində 0.125 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən həyətyanı tikili və qurğuları 194.1 m2, yardımçı sahəsi 100.4 m2, yaşayış sahəsi 111.9 m2 ümumi sahəsi 212.3 m2 olan 4 otaqlı 1 mərtəbəli fərdi yaşayış evi xxxxxxxxxx QSC qarşısında ipoteka ilə yüklü edilərkən ipoteka qoyanın həyal yoldaşı X3 notariat kontoruna ərizə təqdim edərək əmlakın ipoteka ilə yüklü edilməsinə razı olduğunu bildirmiş, əmlaka tutma yönəldildikdə və o satıldıqda əmlakı qeyd şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşdür. Bundan başqa kredit xətli müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh3 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 037M**********01 saylı ipoteka müqaviləsi əsasında Bakı şəhəri Nərimanov rayonu Ağa Nemətuila küçəsi 49q saylı evin 13.5 m2 yardımçı, 20.36 m2 yaşayış, 33.86 m2 ümumi sahədən ibarət 47 nömrəli mənzilini İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 654 №-li reyestr kitabının 59976 №-li vərəqində qeydiyyata alınmış və RX ******* №-li çıxarışa əsasən Bakı şəhəri Nərimanov rayonu Ağa Nemətuila küçəsi 49q saylı evin 47 nömrəli mənzilinin Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan «xxxxxxxxxx» QSC tərəfindən cavabdeh-ipoteka verən Cavabdeh3 İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2019-cu il tarixdə bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə təqdim olunmuş və 22.11 2019cu il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. Bakı şəhəri Nərimanov rayonu Ağa Nemətula küçəsi 49q saylı evin 47 nömrəli mənzili İddiaçı QSC qarşısında ipoteka ilə yüklü edilərkən ipoteka qoyan Cavabdeh3 həyat yoldaşı X4 notariat kontoruna ərizə təqdim edərək əmlakın ipoteka ilə yüklü edilməsinə razı olduğunu bildirmiş, əmlaka tutma yönəldildikdə və o, satıldıqda əmlakı qeyd şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşdür. Qeyd edilənləri nəzərə alaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X10 Təsərrüfatı MMC-dən. Cavabdeh3 müştərək qaydada İddiaçı X5 xeyrinə 037R********** saylı kredit razılaşması üzrə 22922.12 ABŞ dolları kredit borcu, 13143.77 ABŞ dolları faiz borcu və 20130.53 ABŞ dolları cərimə olmaqla, cəmi 56196.42 ABŞ dolları, 037R********** saylı kredit razılaşması üzrə 39696.08 ABŞ Dolları kredit borcu, 22338.47 ABŞ dolları faiz borcu və 36813.24 ABŞ dolları cərimə olmaqla, cəmi 98847.79 ABŞ dolları, 2 (iki) kredit razılaşması üzrə ümumilikdə cəmi 155044 (yüz əlli beş min qırx dörd) ABŞ dolları 21 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 20 manat rüsumun və 40 manat xidmət haqqının tutulması; tutmanın Cavabdeh1 məxsus Sabirabad rayonu Qaratuğay kəndində 0.125 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 4 otaqlı 1 mərtəbəli fərdi yaşayış evinə (həyətyanı tikili və qurğuları ilə birlikdə) və Cavabdeh3 məxsus Bakı şəhəri Nərimanov rayonu Ağa Nemətulla küçəsi 49q saylı evin 47 nömrəli mənzilinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 155044 (yüz əlli beş min qırx dörd) ABŞ Dolları 21 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 20 manat rüsumun və 40 manat xidmət haqqının Bankın xeyrinə ödənilməsi, Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2. X10 Təsərrüfatı MMC-dən, Cavabdeh3 müştərək qaydada tutulması, Sabirabad rayonu Qaratuğay kəndində 0.125 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə (həyətyanı tikili və qurğuları ilə birlikdə) tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra torpaq sahəsinin və fərdi yaşayış evinin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsini, Bakı şəhəri Nərimanov rayonu Ağa Nemətulla küçəsi 49q saylı evin 47 nömrəli mənzilinə tutma yönəldildikdən və o, satıldıqdan sonra mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı “xxxxxxxxxxx” QSC-nin nümayəndəsi X6 iddia tələblərini müdafiə edərək iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iddia tələbini qismən qəbul etdi. Məhkəmə iclaslarının yeri və vaxtı barədə digər cavabdehlərə məlumat verilməsinə baxmayaraq heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin sənədlərini araşdırıb hesab edir ki, iddia tələbi qismən əsaslıdır və aşağıdakı səbəblərə görə qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı QSC iləCavabdeh1 arasında xx.xx.2014-cü il tarixdə bağlanmış 037R********** saylıkredit xətti müqaviləsindən görünür ki, cavabdehə 36 ay müddətinə 32000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İş materiallarında olantərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 037R143090134İS saylı, xx.xx.2016-cı il tarixli 037R143090134 İSA saylı, xx.xx.2016-cı il tarixli 037R********** SB saylı, xx.xx.2016-cı il tarixli 037R**********SC saylı, xx.xx.2017-ci il tarixli 037R143090134İSD saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. İş materiallarında olantərəflərin imzaladıqları xx.xx.2016-cı il tarixli 037R **********S saylı, xx.xx.2016-cı il tarixli 037R**********SB saylı, xx.xx.2017-ci il tarixli 037R**********SC saylı, xx.xx.2018-ci il tarixli 037R**********SD saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. İş materiallarında olan İddiaçı QSC iləCavabdeh1 arasında xx.xx.2014-cü il tarixdə bağlanmış 037R********** saylıkredit xətti müqaviləsindən görünür ki, cavabdehə 36 ay müddətinə 60000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İş materiallarında olanxx.xx.2014-cü il tarixdə İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanan 037S**********01 saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin Cavabdeh2 İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanan müqavilələr üzrə borclu ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olanxx.xx.2014-cü il tarixdə İddiaçı QSC ilə Cavabdeh3arasında bağlanan 037S**********01 saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin Cavabdeh3İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanan müqavilələr üzrə borclu ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olanxx.xx.2014-cü il tarixdə İddiaçı QSC ilə “X10 Təsərrüfatı” MMC arasında bağlanan 037S**********01 saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin “X10 Təsərrüfatı” MMC İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanan müqavilələr üzrə borclu ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 əsas məbləğ üzrə 22922.12 ABŞ dolları, faiz borcu üzrə 13143,77 ABŞ dolları, cərimə borcu üzrə 20130,53 ABŞ dolları, cəmi 56196,42 ABŞ dolları təşkil edir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 əsas məbləğ üzrə 39696,08 ABŞ dolları, faiz borcu üzrə 22338,47 ABŞ dolları, cərimə borcu üzrə 36813,24 ABŞ dolları, cəmi 98847,79 ABŞ dolları təşkil edir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, 037M**********2 saylı ipoteka müqaviləsindən görünür ki, kredit müqaviləsinin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 tərəfindən Sabirabad rayonu Qaratuğay kəndində 0.125 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən həyətyanı tikili və qurğuları 194.1 m2, yardımçı sahəsi 100.4 m2, yaşayış sahəsi 111.9 m2 ümumi sahəsi 212.3 m2 olan 4 otaqlı 1 mərtəbəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Cavabdeh1 məxsus Sabirabad rayonu Qaratuğay kəndində 0.125 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən həyətyanı tikili və qurğuları 194.1 m2, yardımçı sahəsi 100.4 m2, yaşayış sahəsi 111.9 m2 ümumi sahəsi 212.3 m2 olan 4 otaqlı 1 mərtəbəli fərdi yaşayış evi İddiaçı QSC-nin adına xx.xx.2014-cü il tarixdə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MA seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Sabirabad rayonu Qaratuğay kəndində 0.125 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən həyətyanı tikili və qurğuları 194.1 m2, yardımçı sahəsi 100.4 m2, yaşayış sahəsi 111.9 m2 ümumi sahəsi 212.3 m2 olan 4 otaqlı 1 mərtəbəli fərdi yaşayış evi Cavabdeh1 adına xx.xx.2010-cu il tarixdə qeydə alınmışdır. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, 037M**********2 saylı ipoteka müqaviləsindən görünür ki, kredit müqaviləsinin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 tərəfindən Sabirabad rayonu Qaratuğay kəndində 0.125 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən həyətyanı tikili və qurğuları 194.1 m2, yardımçı sahəsi 100.4 m2, yaşayış sahəsi 111.9 m2 ümumi sahəsi 212.3 m2 olan 4 otaqlı 1 mərtəbəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Cavabdeh3 məxsus Bakı şəhəri Nərimanov rayonu Ağa Nemətuila küçəsi 49q saylı evin 47 nömrəli mənzili İddiaçı QSC-nin adına xx.xx.2014-cü il tarixdə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri Nərimanov rayonu Ağa Nemətulla küçəsi 49q saylı evin 13.5 m2 yardımçı, 20.36 m2 yaşayış, 33.86 m2 ümumi sahədən ibarət 47 nömrəli mənzil Cavabdeh3 adına xx.xx.2013-cü il tarixdə qeydə alınmışdır. İş materiallarında olan X1 notarial qaydada təsdiqlənmiş ərizəsindən görünür ki, o, əmlakın ipoteka ilə yüklü edilməsinə razı olduğunu bildirmiş, əmlaka tutma yönəldildikdə və o satıldıqda əmlakı qeyd şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşdür. İş materiallarında olan İddiaçı QSC tərəfindən cavabdehlərə ünvanlanmış xəbərdarlıq bildirişlərindən görünür ki, bank tərəfindən borcun ödənilməsi tələb olunmuşdur. İş materiallarına əlavə olunmuş “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx xxxx 2019-cu il tarixli, QXM 302/M saylı ekspert rəyindən görünür ki, Cavabdeh3 məxsus Bakı şəhəri Nərimanov rayonu Ağa Nemətulla küçəsi 49q saylı evin 47 nömrəli mənzili həmin tarixə tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapmış qiyməti 62000 manat, Cavabdeh1 məxsus Sabirabad rayonu Qaratuğay kəndində 0.125 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən həyətyanı tikili və qurğuları 194.1 m2, yardımçı sahəsi 100.4 m2, yaşayış sahəsi 111.9 m2 ümumi sahəsi 212.3 m2 olan 4 otaqlı 1 mərtəbəli fərdi yaşayış evi 43000 manat təşkil edir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09/20 saylı xx.xx.2020-ci il tarixli ekspert rəyinin nəticə hissəsindən müəyyən olunur ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları, xx.xx.2014-cü il tarixli 037R********** saylı kredit xətti müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə İddiaçı QSC-nə olan əsas borcu 22922,12 ABŞ dolları, faiz borcu 14388,60 ABŞ dolları, xx.xx.2014-cü il tarixli 037R********** saylı kredit xətti müqaviləsi üzrə xx.xx.2019cu il tarixə İddiaçı QSC-nə olan əsas borcu 39696,08 ABŞ dolları, faiz borcu 24494,24 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Məhkəmə iclasında tədqiq olunan sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixdə bağlanmış 037R********** saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə1000000 (bir milyon) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Daha sonra tərəflər arasında ödənişlərin edilməsi ilə bağlı əlavə müqavilələr bağlanmışdır. Cavabdehlər Cavabdeh2və Cavabdeh3və “X10 Təsərrüfatı” MMC eyni zamanda öhdəliklərin icrasını təmin etmək məqsədilə iddiaçı ilə zaminlik müqavilələri imzalamışlar. Kreditin təminatı kimi cavabdehlərə məxsus əmlak bankın xeyrinə girov qoyulmuşdur. Cavabdehlər müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən, 037R********** saylı kredit razılaşması üzrə ümumilikdə 155044,21 ABŞ dolları məbləğində cərimə məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəlləsinin 739.1-ci maddəsinə görə borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi öhdəsinə götürür, borc alan isə aldıqlarını borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəlləsinin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə mülki iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki,Cavabdeh1, Cavabdeh2, “X10 Təsərrüfatı” MMC və Cavabdeh3kredit və zaminlik müqavilərindən irəli gələn öhdəliklərini lazımınca icra etməməsi tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından iddia tələbi əsas və faiz borc hissəsində əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İstinad olunanlara əsasən məhkəmə əsas borca hesablanmış cəriməni tənasübsüz yüksən hesab edib belə qənaətə gəlir ki, cavabdehlərdən iddiaçının xeyrinə dəbbə puluna görə 1000 ABŞ dolları məbləğində pul vəsaiti tutulmalı, dəbbə pulu tələbinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənləri nəzərə alaraq, məhkəmə cavabdehlər Cavabdeh1, Cavabdeh2, “X10 Təsərrüfatı” MMC və Cavabdeh3 müştərək qaydada 62618,2 ABŞ dolları əsas borcu, 35482,25 ABŞ dolları faiz borcu, 1000 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 99100,45 (doxsan doqquz min yüz dollar qırx beş sent) ABŞ dolları məbləğində borcun İddiaçı QSCnin xeyrinə tutulması qənaətinə gəlir. Məhkəmə eyni zamanda iddianın tələbin ipoteka predmeti olan əmlaka yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddia tələblərinin bu hissəsi də əsaslıdır. Bu səbəbdən iddianın həmin hissəsi də təmin edilməlidir. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Cavabdeh1 məxsus Sabirabad rayonu Qaratuğay kəndində 0.125 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən həyətyanı tikili və qurğuları 194.1 m2, yardımçı sahəsi 100.4 m2, yaşayış sahəsi 111.9 m2 ümumi sahəsi 212.3 m2 olan 4 otaqlı 1 mərtəbəli fərdi yaşayış evi xx.xx.2014-cü il tarixdə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Cavabdeh3 məxsus Bakı şəhəri Nərimanov rayonu Ağa Nemətulla küçəsi 49q saylı evin 47 nömrəli mənzilixx.xx.2014-cü il tarixdə yüklü İddiaçı QSC-nin adına yüklü edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində gırov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra elmədikdə yönəldilə bilər. İpoteka haqqında Qanunun: 59.3-cü maddəsinə görə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1-ci maddəsinə görə, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Göstərilən qanunvericilik aktlarının müddəalarına əsasən məhkəmə hesab edir ki, tutma ilkin satış qiyməti 43000 manat müəyyən edilməklə Cavabdeh1 məxsus Sabirabad rayonu Qaratuğay kəndində 0.125 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən həyətyanı tikili və qurğuları 194.1 m2, yardımçı sahəsi 100.4 m2, yaşayış sahəsi 111.9 m2 ümumi sahəsi 212.3 m2 olan 4 otaqlı 1 mərtəbəli fərdi yaşayış evi və ilkin satış qiyməti 62000 manat müəyyən edilməklə Cavabdeh3 məxsus Bakı şəhəri Nərimanov rayonu Ağa Nemətulla küçəsi 49q saylı evin 47 nömrəli mənzilə yönəldilməli, əmlaklar açıq hərracdan satılaraq əldə olunan vəsait hesabına borc İddiaçı QSC-nə ödənilməli, ipoteka predmeti satıldıqdan 1 ay sonra cavabdehlər qeyd edilən mənzillərdən çıxarılmalı, mənzil boşaldılmaldır. İddia ərizəsinin ipoteka ilə yüklü edilmiş əmlakın satışından eldə edilmiş məbləğ borc məbləğinin yönəldilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsi ümumi qaydada icra edilməsi hissəsində məhkəmə qeyri-müəyyən hesab edir və bu səbəbdən onun rədd edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə ıştirak edən şəxslərə aid edildiyindən məhkəmə dövlət rüsumunu, xidmət haqqının və ekspertiza xərcini cavabdehlərə aid edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia qismən təmin edilsin. Cavabdeh1, Cavabdeh2, “X10 Təsərrüfatı” MMC və Cavabdeh3 müştərək qaydada 62618,2 ABŞ dolları əsas borcu, 35482,25 ABŞ dolları faiz borcu, 1000 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 99100,45 (doxsan doqquz min yüz dollar qırx beş sent) ABŞ dolları məbləğində borc (ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzə manatla), məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumu və 40 manat xidmət haqqı İddiaçı QSC-nin xeyrinə tutulsun. Tutma ilkin satış qiyməti 43000 manat olan Cavabdeh1 məxsus Sabirabad rayonu Qaratuğay kəndində 0.125 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən həyətyanı tikili və qurğuları 194.1 m2, yardımçı sahəsi 100.4 m2, yaşayış sahəsi 111.9 m2 ümumi sahəsi 212.3 m2 olan 4 otaqlı 1 mərtəbəli fərdi yaşayış evi və ilkin satış qiyməti 62000 manat olan Cavabdeh3 məxsus Bakı şəhəri Nərimanov rayonu Ağa Nemətulla küçəsi 49q saylı evin 47 nömrəli mənzilə yönəldilsin, əmlaklar açıq hərracdan satılsın və əldə olunan vəsait hesabına borc İddiaçı QSC-nə ödənilsin. Cavabdeh1 məxsus Sabirabad rayonu Qaratuğay kəndində 0.125 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən həyətyanı tikili və qurğuları 194.1 m2, yardımçı sahəsi 100.4 m2, yaşayış sahəsi 111.9 m2 ümumi sahəsi 212.3 m2 olan 4 otaqlı 1 mərtəbəli fərdi yaşayış evi və Cavabdeh3 məxsus Bakı şəhəri Nərimanov rayonu Ağa Nemətulla küçəsi 49q saylı evin 47 nömrəli mənzil satıldıqdan 1 ay sonra cavabdehlər qeyd edilən mənzildən çıxarılsın və mənzil boşaldılsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat məbləğində pul Cavabdeh1, Cavabdeh2, “X10 Təsərrüfatı” MMC və Cavabdeh3 müştərək qaydada tutularaq “Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************” hesabına keçirilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 400 manat məbləğində pul Cavabdeh1, Cavabdeh2, “X10 Təsərrüfatı” MMC və Cavabdeh3 müştərək qaydada tutularaq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-803/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-803/2020
21.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver