Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-828/2022 16.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 03 sentyabr 1935-ci il təvəllüdlü X3 14 sentyabr 2021-ci il tarixdə vəfat etməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Ərizəçi atası, 03.09.1935-ci il təvəllüdlü X5 (ünvan 1 ünvanında qeydiyyatında olmuşdur) 14 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 3 ünvanında (ərizəçi F. Tedeyevaya mülkiyyət hüququ əsasında məxsus mənzildir) vəfat etmişdir. Həmin tarixdə ölüm hadisəsi Bakı şəhəri Təcili və X4 Stansiyasının briqadası tərəfindən təsdiq edilərək B. Tedeyevin ölümü haqqında Xəbərdarlıq vəsiqəsi verilmişdir. Bakı şəhəri 37 saylı poliklinikası ölümündən 2 ay çox vaxt keçməsi səbəbini göstərməklə B.Tedeyevin ölümü haqqında tibbi şəhadətnaməni verməmişdir. Ölüm haqqında tibbi şəhadətnamə təqdim etmədiyindən Bakı şəhəri Maraqlı şəxs tərəfindən B.Tedeyevin ölümü haqqında şəhadətnamənin verilməsindən imtina olunmuşdur. Bakı şəhəri Maraqlı şəxs imtinasına görə məhkəmədənkənar qaydada B.Tedeyevin vəfat etməsi faktının müəyyən edilməsi mümkün deyildir. Həmin fakt müəyyən etmədən Ərizəçi atasının ölümü haqqında şəhadətnaməni ala bilmir. B. Tedeyevin vəfat etməsi faktının müəyyən edilməsi ərizəçi F. Tedeyevaya atasının ölümü ilə əlaqədar hüquqi qeyri-müəyyənliyin aradan qaldırılması və müvafiq hüquq məsələlərinin həll edilməsi üçün lazımdır (mirasın qəbul edilməsi və s.). Tedeyev 20 il müddətində 1-ci qrup gözdən əlil olmuşdur. O, son dövrdə evdən çıxa bilmirdi, onun səhhəti zəifləşmişdir. Göstərilənlərin nəzərə alınmasını və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizənin dəlillərinə uyğun şəkildə izahat verərək, ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs tərəfindən məhkəməyə ünvanlanmış məktubda işə nümayəndələrinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: 14.02.2018-ci il tarixdə ASAN 2 tərəfindən verilmiş AZE seriyalı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1979-cu il tarixdə, Bakı şəhərində anadan olmuş Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır; 18.07.2005-ci il tarixdə Nərimanov RPİ tərəfindən verilmiş AZE seriyalı 03944338 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən 03.09.1935-ci il tarixdə Bakı şəhərində anadan olmuş X5 ünvan 6 ünvanında qeydiyyatdadır; Bakı şəhəri Maraqlı şəxs tərəfindən 05.04.2017-ci il tarixdə verilmiş AZ-T seriyalı 028691 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən Ərizəçi xx.xx.1979-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası – X2; Bakı Şəhəri Təcili və X4 Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsinə əsasən 14.09.2021-ci il tarixdə saat 12:30 radələrində çağırış olub, çağırış yeri ünvan üzrə gələn 4 saylı bölmənin həkimi Məmmədov 1935-ci il təvəllüdlü X3 vəfat etməsini qeyd etdi; Bakı şəhəri Maraqlı şəxs 21.12.2021-ci il tarixli, 259 nömrəli məktubundan görünür ki, Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizəsinə cavab olaraq, 106 saylı ölüm barədə həkim arayışı olmadığından ölüm haqqında qeydiyyatın aparılmasından imtina edilmiş və məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür; 28.12.2021-ci il tarixli ödəniş qəbzinə əsasən Ərizəçi Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhərində anadan olmuş X5 Ərizəçi atasıdır. Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. M X5 14.09.2021-ci il tarixdə Bakı şəhərində, ev şəraitində vəfat etmişdir. Bakı şəhəri Maraqlı şəxs ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün akt qeydinin aparılmasından imtina etmişdir. Ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir. Həmin sənədin alınması ərizəçiyə X3 ölümündən sonra bir sıra hüquqi məsələlərin həll edilməsi üçün lazımdır. Ərizəçi məhkəməyə hazırki ərizə ilə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödəmiş, lakin həmin məbləği tələb etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 03.09.1935-ci il tarixdə Bakı şəhərində anadan olmuş X3 14.09.2021-ci il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi faktı məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edildiyindən ərizə təmin edilməli, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu tələb edilmədiyindən Ərizəçi aid edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 03.09.1935-ci il tarixdə Bakı şəhərində anadan olmuş X3 14.09.2021-ci il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilsin. Ölüm haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-828/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-828/2022
16.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver