Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-831/2022 30.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi ilə, Ərizəçi nümayəndəsi və vəkili X5 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Nərimanov rayon Qeydiyyat Şöbəsinə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Nərimanov rayon Qeydiyyat Şöbəsinə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X4 24.09.1954-cü il tarixində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 1900-cü il təvəllüdlü atası X6 24.09.1954-cü ildə vəfat etmiş və Bakı şəhəri, İİ Zabrat qəbiristanlığında dəfn edilmişdir. Bakı şəhər Zabrat Bələdiyyəsinin arayışında qeyd edilmişdir ki, mərhum X6 1954-cü ildə Zabrat qəsəbəsi, Məşədixanım Nemətova küçəsində yerləşən 2 saylı qəbiristanlığında dəfn olunmuşdur. 14.12.2021-ci il tarixdə Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsinə nümayəndəsi vasitəsilə müraciət edərək, mərhumun adına Ölüm haqqında şəhadətnamənin verilməsini xahiş etmiş, Sabunçu rayon Qeydiyyat şöbəsi məktub ilə bildirmişdir ki, Sabunçu rayon Qeydiyyat şöbəsinin 2667- 05/15 №-li, 09.12.2021-ci il tarixli Arayışına əsasən, Arxiv məlumatları “Vətəndaşlıq vəziyyəti aktları” X1 Sisteminə 09.12.2021-ci ilədək daxil edilmiş bütün Vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili X7 ərizə ilə eyni məzmunlu ifadə verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Nərimanov Rayon Qeydiyyat Şöbəsi məktubla məhkəməyə müraciət edərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında iştirak etmiş şahid Axund-zadə Ədalət Əbdülhəmid oğlu ifadəsində bildirmişdir ki, mərhum X6 onun böyük əmisidir. X6 o, doğulmamışdan əvvəl ölmüş, lakin Zabrat qəsəbəsi, Məşədixanım Nemətova küçəsində yerləşən 2 saylı qəbiristanlığında dəfn edildiyini və ziyarətədə həmin yerə getdiyini qeyd etmişdir. Məhkəmə iclasında iştirak etmiş digər şahid Axund-zadə Nazir Süleyman oğlu ifadəsində bildirmişdir ki, X6 onun atasının əmisidir. X4 Zabrat qəsəbəsi, Məşədixanım Nemətova küçəsində yerləşən 2 saylı qəbiristanlığında dəfn edildiyini və ziyarətədə həmin yerə getdiyini qeyd etmişdir. İş materiallarında olan; Bakı şəhəri Zabrat Bələdiyyəsinin 15.12.2021-ci il tarixli arayışından görünür ki, yerində aparılan araşdırmaya əsasən mərhum X3 1954-cü ildə (qəbirüstü abidəyə əsasən) Zabrat qəsəbəsi Məşədixanım Nemətova küçəsində yerləşən 2 saylı qəbiristanlıqda dəfn olunmuşdur. Sabunçu Qeydiyyat şöbəsinin 17.12.2021-ci il tarixli, 32005/15 saylı məktubundan görünür ki, ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyil. Aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Sabunçu Qeydiyyat şöbəsinin 09.12.2021-ci il tarixli arayışından görünür ki, X4 barəsində 22.09.1954-cü ilə aid ölüm akt qeydi aşkar edilməmişdir. Arxiv məlumatları “Vətəndaşlıq vəziyyəti aktları” X1 Sisteminə 09.12.2021-ci ilədək daxil edilmiş bütün Vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Qəbirüstü tikilinin fotoşəkillərindən görünür ki, mərhum X2 1900-cü ildə doğulmuş və 1954-cü ildə vəfat etmişdir. AZE seriyalı 00****** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkilinin izahatı, şahid ifadələri, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, 1900-cu ildə anadan olmuş X6 24.09.1954-cü il tarixdə vəfat edib və Zabrat qəsəbəsi, Məşədixanım Nemətova küçəsində yerləşən 2 saylı qəbiristanlığında dəfn edilmişdir. Ərizəçi atasının ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmiş, bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlara əsasən X4 24.09.1954-cü il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 1900-cü il tarixdə anadan olmuş X4 24.09.1954-cü il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Bu barədə müvafiq qeydin aparılması Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-831/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-831/2022
30.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver