Məhkəmə qərarları › İş №2(005)-856/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-856/2022

28.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-856/2022 28.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qızına qarşı “kredit müqaviləsinin ləğvi, borcun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və mənzilin boşaldılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bank "xxxx" ASCn cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qızına qarşı “kredit müqaviləsinin ləğvi, borcun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Bank "xxxx" ASC-nin “Gənclik” filialı ilə Cavabdeh1 arasında bağlanmış 18.06.2019-cu il tarixli DEN-00010- 20/19A saylı kredit müqaviləsinin və 26.09.2019-cu il tarixli XDEN-00005- 20/19A saylı kredit müqaviləsinin ləğv edilməsi, 18.06.2019-cu il tarixli DEN-00010- 10/19A saylı kredit müqaviləsindən irəli gələn 03.12.2021 -ci il tarixinə olar. 31282.92 manat əsas borc, 5229.57 manat faiz borcu, 8990.38 manat dəbbə borcu, ümumilikdə 45502.87 manat məbləğində borcun, 26.09.2019-cu il tarixli XDEN-00005-20/19A saylı kredit müqaviləsindən irəli gələn 03.12.2021 -ci il tarixinə olan 23557.09 manat əsas borc, 3669.48 manat faiz borcu, 9644.04 manat dəbbə borcu, ümumilikdə 36870.61 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 318 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının cavabdehlər və iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 18 iyun 2019-cu il tarixdə iddiaçıyla OENG- OOO10-20/19A saylı ipoteka müqaviləsi əsasında və 25 sentyabr 2019-cu il tarixdə iddiaçıyla XDENG-00005-20/19A saylı sonrakı ipoteka müqaviləsi əsasında Cavabdeh1 məxsus olan olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 4, 80 saylı mənzilə tutmanın yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə, qalan məbləğin Cavabdeh1 tutulması və ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 4, 80 saylı mənzilin boşaldılmasına və Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5 azyaşlı Cavabdeh2 Şəhriyar oğlunun valideyni ilə birlikdə mənzildən istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Bank "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı hakim iddiaçının vəsatətinə əsasən iddia ərizəsini geri qaytara bilər. Məhkəmə ərizəni və mülki işin sənədlərini araşdırıb hesab edir ki, İddiaçı Bank "xxxx" ASCnin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qızına qarşı “kredit müqaviləsinin ləğvi, borcun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və mənzilin boşaldılması” tələbinə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170-ci və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qızına qarşı “kredit müqaviləsinin ləğvi, borcun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunan sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhər Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar