Məhkəmə qərarları › İş №2(005)-858/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-858/2021

05.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-858/2021 05.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Eldarzadə Şirazi Elxan oğlunun katibliyi İddiaçı “Aqrarkredit“BOKT QSC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı BOKT QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun tutulması və girov predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı BOKT QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun tutulması və girov predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 09.01.2013-cü il tarixli, 6575 saylı kredit müqaviləsi üzrə əsas borc 1 500 000 manat, faiz borcu 175 000,04 manat olmaqla, cəmi 1.675 000,04 manat, 09.01.2013-cü il tarixli, 6576 saylı kredit müqaviləsi üzrə əsas borc 1 500 000 manat, faiz borcu 175 000,04 manata olmaqla, cəmi 1.675 000,04 manat, 09.01.2013-cü il tarixli, 6577 saylı kredit müqaviləsi üzrə əsas borc 1 281 356,79 manat, faiz borcu 175 000.04 manat olmaqla, cəmi 1 456 356,83 manat, 3 kredit müqaviləsi üzrə ümumi 4 806 356,91 manat məbləğində kredit borcunun və həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə ödənilməsi, Cavabdeh3 məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2.468 ha torpaq sahəsində yerləşən 23 №-li binanın 7-ci mərtəbəsində 243,2 kv.m. qeyri-vaşayış sahəsi olan (90 saylı ofis), Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2.468 ha torpaq sahəsində yerləşən 23 №-li binanın 7-ci mərtəbəsində 212,4 kv.m. qeyri-yaşayş sahəsi olan (92 saylı ofis), 135.0 kv.m. qeyri-yaşayş sahəsi olan (95 saylı ofis), 104,4 kv.m. qeyri-yaşayş sahəsi olan. (98 saylı ofis), 109,8 kv.m. qeyri-yaşayş sahəsi olan (99 saylı ofis) və Cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu. Nobel prospekti, 2.468 ha torpaq sahəsində yerləşən 23 №-li binanın 7-ci mərtəbəsində 226,8 kv.m. qeyri-yaşayş sahəsi olan (33 saylı mağaza) yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaiti iddiaçının hesabına ödənilməsi, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh2 və Cavabdeh3 qaytarılması; daşınmaz əmlakın satıldıqdan 1 ay sonra boşaldılması, satışdan əldə olunan məbləğ borcun ödənilməsinə yetərli olmadığı halda Cavabdeh1 məxsus və üçüncü şəxslərin istifadəsində olan digər əmlaklarına tutmanın yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaiti iddiaçının hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, ‘'Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-nə keçmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh1 dair sənədlər 209 saylı, 20 aprel yanvar 2016-cı il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-nə verilmişdir. "xxxx" ASCnin Mərkəzi filialı ilə Cavabdeh1 arasında 09.01.2013-cü il tarixdə bağlanmış 6575 saylı kredit müqaviləsinə əsasən 1.500.000 manat məbləğində, 6576 saylı kredit müqaviləsinə əsasən 1.500.000 manat məbləğində, 6577 saylı kredit müqaviləsinə əsasən 1.500.000 manat məbləğində,6578 saylı kredit müqaviləsinə əsasən 1.500.000 manat məbləğində, 6579 saylı kredit müqaviləsinə əsasan 1.500.000 manat məbləğində, 6580 saylı kredit müqaviləsinə əsasən 23 7 600 manat məbləğində illik 12 % tətbiq edilməklə, cari xərclər üçün hər bir müqavilə üzrə 60 ay müddətinə kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq yuxarıda qeyd edilən daşınmaz əmlaklar 12 mart 2016-cı il tarixli İpoteka müqavilələrinə əsasən bank qarşısında yüklü edilmişdir. X1 Azərbaycan Respublikası Əmlak Məsələləri Daşınmaz Əmlakın Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən qeydiyyata alınaraq, cavabdehlərə məxsus daşınmaz əmlakların "xxxx" ASC qarşısında yüklü edilməsinə dair reyestrdən çıxarışlar verilmişdir. Müqavilənin 5.3-cü bəndinə əsasən kredit vəsaitindən istifadə müddətinin axımı “Borcalan”ın ssuda hesabına kredit vəsaitinin köçürüldüyü təqvim tarixdən başlanır. (5.4. bəndi) “Borcalan”a verilən vəsaitindən istifadə müddəti 60 aydır. (5.5. bənd) krediti vəsaitinin istifadə müddəti 09.01.2018-ci il tarixdə bilir. Borclu şəxs Cavabdeh1 dair sənədlər 209 saylı, 20 aprel yanvar 2016-cı il tarixli təhvil-təslim aktına əsasən "xxxx" ASC tərəfindən 6 kredit müqaviləsi üzrə Cavabdeh1 8 639 816,59 (səkkiz milyon altı yüz otuz doqquz min səkkiz yüz on altı manat, 59 qəpik) manat məbləğində kredit borcu İddiaçı QSC-nə ötürülmüşdür. İddiaçı QSC-nin 04.09.2020-ci il tarixli, 101 nömrəli qərarı ilə qərarda qeyd olunan şəxslərin əmlakları hesabına əvəzləşdirməklə 3 833 459,68 (üç milyon səkkiz yüz otuz üç min dörd yüz əlli doqquz manat, altmış səkkiz qəpik) vəsait məbləği Cavabdeh1 kredit borcundan silinmişdir. Hazırda Cavabdeh1 iddiaçı təşkilata 6575 saylı kredit müqaviləsi üzrə əsas borcu 1 500 000 manat, faiz borcu 175 000,04 manat olmaqla, cəmi 1.675 000,04 manat, 6576 saylı kredit müqaviləsi üzrə əsas borcu 1 500 000 manat, faiz borcu 175 000,04 manata olmaqla, cəmi 1.675 000,04 manat, 6577 saylı kredit müqaviləsi üzrə əsas borcu 1 281 356,79 manat, faiz borcu 175 000,04 manat olmaqla, cəmi 1 456 356,83 manat, 3 kredit müqaviləsi üzrə ümumilikdə 4 806 356,91 manat məbləğində kredit borc təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin Cavabdeh1 bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Məhkəmə iclasında İddiaçı BOKT QSC-nin nümayəndəsi X3 iddia tələbinə uyğun izahat verərək, iddianı müdafiə edərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq onlar, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. İş materiallarında olan 09.01.2013-cü il tarixdə bağlanmış 6575 saylı kredit müqaviləsindən görünür ki, “borcverən” "xxxx" Açıq Səhmdar Cəmiyyəti “borcalan” Cavabdeh1 illik 12 % tətbiq edilməklə, 60 ay müddətinə 1.500.000 manat məbləğində borc pul vermişdir. İş materiallarında olan 09.01.2013-cü il tarixdə bağlanmış 6576 saylı kredit müqaviləsindən görünür ki, “borcverən” "xxxx" Açıq Səhmdar Cəmiyyəti “borcalan” Cavabdeh1 illik 12 % tətbiq edilməklə, 60 ay müddətinə 1.500.000 manat məbləğində borc pul vermişdir. İş materiallarında olan 09.01.2013-cü il tarixdə bağlanmış 6577 saylı kredit müqaviləsindən görünür ki, “borcverən” "xxxx" Açıq Səhmdar Cəmiyyəti “borcalan” Cavabdeh1 illik 12 % tətbiq edilməklə, 60 ay müddətinə 1.500.000 manat məbləğində borc pul vermişdir. İş materiallarında olan 12.03.2016-cı il tarixli ipoteka müqaviləsindən görünür ki, 09.01.2013-cü il tarixdə bağlanmış 6575, 6576, 6577, 6578, 6579 və 6580 saylı kredit müqavilələrinin icrasını təmin etmək məqsədi ilə Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2.468 ha torpaq sahəsində yerləşən 23 №-li binanın 7-ci mərtəbəsində 104.4 kv.m. qeyri-yaşayış sahəsi olan 98 saylı ofis Cavabdeh1 tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* saylı çıxarışdan görünür ki, 09.01.2013-cü il tarixdə bağlanmış 6575, 6576, 6577, 6578, 6579 və 6580 saylı kredit müqavilələrinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh3 məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2.468 ha torpaq sahəsində yerləşən 23 №-li binanın 7-ci mərtəbəsində 104.4 kv.m. qeyri-yaşayış sahəsi olan 98 saylı ofis "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan 12.03.2016-cı il tarixli ipoteka müqaviləsindən görünür ki, 09.01.2013-cü il tarixdə bağlanmış 6575,6576,6577,6578,6579 və 6580 saylı kredit müqavilələrinin icrasını təmin etmək məqsədi ilə Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2.468 ha torpaq sahəsində yerləşən 23 №-li binanın 7-ci mərtəbəsində 109,8 kv.m. qeyri-yaşayış sahəsi olan 99 saylı ofis Cavabdeh1 tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* saylı çıxarışdan görünür ki, 09.01.2013-cü il tarixdə bağlanmış 6575,6576,6577,6578,6579 və 6580 saylı kredit müqavilələrinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh3 məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2.468 ha torpaq sahəsində yerləşən 23 №-li binanın 7-ci mərtəbəsində 109,8 kv.m. qeyri-yaşayış sahəsi olan 99 saylı ofis "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan 12.03.2016-cı il tarixli ipoteka müqaviləsindən görünür ki, 09.01.2013-cü il tarixdə bağlanmış 6575,6576,6577,6578,6579 və 6580 saylı kredit müqavilələrinin icrasını təmin etmək məqsədi ilə Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2.468 ha torpaq sahəsində yerləşən 23 №-li binanın 7-ci mərtəbəsində 135.0 kv.m. qeyri-yaşayış sahəsi olan 95 saylı ofis Cavabdeh1 tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən ******* saylı çıxarışdan görünür ki, 09.01.2013-cü il tarixdə bağlanmış 6575,6576,6577,6578,6579 və 6580 saylı kredit müqavilələrinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh3 məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2.468 ha torpaq sahəsində yerləşən 23 №-li binanın 7-ci mərtəbəsində 135.0 kv.m. qeyri-yaşayış sahəsi olan 95 saylı ofis "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan 12.03.2016-cı il tarixli ipoteka müqaviləsindən görünür ki, 09.01.2013-cü il tarixdə bağlanmış 6575,6576,6577,6578,6579 və 6580 saylı kredit müqavilələrinin icrasını təmin etmək məqsədi ilə Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2.468 ha torpaq sahəsində yerləşən 23 №-li binanın 7-ci mərtəbəsində 212,4 kv.m. qeyri-yaşayış sahəsi olan 92 saylı ofis Cavabdeh1 tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən ******* saylı çıxarışdan görünür ki, 09.01.2013-cü il tarixdə bağlanmış 6575,6576,6577,6578,6579 və 6580 saylı kredit müqavilələrinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh3 məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2.468 ha torpaq sahəsində yerləşən 23 №-li binanın 7-ci mərtəbəsində 212,4 kv.m. qeyri-yaşayış sahəsi oları 92 saylı ofis "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan 12.03.2016-cı il tarixli ipoteka müqaviləsindən görünür ki, 09.01.2013-cü il tarixdə bağlanmış 6575,6576,6577,6578,6579 və 6580 saylı kredit müqavilələrinin icrasını təmin etmək məqsədi ilə Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2.468 ha torpaq sahəsində yerləşən 23 №-li binanın 7-ci mərtəbəsində 243,2 kv.m. qeyri-yaşayış sahəsi olan 90 saylı ofis Cavabdeh1 tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* saylı çıxarışdan görünür ki, 09.01.2013-cü il tarixdə bağlanmış 6575,6576,6577,6578,6579 və 6580 saylı kredit müqavilələrinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh3 məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2.468 ha torpaq sahəsində yerləşən 23 №-li binanın 7-ci mərtəbəsində 243,2 kv.m. qeyri-yaşayış sahəsi olan 90 saylı ofis "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan 12.03.2016-cı il tarixli ipoteka müqaviləsindən görünür ki, 09.01.2013-cü il tarixdə bağlanmış 6575,6576,6577,6578,6579 və 6580 saylı kredit müqavilələrinin icrasını təmin etmək məqsədi ilə Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2.468 ha torpaq sahəsində yerləşən 23 №-li binanın 7-ci mərtəbəsində 226,8 kv.m. qeyri-yaşayış sahəsi olan 33 saylı ofis Cavabdeh1 tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* saylı çıxarışdan görünür ki, 09.01.2013-cü il tarixdə bağlanmış 6575,6576,6577,6578,6579 və 6580 saylı kredit müqavilələrinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2.468 ha torpaq sahəsində yerləşən 23 №-li binanın 7-ci mərtəbəsində 226,8 kv.m. qeyri-yaşayış sahəsi olan 33 saylı mağaza "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan 20.04.2016-cı il tarixli Cavabdeh1 məxsus hesabdan çıxarışdan görünür ki, Cavabdeh1 09.01.2013-cü il tarixdə 204CHWL130090007 əməliyyat nömrəsi ilə 1“500“000,00 manat; 204CHWL130090008 əməliyyat nömrəsi ilə 237 149,00 manat; 204CHWL130090009 əməliyyat nömrəsi ilə 1“500“000,00mat; 204CHWL130090011 əməliyyat nömrəsi ilə 1“500“000,00 manat; 204CHWL130090012 əməliyyat nömrəsi ilə 1“500“000,00 manat; 204CHWL130090013 əməliyyat nömrəsi ilə 1“500“000,00 manat məbləğində borc götürmüşdür. İş materiallarında olan 09.01.2013-cü il tarixli məxaric orderindən görünür ki, Cavabdeh1 ona məxsus ******************** nömrəli hesabdan 7“698“655 manat məbləğində pul çıxarmışdır. İş materiallarında olan ‘'Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli Müqavilədən görünür ki, ‘'Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-nə keçmişdir. İş materiallarında olan 20 aprel 2016-cı il tarixli 209 nömrəli aktdan görünür ki, ‘'Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 olan 7“737“149,00 manat əsas borc, 902“667,59 manat faiz borcu olmaqla cəmi 8“639“816,59 manat məbləğində olan pul borcunu tələb etmək hüququnu İddiaçı QSC-nə güzəşt etmişdir. İş materiallarında olan 25 noyabr 2020-ci il tarixli 6122 nömrəli maliyyə arayışından görünür ki, borcalan Cavabdeh1 09.01.2013-cü il tarixli 6575, 6576, 6577, 6578, 6579 nömrəli kredit müqavilələri ilə 60 ay müddətinə, illik 12% dərəcəsi ilə 1“500“000 manat, 6580 nömrəli kredit müqaviləsi ilə 237“600 manat borc verilmişdir. ‘'Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı QSC-nə ötürülən məbləğ 7“737“149,00 manat əsas borc, 902“667,59 manat faiz borcu olmaqla cəmi 8“639“816,59 manat təşkil edir. Əmlak hesabına əvəzləşdirilmiş vəsaitin məbləği 3“833“459,68 manat təşkil edir. Cavabdehin 18.11.2020-ci il tarixə “Aqrarkredit“ QSC-nə olan borcu 6575 və 6576 nömrəli kredit müqavilələri üzrə 1“675“000,04 manat, 6577 nömrəli kredit müqaviləsi üzrə 1“456“356,83 manat olmaqla cəmi 4“806“356,91 manat ,onda əsas borc 4“281“356,69 manat, faiz borcu 525“000,12 manat təşkil edir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 29 aprel 2021ci il tarixdə verilmiş rəydən görünür ki, Cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2.468 ha torpaq sahəsində yerləşən 23 №-li binanın 7-ci mərtəbəsində 226,8 kv.m. qeyri-yaşayş sahəsi olan 33 saylı ofisin bazar dəyəri 159000 manat, likvid dəyəri 135“000 manat; Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2.468 ha torpaq sahəsində yerləşən 23 ,№-li binanın 7-ci mərtəbəsində 109,8 kv.m. qeyri-yaşayş sahəsi olan 99 saylı ofisin bazar dəyəri 82“000 manat, likvid dəyəri 70“000; Cavabdeh3 məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2.468 ha torpaq sahəsində yerləşən 23 №-li binanın 7-ci mərtəbəsində 243,2 kv.m. qeyri-yaşayış sahəsi olan 90 saylı ofisin bazar dəyəri 170“000 manat, likvid dəyəri 144“500 manat; Cavabdeh3 məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2.468 ha torpaq sahəsində yerləşən 23 №-li binanın 7-ci mərtəbəsində 135.0 kv.m. qeyri-yaşayış sahəsi olan 95 saylı ofisin bazar dəyəri 101“000 manat, likvid dəyəri 86“000 manat; Cavabdeh3 məxsus Bakı şəhəri. Xətai rayonu, Nobel prospekti, 2.468 ha torpaq sahəsində yerləşən 23 №-li binanın 7-ci mərtəbəsində 104.4 kv.m. qeyri-yaşayış sahəsi olan 98 saylı ofisin bazar dəyəri 78“000 manat, likvid dəyəri 66“500 manat; Cavabdeh3 məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2.468 ha torpaq sahəsində yerləşən 23 №-li binanın 7-ci mərtəbəsində 212,4 kv.m. qeyri-yaşayış sahəsi olan 92 saylı ofisin bazar dəyəri 148“000 manat, likvid dəyəri 126“000 manat müəyyən edilmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC-nin ilə (bundan sonra Bank) Cavabdeh1 (bundan sonra “Borclan”) arasında 29.01.2013-ci il tarixdə 6575, 6576, 6577, 6578, 6579 və 6580 nömrəli kredit müqavilələri bağlanmışdır. Tərəflər razılaşmışlar ki, borcalan borcu və hesablanmış faizləri kredit müqavilələri ilə müəyyən edilmiş müddətdə, ödəniş cədvəlinə uyğun ödəyir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 12 mart 2016-cı il ipoteka müqavilələrinə əsasən yuxarıda qeyd edilən əmlaklar ipoteka ilə yüklü edilmişdir. Daha sonra Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh1 dair sənədlər 209 saylı, 20.04.2016-cı il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-nə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində gırov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra elmədikdə yönəldilə bilər. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 09.01.2013-cü il tarixli, 6575 saylı kredit müqaviləsi üzrə əsas borc 1 500 000 manat, faiz borcu 175 000,04 manat olmaqla, cəmi 1.675 000,04 manat, 09.01.2013-cü il tarixli, 6576 saylı kredit müqaviləsi üzrə əsas borcu 1 500 000 manat, faiz borcu 175 000,04 manata olmaqla, cəmi 1.675 000,04 manat, 09.01.2013-cü il tarixli, 6577 saylı kredit müqaviləsi üzrə əsas borcu 1 281 356,79 manat, faiz borcu 175 000.04 manat olmaqla, cəmi 1 456 356,83 manat, 3 kredit müqaviləsi üzrə ümumi 4 806 356,91 manat məbləğində kredit borcu və həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutulub İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə ödənilməli, tutma Cavabdeh3 məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2.468 ha torpaq sahəsində yerləşən 23 №-li binanın 7-ci mərtəbəsində 243,2 kv.m. qeyri-vaşayış sahəsi olan (90 saylı ofis), Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2.468 ha torpaq sahəsində yerləşən 23 №-li binanın 7-ci mərtəbəsində 212,4 kv.m. qeyri-yaşayş sahəsi olan (92 saylı ofis), 135.0 kv.m. qeyri-yaşayş sahəsi olan (95 saylı ofis), 104,4 kv.m. qeyri-yaşayş sahəsi olan. (98 saylı ofis), 109,8 kv.m. qeyri-yaşayş sahəsi olan (99 saylı ofis) və Cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu. Nobel prospekti, 2.468 ha torpaq sahəsində yerləşən 23 №-li binanın 7-ci mərtəbəsində 226,8 kv.m. qeyri-yaşayş sahəsi olan (33 saylı mağaza) yönəldərək açıq hərracda satılmalı və satışdan əldə edilən vəsaiti iddiaçının hesabına ödənilməli, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh2 və Cavabdeh3 qaytarılmalı, daşınmaz əmlakın satıldıqdan 1 ay sonra boşaldılmalıdır. Məhkəmə satışdan əldə olunan məbləğin borcun ödənilməsinə yetərli olmadığı halda Cavabdeh1 məxsus və üçüncü şəxslərin istifadəsində olan digər əmlaklarına tutmanın yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin iddiaçının hesabına ödənilməsi hissəsində iddianı qeyri-müəyyən hesab edir və onun rədd edilməsi qənaətinə gəlir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 09.01.2013-cü il tarixli, 6575 saylı kredit müqaviləsi üzrə əsas borc 1.500.000 manat, faiz borcu 175.000,04 manat olmaqla, cəmi 1.675.000,04 manat, 09.01.2013-cü il tarixli, 6576 saylı kredit müqaviləsi üzrə əsas borc 1.500.000 manat, faiz borcu 175.000,04 manat olmaqla, cəmi 1.675.000,04 manat, 09.01.2013-cü il tarixli, 6577 saylı kredit müqaviləsi üzrə əsas borcu 1.281.356,79 manat, faiz borcu 175.000.04 manat olmaqla, cəmi 1.456.356,83 manat, 3 kredit müqaviləsi üzrə ümumi 4.806.356,91 (dörd million səkkiz yüz altı min üç yüz əlli altı manat 91 qəpik) manat məbləğində kredit borcu və 30 manat məbləğində dövlət rüsumu İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulsun. Tutma Cavabdeh3 məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2.468 ha torpaq sahəsində yerləşən 23 №-li binanın 7-ci mərtəbəsində 243,2 kv.m. qeyri-yaşayış sahəsi olan (90 saylı ofis) ilkin satış qiyməti 144500 manat müəyyən edilməklə, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2.468 ha torpaq sahəsində yerləşən 23 №-li binanın 7-ci mərtəbəsində 212,4 kv.m. qeyri-yaşayış sahəsi olan (92 saylı ofis) ilkin satış qiyməti 126000 manat müəyyən edilməklə, 135.0 kv.m. qeyri-yaşayış sahəsi olan (95 saylı ofis) ilkin satış qiyməti 86000 manat müəyyən edilməklə, 109,8 kv.m. qeyri-yaşayış sahəsi olan (99 saylı ofis) ilkin satış qiyməti 70000 manat müəyyən edilməklə və Cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu. Nobel prospekti, 2.468 ha torpaq sahəsində yerləşən 23 №-li binanın 7-ci mərtəbəsində 226,8 kv.m. qeyri-yaşayış sahəsi olan (33 saylı mağaza) ilkin satış qiyməti 135000 manat müəyyən edilməklə yönəldilsin, həmin əmlaklar açıq hərracdan satılsın, satışdan əldə edilmiş vəsait hesabına borc ödənilsin. Satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsi Cavabdeh2 və Cavabdeh3 qaytarılsın. Daşınmaz əmlak satıldıqdan 1 ay sonra boşaldılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar