Məhkəmə qərarları › İş №2(005)-868/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-868/2023

23.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-868/2023 23.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X3, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X11 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, mərhum X14 onun atası idi. Mərhum xx.xx.1947ci il tarixində Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Oğlanqala kəndində doğulmuşdur. xx.xx.2021-ci il tarixdə mərhumun səhhəti ağırlaşmış və Bakı şəhəri X10 Yardım Stansiyasının həkimləri gələnə qədər vəfat etmişdir. Bakı şəhəri X10 Yardım Stansiyasının həkimləri gələnə qədər vəfat etmişdir. Bakı şəhəri X10 Yardım Stansiyası xx.xx.2021-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. Vəfat etmiş şəxs Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsində yerləşən, “Sədərək” Xeyriyyə Cəmiyyətinə məxsus qəbirstanlıqda dəfn edilmişdir. Qeyd etmişdir ki, ölüm faktının müəyyən edilməsi və bu barədə arayışın verilməsi ilə bağlı Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinə müraciət edilmişdir. Lakin Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli 56 nömrəli məktubu ilə ölümün qeydə alınması ilə bağlı müraciətə imtina verilmişdir. Qeyd olunanların nəzərə alınmasını və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizənin dəlillərinə uyğun şəkildə izahat verərək, ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Nərimanov Rayon Qeydiyyat şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış məktubda işə nümayəndələrinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirakı Ərizəçi tərəfindən təmin edilmiş şahid X19 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, ərizəçinin qohumudur, mərhum X14 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Mərhumun hüzr və dəfn mərasimində iştirak etmişdir. Məhkəmə iclasında iştirakı Ərizəçi tərəfindən təyin edilmiş şahid X5 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, ərizəçinin qohumudur, ərizəçinin X7 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Mərhumun hüzr mərasimində iştirak etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: AZE seriyalı, 13397445 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X14 xx.xx.1947-ci il tarixdə dünyaya gəlmişdir. 30 saylı MKİS-in verdiyi arayışın məzmunundan görünür ki, X4 Rəcəbli küçəsi 48B nömrəli ev ünvanında qeydiyyatdadır. Bakı Şəhər Yasamal Rayon VVADQ şöbəsinin verdiyi doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi 12 sentyabr 1981-ci il tarixdə doğulmuşdur. X2, anası X9r. AR Ədliyyə Nazirliyi Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsinin 08 aprel 2022-ci il tarixli, məktubundan görünür ki, Ərizəçi ərizəsinə cavab olaraq ölüm barədə həkim arayışı olmadığından ölüm haqqında qeydiyyatın aparılmasından imtina edilmiş və məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür; xx.xx.2022-ci il tarixli X10 Yardım Stansiyası tərəfindən verilmiş xəbərdarlıq vərəqəsinin məzmunundan görünür ki, xəstənin yanına saat 00:06-da çatmış, lakin TTY briqadası qeyd edilən ünvana çatana qədər xəstə vəfat etmişdir. AR TƏBİB PHŞ Bakı Baş Səhiyyə Mərkəzi PHŞ 37 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubunun məzmunundan görünür ki, mərhum X14 xx.xx.2008-ci ildən 2 saylı keçmiş 18 saylı poliklinikada şəkərli diabet tip 2 diaqnozu isə dispanser qeydiyyata götürülmüşdür. xx.xx.2016-cı ildən diabetik retinopatiya, xroniki böyrək xəstəliyi V dərəcə, nefrogen hipertoniya , renal anemiya diaqnozu ilə həftədə 3 dəfə 4 saat olmaqla hemodializ müalicəsi qəbul etmişdir. 25 iyun 2021-ci ildə TTY ölüm haqqında vərəqəsi Əhməd Rəcəbli küçəsi, ev 48 B ünvanda qeydiyyata verilmişdir. Xəbərdarlıq vərəqəsində Ə.Rəcəbli qeydiyyata alınmışdır. Bildiriş vərəqəsində 3 gün müddətində sahə həkiminə müraciət etməsi tövsiyə olunsada poliklinikaya müraciət olunmamışdır. Sədərək Xeyriyyə Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, 01/22 saylı arayışın məzmunundan görünür ki, X14, Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsində yerləşən Sədərək Xeyriyyə Cəmiyyətinin qəbirstanlığında xx.xx.2021-ci il tarixində dəfn olunmuşdur. Naxçıvan MR Şərur rayon Nikah evi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli doğum haqqında şəhadətnamənin məzmunundan görünür ki, Ərizəçi xx.xx.1975-ci il tarixdə dünyaya gəlmişdir. X7, anası X1r. xx.xx.2022-ci il tarixli ödəniş qəbzinə əsasən Ərizəçi məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, xx.xx.1947-ci il tarixində Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Oğlanqala kəndində anadan olmuş X14 Ərizəçi atasıdır. Ərizəçi ünvan 4 ünvanda qeydiyyatdadır. X14 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Nərimanov rayon Qeydiyyat şöbəsi ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün akt qeydinin aparılmasından imtina etmişdir. Ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir. Həmin sənədin alınması ərizəçiyə X11 ölümündən sonra bir sıra hüquqi məsələlərin həll edilməsi üçün lazımdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.1947-ci il tarixində Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Oğlanqala kəndində anadan olmuş X11 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edildiyindən ərizə təmin edilməlidir. məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu tələb edilmədiyindən Ərizəçi aid edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1947-ci il tarixində Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Oğlanqala kəndində anadan olan X11 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Ölüm haqqında şəhadətnamənin verilməsi vəzifəsi Nərimanov rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar