Məhkəmə qərarları › İş №2(005)-891/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-891/2023

13.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-891/2023 13.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Nərimanov rayon Qeydiyyat Şöbəsi cəlb edilməklə ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Nərimanov rayon Qeydiyyat Şöbəsi cəlb edilməklə ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X2 xx.xx.2022-ci il tarixdə ölüm faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum X6 ərizəçinin atası idi. O, xx.xx.1963-cü ildə Gürcüstan Respublikası Dmanisi rayonunda anadan olmuşdur. xx.xx.2022 ci il tarixində X9un vəziyyəti ağırlaşdı və X11 gələnə qədər vəfat etdi. X9 həmin gün Qaraçuxur qəsəbəsi İlqar Musayev küçəsində yerləşən qəbirstanlıqda dəfn edildi. Bundan sonra, ərizəçi ölüm haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsinə rəsmi olaraq müraciət etdi. Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsindən ona rəsmi qaydada bildirildi ki, “ölüm haqqında akt qeydinin aparılması üçün 106 saylı ölüm haqqında tibbi şəhadətnamə tələb olunur. Əgər Sizdə ölüm haqqında tibbi şəhadətnamə yoxdursa, bu halda Siz ölüm hüquqi əhəmiyyətli faktının tanınması üçün məhkəməyə müraciət etməlisiniz”. Ərizəçi bu səbəbdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən Ərizəçi ərizə ilə eyni məzmunlu ifadə verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Nərimanov Rayon Qeydiyyat Şöbəsi məktubla məhkəməyə müraciət edərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş şahid Təmirova Esmira Fərman qızı ifadəsində bildirmişdir ki, mərhum X6 onun əri idi. Əri taksi sürücüsü kimi işləmişdir. Səhər radələrində vəziyyəti ağırlaşmış, həkim çağırmışlar. X11 gələnə qədər əri, vəfat etmişdir. Onu Qaraçuxur qəsəbəsi İlqar Musayev küçəsində yerləşən qəbirstanlıqda dəfn etmişlər. Məhkəmə iclasında iştirak etmiş şahid X7 ifadəsində bildirmişdir ki, X6 onun əmisi olmuşdur. xx.xx.2022-ci il tarixdə səhər saatlarında ona zəng edib əmisinin vəziyyətinin ağır olduğunu bildirmişlər. O əmisinin olduğu evə gəldikdən bir az sonra həkim gəlmiş və əmisinin vəfat etdiyini bildirmişdir. X1 qəsəbəsi İlqar Musayev küçəsində yerləşən qəbirstanlıqda xx.xx.2022-ci il tarixində dəfn edilmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan; Bakı Şəhəri Nərimanov rayon X4 Alim Əhliman oğluna ünvanlanmış xx.xx.2022-ci il tarixli, 177 nömrəli məktubundan görünür ki, ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ərizəsinin təmin edilməsi mümkün olmadığı bildirilmiş və ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. “Bakı Baş Səhiyyə Mərkəzi” X12 4 nömrəli Şəhər poliklinikası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 258 nömrəli sorğuya cavab məktubundan müəyyən olunur ki, ünvan 2 ünvanda qeydiyyatda olan və xx.xx.2022-ci il tarixdə ünvan 3 ünvanda vəfat edən X6 hər hansı bir xəstəliklə 4 nömrəli şəhər poliklinikasına müraciət etmədiyindən və tibbi qeydiyyatda olmadığından poliklinika tərəfindən onun adına ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün deyil. Bakı şəhəri Təcili və X5 Stansiyası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 07:35-də X2 adına çağırış olmuş və həkimə qədər ölüm, kişi cinsli meyit aşkar edilmişdir. Suraxanı Rayonu Qaraçuxur Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan müəyyən olunur ki, arayışda X2 xx.xx.2022-ci il tarixdə Qaraçuxur qəsəbəsi İlqar Musayev küçəsində yerləşən qəbirstanlıqda dəfn olunduğu qeyd olunmuşdur. Qəbirüstü abidədən müəyyən olunur ki, X2 xx.xx.1963-cü il tarixdə doğulduğu və xx.xx.2022-ci il tarixdə öldüyü qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, xx.xx.1963-cü il təvəllüdlü X6 xx.xx.2022-ci il tarixdə vəfat edib. Ərizəçi atasının ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmiş, bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlara əsasən ərizədə göstərilən hallar öz təsdiqini tapdığından ərizə təmin edilməli, xx.xx.1963-cü il təvəllüdlü X2 xx.xx.2022-ci il tarixdə Xətai rayonunda ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1963-cü il təvəllüdlü X2 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə Nərimanov rayon Qeydiyyat Şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə faktın qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində "Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar