Məhkəmə qərarları › İş №2(005)-9/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-9/2020

23.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-9/2020 23.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Məmmədova Nigar Ülfət qızının katibliyi İddiaçı ləğv prosesində olan “xxxxxxxxxxx” ASC-nin ləğvedicisi X1 nümayəndəsi X2 iştirakı ilə, İddiaçı LPO “xxxxxxxxxxx” ASC ləğvedicisi ƏSF-nin cavabdehlər “xxxxxxxxxxxxx” MMC və Cavabdeh1 qarşı borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO “xxxxxxxxxxx” ASC ləğvedicisi ƏSF cavabdehlər “xxxxxxxxxxxxx” MMC və Cavabdeh1 qarşı borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh “xxxxxxxxxxxxxx” MMC ilə “xxxxxxxxxxxxxx” ASC-nin arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli 006 N-li kredit müqaviləsinə əsasən ona 12 ay müddətinə, illik 18 faiz ödəmək şərtilə 96000 manat məbləğində kredit verilmişdir.Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 2-ci bəndinə əsasən, kreditor-bank yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti mal-material alınması məqsədi ilə borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürür.Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Cavabdeh1 ilə bağlanmış ipoteka müqaviləsinə əsasən, ünvan 1 ünvanında yerləşən mənzili “xxxxxxxxxxxxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.İpoteka müqaviləsi notarial qaydada təsdiq olunmuş və AR DƏDRX tərəfindən dövlət qeydiyyatına alınmışdır.Lakin cavabdeh müqavilə şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin banka 64072.20 manat 20 qəpik əsas, 14869.64 manat 64 qəpik faiz , 31893.72 manat 72 qəpik dəbbə pulu və 287043.46 manat 46 qəpik olmaqla cəmi 397879.01 manat 01 qəpik borcu yaranmışdır. Qeyd edilənləri nəzərə alaraq, cavabdeh “xxxxxxxxxxxxxxx“ MMC-dən iddiaçı “Texnika Bank” X6 ləğvedicisi X1 xeyrinə 64072.20 manat 20 qəpik əsas, 14869.64 manat 64 qəpik faiz ,31893.72 manat 72 qəpik dəbbə pulu və 287043.46 manat 46 qəpik olmaqla cəmi 397879.01 manat 01 qəpik borcun, iddia qaldırılması üçün dövlət rüsumu olaraq ödənilmiş 31 manat məbləğində vəsaitin tutulması, tələbin Cavabdeh1 mülkiyyətində olan, ipoteka ilə yüklü edilmiş ünvan 1 mənzilinə yönəldilməsi, həmin əmlakın hərracda satılması, satışından əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi, əmlak satıldıqdan sonra mənzildə qeydiyyatda olan və ya yaşayan şəxslərin mənzildən ən geci 1 ay ərzində çıxarılmaları, mənzildən köçürülmələri və rəsmi pasport qeydiyyatlarının ləğv edilmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı LPO “xxxxxxxxxxx” ASC ləğvedicisi ƏSF iddia ərizəsinə dəqiqləşmə verərək, “xxxxxxxxxxxxx” MMC-dən ləğv prosesində olan “xxxxxxxxxxx” ASCnin xeyrinə 64.072,20 manat əsas borc, müqavilə müddətinin bitmə tarixinə 0 manat faiz borcu, 356.303,28 manat müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2019-cu il tarixinə kimi gecikdrilmiş vaxt üçün illik beş faiz olmaqla 11.116,10 manat borc, cəmi 431.491.58 manat məbləğində borcun və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun hesablanaraq ödənilməsi; tutmanın X3 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun həmin mənzilin hərracdan satışından əldə olunan vəsait hesabına ləğv prosesində olan «xxxxxxxxxxx» ASC-yə ödənilməsi; Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; Həmin mənzilə tutma yönəldildikdə və o, satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi, Cavabdeh1 həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və ləğv prosesində olan “xxxxxxxxxxx” ASC-yə təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı ləğv prosesində olan “xxxxxxxxxxx” ASC-nin ləğvedicisi X1 nümayəndəsi X4 iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verib iddia tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlərə baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi qismənəsaslıdırvə aşağıdakısəbəblərə görə qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, N-006 saylı kredit müqaviləsindən görünür ki, "Kredit verən" 96000 manat məbləğində krediti 12 ay müddətinə illik 18% faizlə "Kredit alan"ın mülkiyyətinə verir və "Kredit alan" isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və bu kredit müqaviləsi ilə müəyyən olunmuş müddətdə və qaydada krediti və ona hesablanacaq faizləri 'Kredit verən"ə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, N-006-01 nömrəli ipoteka müqaviləsindən görünür ki, kredit müqaviləsinin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 tərəfindən ünvan 1 nömrəli mənzili ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli arayışdan müəyyən olunur ki, “xxxxxxxxxxxxx” MMC-nin 64072,20 manat əsas, 14869,64 manat faiz, 287043,46 manat cərimə, və 31893,72 manat dəbbə, cəmi 397879,01 manat borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, 571803 nömrəli çıxarışının notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, ünvan 1 nömrəli mənzili “xxxxxxxxxxx” ASC-nin Proqress filialının adına xx.xx.2015-ci il tarixdə yüklü edilmişdir. İş materiallarında olan xəbərdarlıq məkrublarından görünür ki, iddiaçı ləğv prosesində olan “xxxxxxxxxxx” ASC tərəfindən cavabdehlərə banka olan borcunu ödəməsi üçün xəbərdar etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı X9 “xxxxxxxxxxx” ASC tərəfindən ünvanlanmış xx.xx.2017-ci il tarixli, xx-xx/1946-17 saylı məktubundan görünür ki, ünvan 1 saylı mənzilinə dair tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Xətai Rayon Məhkəməsinin 2(011)-9061/2017 saylı xx.xx.2017 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdehlər “xxxxxxxxxxxxx” MMC-yə, Cavabdeh1 oğluna, ləğv prosesində olan “xxxxxxxxxxx” ASCyə və Bakı şəhəri 38 saylı Notariat Kontoruna qarşı - Bakı şəhəri, Nərimanov rayonu, Mirzəbala Əhmədzadə küçəsindəki 3 saylı evin 1-ci mənzilinin ipoteka ilə yüklü edilməsinə dair xx.xx.2015-ci il tarixdə Bakı şəhəri 38 saylı notariat kontorunda bağlanmış ipoteka müqaviləsinin etibarsız sayılması və mənzilin ipoteka ilə yüklülükdən azad edilməsi barədə iddiası rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6335 saylı xx xxxx 2019-cu il tarixli ekspert rəyinin nəticə hissəsindən müəyyən olunur ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları və tərəflər arasında bağlanılmış xx xxxxxx 2015-ci il tarixli, 006 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə cavabdeh «xxxxxxxxxxxxx» MMC-nin iddiaçı “xxxxxxxxxxx” X8 xx xxxxxx 2016-cı il tarixə (kredit müqaviləsinin müddətinin bitmə tarixinə) olan əsas borcu 65030,57 manat, faiz borcu 72,25 manat təşkil edir. Bundan əlavə olaraq, cavabdeh «xxxxxxxxxxxxx» MMC-nin kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən, yəni xx.xx.2016-cı il tarixdən sonra da “xxxxxxxxxxx" X8 ayrı-ayrı tarixlərdə ümumilikdə 2.000,00manat məbləğində ödəniş etdiyi müəyyən olunur, lakin cavabdehin borcu xx xxxxxx 2016-cı il tarixə hesablanıldığından hazırki ekspertiza zamanı xx.xx.2016-cı il tarixdən sonra aparılan həmin ödənişlər nəzərə alınmadı. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli arayışdan müəyyən olunur ki, “xxxxxxxxxxxxx” MMC-nin 64072,20 manat əsas, 0 manat faiz, 356303,28 manat cərimə, və 11116,10 manat dəbbə, cəmi 431491,58 manat borcu vardır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 7438/2019 saylı xx.xx.2019 saylı qərarından görünür ki, iddiaçı Cavabdeh1 kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-7667/2017 saylı xx.xx.2017 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2020-ci il tarixli, QXM/294M saylı rəydən görünür ki, ünvan 1 ünvanında yerləşən evin bazar dəyəri 150000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafıq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, cavabdeh “xxxxxxxxxxxxx” MMC “xxxxxxxxxxx” ASC ilə bağladığı kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Belə olan halda məhkəmə cavabdeh “xxxxxxxxxxxxx” MMC-nin kredit müqaviləsi üzrə “xxxxxxxxxxx” ASC qarşısında olan öhdəliklərini lazımi qaydada icra etmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, xxxxxxxxxxx” ASC-nin ləğvedicisi X1 cavabdeh “xxxxxxxxxxxxx” MMC kredit müqaviləsi üzrə borcun cavabdehdən tutulmasına dair tələb etmək hüququ vardır. Digər tərəfdən məhkəmə hesab edir ki, iddiaçının təqdim edilmiş sonuncu ekspert rəyini də nəzərə alaraq, cavabdeh “xxxxxxxxxxxxx” MMC-nin mübahisəli kredit müqaviləsi üzrə əsas və 5%-lik cərimə borcu hissəsində təmin edilməlidir. Cərimə borcuna gəldikdə isə məhkəmə 64072,20 manat əsas borca nisbətdə 356303,28 manat cərimə borcunu tənasübsüz dərəcədə yüksək hesab edir və 1000 manat məbləğində tutulması qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə eyni zamanda iddianın tələbin ipoteka predmeti olan əmlaka yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddia tələblərinin bu hissəsi də əsaslıdır. Bu səbəbdən iddianın həmin hissəsi də təmin edilməlidir. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Mirzəbala Əhmədzadə küçəsindəki 3 saylı evin 1-ci nömrəli mənzili ləğv prosesində olan “xxxxxxxxxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində gırov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. İpoteka haqqında Qanunun: 59.3-cü maddəsinə görə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1-ci maddəsinə görə, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Göstərilən qanunvericilik aktlarının müddəalarına əsasən məhkəmə hesab edir ki, tutma Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Mirzəbala Əhmədzadə küçəsindəki 3 saylı evin 1-ci nömrəli mənzilinə yönəldilməli, açıq hərracdan satılaraq əldə olunan vəsait hesabına borc ləğv prosesində olan “xxxxxxxxxxx” ASC-nə ödənilməli, mənzili satıldıqdan 1 ay sonra Cavabdeh1 qeyd edilən mənzildən çıxarılmalı, mənzil boşaldılmalıdır. Məhkəmə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2020-ci il tarixli, QXM/294M saylı ekspert rəyini nəzərdən keçirərək belə qənaətə gəlir ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Mirzəbala Əhmədzadə küçəsindəki 3 saylı evin 1 nömrəli mənzilinin ilkin satış qiyməti 150.000 manat məbləğində müəyyən edilməlidir. İddia ərizəsinin ipoteka ilə yüklü edilmiş əmlakın satışından eldə edilmiş məbləğ borc məbləğinin yönəldilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsi ümumi qaydada icra edilməsi hissəsində məhkəmə qeyri-müəyyən hesab edir və bu səbəbdən onun rədd edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə ıştirak edən şəxslərə aid edilir. QeydolunanlaraəsasənvəAzərbaycanRespublikasıMPM-nin 216-220-cimaddələrini rəhbərtutaraq, məhkəmə QƏT ETDİ İddia qismən təmin edilsin. Ləğv prosesində olan “xxxxxxxxxxx” ASC ilə “xxxxxxxxxxxxx” MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, N-006 saylı kredit müqaviləsi üzrə ““xxxxxxxxxxxxx” MMC-dən 64072,20 manat əsas, 1000 manat cərimə, 11116,10 manat 5 %-lik cərimə, cəmi 76188,3 (yetmiş altı min yüz səksən səkkiz manat, üç qəpik) manat və 30 (otuz) manat dövlət rüsumu ləğv prosesində olan “xxxxxxxxxxx” ASC-nin xeyrinə tutulsun. Tutma Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Mirzəbala Əhmədzadə küçəsindəki 3 saylı evin 1 nömrəli mənzilinə yönəldilsin, əmlakın ilkin satış qiyməti 150.000 manat müəyyən ediməklə açıq hərracdan satılsın və əldə olunan vəsait hesabına borc ləğv prosesində olan “xxxxxxxxxxx” ASC-nə ödənilsin. Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Mirzəbala Əhmədzadə küçəsindəki 3 saylı evin 1 nömrəli mənzili satıldıqdan 1 ay sonra Cavabdeh1 qeyd edilən mənzildən çıxarılsın, mənzil boşaldılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 140 manat məbləğində pul “xxxxxxxxxxxxx” MMC-dən tutularaq “Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************” hesabına keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar