Məhkəmə qərarları › İş №2(005)-910/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-910/2024

24.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-910/2024 24.01.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclası katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Nərimanov Rayon Qeydiyyat Şöbəsi cəlb edilməklə ölüm faktının müəyyən edilməsi barədə ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, həyat yoldaşı xx.xx.1951-ci il təvəllüdlü X5 xx.xx.2023-cü il tarixdə Xırdalan şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, həyat yoldaşı X10 xx.xx.1951-ci ildə anadan olub, xx.xx.2023-cü il tarixində vəfat edib. O, Binəqədi qəsəbəsi “Vulkan dağı” adlanan qəbristanlıqda xx.xx.2023 tarixində dəfn olunub. Ölüm haqqında şəhadətnamə almaq üçün ünvan 1 ünvanında yerləşən 37 nömrəli şəhər poliklinikasına müraciət ediblər. Oradan isə bildiriblər ki, mərhum V.Ərizəçi 10 ildir ki, poliklinikaya müraciət etməyib. X18 xəbərdarlıq vərəqəsi Xırdalan şəhəri Məhəmməd Hadi küçəsi ev 16 ünvanında verildiyindən ölüm haqqında tibbi arayışın verilməsi mümkün deyil. Hazırda ölüm haqqında şəhadətnamə almaq üçün tibbi arayış ala bilmir. Həmçinin 1994-cii ildən o və ailəsi ünvan 2 ünvanında yaşamışlar və qeyd edilən ünvanda qeydiyyatda olmuşlar. 2016-ci il tarixində M.Əlizadə küçəsi 28 ünvanındakı mənzil sökülüb. Təxminən 3 il sonra həmin ərazidə tikilən yeni binada, yəni M.Əlizadə küçəsi ev 40 mənzil 20-də ona dövlət reyestrindən çıxarışla yeni mənzil verildi. O və ailəsi 2021-ci ilə kimi qeyd edilən ünvanda yaşayıblar. 2021-ci il aprel ayından isə ailəlikcə Xırdalan şəhəri M.Hadi küçəsi ev 16 ünvanına köçüblər. Məlumatsızlıqdan nə M.Əlizadə küçəsi ev 40 mənzil 20-də, nə də Xırdalan şəhər M.Hadi küçəsi ev 16 ünvanında qeydiyyata düşməyiblər. Həyat yoldaşı X10 da 04 dekabr 2023-cü il tarixində Xırdalan şəhəri M.Hadi 16 ünvanında vəfat etdi. Ona görə də təcili və X6 stansiyası xəbərdarlıq vərəqəsi, Xırdalan şəhəri Təcili və X6 stansiyasının həkimləri tərəfindən verildi. Hazırda həyat yoldaşı X4 ölüm haqqında şəhadətnaməsinin olmaması müəyyən çətinliklər törədir. Buna görə də məhkəmə qaydasında həyat yoldaşının ölümünün qeyd edilməsi faktının müəyyən edilməsi zərurəti yaranır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinin məzmununa müvafiq izahat verərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Ədliyyə Nazirliyi Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi məhkəməyə ərizə ünvanlayaraq işlərinin çox olması səbəbindən məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirərək, işə onların iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyə uyğun olaraq işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş 1 saylı Bakı “ASAN xidmət” X1 xx.xx.2023-cü il tarixli, 3-16-5/8-2813/23 nömrəli məktubundan görünür ki, ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün olmamışdır. Hazırki iş üzrə hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Belə ki, ərizəçi qanunvericiliyin tələbinə əsasən bacısının ölüm faktını təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən onun Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara əsasən hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun əri olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi arvadının ölüm faktının müəyyən edilməsindən asılı ola bilər. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Təcili və X6 Stansiyası Ölüm haqqında xx.xx.2023-cü il tarixli xəbərdarlıq vərəqəsinin surətindən görünür ki, X10 həkim gələnə qədər vəfat etmişdir; - 37 nömrəli şəhər poliklinikasının xx.xx.2023-cü il tarixli, 187 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu Maqsud Əlizadə 28 ünvanında qeydiyyatda olan xx.xx.1951-ci il təvəllüdlü mərhum X10 həmin ünvanın sökülməsi ilə əlaqədar 10 ildir ki, poliklinikaya müraciəti olmayıb, tibbi kartası yoxdur. Mərhumun ölümü haqqında X18ın xəbərdarlıq vərəqəsi Xırdalan şəhəri, H.Məhəmməd küçəsi, ev 16 ünvanından verilib. Ailə üzvləri tərəfindən ölüm haqqında tibbi arayışın verilməsi tələb olunsa da, mərhum haqqında heç bir sənəd olmadığından ölüm haqqında tibbi şəhadətnamə verilmir. 10 ildir ki, Maqsud Əlizadə ünvanı yoxdur; - Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə Ərizəçi nikahları xx.xx.1970-ci il tarixdə bağlanmışdır; - 4 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsinin xx.xx.2023-cü il tarixli, 4890 saylı arayışından görünür ki, Həsənov X8 şəhəri, “Quşçuluq” massivi, Məhəmməd Hadi küçəsi, ev 16A ünvanında ailəsi ilə birlikdə yaşayır. Ailə tərkibi həyat yoldaşı X10, qızı X3 və nəvəsi X7 ibarətdir; - Qəbirüstü abidənin fotoşəkilindən görünür ki, üzərində “X10, xx.xx.1951-xx.xx.2023” yazısı əks olunmuşdur; - Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 öz ifadəsində bildirmişdir ki, ərizəçi onun uşaqlıq dostudur, eyni kəndlidirlər. X10 ərizəçinin həyat yoldaşı olub. O, xx.xx.2023-cü ildə rəhmətə gedib. Xanımın rəhmətə getməsini axşam vaxtı ona zəng vurub deyiblər. Ayın 5-i onu dəfn ediblər. X10 parkinson xəstəliyindən əziyyət çəkirdi. Uzun zamandır yataq xəstəsi idi. Artıq həkimlər belə heç bir köməklik göstərə bilmirdi. X10 öz evlərində rəhmətə gedib. Rəhmətə gedən zaman o orada olmamışdır. Sadəcə dəfn zamanı iştirak etmişdir. - Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 öz ifadəsində bildirmişdir ki, X10 onun bacısıdır. xx.xx.2023-cü ildə rəhmətə gedib. Rəhmətə gedən zaman o orada olmuşdur. O, uzun müddət idi ki, xəstəlikdən əziyyət çəkirdi. Rəhmətə gedəndən sonra X18 çağırıblar. O, dekabrın dördü axşam vəfat edib. Dekabrın 5-i onu Yanardağ qəbirstanlığında dəfn ediblər, dəfndə iştirak edib. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, mərhum X10 ərizəçinin arvadı olmuşdur. X10 xx.xx.2023-cü ildə ev şəraitində vəfat etmiş və xx.xx.2023-cü il tarixdə Yanardağ qəbiristanlığında dəfn olunmuşdur. Ərizəçi 1 saylı Bakı “ASAN xidmət” X2 müraciət etmiş və qeydiyyat şöbəsi tərəfindən X10 barəsində ölümü təsdiq edən sənədin olmaması səbəbindən ölümün qeydiyyata alınmasının mümkün olmadığı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1, 307.1 və 307.2.8-ci maddələrinə uyğun olaraq məhkəmə, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar hüquqi əhəmiyyətli faktlardır və şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı hüquqi əhəmiyyətli faktlardan biridir. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Eyni zamanda “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1951-ci il təvəllüdlü X5 xx.xx.2023-cü il tarixdə Xırdalan şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 357, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1951-ci il təvəllüdlü X5 xx.xx.2023-cü il tarixdə Xırdalan şəhərində vəfat etməsi faktı müəyyən edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar