Məhkəmə qərarları › İş №2(005)-938/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-938/2021

19.08.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-938/2021 19.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Nəsibova Təhminə Nizami qızının katibliyi ilə, İddiaçı, eyni zamanda mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X6 nümayəndəsi İddiaçı, İddiaçı nümayəndəsi X3, İddiaçının vəkili Vəkil, Cavabdeh1-nın nümayəndəsi X16 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1-ya, Bakı şəhər İcra Hakimiyyətinə, Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma Arxitektura Komitəsinə qarşı “torpaq sahəsinin qanunsuz olaraq zəbt edilməsinin qadağan edilməsi, boşaldılması, icarə müqaviləsi və ayrıc aktın etibarsız hesab edilməsi, qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi, maneənin aradan qaldırılması” tələbinə dair; mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X6 cavabdehlər Cavabdeh1-ya, Bakı şəhər İcra Hakimiyyətinə, Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə və Azərbaycan Respublikası Dövlət Şəhərslma və Arxitektura Komitəsinə qarşı “istifadə hüququnun bərpası, icarə müqaviləsinin və ayrıc aktının etibarsızlığı, cavabdehin hesabına torpaq sahəsinin boşaldılması, qanunsuz tikilinin sökülməsi, daş hasarın bərpa edilməsi və mənəvi zərər” tələbinə dair iddia ərizələri üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1-ya, Bakı şəhər İcra Hakimiyyətinə, Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı “torpaq sahəsinin qanunsuz olaraq zəbt edilməsinin qadağan edilməsi, boşaldılması, icarə müqaviləsi və ayrıc aktın etibarsız hesab edilməsi, qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi, maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1-ya Bakı şəhəri Nərimanov rayonu, Ə.Əlizadə küçəsi 36A nömrəli binanın sakinlərinin ümumi istifadəsi üçün nəzərdə tutulmuş və üzərində qarajı olan daimi istifadəsinə verilmiş torpaq sahəsini qanunsuz olaraq zəbt etməsinin qadağan olunması, qanunsuz olaraq zəbt edilmiş torpaq sahəsinin boşaldılması, icarə müqaviləsi və ayrıc aktı onun istifadəsində olan torpaq sahəsi hissəsində etibarsız hesab edilməsi və həmin torpaq sahəsi üzərində qanunsuz tikili cavabdehin öz hesabına sökülməklə, torpaq sahəsi arasındakı ara divar cavabdehin öz hesabına tikilməklə onun həmin torpaq sahəsindən istifadəsi zamanı maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı 16.03.2021-ci il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin 26.12.2014 il tarixli 642 nömrəli Sərəncamın 1-ci bəndi Nərimanov rayonu, 793-cü Məhəllə, Qarabağ 65-67 ünvanlarında yerləşən torpaq sahəsinin Cavabdeh1-ya icarəyə verilməsi hissəsində, həmin Sərəncamın 4-cü bəndi “Sifarişçi (Cavabdeh1) Bakı Şəhər İcra Hakimiyyəti nəzdində “İnterservis” müdiriyyəti ilə torpaq icarə müqaviləsi bağlamalı hissəsində, cavabdehlər Bakı Şəhər İcra Hakimiyyəti və Cavabdeh1 ilə 23 iyun 2015-ci il tarixli 1069 nömrəli Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləsi tamamilə və Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Cavabdeh1-ya verilmiş 15/109 nömrəli 02.06.2015 il tarixli ayrıc aktı Əliəşrəf Əlizadə 36a ünvanında yerləşən yaşayış binasının sahə mülkiyyətçilərinin ümumi mülkiyyətində və istifadəsində olan torpaq sahəsinə aid hissəsində etibarsız hesab edilərək ləğv edilməsi, Bakı Şəhər İcra Hakimiyyətinin 26.12.2014 il tarixli 642 nömrəli Sərəncamın, 23 iyun 2015 il tarixli 1069 nömrəli Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləsi və 15/109 nömrəli 02.06.2015 il tarixli ayrıc aktı əsasında Cavabdeh1-nın sifarişi ilə M-ARCH GROUP MMC tərəfindən 19 mərtəbəli yaşayış binalarının hazırlanmış və Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq edilib 26.01.2017 il tarixdə 18/04-25 qeydiyat nömrəsi ilə razılaşdırılmış layihənin ləğv edilməsi, həmin laiyhə əsasında 19 mərtəbəli yaşayış binalarının tikintisi üçün verilmiş 30 nömrəli 18.07.2017 il tarixli tikinti icazəsinin və xüsusi nişanın ləğv edilməsi, Cavabdeh1MTK-mn qeyd olunan ünvanlarda inşa etdiyi yüksəkmərtəbəli binalarının tikintisi özbaşına tikintihesab edilməsi, Əliəşrəf Əlizadə 36a ünvanında yerləşən yaşayış binasının sahə mülkiyyətçilərinin ümumi mülkiyyətində olan torpaq sahəsinin Cavabdeh1MTK -nın vəsaiti hesabına boşaldılması və özbaşına tikilinin cavabdeh “Zirvə- 14 “MTK-nın vəsaiti hesabına sökülməsi, Nərimanov rayonu, 793-cü məhəllə Qarabağ 65-67 ünvanlarında yerləşən torpaq sahəsi və ünvan 3 çoxmənzilli yaşayış binasına məxsus və binanın sahə mülkiyyətçilərinin ümumi mlkiyyətində olan həyət ilə sərhəddə 2018-ci ilə qədər mövcud olan ara divarı olan hasarın əvvəlki yerdə Cavabdeh1MTK-nm vəsaiti hesabına bərpa edilməsi vəzifəsi Cavabdeh1-nın üzərinə qoyulması və ödənilmiş 10 manat dövlət rüsumunun Cavabdeh1MTK-dan tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı 17.08.2021-ci il tarixdə cavabdehlərin və iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, Cavabdeh1MTK tərəfindən qəsdən sökülmüş ona məxsus qarajın yerləşdiyi torpaq sahəsindən onun istifadə hüququnun bərpası, cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Nərimanov rayonu, 793-cü Məhəllə, Qarabağ 65-67 ünvanlarında yerləşən torpaq sahəsində Cavabdeh1 tərəfindən tikinti aparılması üçün ərazi əsaslandırılmasının razılaşdırılmasının ləğv edilməsi, cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin 26.12.2014-cü il tarixli 642 nömrəli Sərəncamın 1 bəndi Nərimanov rayonu , 793-cü Məhəllə , Qarabağ 65-67 ünvanlarında yerləşən torpaq sahəsinin Cavabdeh1-ya icarəyə verilməsi hissəsində, həmin Sərəncamın 4-cü bəndi “Sifarişçi ( Cavabdeh1) Bakı Şəhər İcra Hakimiyyəti nəzdində “İnterservis” müdiriyyəti ilə torpaq icarə müqaviləsi bağlamalı hissəsində, cavabdehlər Bakı Şəhər İcra Hakimiyyəti və Cavabdeh1 ilə 23 iyun 2015 il tarixli 1069 nömrəli Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləsi tamamilə və Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Cavabdeh1-ya verilmiş 15/109 nömrəli 02.06.2015 il tarixli Ayrıc aktı Əliəşrəf Əlizadə 36a ünvanında yerləşən yaşayış binasının sahə mülkiyyətçilərinin ümumi mülkiyyətində olan torpaq sahəsinə aid hissəsində etibarsız hesab edilməsi, Bakı Şəhər İcra Hakimiyyətinin 26.12.2014 il tarixli 642 nömrəli Sərəncamın, 23 iyun 2015 il tarixli 1069 nömrəli Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləsi və 15/109 nömrəli 02.06.2015-ci il tarixli ayrıc aktı əsasında Cavabdeh1-nın sifarişi ilə M-ARCH GROUP MMC tərəfindən 19 mərtəbəli yaşayış binalarının hazırlanmış və Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq edilib 26.01.2017-ci il tarixdə 18/04-25 qeydiyat nömrəsi ilə razılaşdırılmış layihənin ləğv edilməsi, həmin layihə əsasında 19 mərtəbəli yaşayış binalarının tikintisi üçün verilmiş 30 nömrəli 18.07.2017 il tarixli tikinti icazənin və xüsusi nişanının ləğvi, Əliəşrəf Əlizadə 36a ünvanında yerləşən yaşayış binasının sahə mülkiyyətçilərinin ümumi mülkiyyətində olan torpaq sahəsinin Cavabdeh1MTK -nın vəsaiti hesabına boşaldılması və özbaşına tikilinin Cavabdeh1-nın vəsaiti hesabına sökülməsi və ərazidən daşınıb çıxarılması, Nərimanov rayonu, 793-cü məhəllə Qarabağ 65-67 ünvanlarında yerləşən torpaq sahəsi və ünvan 3 çoxmənzilli yaşayış binasına məxsus və binanın sahə mülkiyyətçilərinin ümumi mülkiyyətində olan həyət ilə sərhəddə 2018-ci ilə qədər mövcud ortaq divar olan daş hasarın əvvəlki yerdə Cavabdeh1MTK-nın vəsaiti hesabına bərpa edilməsi vəzifəsi Cavabdeh1-nın üzərinə qoyulması, cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimyyəti, Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən yol verdikləri yuxarıda qeyd olunmuş qanun pozuntuları nəticəsində ona və ailə üzvlərinə vurulmuş mənəvi zərərə görə 10000 (on min) manat cavabdehlərdən müştərək qaydada və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh1MTK-dan tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 13 nömrəli binada 21 saylı mənzili alarkən mənzili ona satmış X2 ona №141686 nömrəli, 29 dekabr 2001-ci il tarixli müqavilə ilə verilmiş 86 saylı qarajı da almış və bundan sonra qaraj sahəsinə görə Nərimanov rayon MKTB-nə nütəmadi olaraq qeyri-yaşayış sahəsinin istismar haqqını ödəmişdir. 2015-ci ildə Cavabdeh1-nin nümayəndələri Bakı şəhəri, Nərimanov rayonu Ə.Əlizadə küçəsi 36A nömrəli binanın sahə mülkiyyətçilərinə - sakinlərinə israrla müraciət edib yaşadıqları həyətdə qanuni yolla tikilmiş qarajları sökəcəklərini və həmin ərazidə hündürmərtəbəli, çoxmənzilli bina inşa edəcəklərini bəyan etmişlər. Bunun nəticəsində sahə mülkiyyətçilərinin ümumi mülkiyyətlərində olan binanın həyət sahəsinin azaldılmasının nəzərə alaraq sakinlər Cavabdeh1-nin tələbləri ilə razılaşmamışlar və ünvan 13 nömrəli binanın həyətində olan qarajların yerində bina tikintisinə rəsmi qaydada ərizə ilə etirazlarını bildirmişlər. 2018-ci ildə yaşadığı binanın yaxınlığında Cavabdeh1 tərəfindən tikinti işləri aparılmağa başlamışdır. Bu zaman onlara məlum olmuşdur ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 26 dekabr 2014-cü il tarixli sərəncamı ilə ünvan 5 ünvanda yerləşən torpaq sahəsi icarə əsasında yüksək mərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün Cavabdeh1-nin istifadəsinə verilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 26.12.2014-cü il tarixli 642 nömrəli sərəncamı ilə Cavabdeh1-nin müraciəti əsasında Nərimanov rayonu, 793-cü məhəllə, Qarabağ 65- 67 ünvanlarında yerləşən 0.581 hektar torpaq sahəsi icarə əsasında çox mərtəbəli yaşayış binalarının layihələndirilməsi üçün Cavabdeh1-nin istifadəsinə verilmiş, aidiyati qurumların rəyi, razılığı və digər zəruri sənədlər əsasında Bakı şəhəri İcra Hakimiyyətinin 18.07.2017 il tarixli 324 nömrəli sərəncamı ilə Nərimanov rayonu, 793-cü məhəllə, Qarabağ 65-67 ünvanalrında yerləşən torpaq sahəsində Cavabdeh1-ya 19 mərtəbəli yaşayış binalarının tikintisinə icazə və xüsusi nişan verilmişdir. Cavabdeh1MTK-nın Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 26.12.2014 il tarixli 642 nömrəli sərəncamı ilə istifadəsinə verilən Nərimanov rayonu, 793-cü məhəllə, Qarabağ 65-67 ünvanlarında yerləşən torpaq sahəsi Əliəşrəf Əlizadə 36a ünvanında yerləşən çoxmənzilli yaşayış binasına məxsus həyətin sahəsi ilə həmsərhəddir. Sözügedən həmsərhəd ərazilər daş hasar əslində isə ara divarı vasitəsi ilə biri birindən ayrılmışdır. Cavabdeh tikintiyə başlayandan sonra Qarabağ 65-67 ünvanları ilə ara divarı olan daş hasar boyunca Əliəşrəf Əlizadə 36a ünvanında yerləşən çoxmənzilli binasına məxsus həyətində yerləşən qarajları, qarajların altındakı torpaq sahələrini apardığı tikinti sahəsinə əlavə etmək məşədi ilə almağa başlamışdır. O, Cavabdeh1-ya qarajı satmaqdan imtina etmiş və bildirmişdir ki, qaraj ona məxsusdur və anbar kimi istifadə edir, anasına məxsus mal və materialları həmin qarajda mühafizə edir. 23 noyabr 2018-ci il tarixdə həmin ara divarının (daş hasarın) ona məxsus qarajın arxasında yerləşən hissəsi hansına ki qarajın arxa divarı söykənmişdir Cavabdeh1 tərəfindən bilərəkdən uçurulmuşdur və sonra ona məxsus qarajın arxa divarının altı qazılaraq qarajın arxa divarını çökdürərək dağıdılmışdır. Bu hərəkətlə Cavabdeh1 onu qarajını ən ucuz qiymətə satmağa məcbur etməyə çalışmışdır. O da öz növbəsində Cavabdeh1MTK-nın bu cəhdlərinə baxmayaraq onlara qarajını satmaqdan imtina etmiş və qarajın arxa divarının bərpa olunmasına dair Cavabdeh1-ya pretenziya ünvanlamışdır. Bundan sonra Cavabdeh1-nın üzərinə qarajın arxa divarının bərpası haqqında iddia ərizəsi ilə Nərimanov Rayon məhkəməsinə müraciət etmişdir. Nərimanov Rayon Məhkəməsinin 19 mart 2019-cu il 2(005)- 648/2019 saylı qətnaməsi ilə Cavabdeh1-nın qarşılıqlı iddiası təmin edilmişdir. Cavabdeh tərəfindən 2019-cu il aprel ayının 20-dən 21-nə keçən gecə “Zirvə-14“ MTK tərəfindən ona məxsus ünvan 19 ünvanda yerləşən çoxmənzilli yaşayış binasına məxsus qapalı həyətdə yerləşən 86 nömrəli qaraj məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmadan sökülərək, əmlakı qəsdən məhv edilmişdir və sökülmüş ona məxsus qarajın yerləşdiyi torpaq sahəsi Cavabdeh1MTK tərəfindən qanunsuz zəbt olunaraq həmin ərazidə hündürmərtəbəli yaşayış binalarının layihəsinin Baş planında Bir nömrəli Blok qeyd olunmuş ikinci növbədə tikilən binanın tikintisinə başlanılmışdır. Bundan başqa cavabdeh Əliəşrəf Əlizadə 36a ünvanında yerləşən diqər qarajları satın alıb, qarajları sökərək Əliəşrəf Əlizadə 36a ünvanında çoxmənzilli yaşayış binasına məxsus həyətində sökülmüş qarajların altındakı torpaq sahəsini zəbt edərək sözügedən ərazini Qarabağ 65-67 ünvanına qataraq həmin ərazidə qanunsuz tikinti aparır. Qeyd edir ki, həmin layihənin Baş Planında qeyd olunan ikinci növbə ilə tikilən Bir nömrəli Blokun bir hissəsi onun sökülmüş qarajının yerləşdiyi torpaq sahəsinin ərazisində tikilir. Onun tərəfindən verilmiş apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsində aparılmış məhkəmə araşdırması nəticəsində ona məxsus qarajın qanunsuz tikili olmasına dair cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia Bakı Apellyasiya Məhkəməsinin 08.07.2019-cu il tarixli 2(103)-8282/2019 saylı qanuni qüvvəsini almış qətnaməsi ilə rədd edilmişdir. Sözügedən qətnamədə xüsusilə vurğulanır ki, Nərimanov Rayon XDS icarəyə komitəsinin sədr müavini E.İbrahimzadənin imzası ilə Bakı şəhəri, Nərimanov rayonu 36 saylı Mənzil İstismar Kontorunun rəisi indiki Əliəşrəf Əlizadə küçəsi 36a saylı ünvanda yaşayan A.Q.Babazadə və digərlərinə ünvanlanmış 03.11.1988-ci il tarixli məktubun mətnindən müəyyən olunur ki, “Rıleyev küçəsi 36A saylı evin sakinlərinin kollektiv ərizəsinə baxılaraq minik avtomaşınlarının saxlanılması üçün həyətin hasarı boyunca yüngül metal örtüyündən dam quraşdırılmasına icazə verilmişdir. Cavabdeh1-nın yaşayış binasının tikintisi üçün guya ona ayrılmış qarajının altındakı torpaq sahəsi, çox-çox illər əvvəldən onun istifadəsində olmuşdur, qarajın quraşdırılmasına sərf edilən material ona məxsus olmuşdur, qarajın içərisində əmlakını saxlamışdır. Nərimanov Rayon XDS icrayə komitəsinin sədr müavini E.lbrahimzadənin imzası ilə Bakı şəhəri, Nərimanov rayonu 36 saylı Mənzil İstismar Kontorunun rəisi M.A.Əliyevə və Rıleyev küçəsi (indiki Əliəşrəf Əlizadə küçəsi) 36a saylı ünvanda yaşayan A.Q.Babazadə və digərlərinə o cümlədə C.C.Əsgərxanova ünvanlanmış 03.11.1988-ci il tarixli məktubuna əsasən İddiaçı istifadəsində olan Cavabdeh1 tərəfindən qanunsuz sökülmüş qarajının altındakı torpaq sahəsinə olan istifadə hüququna indiyə gədər heç bir halda xitam verilməyib. Bu həmin qətnamədə öz təsdiqini tapıb. Eyni vaxtda bildirir ki, Bakı Apellyasiya Məhkəməsinin 08.07.2019-cu il tarixli 2(103)8282/2019 saylı qətnamədə mübahisələndirilməyən hallar hissəsində qeyd olunub ki, cavabdeh tərəfindən tikiləsi olan hündürmərtəbəli yaşayış binasının tikinlməsinə maneə yaratdığına görə qarajının arxa divarı və qarajının tamamilə sökülməsi Cavabdeh1-nın nümayəndələri tərəfindən təsdiq olunmuşdur. Cavabdeh tərəfindən qeyd edilən mübahisəsiz hallar mübahisələndirilməyib, bu hallara dair nə Bakı Apellyasiya Məhkəməsinin 08.07.2019-cu il tarixli 2(103)-8282/2019 saylı qətnaməsindən verdiyi kassasiya şikayətində, nə də ki protokola qeydlər verilməyərək onların buna heç bir etiraz bildirilməmişdir. Cavabdeh1 rəhbərliyinin qanuna zidd hərəkətlərinə Bakı Apellyasiya məhkəməsi tərəfindən hüquqi qiymət verilərək Cavabdeh1MTK-nın rəhbərliyi tərəfindən qarajın qanunsuz sökülməsinə dair 8 iyul 2019-cu il tarixdə 2(103)-8282/2019 saylı xüsusi qərardad qəbul edilərək Baş Prokurorluğa göndərilmişdi. 2(103)-8282/2019 saylı xüsusi qərardad əsasında Azərbaycan Respublikası Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılmışdır. Aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh1MTK-nın vəzifəli şəxsləri tərəfindən ona, yəni İddiaçı məxsus ünvan 19 ünvanında yerləşən qaraj məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmadan sökülərək, özgə əmlakının qəsdən məhv edilməsi hallarına yol verilməklə vətəndaşın qanunla qorunan mənafeyinə mühüm zərər vurulmuşdur və toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nın 186.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır və həmin cinayət işinin materialları əsasında təqsirləndirilən şəxs Cavabdeh1-nın sədri X17 barəsində cinayət işi Nərimanov Rayon Məhkəməsinin icraatındadır. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 26.12.2014 il tarixli 642 nömrəli sərəncamınının birinci bəndində yazılıb ki, Cavabdeh1-nın 01 saylı müraciətini nəzərə alaraq ünvan 7 ünvanında yerləşən torpaq sahəsini yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün icarə əsasında Cavabdeh1- nın istifadəsinə verilsin. Cavabdeh ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında 26.12.2014 il tarixli 642 nömrəli sərəncamı, Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən tərtib edilmiş 02 iyun 2015 il tarixli 15/109 №-li İstifadəyə (icarəyə) verilən torpaq sahəsinin Ayrıc aktı və 03 iyun 2015 il tarixli 13094 saylı inşaat pasportu əsasında Nərimanov rayonu, 793-cü məhəllə, Qarabağ 65-67 ünvanda ayrılmış torpaq sahəsinə icarə müqaviləsi 23 iyun 2015 il tarixdə bağlanıb. Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş 02 iyun 2015 il tarixli 15/109 №-li İstifadəyə (icarəyə) verilən torpaq sahəsinin Ayrıc aktında İdarənin əməkdaşları Aktı tərtib edilən zaman əməkdaşların diqqətsizliyi və ya məqsədli əməlləri nəticəsində Nərimanov rayonu 793-cü məhəllə, Qarabağ küçəsi 65-67 ünvanlarında yerləşən torpaq sahəsinin böyük bir hissəsi Əliəşrəf Əlizadə 36a ünvanında yerləşən çoxmənzilli yaşayış binasına məxsus həyətin ərazisinin həmsərhəd olan hissəsində qarajların yerləşən ərazisi ilə üstüstə düşmüşdür. Memarlıq və Şəhərsalma Baş İdarəsinin işçilərinin səhvi və ya Aktı tərtib edilən zaman biləkdən yol verilən qrafik və diqər yuğunsuzluqlar nəticəsində “Zirvə-14 MTK-ya verilmiş torpaq sahəsinin planı və ölçülərində göstərilən əsas döngə nöqtələrinin koordinatları Əliəşrəf Əlizadə 36a ünvanda yerləşən çoxmənzilli yaşayış binasının sahə mülkiyyətçilərinin ümumi mülkiyyətində olan torpaq sahəsinin ərazisində yerləşdirilmişdir və bunun nəticəsində koordinatları Əliəşrəf Əlizadə 36a ünvanda yerləşən çoxmənzilli yaşayış binasının sahə mülkiyyətçilərinin ümumi mülkiyyətində olan torpaq sahəsinin ərazisində yerləşdirilmişdir. Bunun nəticəsi olaraq Əliəşrəf Əlizadə 36a ünvanda yerləşən çoxmənzilli yaşayış binasının sahə mülkiyyətçilərinin ümumi mülkiyyətində olan torpaq sahəsinin ərazisi qanunsuz azaldılmışdır. Cavabdeh1MTK tərəfindən Əliəşrəf Əlizadə 36a ünvanda yerləşən çoxmənzilli yaşayış binasının sahə mülkiyyətçilərinin ümumi mülkiyyətində olan torpaq sahəsinin ərazisinin bir hissəsində 19 mərtəbəli yaşayış binalarının ikinci növbədə tikilməkdə olan 1 nömrəli Blokun adı çəkilən ərazidə tikilən hissəsi ilə Əliəşrəf Əlizadə 36 ünvanında yerləşən çoxmənzilli yaşayış binası arasında ən yaxın məsafə 25,5 metrədir. Parallel yəni bir birinə baxan divarlar üzərində boşluqlar mövcuddur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinə əsasən "xxxx" MTK-nın 48,4 metrə hündürlüyündə tikdiyi 1 nömrəli Blok binasının ara məsafəsi olmalıdır 48,4x0,6=29 metrə. Əliəşrəf Əlizadə 36a ünvanında yerləşən çoxmənzilli binasının hündürlüyü Cavabdeh1MTK-mn tikidiyi Blok 1 nömrəli binasi ilə üzbə-üz olan hissəsində 18 metrədir və ara məsafə 18x0,6=12 metrədir. Cavabdehlər Cavabdeh1MTK ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında o cümlədə 02 iyun 2015 il tarixli 15/109 № li İstifadəyə (icarəyə) verilən torpaq sahəsinin Ayrıc aktına əsasən 23 iyun 2015 il tarixdə bağlanmış Nərimanov rayonu, 793-cü məhəllə, Qarabağ 65-67 ünvanda ayrılmış torpaq sahəsinə icarə müqaviləsi qanuna ziddir. Belə ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının sərəncamı ilə ünvan 9 ünvanlarında yerləşən torpaq sahəsi Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsində qeyd olunmuş dövlət mülkiyyətində olan torpaqların siyahısına daxil deyil, çünki həmin torpaq sahələrində yaşayış evləri, habelə çoxmənzilli yaşayış evləri yerləşirdi. Habelə qanunvericiliyə əsasən çoxmənzilli yaşayış evlərinə aid torpaq sahələrinin kənar məqsədlər üçün xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə yol verilmir. Yəni faktiki olaraq sözügedən ayrıc aktı və müqavilə əsasında ünvan 10 ünvanında yerləşən çoxmənzilli yaşayış binasına məxsus həyətində aparılan tikinti Qanunvericiliyin ərizədə bütün qeyd olunan tələblərinə ziddir. 2012-ci ildən etibarən, İcra Hakimiyyətinin torpaq sahələrinə dair sərəncamvermə səlahiyyətinə malik deyildir. Artıq bələdiyyələr bu səlahiyyətə malikdir. İcra Hakimiyyəti belə bir sərəncam vermişdirsə də, həmin sərəncam qanunsuzdur. Həmçinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********43 saylı, 04 noyabr 2020-ci il tarixli və **********31 saylı, 05 noyabr 2020-ci il tarixli məktublarından görünür ki, ünvan 11 ünvanında və Bakı şəhəri, Nərimanov rayonu, Məhəllə 793, Qarabağ küçəsi 65-67 ünvanında Cavabdeh1-nın adına dövlət reyestrindən qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Halbuki, Torpaq Məcəlləsinin 66.2 və «X7»un 12-ci maddələrinə əsasən torpaq üzərində hüquqlar (müddəti 11 aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericilikdə müəyyən edilmiş qaydada Daşınmaz əmlakın dövlət Reyestrində dövlət qeydiyyatına alınıb və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. “Bakı şəhərinin inzibati ərazi hüdudlarında bəzi torpaqlardan istifadənin səmərəliliyinin artırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008ci il tarixli 2866 nömrəli Sərəncamı ilə Bakı şəhərinin Binəqədi, Əzizbəyov, Xətai, Sabunçu və Suraxanı rayonlarının inzibati ərazilərində yerləşən, bu Sərəncama 1-17 nömrəli əlavələrdəki yerquruluşu planlarında göstərilmiş Abşeron Rayon İcra Hakimiyyətinin istifadəsində olan cəmi 25983,31 ha torpaq sahələrinin 9954,75 ha, o cümlədən Binəqədi rayonu üzrə 52,84 ha, Əzizbəyov rayonu üzrə 5820,26 ha, Xətai rayonu üzrə 202,49 ha, Sabunçu rayonu üzrə 2502,81 ha və Suraxanı rayonu üzrə 1376,35 ha təşkil edən hissəsi həmin rayonların inzibati ərazi hüdudlan nəzərə alınmaqla Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmışdır. Sərəncamdan aydın olur ki bu Sərəncam Nərmanov rayonunun inzibati ərazisində yerləşən torpaq sahələrinə şamil olunmur. Buna baxmayaraq Cavabdeh1 mənə məxsus qarajının yerini zəbt edib həmin yerdə bina tikir. Bununla birinci iddia üzrə cavabdeh onun pozulmuş mülkiyyət hüququnun kobud şəkildə pozmağa davam edir və mülkiyət hüququmun bərpa olunmasına gələcəkdə maneə yarada bilər və mümkünsüz edə bilər. Cavabdeh1 ona ayrılmış ünvan 5 ünvanda inşaat işləri apararkən onlar binanın, yəni ünvan 13 nömrəli binanın sakinlərinin ümumi istifadəsində olan torpaq sahəsini, həmçinin bu ünvanda yerləşən və üzərində qarajı olan daimi istifadəsinə verilmiş torpaq sahəsini qanunsuz olaraq zəbt etdi. Bundan sonra isə Cavabdeh1-nın vəzifəli şəxsləri və işçiləri tərəfindən ona məxsus qarajın bir hissəsi dağıdıldı. Bu özbaşınalıqla əlaqədar məhkəməyə müraciət etmiş və məhkəmə icraatı davam edən müddətdə Cavabdeh1-nın vəzifəli şəxsləri və işçiləri tərəfindən ona məxsus qaraj qanunsuz olaraq tamamilə dağıdılmış, sökülmüş, içərisində olan əmlaklar isə talan edilmişdir. Qeyd olunan məhkəmə işi yekunlaşaraq mübahisələndirilən qaraj sahəsinin onun daimi istifadəsində olması halı təsdiq edilmiş və Cavabdeh1-nın vəzifəli şəxsləri barəsində xüsusi qərardad çıxarılmışdır. Xüsusi qərardad əsasında Cavabdeh1-nın vəzifəli şəxsləri barəsində cinayət işi başlanılmış və hazırda Cavabdeh1-nın formal rəhbəri X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin icraatındadır. Bu iş üzrə ona vurulmuş zərərlə əlaqəli hissə araşdırma predmeti olsa da, ona məxsus qarajın yerləşdiyi ərazinin - yəni ünvan 13 ünvanında olan çoxmənzilli binanın sakinlərinin, o cümlədən onun istifadəsində olan ərazinin Cavabdeh1 tərəfindən qanunsuz olaraq zəbt edilməsi araşdırılmamışdır. Cavabdeh1-nın qeyd etdiyi qanunsuz və özbaşına əməllərinə son qoyması ilə əlaqədar dəfələrlə rəsmi və qeyri-rəsmi müraciətlərinin olmasına baxmayaraq bu müraciətlərə məhəlqoyan olmamışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, yuxarıda qeyd olunan qanun pozuntuları nəticəsində ünvan 13 ünvanında yerləşən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin, o cümlədən onun ümumi mülkiyyətində olan ümumi mülkiyyətin, o cümlədən binaya məxsus torpaq sahəsinin azaldılması Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinin, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.3-cü maddəsinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 180.1, 180.4-cü maddələrinin tələblərinə əsasən mülkiyyətçilərin, həmçinin onun mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Beləliklə, hesab edir ki, Cavabdeh1 tərəfindən onun istifadəsində olan torpaq sahəsinin qanunsuz olaraq zəbt edilməsinə qadağa qoyulmalı, qanunsuz olaraq zəbt edilmiş torpaq sahəsi boşaldılmalı, icarə müqaviləsi və ayrıc aktı onun istifadəsində olan torpaq sahəsi hissəsində etibarsız hesab edilməli və həmin torpaq sahəsi üzərində qanunsuz tikili cavabdehin öz hesabına sökülməklə, torpaq sahəsi arasındakı ara divar cavabdehin öz hesabına tikilməklə istifadəmdə olan torpaq sahəsi üzərində hüquqları bərpa olunmalıdır. Daha sonra X14 27.05.2021-ci il tarixdə mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs qismində tanınması barədə ərizə ilə müraciət etmişdir. Daha sonra mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X14 18.08.2021-ci il tarixdə iddia tələbi və onun həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdeh “Zirvə-14“MTK tərəfindən qəsdən söklümüş ona məxsus qarajın yerləşdiyi torpaq sahəsindən onun istifadə hüququnun bərpası, cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Nərimanov rayonu, 793-cü Məhəllə, Qarabağ 65-67 ünvanlarında yerləşən torpaq sahəsində “Zirvə-14" MTK tərəfindən tikinti aparılması üçün ərazi əsaslandırlmasının razılaşdırılmasının ləğv edilməsi, cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin 26.12.2014-cü il tarixli 642 nömrəli Sərəncamın 1 bəndi Nərimanov rayonu, 793-cü Məhəllə, Qarabağ 65-67 ünvanlarında yerləşən torpaq sahəsinin Cavabdeh1-ya icarəyə verilməsi hissəsində, həmin Sərəncamın 4-cü bəndi "Sifarişçi ( Cavabdeh1.) Bakı Şəhər İcra Hakimiyyəti nəzdində “İnterservis” müdiriyyəti ilə torpaq icarə müqaviləsi bağlanılmalı hissəsində, cavabdehlər Bakı Şəhər İcra Hakimiyyəti və Cavabdeh1 ilə 23 iyun 2015 il tarixli 1069 nömrəli Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləsi tamamilə və Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Cavabdeh1-ya verilmiş 15/109 nömrəli 02.06.2015 il tarixli Ayrıc aktı Əliəşrəf Əlizadə 36a ünvanında yerləşən yaşayış binasının sahə mülkiyyətçilərinin ümumi mülkiyyətində olan torpaq sahəsinə aid hissəsində etibarsız hesab edilməsi, Bakı Şəhər İcra Hakimiyyətinin 26.12.2014 il tarixli 642 nömrəli Sərəncamın, 23 iyun 2015 il tarixli 1069 nömrəli Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləsi və 15/109 nömrəli 02.06.2015 il tarixli ayrıc aktı əsasında Cavabdeh1-nın sifarişi ilə M-ARCH GROUP MMC tərəfindən 19 mərtəbəli yaşayış binalarının hazırlanmış vo Bakı şəhər Memaılıq və Şəhərsalma Baş idarəsi tərəfindən təsdiq edilib 26.01.2017 il tarixdə 18/04-25 qeydiyat nömrəsi ilə razılaşdırılmış layihənin ləğv edilməsi, həmin laiyhə əsasında 19 mərtəbəli yaşayış binalarının tikintisi üçün verilmiş 30 nömrəli 18.07.2017 il tarixli tikinti icazənin və xüsusi nişanının ləğvi, Əliəşrəf Əlizadə 36a ünvanında yerləşən yaşayış binasının sahə mülkiyyətçilərinin ümıımi mülkiyyətində olan torpaq sahəsinin Cavabdeh1MTK–nın vəsaiti hesabına boşaldılması və özbaşına tikilinin cavabdeh “Zirvə-142MTK-nın vəsaiti hesabına sökülməsi və ərazidən daşınıb çıxarılması. Nərimanov rayonu, 793-cü məhəllə Qarabağ 65-67 ünvanlarında yerləşən torpaq sahəsi və ünvan 3 çoxmənzilli yaşayış binasına məxsus və binanın sahə mülkiyyətçilərinin ümumi mülkiyyətində olan həyət ilə sərhəddə 2018-ci ilə qədər mövcud ortaq divar olan daş hasarın əvvəlki yerdə cavabdeh "xxxx"MTK-nm vəsaiti hesabına bərpa edilməsi vəzifəsi Cavabdeh1MTK-nın üzərinə qoyulması, cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimyyəti, Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən yol verdikləri yuxarıda qeyd olunmuş qanun pozuntuları nəticəsində ona və ailə üzvlərinə vurulmuş mənəvi zərərə görə 10000 (on min) manat cavabdelılərdən müştərək qaydada və onun tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh1-dan onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X14 ərizəsini onunla əsaslandırmışdır ki, o, X14 27 may 2021-ci il tarixdə məhkəmənin icraatında olan 2(005)-938/21 saylı mülki iş üzrə İddiaçı cavabdehlər Cavabdeh1MTK-ya, Bakı şəhər İcra Hakimiyyətinə və Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı 09 noyabr 2020 il tarixli iddia və 16 mart 2021ci il tarixli iddia tələbin həcminin artırılması barədə ərizələri əsasında Nərimanov rayon məhkəməsinə müraciət edərək, cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin 26.12.2014 il tarixli 642 nömrəli Sərəncamın 1 bəndi Nərimanov rayonu, 793-cti Məhəllə, Qarabağ 65-67 ünvanlarında yerləşən torpaq sahəsinin Cavabdeh1-ya icarəyə verilməsi hissəsində, həmin Sərəncamın 4-cti bəndi “Sifarişçi (Cavabdeh1MTK) Bakı Şəhər İcra Hakimiyyəti nəzdindəki “İnterservis” müdiriyyəti ilə torpaq icarə müqaviləsi bağlamalı hissəsində, cavabdehlər Bakı Şəhər İcra Hakimiyyəti və Cavabdeh1 ilə arasında bağlanmış “ Torpaq sahəsinin icarəyə verilməsi” haqqında 23 iyun 2015 il tarixli 1069 nömrəli müqaviləsi tamamilə və Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Cavabdeh1-ya verilmiş 15/109 nömrəli 02.06.2015 il tarixli Ayrıc aktını Əliəşrəf Əlizadə 36a ünvanında yerləşən yaşayış binasının sahə mülkiyyətçilərinin ümumi mülkiyyətində olan torpaq sahəsinə aid hissəsində etibarsız hesab edilməsi, Bakı Şəhər İcra Hakimiyyətinin 26.12.2014 il tarixli 642 nömrəli Sərəncamın, 23 iyun 2015 il tarixli 1069 nömrəli Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləsi və 15/109 nömrəli 02.06.2015 il tarixli ayrıc aktı əsasında Cavabdeh1-nın sifarişi ilə M-ARCH GROUP MMC tərəfindən 19 mərtəbəli yaşayış binalarının tikintisi üçün hazırlanmış və Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq edilib 26.01.2017 il tarixdə 18/04-25 qeydiyat nömrəsi ilə razılaşdırılmış layihənin ləğv edilməsi, həmin laiyhə əsasında 19 mərtəbəli yaşayış binalarının tikintisi üçün verilmiş 30 nömrəli 18.07.2017 il tarixli tikinti icazənin və xüsusi nişanının ləğvi, Əliəşrəf Əlizadə 36a ünvanında yerləşən yaşayış binasının sahə mülkiyyətçilərinin ümumi mülkiyyətində olan torpaq sahəsinin Cavabdeh1MTK -nın vəsaiti hesabına boşaldılması və özbaşına tikilinin cavabdeh “Zirvə- 142MTKnın vəsaiti hesabına sökülməsi, Nərimanov rayonu, 793-cü məhəllə Qarabağ 65-67 ünvanlarında yerləşən torpaq sahəsi və Nərimanov rayon Ə.Əlizacə küçəsi36a ünvanında yerləşən çoxmənzilli yaşayış binasına məxsus və binanın sahə mülkiyyətçilərinin ümumi mlkiyyətindo olan həyət ilə sərhəddə 2018 ilə qədər mövcud ortaq divar olan hasarın əvvəlki yerdə Cavabdeh1MTK-nın vəsaiti hesabına bərpa edilməsi vəzifəsi Cavabdeh1-nın üzərinə qoyulması və ödənilmiş 10 manat dövlət rüsumunun cavabdeh "xxxx"MTK-dan tutulması haqqında qətnamə qəbul edilməsi barədə qaldırlmış iddia tələbi əsasında mülki iş üzrə məhkəməyə müraciət edib müstəqil iddia tələb irəli sürən üçüncü şəxsin tanınması barədə ərizə ilə məhkəmədən xahiş etmişdir. Məhkəmənin icraatında olan 2(005)-938/2021 saylı məhkəmə mülki iş ilə əlaqədar məhkəməyə təqdim olunmuş rəsmi məktublara, Ekspert rəyi lorinə, Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış 2(103)-8282/20l9 savlı 08 iyul 2019 il tarixli qətnaməsinə və qanunvericiliyin tələblərinə əsaslanaraq bildirir ki, Cavabdeh1-nın, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Bakı Şəhər İcra Hakimyyətinin, Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin vəzifəli şəxsləri tərəfindən yol verdikləri aşağıda qeyd olunmuş qanun pozuntuları nəticəsində Ə.Əlizadə küçəsi 36q. ünvanında çoxmənzilli yaşayış binasına məxsus həyətdə yerləşmiş, qonşuluqda Nərimanov rayonu, 793-cü məhəllə, Qarabağ küçəsi 65-67 ünvanında yerləşən torpaq sahəsi ilə həmsərhəd olan və sözügedən ərazi ilə ortaq divar sayılan daş hasar boyunca Ə.Əlizadə küçəsi 36a ünvandakı qarajların altında yerləşən torpaq sahəsi “Zirvə- 14" MTK tərəfindən aparılan özbaşına tikinti nəticəsində zəbt olunmuşdur. Eyni zamanda aşağıdakılara əsasən, Azərbaycan Respublikası tərəfindən 13 avqust 1992 il tarixdə imzalanmış “İqtisadi, Sosial və Mədəni Hüquqlar üzrə Beynəlxalq Paktın 11 Paraqraf 1-ci maddəsinin müvafiq hissəsində qeyd olunmuş -“X23 Dövlətləri hər kəsin özü və ailəsi üçün adekvat yaşama hüququnu, o cüm ədən adekvat qida, paltar,mənzil, həmçinin həyat şəraitinin davamlı şəkildə yaxşılaşdırılması hüququnu tanıyır” Azərbaycan Respublikası tərəfindən üzərinə götürdüyü öhdəlik Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimyyəti, Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən yol verdikləri yuxarıda qeyd clunınuş qanun pozuntuları nəticəsində pozulur. Beləki, Məhkəmənin 06.05.2021 il tarixli sorğusuna Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrin birinci müavini Namiq Hümmətov tərəfindən imzalanmış 112.06.2021 il tarixli XO-01-09-2021-03504 nömrəli cavab məktubun qoşmasındakı Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 26.12.2014 il tarixli 642 saylı sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu, 793-cü məhəllə , Qarabağ 65-67 ünvanda Cavabdeh1MTK-ya yaşayış binalarının tikintisi üçün ayrılmış torpaq sahəsinə dair 15/109 nömrəli ayrıc aktının təsdiq olunmuş surəti daxil olmuşdur. Həmin Ayrıc aktının təsdiq olunmuş surətində təsdiq olunur ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 26.12.2014-cü il tarixli, 642 nömrəli sərəncamına əsasən sözügedən ünvanda ayrılmış torpaq sahəsinin 15/109 saylı 02.06.2015 il tarixli Ayrıc aktında yarılmış sahənin şimalında qeyd edilmiş F nişanlı və M nişanlı dönqə nöktələri ilə əhatə olunmuş ərazi Əliəşrəf Əlizadə 36 a ünvanda yerləşən çoxmənzilli yaşayış binasına məxsus həyətin ərazisinin Bakı şəhəri , Nərimanov rayonu, 793-cü məhəllə , Qarabağ 65-67 ünvanda yerləşən torpaq sahəsi ilə ortaq divar olan hasar boyunca Əliəşrəf Əlizadə 36a ünvanda yerləşən qarajların altındakı torpaq sahəsi ilə üst-üstə düşür. Bakı Apellyasiya Məhkəməsinin qar uni qüvvəsini almış 2(103)-8282/2019 saylı 08 iyul 2019 il tarixli qətnaməsinin 3-cii vərəqinin 1-ci abzasında qeyd olunur ki, Cavabdeh1MTK İddiaçı qarşı hüquqi şəxsin qanuni istifadəsinə verilmiş torpaq sahəsində qanunsuz inşa edilmiş qarajın boşaldılması və sökülməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qanunsuz istifadəsində olmaqla Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə 36a nömrəli binanın həyətində yerləşən 86 saylı qarajın boşaldılaraq sökülməsini, ilkin iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış və predusiallıq qüvvəsi olan 2(103)- 8282/2019 saylı 08 iyul 2019 il tarixli qətnaməsi ilə "xxxx"MTK tərəfindən İddiaçı məxsus qarajın yerləşdiyi torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 26.12.2014-cü il tarixli 642 saylı sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu, 793-cü məhəllə, Qarabağ 65-67 ünvanında yerləşən torpaq sahəsi icarə əsasında yüksək mərtəbəli binaların layihələndirilməsi üçiin "xxxx"MTK-ya ayrılmış torpaq sahəsinin hüdudları daxilində olması ilə əlaqədar İddiaçı məxsus qarajın yerləşdiyi torpaq sahəsi Cavabdeh1-nın qanuni istifadəsinə verilməsi haqqında Cavabdeh1MTK-nın qaışılıqlı iddiası rədd olunmuşdur, qətnamənin “Mübahisə ilə bağlı dəyərləndirmə” hissəsində hüsusilə qeyd olunmuşdur ki, qarajın altındakı torpaq sahəsi Cavabdeh1-nın istinad etdiyi torpaq sahəsi ayrılması barədə qərardan çox-çox illər əvvəldən ilkin İddiaçı istifadəsində olmuşdur və nənim həmin torpaq sahəsindən istifadə hüququnu təsdiq edərək ona vurulmuş zərər, qarajın bərpa olunması və s. tələblərlə bağlı yenidən məhkəməyə müraciət etmək hüququ təsdiq edilmişdir. İddiaçı tərəfimdən məhkəməyə ünvanlanmış 09 noyabr 2020 il tarixli iddia ərizəsilə birgə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin rəis müavini Eldar Mirzəyevin 05.11.2020-ci il tarixli **********31 nömrəli məktubuna əsasən, ünvan 19 ünvanında Cavabdeh1-nın adına dövlət retestrində qeydiyatdan keçmiş daşınmaz əmlak aşkar edilməyib. İddiaçı tərəfimdən 05 may 2021 il tarixdə iclas zamanı təqdim olunmuş “X4” MMC-nin 107 nömrəli 04 may 2021 il tarixli Ekspert Rəyində qeyd olunur ki, Ə.Əlizadə küçəsi, 36a ünvanında yerləşən köhnə 4-5 mərtəbəli çoxmənzilli yaşayış binasının yerləşdiyi ərazinin müxtəlif tarixlərdə çəkilmiş aerokosmik görünülərinə və naturada aparılan videoyazılara istinad edərkən müəyyən olunmuşdur ki, Ə.Əlizadə küçəsi, 36a ünvanında yerləşən köhnə 4-5 mərtəbəli yaşayış binasına məxsus həyətin ərazisində 2018 ilə gədər mövcud dam örtüyü gümbəz şəklində olan qarajların yerləşdiyi ərazidə hal-hazırda Cavabdeh1 tərəfindən tikilmiş 19 mərtəbəli yaşayış binalarının bir hissəsi inşa edilmişdir və həmin 19 mərtəbəli yaşayış binasının gümbəzli örliiyü olan tikilmiş hissənin üzərində boşluqlar olan xarici divarı ilə üzbəüz yerləşən köhnə 4-5 mərtəbəli yaşayış binasının 5 mərtəbəli hissəsinin həyətə baxan və üzərində qapıpənjərə boşluqları olan xarici divarı arasındakı məsafə 25,5 metr təşkil edir. Onun və 2(005)-938/21 saylı mülki iş üzrə İddiaçı tərəfindən 11.08.2021 il tarixdə birgə verdikləri vəsatətə əlavə olunmuş “X5” MMC-nin 28 iyul 2021 il tarixli 258 saylı Ekspert rəyinin “Tədqiqat Nəticəsi” hissəsində qeyd olıınur Birinci sual üzrə cavabda, ünvan 20 ünvanında yaşayan İddiaçı mülkiyyətində olmuş və X9 məxsus daşınar əmlakın saxlanç kimi istifadə olunmuş (hazırda sökülmüş) 86 nömrəli qarajın Ə.Əlizadə küçəsi 36A ünvanında yerləşən çoxmənzilli 4-5 mərtəbəli yaşayış binasının 5 mərtəbə olan hissəsinin sayca 1-ci girişi ilə yəni üzərində 96 nömrə qeyd olunan giriş ilə üzbəüz yerləşir. İddiaçı məxsus sökülmüş 86 nömrəli qarajın yerində “Zirvə-14" MTK tərəfindən tikilmiş 19 mərtəbəli yaşayış binalarının 2-ci növbədə tikilmiş və Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 26.01.2017-ci il tarixdə təsdiq olunmuş 18/04-25 nömrəli eskiz layihəsində Blok 1 adlanan bina yerləşir. Həmin Ekspert rəyinin “ Tədqiqat Nəticəsi” hissəsində İkinci sual üzrə cavabda qeyd olunur ki, Eksperiza tədqiqatına təqdim olunmuş materialları, o cümlədən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin rəis müavini Eldar Mirzəyevin 05.11.2020-ci il tarixli **********31 saylı məktubu, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-7921/2019 saylı 26 dekabr 2019-cu il tarixli qərarı ilə qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8282/2019 saylı 08 iyul 2019 il tarixli qətnaməsini və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35-ci maddəsinin, Mülki Məcəlləsinin 227-ci maddəsinin. Torpaq Məcəlləsinin 5-ci maddəsinin tələblərini nəzərə alaraq, Ə.Olizadə küçəsi 36a ünvanında çoxmənzilli yaşayış binasına məxsus həyətdə yerləşmiş, qonşuluqda Nərimanov rayonu, 793-cü məhəllə, Qarabağ küçəsi 65-67 ünvanında yerləşən torpaq sahəsi ilə həmsərhəd olan və ortaq divar sayılan daş hasar boyunca Ə.Olizadə küçəsi 36a ünvanındakı qarajların altında yerləşən torpaq sahəsinin "Zirvə-14” MTK tərəfindən aparılan tikinti işləri nəticəsində zəbt olunduğu müəyyən edilir. Məhkəməyə İddiaçı tərəfimdən ünvanlanmış 09 noybr 2020 il tarixli iddia ərizəsinə əlavə olunmuş Əliəşrəf Əlizadə 36a ünvandakı yaşayış binasının sahə mülkiyyətçiləri və sakinləri tərəfindən Nərimanov RİH başçısı Abditı Fərzəliyevə ünvanlanmış və Nərimanov RİH-nin möhürü ilə qəbul olunması təsdiq olunmuş 22.10.2015 il tarixli şikayət ərizəsindən məlum olur ki, sözügedən ünvanda yaşayan sahə mülkiyyətçiləri və sakinlər o cümlədən o və iş üzrə İddiaçı Cavabdeh1MTK tərəfindən Əliəşrəf Əlizadə 36a ünvanda yerləşən qarajların yerində yüksək binaların tikintisinə etiraz etmişdik. Belə ki, onun tərəfindən 05 may 2021 il tarixdə iclas zamanı məhkəməyə təqdim olunmuş“ X4” MMC-nin 107 nömrəli 04 may 2021 il tarixli Ekspert Rəyində qeyd olunuı ki, ekspertiza tədqiqatına təqdim olunmuş, Cavabdeh1 tərəfindən inşa edilmiş tikinti obyektinin əsas texniki göstəricilərinə istinadən müəyyən olunmuşdur ki, layihə üzrə tikinti ərazisi 0,581 ha, binanın ümumi sahəsi 20380,92 m2-dir. Belə olan halda, tikinti obyektinin yerüstü mənzillərinin sahəsinin (20380,92 m2) tikinti obyektinin ərazisinin ümumi sahəsinə (5810,0 m2) olan nisbəti 3,5 təşkil edir ki, bu da yuxarıda qeyd olunan Qaydaların 4.13. bəndinin ərazinin tikinti sıxlığı ilə bağlı tələblərinə uyğun deyildir. Göstərilənlərlə yanaşı qeyd olunur ki, O.Əlizadə küçəsi, 36a ünvanında yerləşən köhnə 4-5 mərtəbəli çoxmənzilli yaşayış binasının yerləşdiyi ərazinin müxtəlif tarixlərdə çəkilmiş aerokosmik görüniilərinə və naturada aparılan videoyazılara istinad edərkən müəyyən olunmuşdur ki, Ə.Əlizadə küçəsi, 36a ünvanında yerləşən köhnə 4-5 mərtəbəli yaşayış binasına məxsus həyətin ərazisində 2018 ilə gədər mövcud dam örtüyü gümbəz şəklində olan qarajların yerləşdiyi ərazidə lıal-hazırda Cavabdeh1 tərəfindən tikilmiş 19 mərtəbəli yaşayış binalarının bir hissəsi inşa edilmişdir və həmin 19 mərtəbəli yaşayış binasının gümbəzli örtüyü olan tikilmiş hissənin üzərincə boşluqlar olan xarici divarı ilə üzbəüz yerləşən köhnə 4-5 mərtəbəli yaşayış binasının 5 mərtəbəli hissəsinin həyətə baxan və üzərində qapıpənjərə boşluqları olan xarici divarı arasındakı məsafə 25,5 metr təşkil edir. Ekspertiza tədqiqatına təqdim olunmuş materiallardan göriinüyü kimi, Cavabdeh1 tərəfindən inşa edilmiş 19 mərtəbəli çoxmənzilli yaşayış binasına dair "xxxx" MMC tərtib edilmiş eskiz layihəsində, həmin binanın xarici divarının ən yüksək nöqtəsinin hündürlüyü 68,3 metr nəzərdə tutulmuşdur. Aparılmış tədqiqat nəticəsində, quxarıda qeyd olunanları, o cümlədən təqdim olunmuş materialları (məktub, layihə və s.) və baxış zamanı aşkar olunmuş faktiki vəziyyəti nəzərə alaraq, ekspertlər qarşısında qoyulmuş suallara dair nəticələr aşağıdakı kimi müəyyən edilmişdir. Tədqiqat nəticəsində müəyyən olunmuşdur ki, ünvan 11 ünvanında yerləşən kürsülü köhnə 4-5 mərtəbəli yaşayış binasının və Əhmədbəy Ağaoğlu küçəsi, ünvanında yerləşən '‘Şəfəq” MTK tərəfindən 2005-ci üdə inşa edilmiş 12-16 mərtəbəli yaşayış binasının qarşısında (üzbəüz, bitişik və s.) Cavabdeh1 tərəfindən inşası aparılmış 2 ədəd 19 mərtəbəli bina və "xxxx" MTK tərəfindən inşa edilmiş 17 mərtəbə səviyyəsində tamamlanmamış 1 ədəd bina Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.1. bəndinin və Azərbayjan Respublikası Nazirlər Kabinetinin 21 fevral 2014-cü il tarixli 51 nömrəli qərarı ilə təsdiq edilmiş «Ərazilərin zonalaşdırıİması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar»ın 4.13. bəndinin tələblərinə uyğun deyildir. “Tədqiqatın Nəticəsi”nin 1-ci suala cavabda qeyd olunur ki, Cavabdeh1 tərəfindən inşası aparılmış 2 ədəd 19 mərtəbəli bina AR Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.1. bəndinin və AR Nazirlər Kabinetinin 21 fevral 2014-cü il tarixli 51 nömrəli qərarı ilə təsdiq edilmiş «Ərazilərin zonalaşdınlması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar»ın 4.15. bəndinin tələblərinə uyğun deyildir. “Tədqiqatın Nəticəsinin 3-cü suala cavabda qeyd olunıır ki, tədqiq olunan ünvanda Cavabdeh1 tərəfindən inşa olunmuş binaların tikintisi zamanı yol verilmiş bir sıra pozuntuları nəticəsində, Ə.Əlizadə küçəsi 36a ünvanında yerləşən kürsülü 4-5 mərtəbəli yaşayış binasının əsasən həyət sahəsinə tərəf baxan mənzillərinə düşən təbii günəş şüalarına, hava axınına, eləcə də şəhərə görünüş mənzərəsinə məhdudiyyət yaranmasına, həmçinin binanın xarici görünüşünün aşağı səviyyəsinə düşməsinə (pisləşməsinə), memarlıq baxımdan keyfiyyətsizliyinə səbəb olmuşdur. X27 “Tədqiqatın Nəticəsi” hissəsində 4-cü suala cavabda qeyd olunur ki , 4. Qeyd olunanları nəzərə alaraq, ünvan 11 ünvanında yerləşən kürsülü 4-5 mərtəbəli və Əhmədbəy Ağaoğlu küçəsi 12 ünvanında yerləşən "xxxx" MTK tərəfindən 2005-ci ildə inşa olunmuş 12-16 mərtəbəli yaşayış binalarının mənzil sahəsinin 1 kv.ninin satış bazar qiyməti ilə dəyərinin 12,5% aşağı düşməsinə təsir edən amil kimi qəbul olunaraq, Cavabdeh1 və "xxxx" MTK tərəfindən tikinti aparılmamışdan qabaq müraciət edən şəxslərin yaşadığı binalarda yerləşən mənzillərin 1 kv.metrinin satış qiyməti 1700 manat olmuşdursa, hazırda bu qiymət təxminən 1500,00 manat (1700m 12,5%) müəyyən edilməklə, həmin binalarda yerləşən mənzil sahiblərini hər bir kv.metr sahədə təxminən 200,00 manat civarında ziyan dəyə bilməsi müəyyən edilir. Bununla təsdiq olunur Bakı Şəhər İcra Hakimiyyəti Başçısımı 26.12.2014 il tarixli 642 nömrəli Sərəncamı ilə Cavabdeh1-ya ünvan 24 ünvanında yerləşən torpaq sahəsini icarəyə verərək 107 nömrəli Ekspert Rəyində 4-cü suala cavabındakı əmilləri nəzərə almayıb və nəticədə ünvan 11 ünvanında yerləşən kürsülü 4-5 mərtəbəli və Əhmədbəy Ağaoğlu küçəsi 12 ünvanında yerləşən "xxxx" MTK tərəfindən 2005-ci ildə inşa olunmuş 12-16 mərtəbəli yaşayış binalarının mənzil sahəsinin 1 kv.m-nin satış bazar qiyməti ilə dəyərinin 12,5% aşağı düşməsinə təsir edən amil kimi səbəb olub. 107 saylı Ekspert Rəyində qeyd edilmiş Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.1.bəndinin tələblərinin pozulması eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 11 mart tarixli 72 nömrəli qərarı ilə təsdiq olunmuş “Ara məsafəsi ilə bağlı müfəssəl Qayadalar”ın 9-cu bəndin tələblərinin pozulmasımda təsdiq edir. Yuxanda qeyd olunmuş qanunvericilik tələblərinin pozulması : ərazinin tikinti sıxlığının əmsalının pozulması, qeyd olunmuş ara məsafəsinin pozulması eləcə də yaşadığı binadakı mənzillərin insolyasiya normlarının pozulması eyni zamanda Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 4-cü Maddəsində qeyd olunmuş Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi və istiqamətlərinə ziddir. Bununla təsdiq olunur ki, Bakı Şəhər İcra Hakimiyyətinin 26.12.2014 il tarixli 642 nömrəli Sərəncamı ilə "xxxx" MTK-ya torpaq sahəsi ayrılarkan Əlişərəf Əlizadə 36a ünvanında yerləşən qonşu torpaqların AR Mülki Məcəlləsinin 227-ci maddəsinin və AR Mənzil Məcəlləsinin 35-ci maddəsinin və Azərbaycan Respublikasının 13-cü və 29-cu maddələrinin tələblərinə əsasən sahə mülkiyyətçilərinin və istifadəçilərinin qanunla qorunan mənafeləri nəzərə alınmamışdır. Həmçinin, Bakı Şəhər İcra Hakimiyyətinin 26.12.2014 il tarixli 642 nömrəli Sərəncamı ilə Cavabdeh1M TK-nın icarəyə verilən Bakı şəhəri, Nərimanov rayonu , 793-cü məhəllə Qarabağ 65-67 ünvanlarında yerləşən torpaq sahəsi çoxmənzilli yaşayış binasına məxsus olduğuna görə və sərəncam verilən zaman həmin ünvanda yerləşən mənzillər xüsusi mülkiyyətdə olduğuna görə “X18 “ qanunun 5-ei maddəsinə əsasən icarəyə verilə bilən dövlət mülkiyyətində olan torpaqların təsnifatına daxil deyildir. Həmin qanunun 7-ci maddəsinə əsasən. Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinin xüsusi mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının mülki və torpaq qanunvericiliyində nəzərdə tutulmuş qaydada icarəyə verilə bilər. Həmin qanunun 18-ci maddəsinə əsasən: "Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsini qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə torpaqlarını isə bələdiyyələr həyata keçirirlər. Xüsusi mülkiyyətdə olan torpaqların icarəyə verilməsini qanunvericilikdə nəzərdə tutulmuş qaydada mülkiyyətçilər həyata keçirirlər.Həmin Qanunun 10-cu maddəsinin birinci hissəsinə əsasən: “- Azərbaycan Respublikasında torpaqlar mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə, torpaq müsabiqələri və ya hərracları vasitəsilə icarəyə verilə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət icarəsinə verilməsi istisna olmaqla, bələdiyyə torpaqları üzərində icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.” Beləliklə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********43 nömrəli, 04 noyabr 2020-ci il tarixli, **********31 nömrəli və **********22 nömrəli 10.06.2021 il tarixli məktublarla təsdiq edilir ki, Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 342 nömrəli 18.07.2017 il tarixli qanunsuz sərəncamı əsasında ünvan 26 ünvanında 2 qirişli 19 mərtəbəli yaşayış binalarının tikintisi üçün 18.07.2017 tarixdə Cavabdeh1MTK-ya verilmiş “Obyektin tikintisinə icazə № 30 “ Cavabdeh1MTK- ya torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd olmadan qanunla müəyyən olunmuş qaydaları pozulması ilə verilmiş tikinti icazəsidir. Yuxarıda qeyd olunmuş rəsmi məktublar, sənədlər və qeyd olunmuş qanunvericilik tələblərinə əsasən aşkar edilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 26.12.2014 il tarixli 642 nömrəli Sərəncamı ilə qanunla müəyyən olunmuş qaydaları pozmaqla torpaq sahələri ayırılmışdır. Həmçin aşkar edilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 342 nömrəli 18.07.2017 il tarixli qanunsuz sərəncamı əsasında ünvan 27 ünvanında 2 qirişli 19 mərtəbəli yaşayış binalarının tikintisi üçün 18.07.2017 tarixdə “Zirvə-14 MTK-ya verilmiş '‘Obyektin tikintisinə icazə № 30 “qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və quraşdırma işlərinin aparılmasına verilmiş icazədir. Yuxarıda qeyd edilmiş rəsmi məktublara əsasən aşkar edilir ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi öz növbəsində “Zirvə-14" MTK-ya ünvan 7 ünvanında yerləşən torpaq sahəsində 19 mərtəbəli yaşayış binalarının tikintisi üçün şəhərsalma əsaslandır.lmasını "xxxx"MTK-nın adına sözügedən ünvanda yerləşən torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd olmadan və Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 6 nömrəli qərarın 1.8-ci maddənin tələblərinin pozulması ilə razılaşdırılmışdır. Beləliklə, yuxarıdakılara əsaslanaraq bildirir ki,"Zirvə- 14” MTK-nın, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin. Bakı Şəhər İcra Hakimyyətinin, Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin vəzifəli şəxsləri tərəfindən yol verdikləri yuxarıda qeyd olunmuş qanun pozuntuları nəticəsində O.Əlizadə küçəsi 36a ünvanında çoxmənzilli yaşayış binasına məxsus həyətdə yerləşmiş, qonşuluqda ünvan 28 ünvanında yerləşən torpaq sahəsi ilə həmsərhəd olan və sözügedən ərazi ilə ortaq divar sayılan daş hasar boyunca O.Əlizadə küçəsi 36a ünvandakı qarajların altında yerləşən torpaq sahəsinin Cavabdeh1 tərəfindən aparılan tikinti işləri nəticəsində zəbt olunmuşdur. Eyni zamanda məhkəməyə təqdim olunmuş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********43 nömrəli 04 noyabr 2020-ci il tarixli, 05 noyabr 2020-ci il tarixli **********31 nömrəli və **********22 nömrəli 10.06.2021 il tarixli məktublarına və Ekspert rəylərinə əsasən aşkar olunmuşdur ki "Zirvə-14”MTK tərəfindən 19 mərtəbəli yaşayış binaların şəhərsalma və tikinti normalarının pozulması ilə tikinti aparılan torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət MTK-ya verilmiş “Obyektin tikintisinə icazə № 30” qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və quraşdırma işlərinin aparılmasına verilmiş icazədir. O, 1967 ildən Ə.Əlizadə 36a ünvanındakı binanın 12 nömrəli mənzildə 1963 ildən bəri 55 il müəllimlik stajı var. İddiaçı məxsus qarajın "xxxx" MTK tərəfindən və qarajın altındakı torpaq sahəsinin zəbt olunması məqsədi ilə qəsdən sökülməsi öz təsdiqini tapmışdır. Cavabdeh1-nın təqsirli qanuna zidd (delikt)hərəkətləri nəticəsində boşaldılmış torpaq sahəsində qanunla müəyyən olunmuş qaydaların pozulması ilə ayrılmış torpaq sahəsinin üzərində qarnınla müəyyən olunmuş qaydaların pozulması ilə verilmiş tikinti icazənin əsasında şəhərsalma və tkinti normaların pozulması ilə gözümün qabağında uzun müddət ərzində aparılan tikinti və cavabdehlərin qanunsuz hərəkətləri ilə hüquqlarının pozulması, övladın İddiaçı uzun müddət ərzində 2018-ci ildən bu günə qədər məhkəmələrdə pozulmuş hüquqlarının müdafiəsi üçün vaxtını və əsəblərini və vəsaitlərini sərf etməyə məcbur olduğuna görə o, uzun müddət ərzində 2018 ildən bəri mənəvi sarsıntı, narahatlıq, dərin iztirab, məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik hissləri keçirir. Məhkəmə baxışı iclasında iddiaçı eyni zamanda mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X6 nümayəndəsi İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi X12 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh1-nın nümayəndəsi H.Ağayev iddia tələbinin əsassız olduğunu bildirərək rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə digər cavabdehlər qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdehlərin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Eyni zamanda Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinənin 05.03.2021-ci il tarixdə İddiaçı iddia ərizəsinə etiraz verərək bildirmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yarında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş idarəsinə qarşı ünvan 20 nömrəli binanın sakinlərinin ümumi istifadəsi üçün nəzərdə tutulmuş və üzərində iddiaçının qarajı olan torpaq sahəsinə verilən icarə müqaviləsi və ayrıc aktının iddiaçının istifadəsində olan torpaq sahəsi hissəsində etibarsız hesab edilməsi barədə qətnamə çıxarılması haqqında iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində göstərildiyi kimi ünvan 20 ünvanına dair Bakı Şəhər icra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən ayrıc aktı və icarə müqaviləsi verilmişdir. Məlum olduğu kimi, “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 01.08.2018-ci il tarixli 226 nömrəli Fərmanına əsasən Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 19.03.2019-cu il tarixli 597 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi haqqında Əsasnamə"nin 1.1-ci bəndinə əsasən Baş İdarə Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazə verən, statusu mərkəzi icra hakimiyyəti orqanlarının yanında olan dövlət agentliklərinin və dövlət xidmətlərinin statusuna bərabər sayılan, Komitənin strukturuna daxil olan qurumdur. Həmin Əsasnaməyə əsasən ayrıc aktı və torpaq icarə müqaviləsinin bağlanması ilə əlaqədar Baş İdarəyə səlahiyyət verilməmişdir. Göstərilənləri nəzərə alaraq, ərizədə göstərilən məsələlər ilə bağlı Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən hər hansı qanun pozuntusuna yol verilməmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsini cavabdeh qismindən çıxarılması və Baş idarəyə qarşı hissədə İddiaçı iddia tələblərinin rədd edilməsi üçün tədbirlərin görülməsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən hər iki iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 104518 nömrəli 09 aprel 2002-ci il tarixli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 31 ünvanında yerləşən mənzil İddiaçı məxsus olmuşdur; Bakı şəhəri Nərimanov Rayon İcraiyyə Komitəsinin sədr müavini E.İbrahim-zadənin Bakı şəhəri Nərimanov rayonu 36 saylı Mənzil istismar Kontorunun rəisi M.A.Əliyevə və Rıleyev küçəsi (indiki Ələşrəf Əlizadə küçəsi) 36a saylı ünvanda yaşayan A.Q.Baba-zadə və digərlərinə ünvanlandığı 03.11.1988-ci il tarixli məktubdan görünür ki, «Rıleyev küçəsi 36a saylı ünvandakı evin sakinlərinin kollektiv ərizəsinə baxılaraq minik avtomaşınlarının saxlanması üçün həyətin hasarı boyunca yüngül metal örtüyündən dam quraşdırılmasına icazə verilmişdir. Gündüzlər isə həmin dam örtüyünün altı uşaqların istirahəti və oynamasına xidmət etməlidir. Bununla yanaşı həyətdə yenidənqurma işləri aparılmalı, məişət tullantıları üçün nəzərdə tutulmuş yığma məntəqəsi yenidən qurulmalı, bütün bunlar rayonun memarı ilə razılaşdırılmalı və bütün aparılacaq işlər rayonun sakinlərinin vəsaiti hesabına nəyata keçirilməlidir»; 29.12.2001-ci il tarixli, 141686 №-li müqavilədən görünür ki, X13 ilə İddiaçı arasında bağlanmış müqavilədən görünür ki, X13 ona məxsus olan Bakı şəhəri, Ə.Əlizadə, ev 36a, mənzil 21-i İddiaçı satmışdır. “Birinci tərəf” X15 ilə “İkinci tərəf” X21 arasında bağlanmış 29.09.2018-ci il tarixli ilkin alqısatqı müqaviləsindən görünür ki, tərəflər bu müqavilədə müəyyən edilmiş şərtlərlə Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 07.02.1992-ci il tarixli 278 nömrıli Sərəncamının əsasən X15 adına olan Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə, (keçmiş Rılıyev) küçəsi, bina 36” a” həyətində yerləşən ümumi sahəsi 17,67 kv.m olan daş qaraja dair gələcəkdə əsas alqı-satqı müqaviləsi bağlamağı öhdələrinə götürmüşlər. Bakı Apelyasiya Məhkəməsinin MK-nın 08.07.2019-cu il tarixli, 2(103)-8282/2019 saylı qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, həmin iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 19.03.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, ilk və qarşılıqlı iddia tələblərinin təmin edilməməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 26.12.2019-cu il tarixli, 2(102)- 7921/2019 saylı qərarı ilə cavabdeh “Zirvə-14" MTK-nın kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 08 iyul 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. 07.10.2020-ci il tarixli İddiaçı tərəfindən “Zirvə-14" MTK-ya ünvanlanmış pretenziya məktubundan görünür ki, İddiaçı qısa müddət ərzində Ə.Əlizadə küçəsi 36a ünvanında olmuş qaraj sahəsinin ərazisinin boşaldılaraq ona təhvil verilməsini xahiş etmiş, əks haqlda məhkəməyə müraciət edəcəyini bildirmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Ə.Əlizadə, ev 36a, mənzil 12 04.12.2015-ci ildən X6 mülkiyyətindədir; Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 10.06.2021-ci il tarixli **********22 №-li məktubundan görünür ki, “Zirvə-14" MTK-nın adına ünvan 32 ünvanda dövlət reyestrində qeydiyyatdan keçmiş torpaq sahəsi aşkar edilməmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 26 dekabr 2014-cü il tarixli sərəncamı ilə ünvan 5 ünvanda yerləşən torpaq sahəsi icarə əsasında yüksək mərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün Cavabdeh1-nin istifadəsinə verilmişdir. 15/109 nömrəli 02.06.2015 il tarixli ayrıc aktından görünür ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 26 dekabr 2014-cü il tarixli sərəncamı ilə ünvan 5 ünvanda yerləşən torpaq sahəsi icarə əsasında yüksək mərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün Cavabdeh1-nin istifadəsinə verilmişdir. Torpağın icarəyə verilməsi haqqında 23 iyun 2015-ci il tarixli 1069№-li müqavilədən görünür ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 26 dekabr 2014-cü il tarixli, 642 №-li sərəncamı, 03.06.2015-ci il tarixli, 13094 saylı inşaat pasportu əsasında , Nərimanov rayonu, 793-cü məhəllə, Qarabağ küçəsi 65-67 saylı ünvanda ayrılmış torpaq sahəsinin 49 il müddətinə “Zirvə-14" MTK-ya icarəyə verilməsi barədə razılığa gəlinmişdir. X1 28 iyul 2021-ci il tarixli, 258 №-li rəyindən görünür ki, ünvan 20 ünvanında yaşayan İddiaçı mülkiyyətində olmuş və X10 məxsus daşınar əmlakın saxlanc kimi istifadə olunmuş (hazırda sökülmüş) 86 nömrəli qarajın Ə.Əlizadə küçəsi 36A ünvanında yerləşən çoxmənzilli 4-5 mərtəbəli yaşayış binasının 5 mərtəbə olan hissəsinin sayca 1 -ci girişi ilə, yəni üzərində 96 nömrə qeyd olunan giriş ilə üzbəüz yeləşir. İddiaçı məxsus sökülmüş 86 nömrəli qarajın yerində “Zirvə-14" MTK tərəfindən tikilmiş 19 mərtəbəli yaşayış binalarının 2-ci növbədə tikilmiş və Bakı şəhər İcra Hakimiyyətinin Me’marlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 26.01.2017-ci il tarixdə təsdiq olunmuş 18/04-25 nömrəli eskiz layihəsində Blok 1 adlanan bina yerləşir. İkinci sual üzrə: Eksperiza tədqiqatına təqdim olunmuş materialları, o cümlədən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin rəis müavini Eldar Mirzəyevin 05.11.2020-ci il tarixli **********31 saylı məktubu, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-7921/2019 saylı 26 dekabr 2019-cu il tarixli qərarı ilə qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8282/2019 saylı 08 iyul 2019 il tarixli qətnaməsini və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35-ci maddəsinin, Mülki Məcəlləsinin 227-ci maddəsinin, Torpaq Məcəlləsinin 5-ci maddəsinin tələblərini nəzərə alaraq, Ə.Əlizadə küçəsi 36a ünvanında çoxmənzilli yaşayış binasına məxsus həyətdə yerləşmiş, qonşuluqda ünvan 33 ünvanında yerləşən torpaq sahəsi ilə həmsərhəd olan və ortaq divar sayılan daş hasar boyunca Ə.Əlizadə küçəsi 36a ünvanındakı qarajların altında yerləşən torpaq sahəsinin Cavabdeh1 tərəfindən aparılan tikinti işləri nəticəsində zəbt olunduğu müəyyən edilir. Üçüncü sual üzrə: İMEİ**********76887/01 nömrəli mobil telefonu aparatı vasitəsilə 04 iyul və 05 iyul 2018-ci il tarixlərdə aparılmış fotoçəkilişlərə əsasən, İddiaçı məxsus qarajın texniki xüsusiyyətlərini nəzərə alaraq, qarajın saxlanç yeri kimi istifadə olunması üçün yararlı olması səbəbindən, saxlanç yeri kimi istifadə olunurdu. İMEİ**********76887/01 və İMEİ**********99505 nömrəli mobil telefonu aparatları vasitəsilə, 08.11.2018-ci il, 07.01.2019-cu, 10.01.2019-cu və 19.04.2019- cu il tarixlərdə aparılmış fotoçəkilişlərdən və videoyazılışlardan müəyyən olunur ki, İddiaçı məxsus qarajın yan divarları, qapıları və damı yerində dəyişməz olaraq qalıb, qarajın arxa divarı isə sökülmüş vəziyyətdə olmuşdur. Belə ki, qarajın texniki xüsusiyyətləri baxımından, qarajın bütövlüyü pozulması nəticəsində, qarajın saxlanç yeri kimi istifadəsi qeyri-mümkün olmuşdur. Məhkəmə araşdırması ilə müəyyən olundu ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 26 dekabr 2014-cü il tarixli sərəncamı ilə ünvan 5 ünvanda yerləşən torpaq sahəsi icarə əsasında yüksək mərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün Cavabdeh1-nin istifadəsinə verilmişdir. Həmçinin Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 26.12.2014-cü il tarixli 642 nömrəli sərəncamı ilə Cavabdeh1-nin müraciəti əsasında Nərimanov rayonu, 793-cü məhəllə, Qarabağ 65- 67 ünvanlarında yerləşən 0.581 hektar torpaq sahəsi icarə əsasında çox mərtəbəli yaşayış binalarının layihələndirilməsi üçün Cavabdeh1-nin istifadəsinə verilmiş, aidiyati qurumların rəyi, razılığı və digər zəruri sənədlər əsasında Bakı şəhəri İcra Hakimiyyətinin 18.07.2017 il tarixli 324 nömrəli sərəncamı ilə Nərimanov rayonu, 793-cü məhəllə, Qarabağ 65-67 ünvanalrında yerləşən torpaq sahəsində Cavabdeh1-ya 19 mərtəbəli yaşayış binalarının tikintisinə icazə və xüsusi nişan verilmişdir. Nəticədə Cavabdeh1 sərəncam əsasında ona icarəyə verilmiş ərazidə tikinti işlərinə başlamışdır. Hazırda iş üzrə İddiaçı Cavabdeh1 tərəfindən tikinti işləri aparılarkən ona məxsus qrajın MTK tərəfindən söküldüyünü iddia edir. Belə ki, №141686 nömrəli, 29 dekabr 2001-ci il tarixli müqavilə əsasında İddiaçı ünvan 13 nömrəli binada 21 saylı mənzili alqı-satqı müqaviləsi əsasında almış və mənzili alarkən 86 saylı qarajı da almışdır. Bu səbəbdən İddiaçı cavabdehlər Cavabdeh1-ya, Bakı şəhər İcra Hakimiyyətinə, Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma Arxitektura Komitəsinə qarşı “torpaq sahəsinin qanunsuz olaraq zəbt edilməsinin qadağan edilməsi, boşaldılması, icarə müqaviləsi və ayrıc aktın etibarsız hesab edilməsi, qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi, maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan əlavə mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X14 cavabdehlər Cavabdeh1-ya, Bakı şəhər İcra Hakimiyyətinə, Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə və Azərbaycan Respublikası Dövlət Şəhərslma və Arxitektura Komitəsinə qarşı “istifadə hüququnun bərpası, icarə müqaviləsinin və ayrıc aktının etibarsızlığı, cavabdehin hesabına torpaq sahəsinin boşaldılması, qanunsuz tikilinin sökülməsi, daş hasarın bərpa edilməsi və mənəvi zərər” tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. O, Cavabdeh1 tərəfindən aparılan tikinti işlərinin qanunsuz olduğunu bildirərək tikinti işlərinin qanunvericiliyin normalarının pozulmaqla aparıldığını, bu səbbdən də tikinti işlərinin dayandırılaraq ərazidə əvvəlki vəziyyətin bərpa edilməsini və tikinti işlərinin bağlanılmasına əsas olmuş hüquqi sənədlərin etibarsız hesab edilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur; Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, hər iki iddia üzrə iddiaçı şəxslərin hazırkı iddiası əsassızdır, iddiaçı şəxslər müvafiq iddia ərizəsini əsaslı edən sübutlarını məhkəməyə təqdim edə bilməmişlər, mövcud sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Belə ki, İddiaçı sökülmüş qarajın özünə məxsus olduğunu iddia etsə də, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov Rayon İcraiyyə Komitəsinin sədr müavini E.İbrahim-zadənin Bakı şəhəri Nərimanov rayonu 36 saylı Mənzil istismar Kontorunun rəisi M.A.Əliyevə və Rıleyev küçəsi (indiki Ələşrəf Əlizadə küçəsi) 36a saylı ünvanda yaşayan A.Q.Baba-zadə və digərlərinə ünvanlandığı 03.11.1988-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, «Rıleyev küçəsi 36a saylı ünvandakı evin sakinlərinin kollektiv ərizəsinə baxılaraq minik avtomaşınlarının saxlanması üçün həyətin hasarı boyunca yüngül metal örtüyündən dam quraşdırılmasına icazə verilmişdir. Gündüzlər isə həmin dam örtüyünün altı uşaqların istirahəti və oynamasına xidmət etməlidir. Bununla yanaşı həyətdə yenidənqurma işləri aparılmalı, məişət tullantıları üçün nəzərdə tutulmuş yığma məntəqəsi yenidən qurulmalı, bütün bunlar rayonun memarı ilə razılaşdırılmalı və bütün aparılacaq işlər rayonun sakinlərinin vəsaiti hesabına nəyata keçirilməlidir»; Göründüyü kimi qeyd edilən qaraj İddiaçı şəxsi mülkiyyəti deyil, ümumi istifadə üçün nəzərdə tutulmuşdur. Eyni zamanda qeyd edilən qaraj özbaşına tikili olmuş, hazırda həmin tikili mövcud deyil. Bu səbəbdən məhkəmə İddiaçı iddiasını “torpaq sahəsinin qanunsuz olaraq zəbt edilməsinin qadağan edilməsi, boşaldılması. Cavabdeh1MTK tərəfindən qəsdən sökülmüş ona məxsus qarajın yerləşdiyi torpaq sahəsindən onun istifadə hüququnun bərpası” hissəsində əsassız hesab edir. Məhkəmə hesab edir ki, hazırki mübahisə baxımından iddiaçıların hazırkı tələblərlə yaşayış binasnın tikintisinə icazənin ləğvi, Əliəşrəf Əlizadə 36a ünvanında yerləşən yaşayış binasının sahə mülkiyyətçilərinin ümumi mülkiyyətində olan torpaq sahəsinin Cavabdeh1MTK -nın vəsaiti hesabına boşaldılması və özbaşına tikilinin Cavabdeh1-nın vəsaiti hesabına sökülməsi və ərazidən daşınıb çıxarılması, Nərimanov rayonu, 793-cü məhəllə Qarabağ 65-67 ünvanlarında yerləşən torpaq sahəsi və ünvan 3 çoxmənzilli yaşayış binasına məxsus və binanın sahə mülkiyyətçilərinin ümumi mülkiyyətində olan həyət ilə sərhəddə 2018-ci ilə qədər mövcud ortaq divar olan daş hasarın əvvəlki yerdə Cavabdeh1MTK-nın vəsaiti hesabına bərpa edilməsi vəzifəsi Cavabdeh1-nın üzərinə qoyulması barədə tələbləri 3-cü şəxslərin mülkiyyət hüquqlarına müdaxilə kimi qiymətləndirilir. Hazırkı vəziyyətdə iddiaçılar öz hüquqlarından sui-istifadə edərək, ünvan 34 ünvanında yerləşən, ******* nömrəli çıxarış əsasında ünvan 3 çoxmənzilli yaşayış binanın sökülməsi və ona dair müvafiq sənədlərin etibarsız sayılmasını, ona məxsus qarajn bərpa olunmasını, istifadəyə dair maneələrin aradan qaldırılmasını tələb edir. Halbuki, Mülki Məcəllənin 560.1-ci maddəsinə görə mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər; 339.2-ci maddəsinə görə şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin; 339.3-cü maddəsinə görə aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin; 339.4-cü maddəsinə görə əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Məhkəmə hesab edir ki, hər iki iddia üzrə iddiaçılar tərəfindən mübahisələndirilən Cavabdeh1-nın tikinti işlərinə başlamasına əsas olmuş sərəncam və əqdlərin etibarsızlığına əsas olacaq hər hansı pozuntuya yol verilməmişdir. Digər tərəfdən, iddiaçıların hazırkı tələblə müraciət etmək üçün subyektiv hüqüqu mövcud deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X6 mənəvi ziyan tələbi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X11 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X11 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenumum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X11 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Bu baxımdan məhkəmə belə qənaətə gəlir ki, X14 tərəfindən cavabdehin təqsirli hərəkətlərinin təsirindən onun sağlamlığının və psixoloji vəziyyətinin pozulmasına dair iddia tələbinin dəlilləri öz təsdiqini tapmadığından, cavabdehdən mənəvi zərərin əvəzinin tutulması üzrə iddia tələbi rədd olunmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, hər iki iddia üzrə ödənilmiş dövlət rüsumları iddia ərizəsi rədd edildiyindən Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1-ya, Bakı şəhər İcra Hakimiyyətinə, Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma Arxitektura Komitəsinə qarşı “torpaq sahəsinin qanunsuz olaraq zəbt edilməsinin qadağan edilməsi, boşaldılması, icarə müqaviləsi və ayrıc aktın etibarsız hesab edilməsi, qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi, maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi təmin olunmasın. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X6 cavabdehlər Cavabdeh1-ya, Bakı şəhər İcra Hakimiyyətinə, Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə və Azərbaycan Respublikası Dövlət Şəhərslma və Arxitektura Komitəsinə qarşı “istifadə hüququnun bərpası, icarə müqaviləsinin və ayrıc aktının etibarsızlığı, cavabdehin hesabına torpaq sahəsinin boşaldılması, qanunsuz tikilinin sökülməsi, daş hasarın bərpa edilməsi və mənəvi zərər” tələbinə dair iddia ərizəsi təmin olunmasın. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar