Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-968/2021 24.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2, Cavabdeh2 MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" Kompani MMC-yə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" Kompani MMC-yə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC-nin direktoru X6 ilə Cavabdeh1 arasında bağlanmış ünvan 1 ünvanında inşa edilən 4 saylı yaşayış binasının 23-cü mərtəbəsində ümumi tikinti sahəsi 157,6 kv.m-dən ibarət olan 3 otaqlı 103 nömrəli mənzilə dair müqavilənin etibarsız hesab edilməsi və həmin mənzilə dair Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, ”Sahil- D Kompani” MMC-nin direktoru X6 ilə X4 arasında bağlanmış ünvan 2 ünvanında inşa edilən 4 saylı yaşayış binasının 23-cü mərtəbəsində ümumi tikinti sahəsi 157,6 kv.m-dən ibarət olan 3 otaqlı 103 nömrəli mənzilə dair müqavilənin etibarsız hesab edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, “Sahil-D Kompani" MMC-nin direktoru X6 ilə mənim aramda bağlanmış 04 mart 2009-eu il tarixli müqaviləyə əsasən ünvan 2 ünvanında inşa edilən 4 saylı yaşayış binasının 23-eü mərtəbəsində ümumi tikinti sahəsi 157,6 kv.m-dən ibarət olan 3 otaqlı 103 nömrəli mənzili hər kv.metri 800 manat olmaqla 126080 manata almışam. 04 mart 2008-ci il tarixli kassa mədaxil orderinə əsasən 126080 manat pulu “Sahil-D Kompani" MMC-nə ödəmişəm. Azərbaycan Respublikası Mərkəzi X13 10 aprel 2002-ci il tarixli qərarı ilə təsdiq edilmiş “AZƏRBAYCAN RESPUBLİKASİNİN KREDİT TƏŞKİLATLARİNDA KASSA ƏMƏLİYYATLARİNİN APARİLMASİ VƏ QİYMƏTLİLƏRİN İNKASSASİYASİNİN təşkili Qaydaları"ında göstərilir ki, kassir (Xəzinadar)— kassa əməliyyatlarını həyata keçirən maddi məsul şəxsdir. Kassa sənədi — kassa əməliyyatlarının aparılması üçün istifadə olunan ilkin uço: sənədidir. Kassa əməliyyatları mədaxil və məxaric kassa orderləri ilə sənədləşdirilirlər. 126080 manat pulu ödəməyim barədə mənə verilmiş 04 mart 2009-cu il tarixli kassa mədaxil orderi “Qayda"lara uyğundur, ilkin uçot sənədi olmaqla mənzilin pulunu ödəməyimə sübutdur. Pulu ödədikdən sonra Cavabdeh2 MMC borcum olmaması barədə mənə maliyyə arayışı vermişdir. Müqavilə, kassa mədaxil orderi, maliyyə arayışı nəzərə alınmaqla Azərbaycan Respublikası MM-nin 178.8-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25 oktyabr 2010-cu il tarixli qərarına əsasən mənzil üzərində sahiblik, istifadə hüququ əldə etmişəm. Bu yaxınlarda mənə məlum olmuşdur ki, Cavabdeh2 MMC-nin direktoru X6 ilə Cavabdeh1 arasında ünvan 2 ünvanında inşa edilən 4 saylı yaşayış binasının 23-cü mərtəbəsində ümumi tikinti sahəsi 157,6 kv.m-dən ibarət olan 3 otaqlı 103 nömrəli mənə məxsus mənzili hər kv. metri 550 manat olmaqla 86680 manata Cavabdeh1 satılmasına dair 11 avqust 2011 -ci il tarixli 175 nömrəli müqavilə bağlanmış, mənzilin pay dəyərinin Cavabdeh1 tərəfindən tam ödənilməsi, ‘‘Sahil-D Kompanr MMC-yə borcu olmaması barədə 17 may 2013-cü il tarixli maliyyə arayışı verilmişdir. Sonra da Cavabdeh1 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən adına çıxarış almışdır. Hesab edirəm ki, cavabdehlər arasında bağlanmış 175 nömrəli 11 avqust 2011 -ci il tarixli müqavilə və 17 may 2013-cü il tarixli maliyyə arayışı saxtadır aşağıdakılara əsasən: Müqavilənin 1.1 -ci bəndindən göründüyü kimi Satıcı alıcıya hazır mənzili təhvil verir. Bununla yanaşı müqavilənin 2-ci bəndində satıcının öhdəlikləri qeyd olunur. Məlum olur ki, satıcı binanın tikilməsi ilə bağlı çox saylı işləri yerinə yetirməlidir. Alıcı da 157.6 kv.m tikinti sahəsinin hər kv.mctri üçün 550 manat olmaqla ümumi məbləğ olaraq 86680 manat pulu ödəməlidir. Müqavilənin 2.2.3-cü bəndində göstərilir ki, alıcı ümumi məbləğin ilkin pay kimi 10.000 manatını ödəyir, qalan məbləği fiziki şəxs kimi X7 həmin binada hörgü və mərmər işlərini gördükcə hissə-hissə ödəyəcəkdir. Qurban Kərimov müqavilədə tərəf kimi göstərilməmiş və müqaviləni imzalamamışdır və heç bir məsuliyyət daşımır. Qurban Kərimovun bu müqavilədən məlumatı olmadığı və ödənilməmiş qalan 76680 manat pulu ödəmək barədə öhdəçilik götürmədiyi halda tərəflərin arasında bağlanmış 17 may 2013-cü il tarixli müqavilənin bütün şərtləri barədə tələb olunan formada razılığın olmamasına dəlalət edir. İstər Cavabdeh1, istərsə də X7 mənzilin pulunu ödəmədiklərinə görə Cavabdeh1 mənzilə heç bir hüququ yoxdur. Hüququ olmadığı halda o, mənzilə qanunsuz yolla çıxarış almışdır. Cavabdeh1 mənzilin pay haqqını tam ödəmədən çıxarış alması tam qanunsuzdur. Mənzil hələ 04 mart 2009-cu ildə iddiaçıya satıldığına görə xəbəri və razılığı olmadan mənzilə dair yeni müqavilə bağlanması yolverilməzdir. Beləliklə, sübuta yetir ki, cavabdehlərin öz aralarında bağladıqları 11 avqust 2011-ci il tarixli müqavilə və 17 may 2013-cü il tarixli maliyyə arayışı saxtadır, etibarsızdır. Müqavilə Mülki Məcəllənin 390.2, 398.1, 405.1-ci maddələrinin tələblərinə uyğun gəlmir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X5 iddia tələbi ilə eyni məzmunlu izahat verib iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 MMC-nin nümayəndəsi X3 iddia tələbinin dəlillərinə etiraz etməyərək bildirdi ki, 2009-2013-cü illərdə tikinti işləri davam etdirilirdi. Məzahir Cəfərov dünyasını dəyişdikdən sonra işıq, qaz və su xəttlərinin çəkilməsinə o nəzarət etmişdir. 2011-2012-ci illərdə bağlanan müqavilələrdə saxtakarlığa yol verilməsi ilə əlaqədar əsas təsisçi olan İ.Qasımov araşdırmaların aparılması üçün Bakı şəhər Prokurorluğuna və Daxili İşlər Nazirliyinə müraciət etmişdir. Cinayət işi üzrə 2012-ci ildə araşdırılma başlanılmışdır. Araşdırmalar hələ də davam edir. Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində təsisçilərdən biri olan Sahib İbrahimov barəsində saxta müqavilələrin imzalanmasına görə cinayət işi var. Cavabdeh1 pul ödəməyib. Qohumluq əlaqələrindən istifadə edərək Məzahir Cəfərova təsir edərək məcburi şəkildə saxta müqavilələr və maliyyə arayışları imzalatdırmışdılar. Araşdırmalar göstərir ki, Cavabdeh1 hər hansı bir məbləğdə ödəniş etməyib. Bundan başqa fasadın qurulması və liftin quraşdırılması işləri yarım qalmışdır. Cavabdeh1 mənzil üzərində mülkiyyət hüququnun tanınması barədə məhkəmə qərarı olub. İcraçılar mənzilə gələndə onun bundan xəbəri olmuşdur. Daha sonra o, Apellyasiya Məhkəməsinə bu məsələ ilə bağlı şikayət vermişdir. Apellyasiya Məhkəməsi onların leyhinə qətnamə qəbul etmişdi. Cavabdeh1 həmin qətnamədən kassasiya şikayəti vermişdi. Lakin Ali Məhkəmə də cavabdeh Cavabdeh2 MMC-nin xeyrinə qətnamə qəbul etmişdir. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, məhkəməyə gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.3 və 185.5-ci maddəsinə əsasən onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi aşağıda qeyd olunanlara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 2 saylı İnzibati-İqtisadi Məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli 2-1(82)- 3761/2018 nömrəli qərarına əsasən ünvan 3 ünvanda yerləşən 103 saylı mənzilin üzərində mülkiyyət hüquqlarının Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alınmaqla bu barədə daşınmaz əmlakın dövlət reyesterində çıxarışın və texniki pasportun verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə həvalə edilmişdir. Maliyyə arayışının surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən 4 saylı yaşayış kompleksi Cavabdeh2 MMC-yə məxsusdur. Bu kompleksin 23-cü mərtəbəsində ümumi tikinti sahəsi 157,6 kv.m olan 3 otaqlı, 103 saylı mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmişdir, onun Cavabdeh2 MMC-yə borcu yoxdur. İddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış 04 mart 2009-cu il tarixli müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi 1156 ünvanında inşa olunan 4 saylı yaşayış binasının 23-cü mərtəbəsində ümumi tikinti sahəsi 157,6 kv m-dən ibarət olan 3 otaqlı yaşayış sahəsi, 103 saylı mənzili “Alıcı”ya təhvil verilir. Cavabdeh2 MMC-nin kassa mədaxil orderinin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi 1156 ünvanında inşa olunan 4 saylı yaşayış binasının 23-cü mərtəbəsində ümumi tikinti sahəsi 157,6 kv.m-dən ibarət olan 3 otaqlı yaşayış sahəsi, 103 saylı mənzilin pay dəyəri İddiaçı tərəfindən tam ödənilmişdir, onun müvafiq mənzilə dair MMC-yə borcu yoxdur. “Alıcı” Cavabdeh1 ilə Cavabdeh2 MMC arasında bağlanmış 11 avqust 2011-ci il tarixli müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi 1156 ünvanında inşa olunan 4 saylı yaşayış binasının 23-cü mərtəbəsində ümumi tikinti sahəsi 157,6 kv m-dən ibarət olan 3 otaqlı yaşayış sahəsi, 103 saylı mənzili “Alıcı”ya təhvil verilir. “Alıcı” yuxarıda göstərilən yaşayış binasını ümumi sahəsi 157,6 kv.m-dən ibarət olan tikinti sahəsinin hər kv metr üçün 550 manat ödəməyi öz öhdəsinə götürür. (2.2.1-ci bəndi) Müqavilənin ümumi məbləği 86680 manat təşkil edir. (2.2.2-ci bəndi) Alıcı ümumi məbləğin ilkin pay kimi 10000 manatı ödəyir, qalan məbləği fiziki şəxs X8 həmin binada hörgü və mərmər işlərini gördükcə hissə-hissə ödəyəcək. (2.2.3-cü bəndi) Cavabdeh2 MMC-nin 17 may 2013-cü il tarixli Maliyyə arayışının surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən 4 saylı yaşayış kompleksi Cavabdeh2 MMC-yə məxsusdur. Bu kompleksin 23-cü mərtəbəsində ümumi tikinti sahəsi 157,6 kv.m olan 3 otaqlı, 103 saylı mənzilin pay dəyəri payçı Cavabdeh1 tərəfindən tam ödənilmişdir, onun Cavabdeh2 MMC-yə borcu yoxdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 5 Cavabdeh1 məxsusdur. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində 3000 nömrəli reyestr kitabının 280057 nömrəli vərəqində 11.02.2019-cu il tarixdə qeydiyyat aparılmışdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, ünvan 4 ünvanında yerləşən 4 saylı yaşayış kompleksi Cavabdeh2 MMC-yə məxsusdur. Bu kompleksin 23-cü mərtəbəsində ümumi tikinti sahəsi 157,6 kv.m olan 3 otaqlı, 103 saylı mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmişdir, onun Cavabdeh2 MMC-yə borcu yoxdur. İddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış 04 mart 2009-cu il tarixli müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi 1156 ünvanında inşa olunan 4 saylı yaşayış binasının 23-cü mərtəbəsində ümumi tikinti sahəsi 157,6 kv m-dən ibarət olan 3 otaqlı yaşayış sahəsi, 103 saylı mənzili “Alıcı”ya təhvil verilir. Cavabdeh2 MMC-nin kassa mədaxil orderinin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi 1156 ünvanında inşa olunan 4 saylı yaşayış binasının 23-cü mərtəbəsində ümumi tikinti sahəsi 157,6 kv m-dən ibarət olan 3 otaqlı yaşayış sahəsi, 103 saylı mənzilin pay dəyəri İddiaçı tərəfindən tam ödənilmişdir, onun müvafiq mənzilə dair MMC-yə borcu yoxdur. “Alıcı” Cavabdeh1 ilə Cavabdeh2 MMC arasında bağlanmış 11 avqust 2011-ci il tarixli müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi 1156 ünvanında inşa olunan 4 saylı yaşayış binasının 23-cü mərtəbəsində ümumi tikinti sahəsi 157,6 kv m-dən ibarət olan 3 otaqlı yaşayış sahəsi, 103 saylı mənzili “Alıcı”ya təhvil verilir. “Alıcı” yuxarıda göstərilən yaşayış binasını ümumi sahəsi 157,6 kv.m-dən ibarət olan tikinti sahəsinin hər kv metr üçün 550 manat ödəməyi öz öhdəsinə götürür. (2.2.1-ci bəndi) Müqavilənin ümumi məbləği 86680 manat təşkil edir. (2.2.2-ci bəndi) Alıcı ümumi məbləğin ilkin pay kimi 10000 manatı ödəyir, qalan məbləği fiziki şəxs X8 həmin binada hörgü və mərmər işlərini gördükcə hissə-hissə ödəyəcək. (2.2.3-cü bəndi). ünvan 4 ünvanında yerləşən 4 saylı yaşayış kompleksi Cavabdeh2 MMC-yə məxsusdur. Bu kompleksin 23-cü mərtəbəsində ümumi tikinti sahəsi 157,6 kv.m olan 3 otaqlı, 103 saylı mənzilin pay dəyəri payçı Cavabdeh1 tərəfindən tam ödənilmişdir, onun Cavabdeh2 MMC-yə borcu yoxdur. 2 saylı İnzibati-İqtisadi Məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli 2-1(82)- 3761/2018 nömrəli qərarına əsasən ünvan 3 ünvanda yerləşən 103 saylı mənzilin üzərində mülkiyyət hüquqlarının Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alınmaqla bu barədə daşınmaz əmlakın dövlət reyesterində çıxarışın və texniki pasportun verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə həvalə edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 5 Cavabdeh1 məxsusdur. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində 3000 nömrəli reyestr kitabının 280057 nömrəli vərəqində 11.02.2019-cu il tarixdə qeydiyyat aparılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1-ci, 139-1.1.3-cü və 139-1.1.4-cü maddələrinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı, habelə qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur; 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir; 337.1-ci maddəsinə əsasən, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər; 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər; 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən – mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair 25.10.2010-cu il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 133-cü maddəsinin müddəalarına uyğun tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslərin kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququna malikdir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun: 8.0-cı və 8.0.4-cü maddələrinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə qeyd edir ki, əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Mülki Məcəllədə etibarsız əqdlər öz kateqoriyasına görə mübahisə edilən və ya əhəmiyyətsiz əqdlərə bölünməklə növündən asılı olaraq onların müxtəlif əsasları müəyyən edilmişdir. Lakin mübahisə edilən və ya əhəmiyyətsiz əqd olmasından asılı olmayaraq daşınmaz əmlakın alqı-satqısından irəli gələn mülkiyyət hüququnun əmələ gəlməsi üçün ən azı iki tərəfin iradə ifadəsinin bildirilməsi, başqa sözlə ən azı iki tərəfin öz aralarında bağlanmış müqavilə şəklində razılaşması tələb olunur. Belə əqdlərdə lazımı subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun ifadə olunmasının vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Sadə dildə dedikdə, birincisi - hər iki tərəf bilavasitə və ya nümayəndəsi vasitəsi ilə məcburi qaydada müqavilənin bağlanmasında iştirak etməlidir, ikincisi – tərəflər müqaviləni bağlamalıdırlar (imzalamalıdırlar). Sonradan həmin əqdin etibarsız hesab edilməsi üçün hər hansı əsasın, o cümlədən əqdin hakimiyyətdən suiistifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində, habelə hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün və ya başqa əqdi pərdələmək və ya digər məqsədlərlə bağlanmasının müəyyən edilməsi istisna deyil. Bu da belə əqdlərin Mülki Məcəlləsinin 337-ci maddəsinin tələbləri baxımından etibarsız hesab edilməsi üçün bilavasitə əsas yaradır. Lakin hər bir halda Mülki Məcəllənin əqdlərin etibarsızlığı ilə bağlı məsələləri tənzimləyən 14-cü fəslindən (337-354-cü maddələr) belə nəticəyə gəlmək olur ki, tərəflərin iştirakı ilə və onlar tərəfindən (şəxsən və ya nümayəndə vasitəsi ilə) imza edilməklə bağlanmış əqdlərin etibarsızlığı mübahisələndirilə bilər. Məhkəmə hesab edir ki, iddia tələbində mübahisələndirilən hallar üzrə ünvan 5 ünvanında yerləşən mənzillə bağlı bağlanmış 11 avqust 2011-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi ilə mübahisəyə qiymət verilməlidir. Göründüyü kimi, ünvan 5 ünvanında yerləşən mənzilə dair həm İddiaçı, həm də Cavabdeh1 adına onların hər birinin ayrılıqda mənzilin alqı-satqısını təsdiqləyən müqavilələr vardır. Məhkəmə qeyd edir ki, həmin müqavilələrin Cavabdeh2 MMC-nin direktoru X6 tərəfindən bağlanılması işin mübahisəsiz hallarıdır. Məhkəmə ilk öncə ünvan 5 ünvanında yerləşən mənzilə dair Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış 11 avqust 2011-ci il tarixli müqavilənin etibarsızlığı ilə bağlı məsələyə münasibət bildirərkən qeyd olunmalıdır ki, həmin müqavilənin 2.2.1, 2.2.2 və 2.2.3-cü bəndlərinə əsasən, Cavabdeh1 tikinti sahəsinin hər kv metri üçün 550 manat ödəməyi öz öhdəsinə götürmüş, müqavilənin ümumi məbləği 86680 manat təşkil etmiş, alıcı ümumi məbləğin ilkin pay kimi 10000 manatı ödəyərək, qalan məbləği fiziki şəxs X8 tərəfindən həmin binada hörgü və mərmər işlərini gördükcə hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, faktiki olaraq fiziki şəxs X8 tərəfindən hansısa işlərin görülməsi, eləcə də Cavabdeh1 tərəfindən hər hansı məbləğdə pulun Cavabdeh2 MMC-nin kassasına mədaxil edilməsi müəyyən edilməmişdir. Digər tərəfdən mülki iş materiallarında olan 04.03.2009-cu il tarixli müqavilə ilə müəyyən edilir ki, mübahisəli mənzil İddiaçı tərəfindən müvafiq qaydada MMC-nin kassasına ödəniş edilməklə onun tərəfindən alınmışdır. Məhkəmə araşdırması müddətində Cavabdeh1 tərəfindən 11 avqust 2011-ci il tarixli müqavilənin bağlanması ilə bağlı aparılmış ödənişlər, fiziki şəxs X8 tərəfindən aparılmış müvafiq işlərə dair sübutar təqdim edilməmiş, ilkin ödəniş və sonrakı ödənişlər barədə kassa mədaxil orderlərini və s.ni məhkəməyə təqdim etməmişdir. Bundan başqa məhkəmə hesab edir ki, mübahisəli müqavilə iddiaçıya məxsus müqavilədən daha sonra bağlanmış, lakin Cavabdeh1 tərəfindən keçirilmiş məhkəmə iclasları zamanı onunla digər cavabdeh cəmiyyət arasında bağlanmış müqavilənin etibarlı əqd olması, onun həmin müqavilə üzrə vicdanlı sahib olması və s. ilə əlaqədar izahatlar, etirazlar daxil olmamışdır. Qeyd edilənlərdən, belə nəticəyə gəlinir ki, Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış 11 avqust 2011-ci müqavilədə Mülki Məcəllənin 340.2-ci maddəsində nəzərdə tutulan yalan əqdin əlamətləri də müşahidə olunur. Ona görə də, Cavabdeh1 iddia tələbinə etirazlarda yuxarıda deyilənlərə aydınlıq gətirməli idilər. Məhkəmə yuxarıda qeyd olunanlara yekun olaraq bildirir ki, ünvan 5 ünvanında yerləşən mənzil iddiaçı şəxs İddiaçı daim istifadəsi və sərəncamında olmuşdur. Belə ki, qeyd edilən mənzilə dair müvafiq müqavilə ilkin olaraq iddiaçı şəxsin adına bağlanmış, onun tərəfindən əldə edilmişdir. Məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, iddia tələbi əsaslıdır və Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında ünvan 5 ünvanında yerləşən mənzilə dair bağlanmış 11 avqust 2011-ci il tarixli müqavilə etibarsız hesab edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, Mülki Məcəllənin əqdin etibarsızlığının hüquqi nəticələrini tənzimləyən 337.5-ci maddəsinin müddəaları tətbiq edilməməlidir. Həmin maddəyə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Belə ki, işdən görünür ki, məhkəmə araşdırması zamanı alqı-satqı müqaviləsi üzrə məbləğin həqiqətən də ödənilməsi faktı müəyyən olunmadığından əqdin etibarsızlığının nəticələri hazırkı iş üzrə tətbiq edilməməlidir. Çünki, etibarsızlığın nəticələrinin hazırkı iş üzrə tətbiq edilməsinin üçün əsaslar mövcud deyildir. Məhkəmə hesab edir ki, iddia tələbi üzrə dövlət rüsumunun ödənilməsi bağlı tələb olmadığından, mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında ünvan 5 ünvanında yerləşən mənzilə dair bağlanmış 11 avqust 2011-ci il tarixli müqavilə etibarsız hesab edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-968/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-968/2021
24.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver