Məhkəmə qərarları › İş №2(005)-971/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-971/2022

02.03.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-971/2022 02.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əhmədzadə Əhməd Elman oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx"ASC-yə qarşı “elektrik enerjisi sərfinə görə hesablanmış borcun silinməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx"ASC-yə qarşı “elektrik enerjisi sərfinə görə hesablanmış borcun silinməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin ərizələrini nəzərdən keçirib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, mülki iş baxılmamış saxlanılmalıdır. Belə ki, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 məhkəmə elektron informasiya sistemi vasitəsi ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin cavabdeh "xxxx"ASC-yə ünvanlanmış məhkəmə bildirişini göndərmişdir. Həmin bildirişdən görünür ki, İddiaçı "xxxx" ASC-yə qarşı qarşı “elektrik enerjisi sərfinə görə hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin icraatındadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa, iddia ərizəsi baxılmamış saxlanılır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 03 №-li qərarının 7.1-ci maddəsinə Azərbaycan Respublikası MPM-nin 259.0.4-cü maddəsində müəyyən olunmuş əsasla ərizənin baxılmamış saxlanılmasına o hallarda yol verilir ki,başqa məhkəmənin və yaxud həmin məhkəmənin icraatında olan digər iş eyni tərəflər arasında, eyni predmet üzrə və eyni əsaslarla əlaqədar olsun. Bunlardan hər hansı biri üzrə fərq olduqda həmin əsasla ərizə baxılmamış saxlanıla bilməz. Bu qayda cinayət işlərində mülki iddianın olması, başqa iş üzrə iddia ərizəsinə eyni tələbin daxil edilməsi hallarına da aiddir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunanlara əsasən İddiaçı cavabdeh "xxxx"ASC-yə qarşı “elektrik enerjisi sərfinə görə hesablanmış borcun silinməsi” tələbinə dair ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.4, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilməsin. İddiaçı cavabdeh "xxxx"ASC-yə qarşı “elektrik enerjisi sərfinə görə hesablanmış borcun silinməsi” tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar