Məhkəmə qərarları › İş №2(005)-978/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-978/2022

14.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-978/2022 14.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs 1 saylı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi cəlb edilməklə ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs 1 saylı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsinə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X4 01.08.2010-cu il tarixində Hacıqabul rayonunda ölməsi faktının müəyyən edilərək, vətəndaşlıq vəziyyəti haqqında aktlarda nnivallq qeydlərin aparılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, əri X6 01.08.2010-cu il tarixində Hacıqabul rayonunda vəfat etmişdir. Hacıqabul rayonunda qəbiristanlıqda dəfn edilmişdir. Bu barədə Hacıqabul rayon Hacıqabul bələdiyyəsi tərəfindən 29.12.2021-ci il tarixli arayış verilmişdir. Ölümü təsdiq edən tibbi sənədlər olmadığına görə ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Hazırda isə ölüm şəhadətnaməsi olmadığına görə, o nikahda olan şəxs hesab olunur. Mülkiyyətində olan əmlakı özgəninkiləşdirmək istədikdə həyat yoldaşının razılığı tələb edilir. Ölüm haqqında şəhadətnaməsini əldə etmək üçün AR Ədliyyə Nazirliyi 1 saylı ASAN xidmət mərkəzində Qeydiyyat şöbəsinə müraciət elmiş, lakin imtina məktubunda qeyd olumuşdur ki, ölümün qeydə alınması üçün zəruri sənədlər təqdim edilmədiyi üçün ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsində mümkün olmamış və ölüm faktının təsdiq edilməsi barədə məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizə ilə eyni məzmunlu ifadə verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Nərimanov Rayon Qeydiyyat Şöbəsi məktubla məhkəməyə müraciət edərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında iştirak etmiş şahid X3 ifadəsində bildirmişdir ki, X6 bacısının əridir, 01.08.2010-cu il tarixdə vəfat etmiş və Hacıqabul rayonunda qəbiristanlıqda dəfn edilmişdir. Məhkəmə iclasında iştirak etmiş digər şahid X2 ifadəsində bildirmişdir ki, ərizəçinin bacısı oğludur. X6 01.08.2010-cu il tarixdə vəfat etmiş, Hacıqabul rayonunda qəbiristanlıqda dəfn edilmişdir. İş materiallarında olan; AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. Hacıqabul rayon qeydiyyat şöbəsinin 17.12.2021-ci il tarixli arayışından görünür ki, X6 ilə X1 nikahları 13.11.1996-cı il tarixdə rəsmiləşdirilmişdir. Hacıqabul rayon qeydiyyat şöbəsinin 17.12.2021-ci il tarixli arayışından görünür ki, 16.07.1968-ci il tarixdə Şirvan şəhərində anadan olmuş X4 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə 17.12.2021-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Hacıqabul Bələdiyyəsinin 29.12.2021-ci il tarixli arayışından görünür ki, mərhum X6 01.08.2010-cu il tarixdə vəfat etmiş və Hacıqabul qəbiristanlığında dəfn olunmuşdur. 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsinin 05/Q-01/76 saylı 07.01.2022-ci il tarixli məktubundan görünür ki, ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyil. Aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, 16.07.1968-ci il tarixdə Şirvan şəhərində anadan olmuş X6 01.08.2010-cu il tarixdə vəfat edib və 01.08.2010-cu il tarixdə Hacıqabul qəbiristanlığında dəfn edilmişdir. Ərizəçi ərinin ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmiş, bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlara əsasən X4 01.08.2010-cu il tarixdə Hacıqabul rayonunda ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 16.07.1968-ci il tarixdə Şirvan şəhərində anadan olmuş X4 01.08.2010-cu il tarixdə Hacıqabul rayonunda ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar