Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-99/2021 05.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X3 qarşı “kredit borcunun tutulması, tələbin ipoteka qoyulmuş əmlaklara yönəldilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X3 qarşı “kredit borcunun tutulması, tələbin ipoteka qoyulmuş əmlaklara yönəldilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılması” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 əsas borc 28338.25 (iyirmi səkkiz min üç yüz otuz səkkiz manat, iyirmi beş qəpik) manat, əsas borca hesablanmış faiz borc 13627.63 (on üç min altı yüz iyirmi yeddi manat, altmış üç qəpik) manat olmaqla, cəmi 41965.88 (qırx bir min doqquz yüz altmış beş manat, səksən səkkiz qəpik) manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 20 (on) manat dövlət rüsumu və 40 (qırx) manat xidmət haqqı olmaqla, cəmi 60 (altmış) manat xərcin və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 30,40 manat dövlət rüsumunun tutularaq "İddiaçı" ASC-yə ödənilməsi, Tutmanın Bank qarşısında ipotekaya qoyulmuş Cavabdeh1 tam mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 1 otaqlı, 31.79 kv.m ümumi, 16.59 kv.m yaşayış, 15.2 kv.m yardımçı sahədən ibarət 10 saylı mənzilə və Cavabdeh2 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 2 otaqlı, 48.81 kv.m ümumi, 28.11 kv.m yaşayış, 20.7 kv.m yardımçı sahədən ibarət 27 saylı mənzilə yönəldilməsi, İpoteka predmetlərinin hərracda satılması üçün hər birinin ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, İpoteka predmetləri olan daşınmaz əmlaklar hərracda satıldıqdan sonra Cavabdeh1, Cavabdeh3 ünvan 1 ünvanında yerləşən 1 otaqlı, 31.79 kv.m ümumi, 16.59 kv.m yaşayış, 15.2 kv.m yardımçı sahədən ibarət 10 saylı mənzildən və Cavabdeh2, X2 ünvan 2 ünvanında yerləşən 2 otaqlı, 48.81 kv.m ümumi, 28.11 kv.m yaşayış, 20.7 kv.m yardımçı sahədən ibarət 27 saylı mənzildən çıxarılmaları və həmin mənzillərin boşaldılması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "İddiaçı" ASC ilə Cavabdeh1 arasında xx xxxxxx 2016-cı il tarixli, 104850-130843/5 nömrəli kredit müqaviləsi imzalanmışdır. Bağlanmış kredit müqaviləsinin şərtlərinə görə "İddiaçı" ASC tərəfindən Cavabdeh1 şəxsi istehlak məqsədi üçün illik 22 faiz dərəcəsi ilə 36 ay müddətinə 77000 (yetmiş yeddi min) manat məbləğində kredit ayrılmışdır. Cavabdeh1 ilə bağlanmış kredit müqaviləsinin təminatı olaraq iki ipoteka müqaviləsi bağlanmışdır. Belə ki, kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 tam mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 1 otaqlı, 31.79 kv.m ümumi, 16.59 kv.m yaşayış, 15.2 kv.m yardımçı sahədən ibarət 10 saylı mənzil xx xxxxxx 2016-cı il tarixli, 104850-130843/5 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən banka ipoteka qoyulmuşdur. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır. Bundan başqa, kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 2 otaqlı, 48.81 kv.m ümumi, 28.11 kv.m yaşayış, 20.7 kv.m yardımçı sahədən ibarət 27 saylı mənzil xx xxxxxx 2016-cı il tarixli, 104850-130843/6 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən banka ipoteka qoyulmuşcur. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır. Cavabdeh1 Kredit Müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bununla əlaqədar, dəfələrlə yazılı formada xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh bundan heç bir nəticə çıxarmamışdır. Bu halda, Bank tərəfindən hər iki ipoteka predmetinə tutma yönəldilməsi barədə ipoteka qoyanlara bildirişlər göndərilmişdir. Bank tərəfindən "İpoteka haqqında" AR-nın Qanununun 36.1-ci maddəsinin tələblərinə uyğun olaraq, hər iki ipoteka predmetinə tutma yönəldilməsi bcrədə xx.xx.2019-cu il tarixli, 001/007/6472/2019 nömrəli Bildiriş ipotekaqoyanlar Cavabdeh1 və Cavabdeh2 xx.xx.2019-cu il tarixdə sifarişli poçt göndərişi üsulu ilə göndərilmişdir. Poçt göndərişi vasitəsilə göndərilmiş həmin bildirişlər onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra xx.xx.2019-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. Kredit Müqaviləsi üzrə borclu Cavabdeh1 öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə, "İddiaçı" ASC-nin ipoteka predmetinə tutmanın yönəldilməsinə başlamaq hüququ yaranmışdır. Bununla bağlı olaraq, qanunvericiliyin tələbinə uyğun ipoteka predmetinə tutmanın yönəldilməsinin tam əsaslı olması Qanunvericiliklə bağlı müddəalarda ətraflı qeyd edilmişdir. Cavabdehin (Borcalanın) öz öhdəliyini icra etməməsi nəticəsində onun Banka olan borcu xx xxxxxx 2019-cu il tarixə Kredit Müqaviləsi üzrə əsas borc məbləği 28338.25 (iyirmi səkkiz min üç yüz otuz səkkiz manat, iyirmi beş qəpik) manat, Kredit məbləğindən istifadəyə görə yaranmış faiz borcunun məbləği - 13627.63 (on üç min altı yüz iyirmi yeddi manat, altmış üç qəpik) manat, cəmi 41965.88 (qırx bir min doqquz yüz altmış beş manat, səksən səkkiz qəpik) manat təşkil edir. Cavabdeh1 məhkəmə iclasında izahat verərək, iddia tələbinin əsassız olduğunu bildirdi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsni xahiş etmişdir. İddiaçı və digər cavabdehlər məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, iştirak etməmiş, bu barədə məhkəməyə məlumat verməmişdir. Həmin Məcəllənin 185.5-ci və 185.6-ci maddələrinə əsasən, məhkəmə iddiaçının və cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyərək, təqdim edilmiş sübutları tədqiq edərək, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarından göründüyü kimi, "İddiaçı” ASC («kreditor») ilə Cavabdeh1 («borcalan») arasında xx.xx.2016-cı il tarixli, 104850-130843/5 saylı kredit müqaviləsin əsasən, Cavabdeh1 illik faiz dərəcəsi 22% olmaqla 36 ay müddətə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan ödəniş cədvəli üzrə hissə-hissə qaytarmaq şərti ilə 77000 manat məbləğində kredit müqaviləsi verilmişdir Qeyd olunan ödəniş cədvəlinə əsasən alınmış kredit vəsaitinə ödənilməli olan faizin həcmi 28,955.45 manat məbləğində nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2016-cı il tarixli, 104843/5 nömrəli kredit müqaviləsinə xx.xx.2017-ci il tarixli 1 nömrəli Əlavə Razılaşmadan görünür ki, bu Əlavə Razılaşam imzalandığı gündən qüvvəyə minir və xx.xx.2016-cı il tarixli, 10485-130843/5 nömrəli kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi kimi ona əlavə edilir. İş materiallarında olan kassa məxaric orderinin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 xx.xx.2016-cı il tarixdə 77000 manat məbləğində vəsaiti almışdır. İş materiallarında olan 104850-130843/5 saylı, xx.xx.2016-cı il tarixli X1 görünür ki, xx.xx.2016-cı il tarxli, 104850-130843/5 nömrəli kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərin icrasının təminatı kimi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən qeydiyyata alınmış xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 tam mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 10 nömrəli mənzili (ümumi sahə (kv.m): 31.79) (Çıxarış: seriya MA № 0323720, reyestr nömrəsi: **********73-05101-093018, qeydiyyat nömrəsi: **********90, qeydiyyat tarixi: xx xxxxxx 2012-ci il) “xxxx” ASC-də ipoteka ilə yüklü edilir. İş materiallarında olan 104850-130843/6 saylı, xx.xx.2016-cı il tarixli X1 görünür ki, xx.xx.2016-cı il tarxli, 104850-130843/5 nömrəli kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərin icrasının təminatı kimi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən qeydiyyata alınmış xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 tam mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 27 nömrəli mənzili (ümumi sahə (kv.m): 48.81) (Çıxarış: seriya RX № 0064408, reyestr nömrəsi: **********32-05101-093003, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx xxxxxxx 2012-ci il) “xxxx” ASC-də ipoteka ilə yüklü edilir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX № ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2, mənzil 27 mənzili İddiaçı ASC-nin xeyirinə ipoteka ilə yüklü edilmiş və daşınmaz əmlakın dövlət reyestrində 220 nömrəli reyestr kitabının 22316 nömrəli vərəqində xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX № ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1, 10 saylı mənzi İddiaçı ASC-nin xeyirinə ipoteka ilə yüklü edilmiş və daşınmaz əmlakın dövlət reyestrində 373 nömrəli reyestr kitabının 34816 nömrəli vərəqində xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2016-cı il tarixli və xx.xx.2017-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, Cavabdeh1n və Cavabdeh2 öhdəliyin tam formada icra edilməsi ilə bağlı xəbərdarlıq edilmiş, əks təqdirdə 7 gün müddətində məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış bildirişin surətindən görünür ki, Bankın pul tələbləri ödənilməzsə tutmanın ipoteka predmeti olan mənzilə yönəldiləcəyi barədə xəbərdarlıq edilmiş, 3 gün ərizndə razılıq əldə edilməsi üçün banka müraciət etmələri xahiş olunmuşdur. İş materiallarında olan, 001/007/6890/2019 saylı, xx.xx.2019-cu il tarixli İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına dair ərizədən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması xahiş edilmişdir. Həmin bildiriş xx.xx.2019-cu il tarixdə, ********** nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan, 001/007/6891/2019 saylı, xx.xx.2019-cu il tarixli İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına dair ərizədən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması xahiş edilmişdir. Həmin bildiriş xx.xx.2019-cu il tarixdə, ********** nömrə ilə qeydə alınmışdır. Beləliklə məhkəmədə müəyyən edildi ki, "İddiaçı” ASC («kreditor») ilə Cavabdeh1 («borcalan») arasında xx.xx.2016-cı il tarixli, 104850-130843/5 saylı kredit müqaviləsin əsasən, Cavabdeh1 illik faiz dərəcəsi 22% olmaqla 36 ay müddətə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan ödəniş cədvəli üzrə hissə-hissə qaytarmaq şərti ilə 77000 manat məbləğində kredit müqaviləsi verilmişdir .Qeyd olunan ödəniş cədvəlinə əsasən alınmış kredit vəsaitinə ödənilməli olan faizin həcmi 28,955.45 manat məbləğində nəzərdə tutulmuşdur. Bundan sonra xx.xx.2016-cı il tarxli, 104850-130843/5 nömrəli kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərin icrasının təminatı kimi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən qeydiyyata alınmış xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 tam mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 10 nömrəli mənzili (ümumi sahə (kv.m): 31.79) (Çıxarış: seriya MA № 0323720, reyestr nömrəsi: **********73-05101-093018, qeydiyyat nömrəsi: **********90, qeydiyyat tarixi: xx xxxxxx 2012-ci il) və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən qeydiyyata alınmış xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 tam mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 27 nömrəli mənzili (ümumi sahə (kv.m): 48.81) (Çıxarış: seriya RX № 0064408, reyestr nömrəsi: **********32-05101-093003, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx xxxxxxx 2012-ci il) “xxxx” ASC-də ipoteka ilə yüklü edilmişdir. İpoteka predmeti olan ünvan 2, mənzil 27 mənzili İddiaçı ASC-nin xeyirinə ipoteka ilə yüklü edilmiş və daşınmaz əmlakın dövlət reyestrində 220 nömrəli reyestr kitabının 22316 nömrəli vərəqində xx.xx.2016-cı il tarixdə və ünvan 1, 10 saylı mənzi İddiaçı ASC-nin xeyirinə ipoteka ilə yüklü edilmiş və daşınmaz əmlakın dövlət reyestrində 373 nömrəli reyestr kitabının 34816 nömrəli vərəqində xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdırlar. İş üzrə İddiaçı ASC həmin kredit müqaviləsində göstərilən məbləğdə pulu Cavabdeh1 verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdehlər bu müqavilələr üzrə öhdəlikləri lazımınca icra etməməklə müqavilələrin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 9/5352 №-li rəyi ilə, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, xx.xx.2016-cı il tarixli, 104850-130843/5 saylı kredit müqaviləsinin və həmin müqavilə əsasında imzalanmış 1 saylı Əlavə Razılaşmada qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 İddiaçı ASC-yə xx.xx.2019-cu il tarixə(kredit müqaviləsinin müddətinin bitdiyi tarixə) 19571.82 manat əsas borc və 586.07 hesablanmış faiz borcu, kredit müqaviləsinin bitdiyi tarixdən xx.xx.2019-cu il tarixədək (illik 5% dərəcəsi ilə hesablanmaqla) 19571.82 manat əsas borc və 1363.50 manat hesablanmış faiz borcu vardır. Rəydə qeyd edilir ki, hazırki ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış xx.xx.2016-cı il tarixli, 104850-130843/5 saylı kredit müqaviləsinin və həmin müqavilənin əsasında imzalanmış razılaşma üzrə cərimə bəndi nəzərdə tutulsa da bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat (cərimə hesabı üzrə çıxarış) olmadığı üçün sualda soruşulan tarixə Cavabdeh1 cərimə borcu hesablanmadı. Həmçinin maliyyə arayışı və hesabdan çıxarış məlumatlarından göründüyü kimi, Cavabdeh1 aldığı kredit vəsaitinə görə xx.xx.2016-cı il tarixli, 104850-130843/5 saylı kredit müqaviləsinin əsasında imzalanmış xx.xx.2017-ci il tarixli razılaşma üzrə İddiaçı ASC-yə razılaşmanın imzaladığı tarixdən, yəni xx.xx.2017-ci il tarixdən kredit müqaviləsinin bitdiyi xx.xx.2019-cu il tarixinədək ümumilikdə 56.075.00 manat məbləğində ödəniş aparmışdır ki, həmin məbləğdən 39.358.68 manat məbləğində pul vəsaiti əsas borcun silinməsi, geriyə qalan 16.716.32 manat məbləğində olan hissəsi isə faiz borcunun silinməsi müəyyən edilir. Beləliklə, məhkəmə iş üzrə ekspert rəyini və təqdim edilmiş sübutları nəzərdən keçirməklə belə qənaətə gəlir ki, iddia tələbi kredit müqavilələri üzrə borcun tutulması hissəsində qismən əsaslıdır, cavabdehlər Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə xx.xx.2016cı il tarixli, 104850-130843/5 nömrəli kredit müqaviləsi üzrə 19571,82 manat əsas və 586.07 manat məbləğində faiz borcu tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 tam mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 1 otaqlı, 31.79 kv.m ümumi, 16.59 kv.m yaşayış, 15.2 kv.m yardımçı sahədən ibarət 10 saylı mənzilə və Cavabdeh2 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 2 otaqlı, 48.81 kv.m ümumi, 28.11 kv.m yaşayış, 20.7 kv.m yardımçı sahədən ibarət 27 saylı mənzilə yönəldilməsi, ipoteka predmetlərinin hərracda satılması üçün hər birinin ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi hissəsində də əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.4-cü maddəsinə görə ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 269.5-ci maddəsinə görə girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 317-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. 319.4-cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 296-cı maddəsinə əsasən, girovsaxlayanın tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilməli, 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya açıq hərracda realizə edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39-cu maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir. İpoteka predmetinin təsviri; ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; zəruri hallarda ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri. Tutma yönəldilən ipoteka predmeti ipoteka qoyanın yeganə yaşayış yeri olduqda və digər yerdə yaşamağa imkanı olmadıqda məhkəmə ipoteka qoyanın vəsatəti əsasında tutmanın yönəldilməsini ən geci bir ilədək müddətə təxirə sala bilər. Tutma yönəldilən ipoteka predmeti üçün verilən möhlət ipoteka ilə təmin olunmuş öhdəlik üzrə tərəflərin hüquq və vəzifələrini dəyişdirmir və möhlət müddəti ərzində artan faizlər, dəbbə pulu və digər haqlar müvafiq olaraq hesablanır. Bu Qanunun 39.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilmə-sinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.3.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Həmin Qanunun 59.3.2-ci maddəsinə əsasən ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olduqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Məhkəmə qeyd edir ki, “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli əmlakın qiymətləndirilməsi nəticələri haqqında hesabatdan görünür ki ünvan 1 ünvanında yerləşən 1 otaqlı, 31.79 kv.m ümumi, 16.59 kv.m yaşayış, 15.2 kv.m yardımçı sahədən ibarət 10 saylı mənzilin qiyməti 65000 manat və ünvan 2 ünvanında yerləşən 2 otaqlı, 48.81 kv.m ümumi, 28.11 kv.m yaşayış, 20.7 kv.m yardımçı sahədən ibarət 27 saylı mənzilin dəyəri 45500 manat təşkil edir. Məhkəmə qeyd edir ki, borc tələbi ipoteka ilə yüklü edilmiş Cavabdeh1 tam mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 1 otaqlı, 31.79 kv.m ümumi, 16.59 kv.m yaşayış, 15.2 kv.m yardımçı sahədən ibarət 10 saylı mənzilə və Cavabdeh2 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 2 otaqlı, 48.81 kv.m ümumi, 28.11 kv.m yaşayış, 20.7 kv.m yardımçı sahədən ibarət 27 saylı mənzilə yönəldilməli, həmin daşınmaz əmlaklar açıq hərraca çıxarılmalı, ünvan 1 ünvanında yerləşən 1 otaqlı, 31.79 kv.m ümumi, 16.59 kv.m yaşayış, 15.2 kv.m yardımçı sahədən ibarət 10 saylı mənzilin açıq hərracda ilkin satış qiyməti 65000 (altmış beş min) manat, ünvan 2 ünvanında yerləşən 2 otaqlı, 48.81 kv.m ümumi, 28.11 kv.m yaşayış, 20.7 kv.m yardımçı sahədən ibarət 27 saylı mənzilin isə hərracda ilkin satış qiyməti 45500 manat müəyyən edilməli, mənzillər satılmalı və ondan əldə ediləcək vəsait Cavabdeh1 banka olan borcunun ödənilməsinə yönəldilməli, borc ödənildikdən sonra ipoteka predmetinin satışından qalan məbləğ müvafiq olaraq ipoteka qoyanlara qaytarılmalıdır. Əmlakların satışından əldə edilən vəsait iddiaçının pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə qalıq borc Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə “ipoteka predmetinə tutma yönəldikdən və əmlakın açıq hərracdan satılmasından sonra 1 (bir) ay ərzində Cavabdeh1 və Cavabdeh3 ünvan 1 ünvanında yerləşən 1 otaqlı, 31.79 kv.m ümumi, 16.59 kv.m yaşayış, 15.2 kv.m yardımçı sahədən ibarət 10 saylı mənzildən və Cavabdeh2, X2 ünvan 2 ünvanında yerləşən 2 otaqlı, 48.81 kv.m ümumi, 28.11 kv.m yaşayış, 20.7 kv.m yardımçı sahədən ibarət 27 saylı mənzilin boşaldılması” tələbinə münasibətdə qeyd edir ki, iddia irəli bu hissədə qismən əsaslıdır və qismən təmin edilməli, mənzillər hərracda satıldıqdan sonra bir ay ərzində cavabdehlər Cavabdeh1 və Cavabdeh3 ünvan 1 ünvanında yerləşən 1 otaqlı, 31.79 kv.m ümumi, 16.59 kv.m yaşayış, 15.2 kv.m yardımçı sahədən ibarət 10 saylı mənzili və Cavabdeh2, X4 ünvan 2 ünvanında yerləşən 2 otaqlı, 48.81 kv.m ümumi, 28.11 kv.m yaşayış, 20.7 kv.m yardımçı sahədən ibarət 27 saylı mənzili tərk etməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinin həmin Məcəllənin 158.2 və 158.4-cü maddələri baxımından şərh edilməsinə dair xx xxxxxx 2015-ci il tarixli qərarında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinə əsasən girov (ipoteka) müqaviləsinin bağlanması zamanı mülkiyyətçi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin və digər şəxslərin razılıqlarının alınmaması girov (ipoteka) müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməməsi qeyd edilmişdir. Sözügedən qərarda göstərilmişdir ki, “İpoteka haqqında” Qanunun 59.1-ci maddəsinə görə yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsində ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələri üçün iki əsas şərt göstərilmişdir. Bunlardan birincisi yaşayış evi və ya mənzilin ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olması, ikinci şərt isə ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslərin ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olmalarıdır. Azərbaycan Respublikası MPM-in: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınaması üçün köçürülmüş 20 manat dövlət rüsumu, 40 manat xidmət haqqı olmaqla, cəmi 60 manat xərc və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30,40 manat dövlət rüsumu, Cavabdeh1 tutularaq iddiaçının xeyrinə, habelə 300 manat mühasibatlıq ekspertizasının xərci Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin xeyrinə, 300 manat qiymətləndirmə ekspertizasının xərci isə “xxxx” MMC-nin xeyrinə ödənilsin. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 104850-130843/5 saylı xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə 19571,82 manat məbləğində əsas borc, 586,07 manat məbləğində faiz borcu olmaqla, cəmi 20157,89 (iyirmi min yüz əlli yeddi səksən doqquz qəpik) manat borcu və ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınaması üçün köçürülmüş 20 manat dövlət rüsumu, 40 manat xidmət haqqı olmaqla, cəmi 60 manat xərc və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30,40 manat dövlət rüsumu tutulsun. Borc tələbi ipoteka ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 1 otaqlı, 31.79 kv.m ümumi, 16.59 kv.m yaşayış, 15.2 kv.m yardımçı sahədən ibarət 10 saylı mənzilə və Cavabdeh2 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 2 otaqlı, 48.81 kv.m ümumi, 28.11 kv.m yaşayış, 20.7 kv.m yardımçı sahədən ibarət 27 saylı mənzilə yönəldilsin, həmin daşınmaz əmlaklar açıq hərraca çıxarılsın, Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 1 otaqlı, 31.79 kv.m ümumi, 16.59 kv.m yaşayış, 15.2 kv.m yardımçı sahədən ibarət 10 saylı mənzilin açıq hərracda ilkin satış qiyməti 65 000 (altmış beş min) manat, Cavabdeh2 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 2 otaqlı, 48.81 kv.m ümumi, 28.11 kv.m yaşayış, 20.7 kv.m yardımçı sahədən ibarət 27 saylı mənzilin açıq hərracda ilkin satış qiyməti 45.500 (qırx beş min) manat müəyyən edilsin, mənzillər satılsın və ondan əldə ediləcək vəsait Cavabdeh1 banka olan borcunun ödənilməsinə yönəldilsin. Borc ödənildikdən sonra ipoteka predmetlərinin satışından qalan məbləğ Cavabdeh1 və Cavabdeh2 qaytarılsın. Əmlakların satışından əldə edilən vəsait iddiaçının pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə qalıq borc ümumi qaydada Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə tutulsun. Mənzillər hərracda satıldıqdan sonra bir ay ərzində Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2, X4 ünvan 1 ünvanında yerləşən 1 otaqlı, 31.79 kv.m ümumi, 16.59 kv.m yaşayış, 15.2 kv.m yardımçı sahədən ibarət 10 saylı mənzili və ünvan 2 ünvanında yerləşən 2 otaqlı, 48.81 kv.m ümumi, 28.11 kv.m yaşayış, 20.7 kv.m yardımçı sahədən ibarət 27 saylı mənzili tərk etsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Mühasibatlıq ekspertiza tədqiqatının dəyəri 300 manat məbləğində pul Cavabdeh1 tutulsun, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qiymətləndirilmə ekspertizası tədqiqatının dəyəri olan 300 manat məbləğində pul Cavabdeh1 tutularaq, “xxxx” MMC-nin hesabına VÖEN **********, Hesab № AZN: AZ25GUNA********************, Bank: Gunay Bank ASC, VÖEN:**********, Müxbir hesab: AZ25NABZ********************, KOD:505594, SWİFT:GUNAAZ22 keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-99/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-99/2021
05.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver