Məhkəmə qərarları › İş №2(006)-1032/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1032/2022

02.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1032/2022 02.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «hüquqi əhəmiyyətli ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsini maraqlı şəxs qismində qeyd etməklə, «hüquqi əhəmiyyətli ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, anası, 17.05.1923-cü il tarixdə Bakı şəhərində doğulmuş X2 24.06.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, anası, X3 24 iyun 2021-ci il tarixdə vəfat etmişdir. Bu faktı təsdiq edən təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsinin surətini ərizəyə əlavə edir. Həmin vərəqdə ölümün ilkin səbəbi kimi həkimə qədər ölüm qeyd olunmuşdur. Həmçinin, mərhum anasının 27348 nömrəli təvəllüd şəhadətnaməsinin və özünün İ-İE seriyalı 919836 saylı doğum haqqında şəhadətnamənin surətini ərizəyə əlavə edir. Bildirir ki, anası vəfat etdikdən sonra dəfn işləri və dəfn mərasimi ilə əlaqədar ölüm faktının qeydə alınması barədə məlumat verilməsi müddətini ötürmüşlər. Belə ki, Nəsimi rayon Qeydiyyat şöbəsinə 10 gün ərzində məlumat vermələri mümkün olmamışdır. Bu səbəbdən, Nəsimi rayon Qeydiyyat şöbəsinə ölümün qeydə alınması barədə dəfələrlə müraciət olunsa da, Nəsimi rayon Qeydiyyat şöbəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı Qərarının 8.4-cü bəndinə əsaslanaraq X2 ölümünü qeydiyyata almaqdan şifahi şəkildə imtina etmiş və məsələ ilə əlaqədar məhkəməyə müraciət etmələrini bildirmişlər. Qeyd etmişlər ki, şəxsin vəfat etməsi faktının müəyyən olunması barədə məhkəmə qətnaməsi olduğu halda ölüm qeydə alına bilər. Abşeron rayonu Novxanı bələdiyyəsinin 285 nömrəli 13 sentyabr 2021-ci il tarixli arayışı ilə təsdiq olunur ki, həqiqətən də mərhum anası X3 24 iyun 2021-ci il tarixdə Novxanı qəbristanlığında dəfn olunub və dəfn mərasimi ilə bağlı bütün xərcləri özü çəkmişdir. Həmin arayışın surətini ərizəyə əlavə edir. Qeyd edir ki, adıçəkilən sənədlərlə yanaşı mərhum anasının qəbrinin fotoşəkli də ərizəyə qoşma kimi əlavə olunur. Qeyd edir ki, mərhum anasının ölüm faktını təsdiq edən kifayət qədər sübut da vardır. Bu faktı təsdiq edən, təcili tibbi yardımın ölüm haqqında xəbərdarlıq vərəqəsini ərizəyə əlavə edir. Həmin vərəqdə ölümün ilkin səbəbi, tibbi heyətin tərkibi, təcili tibbi yardımın çağırış tarixi və xəstə ilə bağlı digər məlumatlar əksini tapır. Həmçinin, yuxarıda qeyd etdiyi Abşeron rayonu Novxanı bələdiyyəsinin 285 nömrəli 13 sentyabr 2021-ci il tarixli arayışı və qəbrin fotoşəkli də mərhum anasının ölüm faktını təsdiq edir. X1 24.06.2021-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə 19 yanvar 2022-ci il tarixli məktub ünvanlayaraq ərizəyə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, nümayəndənin məhkəmə iclasına gələ bilməməsinin üzürlü səbəbi kimi iş həcminin çox olmasını göstərmişdir. Məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, şahid X6 məhkəmə iclasında ifadə verərək bildirdi ki, mərhum X3 onun xalası olub. 24 iyun 2021-ci il tarixdə vəfat etmişdir. Novxanı qəbiristanlığında dəfn edilmişdir. Dəfndə iştirak etmişdir. Ərizəçinin anası X3 17.05.1923-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. İş materiallarına əlavə olunmuş digər sənədlərdən görünür ki, ölüm faktının müəyyən edilməsi tələb edilən şəxs ərizəçinin anasıdır. Bakı şəhəri T və TTYS-in 8 saylı Bölməsinin 24.06.2021-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X2 adına çağırış daxil olmuş, 09:35-də ünvana gələn həkim həkimgələnə qədər ölüm baş verdiyini (qadın cinsli meyit) qeyd etmişdir. Abşeron rayonu Novxanı Bələdiyyəsinin 13 sentyabr 2021-ci il tarixli 285 saylı arayışından görünür ki, X3 24 iyun 2021-ci il tarixdə Novxanı qəbristanlığında dəfn olunmuşdur. Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsinin 17 sentyabr 2021-ci il tarixli 05/Q- 1705/75 saylı məktubundan görünür ki, ərizəçiyə X1 ölümünün qeydə alınması üçün zəruri olan sənəd təqdim edilmədiyindən hazırda ölümün dövlət qeydiyyatına alınmasının qeydiyyat şöbəsində mümkün olmaması bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, Ərizəçi anasının ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, 17.05.1923-cü il tarixdə Bakı şəhərində doğulmuş X3 24.06.2021-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 17.05.1923-cü il tarixdə Bakı şəhərində doğulmuş X2 24.06.2021-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Hazırkı qətnamə faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar