Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1048/2021 08.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsi hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi X13 qızının katibliyi, Ərizəçi oğlunun iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb etdiyi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1957-ci il təvəllüdlü X2 Bakı şəhərində xx xxxx 2020-ci il tarixində vəfat etməsi faktı müəyyən edilməsi, X2 vəfat etməsi faktının müəyyən edilməsi “ölüm haqqında şəhadətnamənin” verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək izahatında göstərdi ki, həyat yoldaşə xx xxxxxxx 1957-ci ildə Azərbaycan Respublikası Fizuli rayonunda anadan olmuş, mərhum X4 xx xxxx 2020-ci il tarixdə vəfat etmişdir. Vəfat etdiyi günədək Bakı şəhəri, Nəsimi rayonu, M.Əliyev küçəsi 251 saylı evin 48-ci mənzilində yaşamışdır. Aşağıda qeyd edilən səbəblərdən sonuncuya ölüm haqqında şəhadətnamənin müvafiq qaydada qeydiyyat şöbəsi tərəfindən verilməsi mümkün olmamışdır. Belə ki, evdə xəstə yatan məhrum Kübra Abbasova xx xxxx 2020-ci il tarixdə saat 05:00 radələrində halı pisləmiş, xəstə üçün təcili yardım çağırılmış, lakin təcili yardım gələnə kimi xəstə ölmüşdür. Çağırışa gəlmiş BŞT və TTYS-nin 08 saylı Bölməsinin təcili yardım həkim biriqadası tərəfindən müayinə edilmiş və sonuncunun öldüyü ilə bağlı “ölüm haqqında xəbərdarlıq vərəqəsi” verilmişdir. Ölüm haqqında şəhadətnamə alınması üçün Qeydiyyat şöbəsinə müraciət edilmiş və yuxarıda qeyd edilən Təcili yardım tərəfindən verilmiş “ölüm haqqında xəbərdarlıq vərəqəsi” təqdim edilmişdir. Lakin Qeydiyyat şöbəsi ölüm haqqında şəhadətnamənin verilməsi üçün “ölüm haqqında xəbərdarlıq vərəqəsi” nin yetərli olmadığını, bunun üçün poliklinikadan “ölüm haqqında həkim şəhadətnaməsi”nin tələb olunduğu bildirilmişdir. Bununla bağlı mərhumun qeydiyyatda olduğu Bakı şəhəri 01 saylı şəhər poliknikasına müraciət edilmişdir. Lakin 01 saylı poliklinika, mərhumun həmin poliklinikada qeydiyyatda olsada, sonuncu dəfə poliknikaya 2007-ci ildə müraciət etdiyindən, son illərdə poliknikaya müraciəti olmadığından, “ölüm haqqında həkim şəhadətnaməsi”nin poliklinikaya müraciəti olmadığından, “ölüm haqqında həkim şəhadətnaməsi”nin poliklinika tərəfindən verilməsinin mümkün olmadığı bildirilmiş və bu barədə məhkəməyə təqdim edilməsi üçün xx.xx.2020-ci il tarixdə 185 saylı cavab məktubu verilmişdir. Bu səbəbdən də mərhumun ölüm haqqında şəhadətnaməsinin əldə edilməsi mümkün olmadığından, ölüm faktının müəyyən edilməsi məcburiyyət yaranmışdır. Sonda ərizəçi ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs qismində qoyulmuş Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Şöbənin rəisi Şəfəq Salmanlı məhkəməyə məktub ünvanlayaraq mülki işə şöbənin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, mərhum X4 ilə qohumdur, həm də eyni kənddə yaşamışlar. Novruz bayramı ərəfəsində qəflətən rəhmətə getmişdir. Novxanıda dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, mərhum X4 ilə yaxın tanışlıq münasibəti olmuşdur. Gecə vaxtı Novruz bayramı ərəfəsində rəhmətə getmişdir. Ölüm səbəbi trombdan olmuşdur. Novxanıda dəfn olunmuşdur. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Təcili və X5 Stansiyası ölüm haqqında xəbərdarlıq vərəqəsindən məlum olur ki, xx.xx.2020-ci il tarixində saat 05:10 radələrində X2 adına çağırış daxil olmuşdur. Çağırışa gələn həkimlər “qadın cinsinə məxsus meyit” aşkar etmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi 01 nömrəli şəhər Poliklinikasının xx.xx.2020-ci il tarixli, 185 saylı məktubundan görünür ki, A.H.Kazımov adına 01 nömrəli şəhərpoliknikasının müdiriyyəti bildirir ki, M.A.Əliyev küçəsi 251 mənzil 48 ünvanında qeydiyyatda olan 1957-ci il təvəllüdlü X4 01 nömrəli şəhər poliklinikasında xx.xx.1993-cü ildən ambulator qeydiyyatdadır. K.Abbasovanın poliklinikaya son müraciəti xx.xx.2007-ci ildə olmuşdur. X3 ölüm haqqında şəhadətnamənin poliknika tərəfindən verilməsi mümkün deyil. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisənin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Yuxarıda göstərilənlərlə əlaqədar nəzərinizə çatdırırıq ki, ölümün qeydə alınması üçün zəruri sənədi təqdim edilmıdiyindən hazırda ölümün dövlət qeydiyyatına alınması qeydiyyat sahəsində mümkün olmamışdır. İş materiallarında olan 03 saylı Bakı Asan Xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, X7 ilə Ərizəçi nikaha daxil olmuşlar, nikah haqqında xx xxxxxx 1979-cu il tarixdə 13№li akt qeydi tərtib olunmuşdur. Nikahın qeydə alındığı yer Füzuli rayon qeydiyyat şöbəsidir. Nikahdan sonra ərə “Abbasov, arvada “Abbasova” soyadı verilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını da müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinin tələblərinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə hesab edir ki, ərizəçi hüquqlarının həyata keçirilməsi üçün lazım olan sənədlərin başqa yolla əldə edilə bilməməsini sübuta yetirə bilmişdir. Beləliklə, ərizəçinin izahatından, iş materiallarındakı sübutlardan məlum olur ki, xx.xx.1957-ci il təvəllüdlü X4 Bakı şəhərində xx xxxx 2020-ci il tarixində vəfat etmişdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1957-ci il təvəllüdlü X4 Bakı şəhərində xx xxxx 2020-ci il tarixində vəfat etməsinə dair hüquqi fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1957-ci il təvəllüdlü X2 Bakı şəhərində xx xxxx 2020-ci il tarixində vəfat etməsi faktı müəyyən edilsin. X2 vəfat etməsi faktının müəyyən edilməsi “ölüm haqqında şəhadətnamənin” verilməsi üçün əsasdır. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-1048/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1048/2021
08.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver