Məhkəmə qərarları › İş №2(006)-1055/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1055/2021

19.03.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1055/2021 19.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclas katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh LPO Cavabdeh ASC-yə qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və “xxxx” MMC 3-cü şəxs qismində cəlb edilməklə) «ipoteka müqaviləsinə xitam verilməsi və s.» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ASC ilə “xxxx” MMC arasında bağlanmış, xx xxxxxx 2006-cı il tarixli, 1/117 saylı kredit müqaviləsinə təminatı olan xx.xx.2006-cı il tarixli, 38 nömrəli ipoteka müqaviləsinə xitam verilməli, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, məhəllə 518-də istifadədə olan 0.18742 ha torpaq sahəsində yerləşən 13 nömrəli, 5 mərtəbəli binanın, 3-cü mərtəbəsində yerləşən 79.8 kv.m ümumi, 54 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 41 nömrəli mənzil (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarış, Seriya MH, N0009743.ş Reyestr nömrəsi **********51-05101-093001, Qeydiyyat nömrəsi 110620134, Qeydiyyat tarixi xx.xx.2006-cı il, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmişdir) ipoteka ilə yüklülükdən azad edilməli, bu barədə Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhəri Ərazi İdarəsi tərəfindən ipotekaya xitam verilməsi və ipoteka qeydiyyatının ləğvi barədə müvafiq qeydlər aparılmalı, həmçinin mənim həmin əmlak üzərində hüquqlarımı əks etdirən Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən müvafiq çıxarış mənə verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC ilə “xxxx” MMC arasında bağlanmış, xx xxxxxx 2006-cı il tarixli, 1/117 saylı kredit müqaviləsinə əsasən “xxxx” MMCyə 60 ay müddətinə, illik 7 faiz olmaqla 88000 AZN (səksən səkkiz min manat) məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq onunla xx.xx.2006-cı il tarixli, 38 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, məhəllə 518-də istifadədə olan 0.18742 ha torpaq sahəsində yerləşən 13 nömrəli, 5 mərtəbəli binanın, 3-cü mərtəbəsində yerləşən 79.8 kv.m ümumi, 54 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 41 nömrəli mənzil (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, X2 Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarış, Seriya MH, N0009743.Ş Reyestr nömrəsi **********51-05101-093001, Qeydiyyat nömrəsi 110620134, Qeydiyyat tarixi xx.xx.2006-cı il, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmişdir) Cavabdeh ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. Lakin hesab edir ki, xx xxxxxx 2006-cı il tarixli, 1/117 saylı kredit müqaviləsinə əsasən banka olan borc tam ödənildiyindən və hal-hazırda həmin kredit müqaviləsi üzrə bank qarşısında heç bir öhdəlik qalmadığından həmin kredit müqaviləsinin təminatı kimi girov qoyulmuş Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, məhəllə 518-də istifadədə olan 18742 ha torpaq sahəsində yerləşən 13 nömrəli, 5 mərtəbəli binanın, 3-cü mərtəbəsində yerləşən 79.8 kv.m ümumi, 54 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 41 nömrəli mənzil ipoteka yüklülüyündən azad olunmalıdır. Bununla bağlı olaraq banka xx xxxxxxxx 2020-ci il tarixli məktubla müraciət etsə də, bank tərəfindən ona göndərilmiş, xx xxxxxxx 2020-ci il tarixli, **********422 məktubla bildirilmişdir ki, banka borcu mövcuddur və bu səbəbdən bank onun müraciətinə rədd cavabı vermişdir. Lakin bununla bağlı “xxxx” MMC tərəfindən onun müraciətinə cavab olaraq verilmiş SF-8514 nömrəli, xx.xx.2020-ci il tarixli çıxarışdan da göründüyü kimi həmin tarixə xx.xx.2006-cı il tarixli, 1/117 saylı kredit müqaviləsi üzrə borc öhdəliyi tam olaraq bağlanmışdır. Bu səbəbdən hesab edir ki, xx.xx.2006-cı il tarixli, 1/117 saylı kredit müqaviləsi üzrə borc öhdəliyi tam olaraq bağlandığından onunla Cavabdeh ASC arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 38 nömrəli nömrəli ipoteka müqaviləsinə xitam verilməli, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, məhəllə 518-də istifadədə olan 0.18742 ha torpaq sahəsində yerləşən 13 nömrəli, 5 mərtəbəli binanın, 3-cü mərtəbəsində yerləşən 79.8 kv.m ümumi, 54 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 41 nömrəli mənzil ipotekadan azad edilməlidir. Qeyd olunanlara əsasən hesab edir ki, Cavabdeh ASC ilə “xxxx” MMC arasında bağlanmış, xx xxxxxx 2006-cı il tarixli, 1/117 saylı kredit müqaviləsinə təminatı olan xx.xx.2006-cı il tarixli, 38 nömrəli ipoteka müqaviləsinə xitam verilməli, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, məhəllə 518-də istifadədə olan 0.18742 ha torpaq sahəsində yerləşən 13 nömrəli, 5 mərtəbəli binanın, 3-cü mərtəbəsində yerləşən 79.8 kv.m ümumi, 54 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 41 nömrəli mənzil (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarış, Seriya MH, N0009743.ş Reyestr nömrəsi **********51-05101-093001, Qeydiyyat nömrəsi 110620134, Qeydiyyat tarixi xx.xx.2006-cı il, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmişdir) ipoteka ilə yüklülükdən azad edilməli, bu barədə Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhəri Ərazi İdarəsi tərəfindən ipotekaya xitam verilməsi və ipoteka qeydiyyatının ləğvi barədə müvafiq qeydlər aparılmalı, həmçinin onun həmin əmlak üzərində hüquqlarını əks etdirən Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən müvafiq çıxarış ona verilməlidir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək 2(006)-1055/2021 saylı mülki iş üzrə cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi X1 əsl cavabdeh LPO Cavabdeh ASC ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı yuxarıda qeyd olunan məzmunda izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən LPO Cavabdeh ASC-nin nümayəndəsi X6 iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə işə onların nümayəmdələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MH seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, məhəllə 518-də istifadədə olan 0.18742 ha torpaq sahəsində yerləşən 13 nömrəli, 5 mərtəbəli binanın, 3-cü mərtəbəsində yerləşən 79.8 kv.m.ümumi, 54 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 41 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 112 nömrəli reyestr kitabının 9307 nömrəli vərəqində xx.xx.2006-cı il tarixdə ********* nömrəli qeydiyyata alınmışdır. İpoteka saxlayan Cavabdeh ASC ilə ipoteka qoyan İddiaçı və borc alan “xxxx” MMC arasında bağlanmış xx.xx.2006-cı il tarixli KP/BA/07-06-03 saylı ipoteka müqaviləsinə əsasən, Cavabdeh ASC ilə X5 arasında bağlanmış xx.xx.2006-cı il tarixli 1/117 saylı kredit müqaviləsinə əsasən ipoteka saxlayan tərəfindən X3 ayrılmış 88000 manat məbləğində kredit öhdəliyinin təminatı olaraq İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, məhəllə 518-də istifadədə olan 0.18742 ha torpaq sahəsində yerləşən 13 nömrəli, 5 mərtəbəli binanın, 3-cü mərtəbəsində yerləşən 79.8 kv.m.ümumi, 54 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 41 nömrəli mənzil Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. “xxxx” MMC-dən xx.xx.2020-ci il tarixli, SF-8514 saylı Çıxarışdakı “Borcalan bağlanmış öhdəlikləri” qrafasından görünür ki, xx.xx.2006-cı il tarixli kredit müqaviləsinə əsasən borcalan LPO “xxxx” ASC-yə olan borcunu tam olaraq ödəmişdir. LPO Cavabdeh ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Cavabdeh ASC ilə “xxxx” MMC arasında xx.xx.2006-cı il tarixdə bağlanmış 1/117 saylı kredit müqaviləsi üzrə 88.000 (səksən səkkiz min) manat kredit verilmişdir. Cavabdeh ASC ilə “xxxx” MMC arasında bağlanmış xx xxxx 2012-ci il tarixli tələbin güzəşt müqaviləsinə və ona edilmiş xx xxxx 2012-ci il tarixli 1 saylı əlavəyə əsasən sözügedən kredit üzrə tələb hüququ “xxxx” MMC-yə keçmişdir. Hazırda “xxxx” MMC-nin borcu mövcuddur. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.4 və 269.5-ci maddələrinə görə ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Mülki Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 528-ci maddəsinin tələbinə görə öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1-ci maddəsinin tələblərinə görə ipotekaya aşağıdakı hallarda xitam verilir: ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə (48.1.1); əsas öhdəliyə xitam verildikdə (48.1.2); tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda (48.1.3); ipoteka predmeti məhv olduqda (48.1.4); bu Qanunla nəzərdə tutulmuş digər hallarda (48.1.5). İş materiallarından göründüyü kimi tərəflər arasında ipoteka müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqaviləyə əsasən ipoteka qoyan-iddiaçı xx.xx.2006-cı il tarixli kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinin təminatı olaraq özünə məxsus Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, məhəllə 518-də istifadədə olan 0.18742 ha torpaq sahəsində yerləşən 13 nömrəli, 5 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən 79.8 kv.m ümumi, 54 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 41 nömrəli mənzili Bank qarşısında ipoteka ilə yüklü etməyi, ipoteka saxlayan-cavabdeh isə borc alan tərəfindən kredit müqaviləsi üzrə bütün öhdəliklər tamamilə ödənildiyi halda bu müqaviləyə vaxtından əvvəl xitam verməyi öz öhdəsinə götürmüşdür. “xxxx” MMC-dən xx.xx.2020-ci il tarixli, SF-8514 saylı Çıxarışa əsasən borcalanın xx.xx.2006-cı il tarixli kredit müqaviləsi üzrə LPO “xxxx” ASC-yə olan borcunu tam ödədiyi müəyyən edilmişdir. Cavabdeh tərəfin mübahisə predmeti olan ipotekanın təminatı olduğu əsas öhdəliyin hələ də icra olunmamasına dair irəli sürdüyü dəlilləri isə məhkəmə, heç bir sübut növü ilə təsdiq edilməməklə əsassız və mülahizə xarakterli olduğu qənaətinə gəlir. Beləliklə sözügedən kredit müqaviləsi üzrə yaranmış öhdəliyin borc alan tərəfindən tam icra olunması faktı öz təsdiqini tapsa da, həmin öhdəliyin lazımınca icrasının təminatı olaraq bağlanmış ipotekaya cavabdeh tərəfindən xitam verilməmiş, bununla da onun tərəfindən Mülki Məcəllənin 385.2 və 425.2-ci maddələrində təsbit edilən, icra ilə bağlı olmayan və bütün müqavilə tərəfləri üçün nəzərdə tutulan müqavilə münasibətləri zamanı və belə münasibətlərdən sonra qarşı tərəfin hüquqlarına xüsusi qayğı göstərmək və öhdəliklərin icrasını pozacaq hərəkətlərə yol verməmək vəzifəsinə əməl edilməmişdir. Beləliklə yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərindən göründüyü kimi, öhdəliyin lazımi icrası - əsas öhdəliyə xitam verilməsinin, əsas öhdəliyə xitam verilməsi isə ipotekaya xitam verilməsinin əsasıdır. İpotekaya xitam verilməsi üçün əsas mövcud olmasına və bunun nəticəsində iddiaçının ona məxsus daşınmaz əmlakın ipotekadan azad edilməsi barədə müraciət etməsinə baxmayaraq, cavabdeh onun bu tələbini yerinə yetirməmiş, bununla da iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına dair “1 saylı Protokolu”nun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə, məhkəmə, işin araşdırılması zamanı müəyyən edilmiş hallara və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq hesab edir ki, LPO Cavabdeh ASC ilə “xxxx” MMC arasında bağlanmış, xx xxxxxx 2006-cı il tarixli, 1/117 saylı kredit müqaviləsinin təminatı olan xx.xx.2006-cı il tarixli, 38 nömrəli ipotekaya xitam verilməli, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, məhəllə 518-də istifadədə olan 0.18742 ha torpaq sahəsində yerləşən 13 nömrəli 5 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən 79.8 kv.m ümumi, 54 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 41 nömrəli mənzil ipoteka ilə yüklülükdən azad edilməli və bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində müvafiq qeydlər aparılmalıdır. Belə ki, “İpoteka haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən ipotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. Məhkəmə iddianın “iddiaçının əmlakı üzərində hüquqlarını əks etdirən Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən müvafiq çıxarışın iddiaçıya verilməsi” hissəsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, məhəllə 518-də yerləşən 13 nömrəli binanın 3-cü mərtəbəsində yerləşən 79.8 kv.m ümumi, 54 kv.m yaşayış sahəsindən ibarət 41 nömrəli mənzilinə dair LPO Cavabdeh ASC-nin ipoteka hüququna xitam verilərək mənzilin ipoteka yüklülüyündən azad edilməsi barədə hazırkı qətnamənin qanuni qüvvəsini alması sözügedən mənzilin üzərində iddiaçının əmlak hüquqlarının bərpa olunmasına, onun daşınmaz əmlak üzərində hüquqlarının təkrar əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab edilməsinə şərait yaradacaqdır. Qeyd edilən məsələ üzrə mübahisənin olmadığını nəzərə alaraq məhkəmə iddianın bu hissəsinin təmin edilməsini mümkün saymır. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə xatırladır ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış 38 saylı, xx.xx.2006-cı il tarixli ipoteka müqaviləsinə xitam verilsin. İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, məhəllə 518-də istifadədə olan 0.18742 ha torpaq sahəsində yerləşən 13 nömrəli 5 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən 79.8 kv.m ümumi, 54 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 41 nömrəli mənzil ipoteka ilə yüklülükdən azad edilsin və bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində müvafiq qeydlər aparılsın. İddia digər hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar