Məhkəmə qərarları › İş №2(006)-1058/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1058/2021

03.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1058/2021 03.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili X6 iştirakı ilə Ərizəçi «hüquqi əhəmiyyətli ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində qeyd etməklə, «hüquqi əhəmiyyətli ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1959-cu il təvəllüdlü X1 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1959-cu il təvəllüdlü anası X3 xx.xx.2020-ci il tarixdə dünyasını dəyişmişdir. Dünyasını dəyişməsinin dəqiq səbəbini bilməsə də, son vaxtlar anası halsız xəstə yatırdı. O, dərhal təcili tibbi yardıma müraciət etmiş və oradan gələn həkimlər pandemiya dövrü olduğu üçün analiz götürmüşlər və getmişlər. Bir neçə gün sonra isə telefona gələn sms-lə məlum oldu ki, onun Covid-19 testinin nəticəsi mənfi olmuşdur və ölüm səbəbi bu xəstəlik deyildir. Təcili tibbi yardım briqadasının həkimi gedərkən ona xx.xx.2020-ci il tarixli “ölüm haqqında xəbərdarlıq vərəqəsi” vermişdir. O, Bakı şəhəri 3 saylı şəhər poliklinikasına müraciət edərək, ona anasının ölümü ilə bağlı “ölüm haqqında tibbi şəhadətnamə” verilməsini xahiş etmişdir. Lakin, 3 saylı şəhər poliklinikasının xx xxxxxx 2020-ci il tarixli məktubu ilə ona bildirildi ki, təcili tibbi yardımın vermiş olduğu ölüm haqqında xəbərdarlıq vərəqəsində ölümün səbəbi yazılmadığından ona “ölüm haqqında tibbi şəhadətnamə” vermək mümkün deyil. O, anası X1 ölümünün qeydə alınması barədə ərizə ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Maraqlı şəxsnə müraciət etmişdir. Həmin qurumun 05/Q-1500/75 saylı, xx.xx.2020-ci il tarixli məktubu ilə bildirildi ki, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Odur ki, xx.xx.1959-cu il təvəllüdlü X1 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölümünün qeydə alınması faktının məhkəmə qaydasında müəyyən olunması zərurəti vardır. Ona görə də, hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçinin nümayəndəsi və vəkili X11 məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəməyə məktub ünvanlayaraq ərizəyə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, nümayəndənin məhkəmə iclasına gələ bilməməsinin üzürlü səbəbi kimi iş həcminin çox olması göstərilmişdir. Məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, şahid X5 məhkəmə iclasında veridiyi ifadəsində bildirdi ki, o, ərizəçinin nənəsi, mərhumənin isə anasıdır. X3 xx.xx.2020-ci il tarixində axşam saatlarında rəhmətə getmişdir. Son vaxtlar X3 çox yatırdı. Ona həkimə getməyi təklif etsə də, qızı bundan imtina etmişdir. Mərhuməni Quba rayonu, Yuxarı Digah kəndində dəfn etmişlər. Dəfn mərasimində qohumları da iştirak etmişlər. X2 tərəfindən məhkəməyə ərizə ünvanlayaraq bildirilmişdir ki, anası X3 xx.xx.2020ci il tarixdə birgə yaşadıqları evdə dünyasını dəyişmişdir. Onlar dərhal təcili tibbi yardıma müraciət etmiş və oradan gələn həkimlər anasının dünyasını dəyişməsini təsdiq etmişlər. O, bacısı Raida və nənəsi analarının dəfn mərasimini təşkil etmişlər. Hal-hazırda bacısı və nənəsi ilə birlikdə yaşayırlar. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, ölüm faktının müəyyən edilməsi tələb edilən şəxs ərizəçinin anasıdır. Bakı şəhəri Təcili və X9 Stansiyasının Xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2020-ci il tarixdə 53 yaşlı X1 adına çağırış verilmişdir. Həkim tərəfindən qadın cinsli meyit aşkar edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsi 3 nömrəli şəhər poliklinikasının xx.xx.2020-ci il tarixli, 201 saylı məktubundan görünür ki, Nəsimi rayonu, Ə.Topçubaşov 137 ünvanında yaşamış 1959-cu il təvəllüdlü X3 8 saylı TTYS-nın verdiyi xəbərdarlıq vərəqəsinə əsasən xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Ambulator kartaya əsasən mərhum son 10 ildə heç bir xəstəliklə poliklinikaya müraciət etməmişdir. Mərhumun ölüm səbəbi olmadığına görə ölüm haqqında şəhadətnamə vermək mümkün deyil. “Ölüm haqqında tibbi şəhadətnamə” xəstəlik əsasında verilir. Bakı şəhəri Maraqlı şəxs xx.xx.2020-ci il tarixli 05/Q-1500/75 saylı məktubundan görünür ki, ərizəçiyə ölüm haqqında həkim şəhadətnaməsi təqdim etmədiyinə görə mərhumənin adına tərtib edilməli olan ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilmiş, qeyd olunan faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Quba rayonu Yuxarı Digah kənd sakinləri tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, həmkəndliləri mərhum X3 xx xxxxxx 2020-ci il tarixdə vəfat etmiş və Quba rayonunun Yuxarı Digah kənd əsas qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Nəsimi rayon MKTB-nin 41 saylı MKİS tərəfindən Ərizəçi təqdim edilmiş xx.xx.2021-ci il tarixli, 91 saylı arayışdan görünür ki, ünvan 2 saylı ünvanında Ərizəçi, bacısı X7, nənəsi X5 və anası X4 qeydiyyatdadırlar. Həmin arayışdan görünür ki, ünvan 2 saylı ünvanında qeydiyyatda olan X3 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, Ərizəçi anası X1 ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, xx.xx.1959-cu il tarixdə Quba rayonunda doğulmuş, ünvan 3 ünvanında qeydiyyatda olmuş X3 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1959-cu il tarixdə Quba rayonunda doğulmuş, ünvan 3 ünvanında qeydiyyatda olmuş X3 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar