Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1070/2025 05.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi, Ərizəçi vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi Nəsimi Rayon Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində cəlb etdiyi "ölüm faktının müəyyən edilməsi barədə" ərizəsi üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Nəsimi Rayon Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində cəlb edərək "ölüm faktının müəyyən edilməsi barədə" ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1947-ci il təvəllüdlü X1 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Ərizəçi mərhum anası X4 xx.xx.1947-ci il tarixdə Bakı şəhərində anadan olmuşdu və ünvan 1 ünvanında yaşayırdı. Qeyd edirlər ki, X4 xx.xx.1947-ci il tarixdə vəfat etmişdir və bununla bağlı Təcili və X7 Stansiyası tərəfindən ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir və mərhum dəfn olunmuşdur. Bundan sonra, ərizəçi xx.xx.1947-ci il tarixdə vəfat etmiş X1 ölüm haqqında şəhadətnaməsinin alınması ilə bağlı Maraqlı şəxsnə müraciət etsə də, şöbədən bunun mümkün olmadığı bildirilmişdir və ölüm faktının müəyyən olunması ilə bağlı məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. Daha sonra Ərizəçi vəkili və nümayəndəsi Nümayəndə iddia ərizəsinə dəqiqləşmə barədə ərizə ünvanlayaraq, X4 xx.xx.1947-ci il tarixdə anadan olduğunu, xx.xx.2024-cü il tarixdə isə vəfat etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin vəkili və nümayəndəsi Nümayəndə yuxarıda göstərilən məzmunda izahat verərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Nəsimi Rayon Qeydiyyat Şöbəsi məhkəməyə məktub ünvanlayaraq, xx.xx.2025-ci il tarixdə keçiriləcək məhkəmə baxışı iclasına nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxs Nəsimi Rayon Qeydiyyat Şöbəsi nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahat verərək bildirmişdir ki, X1 xəstəlikləri var idi. 08 noyabr 2024-cü il tarixində Bakı şəhəri Xətai rayonunda vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahat verərək bildirmişdir ki, yoldaşının nənəsi X4 08 noyabr tarixində dünyasını dəyişib. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsinin (110HJNR) sürətindən görünür ki, X4 xx.xx.1947-cı il tarixində doğulmuşdur. İş materiallarında olan nikah haqqında şəhadətnamədən görünür ki, X3 X12 ilə xx.xx.1964-cü il tarixdə nikaha daxil olmuşdur. İş materiallarında olan Təcili və X7 Stansiyasının “ölüm haqqında” xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 20:46-da xəstənin yanına gəlinmiş və qadın cinsli meyit aşkar olunmuşdur. İş materiallarında olan “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi" X21 "Bakı Baş Səhiyyə Mərkəzi" X21 5 nömrəli Şəhər Poliklinikası tərəfindən Nəsimi rayon məhkəməsinə ünvanlanmış 12 noyabr 2024-cü il tarixli məktubundan görünür ki, X4 uzun müddət Nəsimi rayon 5 saylı Şəhər Poliklinikasına müraciət etmədiyinə görə, müayinə və müalicə almadığına görə ölümünün səbəbini bilmədikləri üçün Forma №106 almaq üçün Nəsimi Rayon Məhkəməsinə müraciət edilməlidir. İş materiallarında olan Nəsimi Rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq-vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası” nın 8.5-ci bəndinə əsasən "ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ölümün qeydə alınması üçün zəruri olan sənəd təqdim edilmədiyindən hazırda ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsində mümkün olmamışdır. İş materiallarında olan Abşeron Rayon Xırdalan Şəhər Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X4 xx.xx.2024-cü il tarixində Xırdalan qəbiristanlığında dəfn olunub. İş materiallarında olan ödəniş qəbzindən (№**********04) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarına X2 aid qəbrin foto-şəkili, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş Epikriz çıxarışı, X9 məxsus ölüm haqqında şəhadətnaməsi əlavə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, ərizəçi X1 ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, xx.xx.1947-cı il təvəllüdlü X4 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1947-ci il təvəllüdlü X1 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-1070/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1070/2025
05.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver