Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1086/2024 12.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X11 oğlunun katibliyi, Ərizəçi vəkili-nümayəndəsi Vəkil iştirakı ilə Ərizəçi Cavabdeh maraqlı şəxs qismində cəlb edilməklə «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Cavabdeh maraqlı şəxs qismində cəlb edilməklə «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizənin təmin edilməsi, xx.xx.1948-ci il təvəllüdlü X1 13 noyabr 2023-cü il tarixdə ölməsi faktı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, əriəçi Ərizəçi anası xx.xx.1948-ci il təvəllüdlü X2 13 noyabr 2023-cü il tarixdə yaşadığı ünvan 1 ünvanında dünyasını dəyişmişdir. X1 ölməsi ilə bağlı həmin gün saat 21:36 radələrində təcili tibbi yardıma müraciət etmiş, çağırışı 1 saylı bölmənin həkimi Arzu Cəbrayılova yerinə yetirmiş, lakin X1 ölümü haqqında tibbi şəhadətnamə verilməmişdir. Belə ki, ərizəçi Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X15 “Bakı Baş Səhiyyə Mərkəzi” X15 4 nömrəli Şəhər Poliklinikasına müraciət etmişdir. Həmin qurumdan verilən xx.xx.2023-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, X2 hər hansı bir xəstəliklə 4 nömrəli Şəhər Poliklinikasına müraciət etmədiyindən və tibbi qeydiyyatda olmadığından ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün deyildir. X2 Xırdalan qəbiristanlığında dəfn olunmuşdur. Ölüm haqqında şəhadətnamənin verilməsi ilə Bakı şəhəri Cavabdeh tərəfindən verilən cavab məktubunda məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi qeyd edilmişdir. Məhkəmə iclasında Ərizəçi vəkili-nümayəndəsi Vəkil ərizəni müdafiə edib, məzmununa uyğun izahat verərək, təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, ölüm faktının müəyyən edilməsi ərizəçiyə vərəsəlik işinin açılması üçün lazımdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Cavabdeh nümayəndəsi məhkəməyə gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş: X4 ifadəsində bildirdi ki, Ərizəçi onun anası, mərhum X2 isə nənəsidir. 13 noyabr 2023-cü il tarixdə mərhumu evində ölmüş vəziyyətdə görmüşlər. Təcili tibbi yardımın əməkdaşları hadisə yerinə gəlmişlər. X6 ifadəsində bildirdi ki, Ərizəçi onun qayınanası, mərhum isə qayınanasının anasıdır. 13 noyabr 2023-cü il tarixdə onlara telefon vasitəsilə məlumat verildikdən sonra həmin ünvana getmiş və mərhumu evində ölmüş vəziyyətdə görmüşlər. Mərhum Xırdalan qəbristanlığında dəfn edilmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, şahidlərin ifadəsini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: AZE seriyalı 04135509 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X2 xx.xx.1948-ci il tarixdə Gəncə şəhərində anadan olmuşdur; Bakı şəhər Təcili və X5 Stansiyasının 1 saylı bölməsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, xx.xx.2023-cü il tarixdə saat 21:36-da Y.V.Çəmənzəminli 125b, mənzil 39 ünvanına X1 adına çağırış daxil olmuşdur. Çağırışı 1 saylı bölmənin həkimi Cəbrayılova Arzu yerinə yetirmiş, “həkimə qədər ölüm. Qadın cinsli meyit” diaqnozu qoyulmuşdur. Xırdalan bələdiyyəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X2 xx.xx.2023-cü ildə Xırdalan qəbiristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X15 “Bakı Baş Səhiyyə Mərkəzi” X15 4 nömrəli Şəhər Poliklinikası tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli 207 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, ünvan 2 ünvanında yaşayan vətəndaş X2 hər hansı bir xəstəliklə 4 nömrəli şəhər poliklinikasına müraciət etmədiyindən, tibbi qeydiyyatda olmadığından onun adına ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün deyil. Bakı şəhəri Cavabdeh xx.xx.2023-cü il tarixli 3-16-5/8-15-Ş-15-1758 nömrəli cavab məktubundan görünür ki, ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. X2 barəsində ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Beləliklə, məhkəmə tərəfindən ərizəçinin vəkili-nümayəndəsinin çıxışı, şahidlərin ifadəsi və mülki işin materialları əsasında müəyyən olundu ki, xx.xx.1948-ci ildə Gəncə şəhərində anadan olmuş X2 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində yaşadığı evində vəfat etmişdir. Ərizəçi anasının ölümü haqqında şəhadətnamənin alınması üçün Bakı şəhəri Cavabdehnə müraciət etmiş, lakin ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölümün qeydə alınmasından imtina edilmişdir. Anasının ölüm haqqında şəhadətnaməsi olmadığından, ərizəçi bəzi sənədləşdirmə işlərində çətinlik çəkir. Buna görə də hazırki ərizə ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5ci bəndinə görə, ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1 və 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2 və 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2 və 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, xx.xx.1948-ci ildə Gəncə şəhərində anadan olmuş X1 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı şahidlərin ifadəsi və təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən, hazırki ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1948-ci ildə Gəncə şəhərində anadan olmuş X1 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində (ev şəraitində) ölməsi faktı müəyyən edilsin. Hazırki qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-1086/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1086/2024
12.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver