Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1099/2025 06.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, Ərizəçi Ebrahim oğlunun iştirakı ilə, Ərizəçi Ebrahim oğlunun Maraqlı şəxs qismində cəlb edilməklə «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.Ərizəçi Ebrahim oğlu Maraqlı şəxs qismində cəlb edilməklə «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. 2.Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin oğlu X13 xx.xx.2019-cu il tarixində Bakı şəhərində doğulmuşdur. 02 yanvar 2020-ci il tarixində yaşadıqları ünvan 1 ünvanında oğlu X7 halı pisləşdiyinə görə Bakı şəhəri Təcili və X5 Stansiyasına zəng etdi və təcili yardım briqadasının həkimi gələndə artıq oğlu rəhmətə getmişdi. Bu fakt Bakı şəhəri Təcili və X5 Stansiyasının həkimi, həmçinin Bakı şəhəri Nərimanov Rayon Prokurorluğunun müstəntiqi Orxan Hüseynov tərəfindən verilmiş 02 yanvar 2020-ci il tarixli arayışda öz əksini tapmışdır. Ərizəçinin oğlu X13 02 yanvar 2020-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşəm qəbiristanlıqda dəfn olunmuşdur. Oğlunun Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn olunması ilə əlaqədar arayışın verilməsi üçün Bakı şəhəri, Sabunçu rayonu İcra Hakimiyyətinin Ramana Qəsəbəsi İnzibati ərazi dairəsi üzrə Nümayəndəliyinə bir neçə dəfə müraciət etsə də ərizəçiyə həmin arayışı verməkdən imtina etdilər. Ərizəçinin oğlu X7 adına ölüm haqqında tibbi şəhadətnamə alınması ilə əlaqədar Azərbaycan Respublikası “X12 İdarəetmə Birliyi” X17 “Respublika Təcili və X6 Mrəkəzi” X18 müraciət etdi. “Respublika Təcili və X5 Mərkəzi” X20 xx.xx.2024-cü il tarixli, 18-1-88/2-D-xx-xx/2024 nömrəli məktubla onun ərizəsinə cavab olaraq bildirdilər ki, xx.xx.2019-cu il təvəllüdlü X7 ölümündən 1 ildən çox müddət keçdiyi üçün “ölüm haqqında tibbi şəhadətnamə” verilməmişdir. Bundan sonra oğlu X7 adına ölüm haqqında şəhadətnamənin alınması ilə əlaqədar Bakı şəhər Nəsimi rayon Qeydiyyat şöbəsinə müraciət etdi. Vakı şəhər Nəsimi rayon Qeydiyyat şöbəsi 23 oktyabr 2024-cü il tarixli, 3-16-5/8-15-Z-1997/2024 nömrəli imtina məktubu verərək bildirmişdir ki, ölüm haqqında şəhadətnamə ölmadığına görə X10 aid ölüm haqqında akt qeydi aparıla bilməz, ona görə də məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikasının qanunlarını bilmədiyi, həmçinin tez-tez ölkə xaricində olduğu üçün oğli X10 zamanında ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Ona görə X8 ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəyə əlavə olunmuş Müvəqqəti Yaşamaq üçün İcazə vəsiqəsinin kserosurətindən görünür ki, ərizəçi ünvan 3 ünvanında qalmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 nömərli qərarından göründüyü kimi X8 ölüm faktını Maraqlı şəxs qeydə almaqdan imtina etmişdir. Ərizəçi hesab edir ki, ərizəsi təmin olunmalı, xx.xx.2019-cu il tarixdə Bakı şəhərində doğulmuş X8 02 yanvar 2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən xx.xx.2019-cu il tarixdə Bakı şəhərində doğulmuş X7 02 yanvar 2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi, ölümün qeydə alınmasının Nəsimi rayon Qeydiyyat şöbəsinə həvalə olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında ərizəçinin Ərizəçi Ebrahim oğlu ərizəni müdafiə edərək bildirmişdir ki, xx.xx.2019-cu il təvəllüdlü oğlu X19 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Daha sonra onlar onu xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Raman qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn etmişdir. Bundan bir müddət sonra onlar ərizəçinin mərhum oğlu barəsində ölüm haqqında tibbi şəhadətnamə əldə etmək məqsədi ilə AR TƏBİB-in “Respublika Təcili və X5 Mərkəzi” PHŞ-nə müraciət etmişdir. Oradan ərizəçiyə bildirilmişdir ki, oğlunun ölümündən bir ildən çox müddət keçdiyinə görə belə bir şəhadətnamə verə bilməzlər. Daha sonra isə oğluna ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, bildirilmişdir ki, oğlunun ölümü haqqında tibbi şəhadətnamə olmadığından şəhadətnamənin verilməsi mümkün deyildir. Bunun üçün məhkəməyə müraciət etmələrini məsləhət görmüş, onlar da məcbur qalıb məhkəməyə müraciət ediblər. Odur ki, qeyd edilənləri nəzərə alaraq, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 4.Məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadəsində bildirmişdir ki, ərizəçi onun iş yoldaşıdır. Şahid onun mərhum oğlunu görmüşdür. O, 2020-ci ilin qış aylarında vəfat etmişdir. Həmin gün Ərizəçi ona zəng vuraraq oğlunun halının qəfildən pisləşməsini bildirmişdir. Onlara yaxın yaşadığından dərhal onların qaldığı evə gəlmiş, gələndə artıq təcili tibbi yardım və polisin orada olduğunu görmüşdür. Daha sonra mərhumu Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn etmişdilər. Dəfnində iştirak etmişdir. 5.Məhkəmə iclasında şahid qismində dindirilən X14 ifadəsində bildirmişdir ki, ərizəçi onun iş yoldaşıdır. Şahid onun mərhum oğlunu görmüşdür. O, 2020-ci ilin qış aylarında vəfat etmişdir. Onun vəfatı barəsində şahidə Ərizəçi zəng vuraraq məlumat vermişdir. Daha sonra mərhumu Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn etmişdilər. Dəfnində iştirak etmişdir. 6.İş üzrə Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə hazırki işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 7.Məhkəmə ərizəçinin, şahidlərin ifadəsini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 8.Beləliklə, məhkəmədə ərizəçinin izahatından, şahidlərin ifadəsindən və mülki işin materiallarından müəyyən olunmuşdur ki, ərizəçinin oğlu X13 xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 26, ev 2, mənzil 502-də vəfat etmiş, lakin ərizəçi oğlunun ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. b) Mülki işin materialları: 9.Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15-Z-1997/2024 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən Ərizəçi Ebrahim oğlunun ərizəsinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən nəzərə çatdırılır ki, ölümün qeydə alınması üçün zəruri olan sənədi təqdim edilmədiyindən hazırda ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsində mümkün olmamışdır. 10.Mülki işin materiallarında olan 10 oktyabr 2024-cü il tarixli, 18-1-88/2-D-xx-xx/2024 nömrəli Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X20 “Respublika Təcili və X5 Mərkəzi” X20 tərəfindən Ərizəçi Ebrahim oğlunun ərizəsinə cavab olaraq bildirilir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 30 dekabr 2016-cı il tarixli 100 saylı əmrinə əsasən çağırış vərəqələri (AZS 110/Q) üçün saxlama müddəti 1 (bir) il müəyyənləşdirildiyi üçün vaxtaşırı həmin sənədlər aktlaşdırılıb silinir. Bu səbəbdən xx.xx.2019-cu il təvəllüdlü X7 adına xx.xx.2020-ci il tarixində Bakı Şəhər Təcili və X5 Stansiyasına çağırış daxil olması barədə məlumat verə bilmirlər. 11.Mülki işin materiallarında olan xx.xx.2020-ci il tarixli Nərimanov rayon prokurorluğunun müstəntiqi tərəfindən verilən arayışdan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 18 radələrində Nərimanov RPİ-nin 17-ci PŞ-dən 21 noyabr 2019-cu il təvəllüdlü X7 yaşadığı Əliyar Əliyev 26 ev 2 mənzil 502-də ölməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında qeyd olunan ünvana gedilərək hadisə yerinə baxış keçirilmişdir. VBətəndaş Ərizəçi Ebrahim oğlu rayon prokurorluğuna ərizə ilə müraciət edərək oğlu X7 ölümü ilə bağlı heç kimdən şikayət və tələbi olmadığını bildirərək aparılan araşdırmanın dayandırılmasını xahiş etmişdir. Həmçinin vətəndaş X3 rayon prokurorluğuna ərizə ilə müraciət edərək oğlu X7 ölümü ilə bağlı heç kimdən şikayət və tələbi olmadığını bildirərək aparılan araşdırmanın dayandırılmasını xahiş etmişdir. Odur ki, Ərizəçi Ebrahim oğlunun və X2 müraciətlərinə əsasən daxil olmuş məlumat baxılmamış saxlanılmalıdır. 12.Mülki işin materiallarında olan 28 noyabr 2019-cu il tarixli, AZ-İ 379141 nömrəli 3 saylı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilən Atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Ərizəçi Ebrahim oğlu 21 noyabr 2019-cu ildə X1 doğlumuş X4 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 2019-cu ilin, 11-ci ayının, 28-ci günündə 367 № ilə qeyd edilmişdir. 13.Mülki işin materiallarında olan 31 №, xx.xx.2025-ci il tarixində AR Bakı şəhəri Sabunçu rayonu Ramana Bələdiyyəsi tərəfindən Ərizəçi Ebrahim oğluna verilən Arayışdan görünür ki, oğlu X19 xx.xx.2020-ci ildə vəfat etmişdir və Ramana qəsəbə qəbiristanlığında dəfn olunmuşdur. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 14.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. 15.Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 16.Göründüyü kimi ərizəçi qardaşının ölümü haqqında şəhadətnaməni başqa qaydada ala bilməmişdir. 17.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. 18.Bundan əlavə, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. 19.Həmin Qərarın 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. 20.Həmin Qərarın 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 21.Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, xx.xx.2019-cu il təvəllüdlü X13 02 yanvar 2020-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Bu səbəbdən ərizə təmin edilməli və Ərizəçi Ebrahim oğlunun oğlu xx.xx.2019-cu il təvəllüdlü X7 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. 22.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 23.Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 24.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 25.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 26.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 27.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 28.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Ebrahim oğlunun ərizəsi təmin edilsin. xx.xx.2019-cu il təvəllüdlü X7 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Hazırki qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-1099/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1099/2025
06.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver