Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1108/2023 27.01.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi Nümayəndə, Maraqlı şəxs iştirakı ilə Ərizəçi MMC-nin (Maraqlı şəxs qismində qeyd edilməklə) «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi MMC (Maraqlı şəxs qismində qeyd edilməklə) «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə Ərizəçi MMC arasında xx.xx.2022-ci il tarixdə könüllü mediasiya prosesi nəticəsində bağlanmış MŞB/5-00382 saylı «Barışıq sazişi»nin təsdiq olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizədə qeyd olunmuşdur ki, Maraqlı şəxs ilə Ərizəçi MMC arasında xx.xx.2022-ci il tarixdə ümumi məbləği 34.400 ABŞ dolları məbləğində borcun hissə-hissə ödənilməsi barədə könüllü mediasiya prosesi nəticəsində MŞB/5-00382 nömrəli barışıq sazişi imzalanmış, saziş mediator X1 tərəfindən təsdiq edilmişdir. Barışıq sazişinin şərtlərinə əsasən Maraqlı şəxs hər ay 300 ABŞ dolları məbləğində pul vəsaitini ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin Maraqlı şəxs «Barışıq sazişi»nin şərtlərini pozaraq, borcu razılaşdırıldığı qaydada ödəməmişdir. Belə ki, o, 2022-ci ilin əvvəlində, hələ mediasiya üzrə danışıqlar gedişində ödənişə başlamış, sonrakı bir neçə ay ödəniş etdikdən sonra ödənişləri dayandırmışdır. Bununla da, Maraqlı şəxs «Barışıq sazişi»nin şərtlərini pozmuşdur. Belə ki, xx.xx.2022-ci il tarixdə 497,5 manat; xx.xx.2022-ci il tarixdə 507,45 manat; xx.xx.2022-ci il tarixdə 507,45 manat; xx.xx.2022-ci il tarixdə 995 manat; xx.xx.2022-ci il tarixdə 9,95 manat; xx.xx.2022-ci il tarixdə 9,95 manat olmaqla, cəmi 2.527 manat 23 qəpik ödəniş edilmişdir. Göründüyü kimi, Maraqlı şəxs 2022-ci ilin iyul ayından sonra heç bir ödəniş etməmiş, ümumi borcdan cəmi 2.527 manat 30 qəpik ödənmişdir. Müvafiq sənədi qoşmada təqdim etmişlər. Maraqlı şəxs dəfələrlə müraciət etmələrinə baxmayaraq, maliyyə çətinlikləri olduğunu əsas gətirərək, ödənişi hər dəfə təxirə salır. Buna görə də, «Barışıq sazişi»nin məcburi icrası məqsədi ilə onun təsdiq edilməsi üçün məhkəməyə müraciət etmişlər. Ərizəçinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında ərizə tələbini müdafiə etdi, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasında ərizə tələbini qəbul etdi və izahatında bildirdi ki, o, 2018-ci ildə Erikson İnternational məktəbinin nümayəndəsi olaraq Azərbaycanda fəaliyyət göstərmişdir. Borc məbləği 2019-cu ildə olan, onların münasibətləri əsasında formalaşmışdır. 2022-ci ildə məlum pandemiya səbəbindən beynəlxalq daşımalar və təlimlərin keçirilməsi və s. ləğv edildiyinə görə 2020-ci və 2021-ci illərdə onun bu borcu qaytarmaq imkanı olmamışdır. O, buna görə ərizəçiyə müraciət etmiş və bildirmişdir ki, bu məbləği hissə-hissə ödəməyə razıdır. 2022-ci ilin iyun ayına qədər hər ay 300 ABŞ dolları ödənişlər həyata keçirmişdir. Daha sonra yenə maddi sıxıntılar yarandığı üçün ödənişləri icra edə bilməmişdir. Ödənişləri ödəməyə hazırdır. Mövcud cədvəl üzrə ödənişləri həyata keçirəcək. Aralarında bağlanmış barışıq sazişinin şərtlərinə uyğun olaraq qətnamə çıxrılmasına razıdır. Məhkəmə ərizəçinin nümayəndəsinin və maraqlı şəxsin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 305.1, 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Ərizəçi MMC ilə Maraqlı şəxs arasında xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 5 saylı Mediasiya Təşkilatı vasitəsi ilə bağlanmış MŞB/5-00382 saylı Barışıq Sazişindən görünür ki: - 2.1. Tərəflərdən Maraqlı şəxs 28 mart 2022-ci il tarixə qədər Ərizəçi MMC-yə ümumi 34.400 (otuz dörd min dörd yüz) ABŞ dolları məbləğində borcun olduğunu etiraf edir, Ərizəçi MMC həmin etirafı qəbul edir; - 2.2. Tərəflər qarşılıqlı olaraq razılaşırlar ki, qeyd olunan borc məbləği Maraqlı şəxs tərəfindən hər ay 300 ABŞ dolları məbləğində olmaqla Ərizəçi MMC-nin müvafiq bank hesabına ödəyəcəkdir; - 2.3. Ödəmə hər ayın sonuncu iş gününə qədər Maraqlı şəxs tərəfindən ödənilməli, müvafiq qəbzi Ərizəçi MMC-nin poçt ünvanına və ya elektron poçt ünvanına göndərilməlidir; - 2.4. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur; - 2.5. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəmə və ya notariusa müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir; - 2.6. Əgər Saziş həm məhkəmə, həm də notarius tərəfindən təsdiq edilmişdirsə, Sazişin məcburi icrası həm məhkəmənin qərarına, həm də notariusun icra qeydinə əsasən həyata keçirə bilər; - 2.7. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. Barışıq sazişinin şərtlərindən göründüyü kimi, həmin sazişin təsdiq edilməsinə maneə yaradan (MPM-nin 355-26-cı maddəsində sadalanmış) hallar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Ərizəçi MMC-nin (Maraqlı şəxs qismində qeyd edilməklə) «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizəsi təmin edilməli, Ərizəçi MMC ilə Maraqlı şəxs arasında xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 5 saylı Mediasiya Təşkilatı vasitəsi ilə bağlanmış MŞB/5-00382 saylı Barışıq Sazişi təsdiq olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi MMC-nin (Maraqlı şəxs qismində qeyd edilməklə) «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizəsi təmin edilsin. Ərizəçi MMC ilə Maraqlı şəxs arasında xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 5 saylı Mediasiya Təşkilatı vasitəsi ilə bağlanmış, şərtləri şağıdakılardan ibarət olan: - 2.1. Tərəflərdən Maraqlı şəxs 28 mart 2022-ci il tarixə qədər Ərizəçi MMC-yə ümumi 34.400 (otuz dörd min dörd yüz) ABŞ dolları məbləğində borcun olduğunu etiraf edir, Ərizəçi MMC həmin etirafı qəbul edir; - 2.2. Tərəflər qarşılıqlı olaraq razılaşırlar ki, qeyd olunan borc məbləği Maraqlı şəxs tərəfindən hər ay 300 ABŞ dolları məbləğində olmaqla Ərizəçi MMC-nin müvafiq bank hesabına ödəyəcəkdir; - 2.3. Ödəmə hər ayın sonuncu iş gününə qədər Maraqlı şəxs tərəfindən ödənilməli, müvafiq qəbzi Ərizəçi MMC-nin poçt ünvanına və ya elektron poçt ünvanına göndərilməlidir; - 2.4. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur; - 2.5. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəmə və ya notariusa müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir; - 2.6. Əgər Saziş həm məhkəmə, həm də notarius tərəfindən təsdiq edilmişdirsə, Sazişin məcburi icrası həm məhkəmənin qərarına, həm də notariusun icra qeydinə əsasən həyata keçirə bilər; - 2.7. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. MŞB/5-00382 saylı Barışıq Sazişi təsdiq olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-1108/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1108/2023
27.01.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver