Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1115/2021 18.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı nümayəndəsi X7, cavabdeh Ləğv prosesində olan "Cavabdeh" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Ləğv prosesində olan "Cavabdeh" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı "ipotekaya xitam verilməsi və ipoteka haqqında qeydin daşınmaz əmlakın dövlət reyestrindən çıxarılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Ləğv prosesində olan "Cavabdeh" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı "ipotekaya xitam verilməsi və ipoteka haqqında qeydin daşınmaz əmlakın dövlət reyestrindən çıxarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Cəfərov Qardaşları küçəsi, 13 saylı evin 10 nömrəli mənzili iddiaçı Fəxriyyə Əliyevaya məxsusdur. İddiaçı ilə Cavabdeh ASC arasında kredit və ipoteka müqavilələri bağlanmış, mənzil Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit borcunun ödənilməsində gecikmə olduğuna görə Bank tərəfindən Fəxriyyə Əliyevaya qarşı iddia qaldırılmışdır. Məhkəmə proseslərinin yekunu olaraq Bakı Apellyasiya Məhkəməsi tərəfindən 2( 103)-728/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi verilmiş və icra üçün Səbail rayon icra və probasiya şöbəsinə göndərilmişdir. Buna görə, X6 xeyrinə 53.218 manat pulun tutulması qət edilmiş və tutmanın ipoteka predmetinə - mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 197.000 manat müəyyən edilməsi qət edilmişdir. Səbail rayon icra və probasiya şöbəsi tərəfindən həmin icra sənədinin icrasını təmin etmək məqsədilə icra hərəkətləri həyata keçirilmişdir. Belə ki, Səbail rayon icra və probasiya şöbəsi tərəfindən hərrac təşkilatı olan “X1 Mərkəzi” MMC-yə 192194/2019-16-20 369 saylı, xx xxxxxx 2020-ci il tarixli sifariş məktubu göndərilmişdir. Bundan sonra, hərrac təşkilatı “X1 Mərkəzi” MMC tərəfindən xx xxxxxx 2020-ci ildə ilkin, xx xxxx 2020-ci ildə təkrar hərrac keçirilmiş, lakin hər iki hərrac baş tutmamışdır. Nəticə etibarı ilə, “X1 Mərkəzi” MMC “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsini rəhbər tutaraq, Banka 262 saylı, xx xxxx 2020-ci il tarixli ipoteka predmetinin alqı-satqısı üçün müqavilə bağlanması barədə təklif göndərmişdir. Təklif, xx xxxx 2020-ci ildə Banka sifarişli poçt vasitəsilə çatdırılmışdır. Lakin keçən müddət ərzində Bank mənzili əldə etməmişdir. İddiaçıya, Respublika Xammal və Əmtəə Birjası “xxxx” MMC tərəfindən xx xxxxxxxx 2020-ci il tarixli “açıq hərracın keçirilməsinə dair” bildiriş ünvanlanmışdır. Bildirişdə mənzilin hərracda satılacağı, hərracın isə xx xxxxxxx 2020-ci ildə keçiriləcəyi qeyd edilmişdir. Mənzilə tutma yönəldilməsi ilə bağlı artıq ilkin və təkrar hərrac keçirilib, lakin bu hərraclar baş tutmadığına görə, ipoteka predmetini əldə etmək Banka təklif edilib. Bank isə, mənzili əldə etməyib. Səbail rayon icra və probasiya şöbəsi tərəfindən hər hansı hərrac təşkilatına, o cümlədən Respublika Xammal və Əmtəə Birjası “xxxx” MMC-yə yeni sifariş verilməsi və sonuncu tərəfindən də hərracın keçirilməsinə cəhd edilməsi tamamilə qanunsuzdur. Göstərilənlərə əsasən iddiaçı X4 ilə cavabdeh Ləğv prosesində olan Cavabdeh ASC arasında Bakı şəhəri, Səbail rayonu, Cəfərov Qardaşları küçəsi, 13 saylı evin 10 nömrəli mənzilə dair bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 408/E saylı sonrakı ipoteka müqaviləsi üzrə daşınmaz əmlakın dövlət reyestrində bankın xeyrinə aparılmış ipoteka hüququna xitam verilməsi və bu barədə qeydin daşınmaz əmlakın dövlət reyestrindən çıxarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X12 iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Ləğv prosesində olan "Cavabdeh" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna nümayəndəsi X5 iddia tələbinə etiraz edərək tələbin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İşin materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX seriyalı, ******* №-li Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Cəfərov Qardaşları küçəsi, ev 13, mənzil 10 İddiaçı adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində 2018 nömrəli reyestr kitabının 186547 nömrəli vərəqində ********** nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(009)-55/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 408/E saylı kredit müqaviləsinin ləğv edilməsi, İddiaçı Cavabdeh ASC-nin xeyrinə 40.800 manat əsas, 12.318 manat faiz və 100 manat cərimə olmaqla, cəmi 53.218 (əlli üç min iki yüz on səkkiz) manat məbləğində borcun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumun tutulması, ipoteka predmeti olan, İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Cəfərov Qardaşları küçəsi, 13 saylı evin 10 saylı mənzilinin ilkin satış qiymətinin 130.000 manat müəyyən edilməklə, tutmanı həmin mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılması və satışdan əldə edilən vəsait hesabına Cavabdeh ASC-nin təmin edilmiş tələblərinin ödənilməsi, İddiaçı, X12 və X8 Bakı şəhəri, Səbail rayonu, Cəfərov Qardaşları küçəsi, 13 saylı evin 10 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməklə mənzilin satıldıqdan sonra 1 ay müddətində boşaldılması (iddiaçıya satıldığı təqdirdə), Cavabdeh ASC-nin xeyrinə tutulan borc ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin cavabdeh İddiaçı qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli, 2(103)- 728/2019 saylı qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi Bakı şəhəri, Səbail rayonu, Cəfərov Qardaşları küçəsi, 13 saylı evin 10 saylı mənzilinin ilkin satış qiymətinin 130.000 manat məbləğində müəyyən edilməsi hissəsində dəyişdirilərək, ilkin satış qiymətinin 197000 (yüz doxsan yeddi min) manat müəyyən edilməsi qət edilmişdir. İş materiallarındakı “X1 Mərkəzi” MMC-nin tələbkar "Cavabdeh" ASC-yə, borclular İddiaçı, X12 və X9 ünvanladığı «açıq hərracın keçirilməsinə dair» xx.xx.2020-ci il tarixli, 110 №-li bildirişdən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Cəfərov Qardaşları küçəsi, ev 13, mənzil 10-un ilkin satış qiyməti 197.000 manat müəyyən edilməklə, satılmaq üçün açıq hərraca çıxarılmış, hərracın keçirilməsi xx xxxxxx 2020-ci il tarixə təyin edilmişdir. İş materiallarındakı “X1 Mərkəzi” MMC-nin tələbkar "Cavabdeh" ASC-yə, borclular İddiaçı, X12 və X9 ünvanladığı «açıq hərracın keçirilməsinə dair» xx.xx.2020-ci il tarixli, 217 №-li bildirişdən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Cəfərov Qardaşları küçəsi, ev 13, mənzil 10-un satış qiyməti 167450 manat müəyyən edilməklə, satılmaq üçün açıq hərraca çıxarılmış, hərracın keçirilməsi xx xxxx 2020-ci il tarixə təyin edilmişdir. İşin materiallarında olan “X1 Mərkəzi” MMC-nin "Cavabdeh" ASC-yə ünvanladığı «İpoteka predmetinin alqı-satqısı üçün müqavilə bağlanılması barədə» xx xxxx 2020-ci il tarixli, 262 №-li təklifində Bakı şəhəri, Səbail rayonu, Cəfərov Qardaşları küçəsi, ev 13, mənzil 10-un hərracda satılmadığına görə həmin mənzilin almağı təklif edilmiş, ipoteka saxlayan əmlakı almadığı təqdirdə ipotekaya xitam veriləcəyi bildirilmişdir. İş materiallarındakı Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası “xxxx” MMC-nin tələbkar ləğv prosesində olan "Cavabdeh" ASC-yə, borclular İddiaçı, X12 və X9 ünvanladığı «açıq hərracın keçirilməsinə dair» xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Cəfərov Qardaşları küçəsi, ev 13, mənzil 10-un ilkin satış qiyməti 197.000 manat müəyyən edilməklə, satılmaq üçün açıq hərraca çıxarılmış, hərracın keçirilməsi xx xxxxxxx 2020-ci il tarixə təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası “xxxx” MMC-nin ləğv prosesində olan "Cavabdeh" ASC-yə ünvanladığı xx.xx.2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, ipoteka yüklü Bakı şəhəri, Səbail rayonu, C.Qardaşları küçəsi, ev 13, mənzil 10 təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2020-ci il tarixli nömrəsində elan dərc edilmişdir. “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni 125587.50 ( bir yüz iyirmi beş min beş yüz səksən yeddi manat 50 qəp) manat olmaqla ipoteka saxlayana təklif olunur. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası “xxxx” MMC-nin ləğv prosesində olan "Cavabdeh" ASC-yə ünvanladığı xx.xx.2020-ci il tarixli məktub xx.xx.2020-ci il tarixdə Bank tərəfindən təhvil alınmışdır. İş materiallarındakı ləğv prosesində olan "Cavabdeh" ASC-nin Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası “xxxx” MMC-yə ünvanladığı xx xxxxxx 2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, ipoteka predmeti olan X3 məxsus Bakı şəhəri, Səbail rayonu, C.Qardaşları küçəsində yerləşən 13 saylı evin 10 nömrəli mənzilin təkrar hərracdakı -ilkin satış qiymətindən 25%-dən az olmayan qiymətlə yəni 125.587,50 (bir yüz iyirmi beş min beş yüz səksən yeddi manat, 50 qəpik) manata ləğv prosesində olan Cavabdeh ASC-nin tərəfindən əldə olunması məqsədilə müvafiq alqısatqı müqaviləsinin bağlanması, hərracın nəticələri haqqında yekun protokolun tərtib olunması, hesab-fakturanın, elektron vergi fakturanı təqdim ediləsi və həmin ipoteka predmetinin ləğv prosesində olan “Cavabdeh" ASC-nin adına rəsmiləşdirilməsi ilə bağlı göstəriş verilməsi xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası “xxxx” MMC-nin Səbail rayon İcra və Probasiya şöbəsinə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Cəfərov Qardaşları küçəsi, ev 13, mənzil 10 üzrə mövcud qanunvericiliyə uyğun olaraq hərraclar keçirilmiş, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə tələbkarın əldə etməsi üçün tərəflərindən məktub göndərilmiş, lakin ipoteka saxlayan ipoteka predmetini əldə etməmişdir. Hazırki mübahisə ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 41.1-ci maddəsinə əsasən ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər. Eyni Qanunun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. İcra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) sifariş verir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Göstərilən Qanunun 42.3-cü maddəsinə əsasən hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Həmin Qanunun 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Eyni Qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Göstərilən Qanunun 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Həmin Qanunun 43.8-ci maddəsinə görə ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Eyni Qanunun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, qüvvədə olan qanunvericiliyə əsasən ipoteka predmeti ilə əlaqədar xx xxxxxx 2020-ci il və xx xxxx 2020-ci il tarixlərdə hərraclar keçirilmiş ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməmişdir. Bundan sonra, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğu halda, ipoteka predmeti ilə əlaqədar əlavə olaraq 1 dəfə də (xx xxxxxxx 2020-ci il tarixdə) hərrac keçirilmişdir. Bu hal mənzilin mülkiyyətçisinin hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair» xx xxxxxxx 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. Həmin Qanunun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Həmin Qərarda qeyd olunmuşdur ki, ipoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır. «İpoteka haqqında» Qanunun başqa şəkildə şərh edilməsi, yəni ipoteka saxlayana bu imkanın qanunla müəyyən edilmiş müddətdən sonra da yenidən verilməsi, ipoteka qoyanın qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarır. Göründüyü kimi, ipoteka predmeti ilə əlaqədar üç dəfə hərracın keçirilməsi halı hərracın keçirilmə qaydalarının kobud şəkildə pozulmasına dəlalət edir. Belə olan halda məhkəmə hesab edir ki, mülkiyyətçi haqlı olaraq ipotekaya xitam verilməsini tələb etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, iddiaçı X4 ilə cavabdeh Ləğv prosesində olan Cavabdeh ASC arasında Bakı şəhəri, Səbail rayonu, Cəfərov Qardaşları küçəsi, 13 saylı evin 10 nömrəli mənzilə dair bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 408/E saylı sonrakı ipoteka müqaviləsi üzrə daşınmaz əmlakın dövlət reyestrində bankın xeyrinə aparılmış ipoteka hüququna xitam verilməli, bu barədə qeyd daşınmaz əmlakın dövlət reyestrindən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı X4 ilə cavabdeh Ləğv prosesində olan Cavabdeh ASC arasında Bakı şəhəri, Səbail rayonu, Cəfərov Qardaşları küçəsi, 13 saylı evin 10 nömrəli mənzilə dair bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 408/E saylı sonrakı ipoteka müqaviləsi üzrə daşınmaz əmlakın dövlət reyestrində bankın xeyrinə aparılmış ipoteka hüququna xitam verilsin. Bu barədə qeyd daşınmaz əmlakın dövlət reyestrindən çıxarılsın. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-1115/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1115/2021
18.03.2021 · Müqavilələrin ləğv edilməsi - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver