Məhkəmə qərarları › İş №2(006)-1117/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1117/2025

07.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1117/2025 07.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi ilə, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Notariat Qeydiyyat və Reyestr Baş İdarəsini və Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsini maraqlı şəxs qismində cəlb etdiyi "hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair" ərizəsi üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Notariat Qeydiyyat və Reyestr Baş İdarəsini və Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsini maraqlı şəxs qismində cəlb etdiyi "hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair" ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1969-ci ildə Bakı şəhərində doğulmuş X2 xx.xx.2001-ci ildə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2001-ci ildə Bakı şəhərində vəfat etmiş xx.xx.1969-cu il təvəllüdlü X4 onun oğludur. xx.xx.2024-cü ildə vəfat etmiş həyat yoldaşı X5 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 97, mənzil 33 (Yeni qaydalarla: AZ1007, Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti 69, M2, m2) ünvanında miras mənzil qalmışdır. Ərindən qalmış miras mənzili adına vərəsəlik qaydasında rəsmiləşdirilməsi üçün notariat ofisinə müraciət etmiş, lakin notarius miras qoyanın digər vərəsələrinin də razılığının olmasını və vərəsələrinin iştirakının vacib olduğunu bidirmişdir. Belə ki, vərəsəlik adıma rəsmiləşdirilən zaman elektron sistemdə miras qoyana münasibətdə qanuni vərəsə olan oğlu Elçinin ölümünü təsdiq edən sənəd aşkar olunmadı. Oğlu Elçin vəfat edəndən sonra ərizəçi savadsızlığından ölüm haqqında şəhadətnaməni almamışdır. Bu səbəbdən də oğlu Elçinin ölümü haqqında şəhadətnamə verilməsi üçün Azərbaycan Respublikasi Ədliyyə Nazirliyinin Bakı şəhəri Nəsimi rayon Qeydiyyatı Şöbəsinə ərizə ilə etdiyi müraciətə xx.xx.2024-cü i tarixli, 3-16-5/8-15-A-2148/2024 saylı məktubla cavab verilmişdir ki, "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ölümün qeydə alınması üçün zəruri olan sənəd təqdim edilmədiyindən hazırda ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsində mümkün olmamışdır. Beləliklə vərəsəliyin adıma rəsmiləşdirilməsi üçün zəruri sənəd olan mərhum həyat yoldaşı Əli Abbasova qarşı münasibətdə qanuni vərəsə hesab edilən oğlu X2 ölümü barədə sənədləri əldə etmək onun imkanım xaricində olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qaldı. xx.xx.1969-cu il təvəllüdlü oğlu X2 xx.xx.2001-ci ildə Bakı şəhərində vəfat etməsi faktını foto şəkillə və məhkəməyə tərəfindən dəvət olunacaq şahidlər tərəfindən sübut olunacaqdır. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Vəkil yuxarıda göstərilən məzmunda izahat verərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi X6 ərizənin təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahat verərək bildirmişdir ki, mərhum 1969-cu il təvəllüdlü X4 onun qardaşı olmuş ve 2001-ci ildə 31 yaşında vəfat etmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahat verərək bildirmişdir ki, mərhum onun dayısıdır. 2001-ci ildə rəhmətə gedib. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahat verərək bildirmişdir ki, mərhum 2001-ci ildə dünyasını dəyişib. Məhkəmə ərizəçinin nümayəndəsinin və şahidlərin izahatlarını, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1969-cu il tarixində Bakı şəhərində doğulmuşdur. Onun atası X10, anası Ərizəçidır. İş materiallarında olan Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi etibarnaməsinə əsasən nümayəndəsi Vəkil ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq-vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası” nın 8.5-ci bəndinə əsasən "ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 97, mənzil 33 (Yeni qaydalarla: AZ1007, Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti 69, M2, m2) ünvanında yerləşən mənzil xx.xx.2023-cü il tarixdə X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş AZ-İİ 403293 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 315 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş qəbrüstü fotoşəkildən görünür ki, X4 xx.xx.1969-cu il tarixində doğulmuş, xx.xx.2001-ci ildə isə ölmüşdür. İş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin xx.xx.2025-ci il tarixli arayışına əsasən məhrum xx.xx.1969-cu il təvəllüdlü X4 xx.xx.2001-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Keşlə qəbiristanlığında dəfn edilmişdir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, ərizəçi tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə ilk olaraq onu qeyd etməyi zəruri hesab edir ki, X2 Ərizəçi oğlu olması faktı öz təsdiqini iş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamədə tapmışdır. Göründüyü kimi, Ərizəçi öz oğlu X2 ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, xx.xx.1969-cu il təvəllüdlü X4 xx.xx.2001-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1969-cu ildə Bakı şəhərində doğulmuş X2 xx.xx.2001-ci ildə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar