Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1119/2024 06.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi ilə, Ərizəçi 1 saylı "ASAN" xidmət mərkəzi qeydiyyat şöbəsini maraqlı şəxs qismində cəlb etdiyi "ölüm faktının müəyyən olunması" barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi 1 saylı "ASAN" xidmət mərkəzi qeydiyyat şöbəsini maraqlı şəxs qismində cəlb etdiyi "ölüm faktının müəyyən olunması" barədə ərizə ilə məhkəməyə müraciət edərək, X3 həqiqətən 1989-cu ildə Şərur rayonunda vəfat etməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Ərizəçi 1988-ci ildə X6 ilə ailə həyatı qurmuşdur. X1 1989-cu ildə Şərur rayonunda vəfat etmişdir. Mərhum yoldaşını Mahmudkənd kənd qəbiristanlığında dəfn etmişlər. Lakin, müəyyən səbəblərdən ölüm şəhadətnaməsi alınmamışdır. Hazırda yeni nikaha daxil olmaq məqsədilə Qeydiyyat Şöbəsinə müraciət etmişdir, lakin mərhum yoldaşının ölüm şəhadətnaməsi olmadığına görə onunla hələ də nikahda olduğu bildirilmişdir. Eyni zamanda Şərur rayon Nikah evi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışda qeyd edilmişdir ki, ölüm haqqında məlumatın müəyyən edilməsi məqsədilə Şərur rayon Nikah Evi tərəfindən 1990-cı ildən 2005-ci illər üzrə bərpa akt qeydi kitabları axtarılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Naxçıvan MR-in Şərur rayon İcra Hakimiyyətinin Mahmudkənd kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışda X3 vəfat etməsi qeyd edilmişdir. Mərhum yoldaşına ölüm şəhadətnaməsinin alınması məqsədi ilə Bakı şəhəri 1 saylı “ASAN XİDMƏT” X5 müraciət etmişdir. Lakin oradan ona xx.xx.2023-cü il tarixli imtina məktubu verilərək “ölüm haqqında tibbi şəhadətnamənin, ölüm haqqında feldşer arayışının” olmaması səbəbi ilə ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir və məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Halhazırda onun adına ölüm haqqında şəhadətnamənin alınması üçün vəfat faktının müəyyən olunması lazımdır. Daha sonra ərizəçi ərizənin dəqiqləşdirilməsi xahişi ilə məhkəməyə müraciət edərək, X3 xx.xx.1989-cu il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılıb qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxs 1 saylı "ASAN" xidmət mərkəzi qeydiyyat şöbəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Belə ki, mülki işin materiallarında olan: xx.xx.2023-cü il tarixdə Şərur rayon Nikah Evi tərəfindən verilmiş 22 saylı arayışdan görünür ki, X6 tərəfindən ölüm haqqında məlumatın müəyyən edilməsi məqsədilə Şərur rayon Nikah Evi tərəfindən 1990-cı ildən 2005-ci illər üzrə bərpa akt qeydi kitabları axtarılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Naxçıvan Muxtar Respublikası Şərur rayon İcra hakimiyyəti Mahmudkənd kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 186 nömrəli Arayışdan görünür ki, arayış Mahmudkənd sakini X12 ondan ötrü verilmişdir ki, onun bacısı X6 vəfat etmişdir. Vətəndaş vəfat edən zaman ailəli olmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Bakı “ASAN xidmət” Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən ərizəçiyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, vəfat etmiş X4 ölümünün qeydiyyata alınması barədə xx.xx.2023cü il tarixli müraciətinə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edlmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndlərinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi (ölüm haqqında tibbi şəhadətnamə, ölüm haqqında feldşer arayışı) ilə təsdiq edilməlidir. Rəhmətə gedənin ölüm haqqında tibbi şəhadətnaməsi şöbəyə təqdim edilmədiyi üçün ərizənin təmin edilməsi imkan xaricindədir. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bununla əlaqədar məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş, AZ-İ seriyalı 142271 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Ərizəçi ilə X9 arasında xx.xx.2009-cu il tarixdə nikah ləğv edilmiş, bu barədə nikah haqqında akt qeydləri kitabında 24 nömrə ilə qeyd edilmişdir. Ərizəçi tərəfindən məhkəməyə qəbirüstü abidənin olması barədə fotoşəkil təqdim edilmişdir. Məhkəməyə göndərilmiş Naxçıvan Muxtar Respublikasının xx.xx.2024-cü il tarixli, 207 nömrəli məktubundan görünür ki, X7 xx.xx.1969-cu il tarixdə Naxçıvan MR Şərur rayonu, Mahmudkənd kəndində anadan olmuşdur. Bu barədə Şərur rayon, Mahmudkənd kənd KİN-də doğum kitabında xx.xx.1969-cu il tarixli 140 nömrəli akt qeydi ilə qeydiyyat aparılmışdır. X2, anası X10 qeyd edilmişdir (şəhadətnamə nömrəsi: AZ № 1661601). Azərbaycan Respublikasının Naxçıvan MR Şərur Rayon Xanlıqlar K.İ.N-də “Nikah” kitabında 36 nömrəli akt qeydinin xx.xx.1988-ci il tarixdə Ərizəçi Muxtər oğlu (21 yaş), X6 (18 yaş) arasında nikah bağlanmışdır. Nikahdan sonra qadına Vəliyeva soyadı verilmişdir (şəhadətnamə nömrəsi: İV-JQ №435610). Şərur rayon Nikah evi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş Arayışdan görünür ki, Ərizəçi Muxtər oğlu ilə X6 arasında nikah haqqında akt qeydi xx.xx.1988-ci il tarixdə 36 nömrəli akt qeydi ilə tərtib edilmişdir. Nikah Şərur rayon Xanlıqlar İnzibati Ərazi dairəsi üzrə nümayəndəlikdə qeydə alınmışdır. Nikahdan sonra arvada Vəliyeva soyadı verilmişdir. 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş Arayışdan görünür ki, Ərizəçi Muxtər oğlu (xx.xx.1967) ilə X6 (xx.xx.1969) arasında nikah haqqında xx.xx.1988-ci il tarixdə 36 №-li akt qeydi tərtib olunmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir ki, X3 Azərbaycan Respublikası ərazisində qeydiyyatı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin keçmiş arvadı X6 1989-cu il tarixdə Şərur rayonunda vəfat etmiş və Mahmudkənd kənd qəbiristanlığında dəfn edilmişdir, lakin ərizəçi onun ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi mərhum arvadı xx.xx.1969-cu il təvəllüdlü X3 xx.xx.1989-cu il tarixdə Şərur rayonunda vəfat etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.1969-cu il təvəllüdlü Xudiyeva (Vəliyeva) Nəzakət Yaqub qızının xx.xx.1989cu il tarixdə Şərur rayonunda vəfat etməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-1119/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1119/2024
06.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver