Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1127/2022 03.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, ərizəçi X3 iştirakı ilə, ərizəçi X3 «hüquqi əhəmiyyətli ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi X6 3 saylı Bakı «ASAN xidmət» Mərkəzi Qeydiyyat şöbəsini maraqlı şəxs qismində qeyd etməklə, «hüquqi əhəmiyyətli ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, anası, 06.02.1951-ci il tarixdə RF Stavropol vilayətində doğulmuş, ünvan 1 ünvanda qeydiyyatda olmuş X2 27.10.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi X6 ərizəsini onunla əsaslandırmışdır ki, anası X4 06.02.1951-ci il tarixdə Rusiya Federasiyası Stavropol vilayətində doğulmuş və ünvan 1 ünvanda qeydiyyatda olmuşdur. Anası X4 27 oktyabr 2021-ci il tarixdə faktiki yaşadığı ünvan 2 ünvanda insult keçirərək vəfat etmişdir. Ölüm zamanı anası evdə tək olmuşdur. Onlar sonradan analarının ölümündən xəbər tutmuşlar. Təcili tibbi yardıma mərhum anasının adına çağırış edilmiş, 06:31 radələrində həkim gələnə qədər anası X4 vəfat etmişdir. Mərhum anasının ölümündən sonra onlar ölüm haqqında tibbi şəhadətnamə almaq üçün 3 saylı şəhər poliklinikasına gec müraciət etdikləri üçün, həmçinin hansı xəstəlikdən rəhmətə getməsi barədə məlumat olmadığından, ölüm haqqında tibbi şəhadətnamə ala bilməmişlər. Mərhum anasının adına ölüm haqqında şəhadətnamə almaq üçün 3 saylı Bakı «ASAN xidmət» Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinə müraciət etsə də, qeydiyyat şöbəsi imtina məktubunda göstərmişdir ki, ölüm haqqında həkim şəhadətnaməsi, yəni ölüm haqqında tibbi şəhadətnamə AZS-106 nömrəli forma olmadığından, ölüm məhkəmə tərəfindən müəyyən olunmalıdır. Buna görə də, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi X6 məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs 3 saylı Bakı «ASAN xidmət» Mərkəzi Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə məktub ünvanlayaraq ərizəyə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, nümayəndənin məhkəmə iclasına gələ bilməməsinin üzürlü səbəbi kimi iş həcminin çox olmasını göstərmişdir. Məhkəmə işə maraqlı şəxs 3 saylı Bakı «ASAN xidmət» Mərkəzi Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, şahid X5 məhkəmə iclasında ifadə verərək bildirdi ki, mərhum X1 nənəsi olub. 27 oktyabr 2021-ci il tarixdə səhər saatlarında vəfat etmişdir. Zığ qəsəbəsində yerləşən Dədə Qorqud qəbiristanlığında dəfn edilmişdir. Dəfndə iştirak etmişdir. . Ərizəçinin anası X4 06.02.1951-ci il tarixdə RF Stavropol vilayətində doğulmuşdur. İş materiallarına əlavə olunmuş digər sənədlərdən görünür ki, ölüm faktının müəyyən edilməsi tələb edilən şəxs ərizəçinin anasıdır. Bakı şəhəri T və TTYS-in 8 saylı Yardımçı Stansiyasının 27.10.2021-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X2 adına 06:31-də çağırış daxil olmuş, ünvana gələn həkim həkimgələnə qədər ölüm baş verdiyini (qadın cinsli meyit) qeyd etmişdir. Bakı şəhəri, Suraxanı rayonu Zığ Bələdiyyəsinin 22 fevral 2022-ci il tarixli 92 saylı arayışından görünür ki, X4 27 oktyabr 2021-ci il tarixdə Zığ qəsəbəsində yerləşən Dədə Qorqud qəbristanlığında dəfn olunmuşdur. 3 saylı şəhər Poliklinikasının 09.12.2021-ci il tarixli 500 saylı məktubundan görünür ki, ölüm haqqında 106 saylı forma üzrə arayışın verilməsinin mümkün olmadığı bildirilmiş, məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. 3 saylı Bakı «ASAN xidmət» Mərkəzi Qeydiyyat şöbəsi 13 dekabr 2021-ci il tarixli 05/Q-5130/15 saylı məktubundan görünür ki, ərizəçiyə anası X2 ölümünün qeydə alınması üçün zəruri olan sənəd təqdim edilmədiyindən hazırda ölümün dövlət qeydiyyatına alınmasının qeydiyyat şöbəsində mümkün olmaması bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, ərizəçi X6 anasının ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, 06.02.1951-ci il tarixdə RF Stavropol vilayətində doğulmuş, ünvan 1 ünvanda qeydiyyatda olmuş X4 27.10.2021-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 06.02.1951-ci il tarixdə RF Stavropol vilayətində doğulmuş, ünvan 1 ünvanda qeydiyyatda olmuş X2 27.10.2021-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Hazırkı qətnamə faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-1127/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1127/2022
03.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver