Məhkəmə qərarları › İş №2(006)-1149/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1149/2024

05.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1149/2024 05.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X19 oğlunun katibliyi, Ərizəçi İddiaçı vəkili-nümayəndəsi Vəkil iştirakı ilə Ərizəçi İddiaçı Cavabdeh maraqlı şəxs qismində cəlb edilməklə «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı Cavabdeh maraqlı şəxs qismində cəlb edilməklə «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1952-ci il təvəllüdlü X8 xx.xx.2020-ci il tarixdə ölümünün qeyd edilmə faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X4 (Abilhəsənova) X18 arasında 12 mart 1980-ci il tarixdə nikah bağlanmış, bu barədə xx.xx.1983-cü il tarixli, Щ-ЖГ seriyalı, 260725 nömrəli “Evlənmək haqqında Şəhadətnamə” verilmişdir. Birgə nikahlarından xx.xx.1986-ci il təvəllüdlü Əsgərova (hazırda Qurbanova) Elvina Yavər qızı adlı uşaqları doğulmuşdur. Mərhum X6 xx.xx.2020-ci il tarixdə ürək çatışmazlığından vəfat etmiş, bununla bağlı Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixli, AZ-İİ seriyalı 086512 nömrəli “ölüm haqqında Şəhadətnamə” verilmişdir. Ərizəçi İddiaçı atası mərhum X14 xx.xx.1952-ci ildə Naxçıvan şəhərində anadan olmuş, xx.xx.2020-ci il tarixdə qeydiyyatda olduğu və yaşadığı Bakı şəhəri, Yasamal rayonu, B.Bağırova küçəsi 2 ünvanında yerləşən 71 nömrəli mənzildə vəfat etmişdir. Belə ki, İddiaçı xx.xx.2020-ci il tarixdə axşam saat 21 radələrində atası X14 ilə telefon əlaqəsi yaratmağa çalışsa da, heç bir nəticəsi olmamışdir. Həmin vaxt ölkədə komendant saatı tətbiq olunduğu üçün (saat 21:00-dan – 06:00-a kimi) İddiaçı gecə saatlarında atasının yaşadığı ünvana gedə bilməmiş, yalnız 9 dekabr saat səhər 6 radəsində həmin ünvana gedib özündə olan açarı ilə qapını açıb mənzilə daxil olmuş və atasının çarpayısında vəfat etdiyini görmüşdür. Daha sonra ərizəçi təcili tibbi yardım çağırmış, xx.xx.2020-ci il tarixli Təcili və X10 Stansiyasının “Ölüm haqqında Xəbərarlıq” vərəqəsi ilə X8 ölümü təsdiq edilmişdir. Həmin sənədin “Xəstənin yanına gəlmə vaxtı” hissəsində saat 06:49, “Xəstənin S.A.A” hissəsində X14, “Aparılmış müalicə tədbirləri” hissəsində “Kişi cinsli meyitlə rastlaşdım” qeyd verilmişdir. Meyidə baxış keçirilən zaman həkim Mehmanova və tibb bacısı Fərəcova tərəfindən şifahi şəkildə onun ürəyi dayandığı üçün vəfat etdiyi bildirilir. Yasamal Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 538 nömrəli arayışında qeyd olunmuşdur ki, X8 Şərifzadə küçəsində yerləşən Dağüstü İ qəbiristanlığında xx.xx.2020-ci il tarixdə İddiaçı tərəfindən dəfn edilmişdir. Bakı şəhər Baş Səhiyyə İdarəsinin 3 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli, 117 nömrəli məktubunda qeyd edilmişdir ki, “B.Bağırova küçəsi 2, mənzil 71 ünvanında qeydiyyatda olan 1952-ci il təvəllüdlü X14 3 nömrəli Şəhər Poliklinikasına heç vaxt müraciət etməyib, mərhum həmin poliklinikanın dispanser qeydiyyatında olmamışdır. Ölüm səbəbi məlum olmadığına görə “ölüm haqqında şəhadətnamə” verilməmişdir”. Ərizəçi tərəfindən atası X8 ölümünün qeydə alınması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Cavabdehnə müraciət edilmiş, həmin şöbə tərəfindən xx.xx.2023-cü il tarixli, 3-16-5-xx-xx- 5101123 nömrəli cavab məktubunda bildirilmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Bildiririk ki, Siz ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyiniz üçün ölüm qeydə alınması imkanımız xaricindədir. Cavabdeh aidiyyəti üzrə məhkəməyə müraciət etməyinizi tövsiyyə edir.” X11 ölümündən hazırki vaxtadək “ölüm haqqında şəhadətnamə” almaq mümkün olmamışdır. DƏDRX-dən verilmiş xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1 İddiaçı mülkiyyətindədir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli arayışdan göründüyü kimi, X14 həmin mənzildə qeydiyyatdadır. Mənzil İddiaçı tərəfindən özgəninkiləşdiriləcəkdir. Lakin, mənzilin özgəninkiləşdirilməsi üçün qeydiyyatda olan şəxslərin razılığı tələb olunur. X8 adına “ölüm haqqında şəhadətnamə” verilmədiyindən onun mənzildən qeydiyyatdan çıxarılması və mənzilin özgəninkiləşdirilməsi həyata keçirilə bilinmir. Buna görə də ölüm faktının məhkəmə tərəfindən müəyyən edilməsi zəruridir. Ərizəçi İddiaçı ərizəsinə texniki düzəliş verərək, xx.xx.1952-ci il təvəllüdlü X8 xx.xx.2020-ci il tarixdə ölümünün qeyd edilmə faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi İddiaçı vəkili-nümayəndəsi Vəkil ərizəni müdafiə edib, məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, mərhum X14 ərizəçinin mülkiyyətində olan ünvan 1 ünvanında qeydiyyatdadır. Mərhumun həmin mənzildə qeydiyyatda olan sakin kimi qeyd edilməsi ərizəçi üçün əlavə xərclər yaradır, ərizəçinin həmin mənzilə dair hüquqlarının həyata keçirilməsinə, eləcə də həmin mənzillə alqı-satqı məsələlərinin həyata keçirilməsinə maneçilik yaradır. Qeyd olunanları nəzərə alaraq ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Cavabdeh nümayəndəsi məhkəməyə gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, şahidlərin ifadəsini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirdi ki, ərizəçi İddiaçı onun iş yoldaşıdır. 2020-ci ilin qış ayında (günü dəqiqi xatırlamır) səhər tezdən İddiaçı onun telefonuna zəng vuraraq atası X8 telefonuna zəng çatmadığından onunla birgə atasının yaşadığı ünvana getməsini xahiş etmişdir. Sonra onlar birlikdə X8 yaşadığı ünvana gedərək sonuncunun mənzildə meyidiyini görmüşlər. Mərhum Yasamal qəbristanlığında dəfn edilmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, ərizəçi İddiaçı atası X14 xx.xx.1952-ci il tarixdə ildə Naxçıvan MR, Naxçıvan şəhərində anadan olmuşdur. Mülki işin materiallarında olan: xx.xx.1983-cü il tarixdə verilmiş Щ-ЖГ seriyalı, 260725 nömrəli evlənmək haqqında şəhadətnamədən görünür ki, X14 ilə X17 Yusif qızının nikahı Səadət Sarayında 12 mart 1980-ci il tarixdə qeydə alınmış, nikah bağlandıqdan sonra arvada “Əsgərova” soyadı verilmişdir. Doğum haqqında АZ-İİİ seriyalı 535652 nömrəli şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1986-ci ildə anadan olmuş, atası X14, anası X5r. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan (Seriya: RX, № 0385519) görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, B.Bağırova küçəsi, ev 2, 71 nömrəli mənzili (reyestr nömrəsi: **********91-05301-093055) (qeydiyyat nömrəsi: **********) xx.xx.2014-cü il tarixdə tam mülkiyyət hüququ üzrə X8 adına daşınmaz əmlakın dövlət reyestrində 2111 nömrəli reyestr kitabının 195331 nömrəli vərəqində qeydiyyata alınmışdır; Ölüm haqqında АZ-İİ seriyalı 086512 nömrəli şəhadətnamədən görünür ki, X6 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Bakı şəhər Təcili və X10 Stansiyasının 8 saylı bölməsinin verdiyi «Ölüm haqqında Xəbərarlıq vərəqəsi»ndən görünür ki, xx.xx.2020-ci il tarixdə saat 06:49 dəqiqədə B.Bağırova 2, 1 – 20 71 ünvanına, X8 adına çağırış daxil olmuşd, çağırışı 8 saylı bölmənin həkimi A.Mehmanova, tibb bacısı R.Fərəcova yerinə yetirmiş, “kişi cinsli meyitlə rastlaşdım” göstərilmiş, ölümün ilkin səbəbi isə qeyd edilməmişdir. Bakı şəhəri Yasamal Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 538 nömrəli arayışından görünür ki, xx.xx.1952-ci il təvəllüdlü X1 yerləşən “Dağüstü 1” qəbiristanlığında xx.xx.2020-ci il tarixdə İddiaçı tərəfindən dəfn edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi 3 №-li Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli 117 nömrəli məktubunda qeyd edilmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olan xx.xx.1952-ci il təvəllüdlü X8 heç vaxt 3 nömrəli şəhər poliklinikasına müraciət etməmiş, mərhum poliklinikanın dispanser qeydiyyatında olmamışdır. Ölüm səbəbi məlum olmadığına görə “ölüm haqqında şəhadətnamə” verilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli arayışdan görünürki, X14 ünvan 4 ünvanında qeydiyyatdadır. Bakı şəhəri Cavabdeh xx.xx.2023-cü il tarixli 3-16-5-7-15-5101/23 nömrəli məktubunda X8 ölümünün qeydə alınması barədə müraciətə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. X8 ölüm haqqında tibbi şəhadətnaməsi təqdim edilmədiyindən ölümün qeydə alınması imkan xaricindədir. Qeydiyyat Şöbəsi aidiyyəti üzrə məhkəməyə müraciət edilməsini tövsiyyə edir. Beləliklə, məhkəmə tərəfindən ərizəçinin nümayəndəsinin izahatından və vəkilinin çıxışından, şahidin ifadəsindən və mülki işin materiallarından müəyyən olundu ki, xx.xx.1952-ci ildə Naxçıvan şəhərində anadan olmuş X8 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində (ev şəraitində) vəfat etmişdir. Ərizəçi atasının ölümü haqqında şəhadətnamənin alınması üçün Bakı şəhəri Cavabdehnə müraciət etmiş, lakin tibb müəssisəsinin arayışı olmadığından ölümün qeydə alınmasından imtina edilmişdir. Atasının ölüm haqqında şəhadətnaməsi olmadığından, ərizəçi bəzi sənədləşdirmə işlərində çətinlik çəkir. Buna görə də hazırki ərizə ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə, ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1 və 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2 və 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2 və 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, xx.xx.1952-ci ildə Naxçıvan şəhərində anadan olmuş X8 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində (ev şəraitində) ölməsi faktı şahidin ifadəsi və təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən, hazırki ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1952-ci ildə Naxçıvan şəhərində anadan olmuş X8 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində (ev şəraitində) ölməsi faktı müəyyən edilsin. Hazırki qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar