Məhkəmə qərarları › İş №2(006)-1156/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1156/2020

10.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1156/2020 10.06.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, x8 oğlunun katibliyi, İddiaçı ləğv prosesində olan "İddiaçı" x5 nümayəndəsi x2 iştirakı ilə İddiaçı "İddiaçı" x5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi" tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "İddiaçı" x9 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanılmış 30 aprel 2015-ci il tarixli, 04/2729/TAG saylı kredit müqaviləsinə əsasən cavabdeh İddiaçı ASC-dən 24 ay müddətində qaytarılmaq üzrə illik 27%-lə 15000 (on beş min) ABŞ dolları məbləğində kredit vəsaiti almışdır. Verilmiş kreditin təminatı olaraq cavabdehə məxsus olan 2012-ci il buraxılışlı, TİP: Sedan, Ban: JNKCV61E0CM480192, mühərrik № 370407F, qara rəngli, «İNFİNİTİ G37» minik markalı, 1O-ZO-O11 dövlət qeydiyyat nişanlı avtomobil tərəflər arasında bağlanmış 30 aprel 2015-ci il tarixli, 04/2729/TAG saylı ipoteka müqaviləsinə əsasən İddiaçı ASC-yə ipoteka (girov) qoyulmuş, ipoteka müqaviləsi dövlət qeydiyyat orqanında qeydiyyata alınmış və bu barədə qeyd avtomobilin qeydiyyat şəhadətnaməsinə də işlənmişdir. Bundan başqa, verilmiş kreditin təminatı olaraq İddiaçı ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında 30 aprel 2015-ci il tarixli, 04/2729/TAG saylı üçtərəfli zaminlik müqaviləsi bağlanmışdır. Lakin cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımı qaydada icra etməyərək kreditin müəyyənləşdirilən qaydada qaytarılmasına əməl etməmişdir. Belə ki, cavabdeh kreditin geri ödənişini müqavilənin bağlandığı tarixdən 07.06.2017-ci il tarixinədək gecikmələrə yol verməklə həyata keçirmiş və həmin tarixdən bu günə qədər müqavilədən irəli gələn öhdəlikləri yerinə yetirmir. Hazırda cavabdehin İddiaçı ASC-yə 2593, 52 ABŞ dolları faiz, 5,72 ABŞ dolları cərimə olmaqla, cəmi 2599,24 ABŞ dolları məbləğində borcu qalmışdır.Tərəflərindən pretenziya qaydasına riayət edilərək, 30 aprel 2015-ci il tarixli, 04/2729/TAG saylı ipoteka müqaviləsi üzrə "ipoteka predmetinə tutumanın yönəldilməsi haqqında bildiriş" ipoteka qoyana poçt vasitəsi ilə göndərilmişdir. Bundan əlavə, 18.11.2019-cu il tarixdə Azərbaycan Respublikası DİN BDYPİ-nə Cavabdeh1 seriya AB № 830135 saylı Azərbaycan Respublikası Nəqliyyat x1 əsasən məxsus olan 2012-ci il buraxılışlı, TİP: Sedan, Ban: JNKCV61E0CM480192, mühərrik № 370407F, qara rəngli, «İNFİNİTİ G37» minik markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə bağlı "ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınmasına dair" ərizə ilə müraciət edilmişdir və həmin ərizə Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən 18.11.2019-cu il tarixdə qəbul edilərək qeydiyyata alınmışdır. Göstərilənlərə əsasən Cavabdeh1 ilə bağlanılmış 30 aprel 2015-ci il tarixli, 04/2729/TAG saylı kredit müqaviləsinə əsasən 2593 (iki min beş yüz doxsan üç) ABŞ dolları 52 (əlli iki) sent faiz, 05 (beş) ABŞ dolları 72 (yetmiş iki) sent cərimə, cəmi 2599 (iki min beş yüz doxsan doqquz) ABŞ dolları 24 (iyirmi dörd) sent kredit borcunun ödəniş gününə Azərbaycan manatının məzənnəsi ilə və ödənilmiş 30,40 (30 manat dövlət rüsumunun, 40 qəpik xidmət haqqı) məhkəmə xərcinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutularaq "İddiaçı" ASC- yə ödənilməsi, tutmanın ipoteka predmeti olan, Cavabdeh1 məxsus 2012-ci il buraxılışlı, TİP: Sedan, Ban: JNKCV61E0CM480192, mühərrik № 370407F, qara rəngli, «İNFİNİTİ G37» minik markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması və satışdan əldə olunacaq məbləğin cavabdehin İddiaçı ASC-yə olan borcunun ödənilməsinə yönəldilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı ləğv prosesində olan "İddiaçı" x5 nümayəndəsi x3 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 nümayəndəsi və vəkili x4 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Belə ki, iş materiallarından görünür ki, "İddiaçı" ASC ilə Cavabdeh1 arasında bağlanmış 30.04.2015-ci il tarixli, 04/2729/TAG saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 illik 27 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 15.000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan "İddiaçı" ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 30.04.2015-ci il tarixli, № 04/2729/TAG saylı zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 borclu Cavabdeh1 bank qarşısında kredit müqaviləsi üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan "İddiaçı" ASC ilə Cavabdeh1 arasında bağlanmış 30.04.2015-ci il tarixli, 04/2729/TAG №-li ipoteka müqaviləsinə əsasən eyni tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icra olunmasına təminat olaraq Cavabdeh1 ona məxsus olan “İnfinity G37” minik markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobilini ipoteka saxlayana ipoteka kimi təqdim etmişdir. Həmçinin, "İddiaçı" ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 15 noyabr 2019-cu il tarixinə Banka 2593,52 ABŞ dolları məbləğində faiz borcu, 5,72 ABŞ dolları cərimə borcu, ümumilikdə 2599,24 ABŞ dolları məbləğində borcu vardır. Bundan əlavə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2345 saylı, 11 fevral 2020-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən iş materiallarında olan maliyyə arayışı məlumatlarına görə Cavabdeh1 ilə “İddiaçı" ASC arasında bağlanmış 30.04.2015-ci il tarixli, 04/2729/TAG saylı kredit müqaviləsi üzrə borcalanın “İddiaçı" ASC-yə ödənilməli olan kredit borcu 30.04.2017-ci il tarixə əsas kredit borcu 3894,29 ABŞ dolları, faiz borcu 5,84 ABŞ dolları, 07.06.2017-ci il tarixə əsas kredit borcu 3207,20 ABŞ dolları, faiz borcu 0,00 ABŞ dolları təşkil edir. Ekspert tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Qeyd olunan Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (Mülki Məcəllənin 425.2-ci maddəsi). Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə müvafiq olaraq əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o halda baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında kredit, ipoteka və zaminlik müqavilələri bağlanmış, Cavabdeh1 Banka olan borcunu tam şəkildə qaytarmışdır. Hazırda Cavabdeh1 “İddiaçı" ASC qarşısında borc öhdəliyi yoxdur. Məhkəmə qeyd olunanlara qiymət verərək, habelə ekspert rəyini əsas götürərək, belə nəticəyə gəlir ki, cavabdehlərdən 30.04.2015-ci il tarixli, 04/2729/TAG saylı kredit müqaviləsi üzrə borc öhdəliyi olmadığı halda, pul tələb edilməsi əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı "İddiaçı" x5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi" tələbinə dair iddia ərizəsi əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat iddiaçı ləğv prosesində olan "İddiaçı" ASC-dən tutulub Az.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFTBİKCTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "İddiaçı" x5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat iddiaçı ləğv prosesində olan "İddiaçı" ASC-dən tutulub Az.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFTBİKCTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar