Məhkəmə qərarları › İş №2(006)-1188/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1188/2025

15.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1188/2025 15.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə Ərizəçi şəxsin ölmüş elan edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 1900-1910-cu illərdə Bakı şəhərində anadan olmuş X2 1942-ci ildə ölməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsin barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, babası X9 1900-1910-cu illərdə Bakı şəhərində anadan olmuşdur. Babası ünvan 1 ünvanında yaşamış və 1942-ci ildə 1941-1945-ci illərdə gedən X7 gedən döyüşlərdə vəfat etmişdir. Bununla bağlı yaşadığı ünvana bildiriş (qara kağız) gəlmiş, lakin sonradan itirilmişdir. Ulu nənəsindən sonra Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi, ev 3 ünvanında yerləşən mənzil miras olaraq qalmış və həmin əmlakı o, idarə edir, lakin onun oğlu olan, X1 ölüm haqqında şəhadətnamənin olmaması üzündən faktiki idarə etdiyi miras əmlakını adına rəsmiləşdirə bilmir. O, ölüm haqqında şəhadətnaməni almaq üçün Nəsimi rayon Qeydiyyat Şöbəsinə müraciət etsəm də, ona ölüm haqqında şəhadətnamə verməkdən imtina edib məhkəməyə müraciət etməsini məsləhət görmüşlər. Daha sonra, ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə Azərbaycan Respublikasının MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, X2 ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında ərizəçinin vəkili və nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək onun təmin edilməsini xahiş etdi və ərizənin məzmununa uyğun izahat verdi. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.1961-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Onun atası X12, anası X4r. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Arxivi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli arxiv arayışının surətində göstərilmişdir ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fonduna mühafizə edilən sənədlərində 1931-ci ilə dair Bakı şəhəri Oktyabr (Yasamal) rayonu üzrə doğum haqqında qeydiyyat kitabında xx.xx.1931-ci ildə doğulan X6 təvəllüdü qeyd olunur. İş materiallarında olan Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışın surətindən görünür ki, X12 ilə X10 arasında nikah qeydi xx.xx.1961-ci il tarixdə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra ərə Mahmudov, arvada Mahmudova soyadı verilmişdir. Nikaha xx.xx.2006-cı il tarixdə X6 ölməsi ilə xitam verilmişdir. İş materiallarında olan Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışın surətindən görünür ki, X5 xx.xx.2007-ci il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan Maraqlı şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası “Əhalinin sağlamlığının qorunması” haqqında Qanunun 53-cü maddəsinə əsasən “Vətəndaşın tibbi yardım üçün müraciət etməsi faktı, onun xəstəliyinin diaqnozu, sağlamlığının vəziyyəti müayinə və müalicə vaxtı əldə edilən digər məlumatlar barədə informasiya həkim sirri təşkil edir”. Həkim sirri təşkil edən məlumat vətəndaşın, yaxud onun qanuni nümayəndəsinin razılığı olmadan aşağıdakı hallarda verilə bilər: istintaq və təhqiqat orqanlarının, prokurorun və məhkəmənin sorğusu ilə. Buna görə də, məktubda adı qeyd olunan X9 barədə məlumat verilməsi məqsədəuyğun hesab edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin tam surətdə saxlanılmamış “Azərbaycanda Sovet hakimiyyəti qurulduğu dövrə qədər olan dini ibadət idarələri” fondunun sənədlərində Bakı şəhəri üzrə 1900-1910-cu illərə dair doğum aktlarının qeydiyyat kitablarında X2 doğum tarixinə dair heç bir məlumat aşkar olunmayıb. Azərbaycan Respublikası MPM-in 305.1 və 305.1.2-ci maddələrinə əsasən, şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında xüsusi icraat qaydasında işlərə baxır. İşin həqiqi halları müəyyən edilir ki, ərizəçi X1 1942-ci ildə X11 getməklə geri qayıtmamasını döyüşlərdə vəfat etməsi əsası ilə onun ölmüş elan edilməsini xahiş etmişdir. X1 ölmüş elan edilməsi onun faktiki idarə etdiyi miras əmlakını adına rəsmiləşdirilməsi üçün zəruridir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarının 9.5-ci bəndində göstərilmişdir ki, şəxsin müəyyən vaxtda müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini şəxsin ölmüş elan edilməsindən də fərqləndirmək lazımdır. Şəxsin ölmüş elan edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulan vaxtın keçməsi zəruridir, lakin ölüm faktının müəyyən edilməsi üçün belə müddət məhdudiyyəti yoxdur və yalnız ölümün konkret yerdə və konkret şəraitdə baş verməsi zəruri şərt kimi müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Məhkəmə şəxsin hərbi əməliyyatlarda həlak olduğunu güman etməyə əsas verən halları nəzərə alaraq, onu bu müddət bitməzdən əvvəl, lakin hərbi əməliyyatların qurtardığı gündən altı aydan tez olmayaraq ölmüş elan edə bilər. Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanmış məktubda göstərilmişdir ki, Sovet ordusu sıralarında xidmət keçmiş, həlak olmuş, itkin düşmüş və ya sonradan vəfat etmiş hərbi qulluqçulara dair məlumatlar Xidmətin strukturuna daxil olan qurumlardan başqa, Rusiya Federasiyası Müdafiə Nazirliyinin Mərkəzi Arxivində (142100, РФ, Московская область, город Подольск, ЦАМО) və Rusiya Federasiyasında yaradılmış elektron saytlarda (www.obd-memorial.ru, https://pamyat - naroda.ru) saxlanılır. Araşdırma zamanı Xidmətin strukturuna daxil olan qurumların arxiv-uçot sənədlərində X2 X15 illərində hərbi xidmətə göndərilməsi, xidmət keçməsi və müharibə iştirakçısı olması, itkin düşməsi, həlak olması, həmçinin dəfn yeri barədə məlumatlar aşkar edilməmişdir. Həmin məktuba əlavə edilmiş www.obd-memorial.ru, https://pamyat-naroda.ru saytından əldə edilmiş məlumatda 1902-ci il tarixdə Azərbaycan SSR-i Bakı şəhərində doğulmuş sıravi X2 çağırış tarixi xx.xx.1942-ci il, qeydiyyatdan çıxma səbəbi-xəbərsiz itkin düşmə göstərilmişdir. Göründüyü kimi X2 xx.xx.1942-ci il tarixdən X8 ordu sıralarına sıravi əsgər olaraq qatılması iş materialları sübut olunur. Ötən bu müddət ərzində o, yaşayış yerində görünməməklə, onun barəsində sağ qalıb-qalmaması barədə məlumat olmadığından ərizəçi onun nəvəsi olmaqla babasında qalmış əmlakı qəbul edə bilmədiyindən, onun ərizəsi əsasında X9 ölmüş elan edilməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 315.2-ci maddəsinə əsasən şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 1902-ci il təvəllüdlü X9 ölmüş elan edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.3cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Məhkəmə eyni zamanda məhkəmə xərclərinin ərizəçiyə aid edilməli olması qənətinə gəlir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 1902-ci il tarixdə Bakı şəhərində doğulmuş X9 ölmüş elan edilsin. Qətnamənin qanuni qüvvəyə mindiyi gün X2 ölüm günü sayılsın. Şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar