Məhkəmə qərarları › İş №2(006)-119/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-119/2022

11.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-119/2022 11.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X4, cavabdehlər X2 (eyni zamanda Cavabdeh1 nümayəndəsi), Cavabdeh3 və Cavabdeh2 iştirakları ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3 və Cavabdeh3 qarşı "borcun tutulması və s." tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3 və Cavabdeh3 qarşı "borcun tutulması və s." tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X5 məhkəməyə barışıq sazişini təqdim edərək, tərəflər arasında yaranmış mübahisənin xx.xx.2022-ci il tarixli barışıq sazişi ilə həll edildiyini bildirib, sazişin təsdiq edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər X3 (eyni zamanda Cavabdeh1 nümayəndəsi), Cavabdeh3 və Cavabdeh2 barışıq sazişinin təsdiq edilməsini və mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinin şərtlərinə əsasən borclu Cavabdeh1 İddiaçı ASC-yə 19-G-1-0-643-14 saylı, 16 may 2014cü il tarixli kredit müqaviləsi üzrə 8118,21 AZN əsas, 16346,21 AZN faiz, 4158,88 AZN cərimə borcu olmaqla, ümumilikdə 28.623,30 (iyirmi səkkiz min altı yüz iyirmi üç manat, otuz qəpik) AZN məbləğində borcunun olmasını qəbul edir; Tərəflər arasında bağlanmış 19-G-1-0-643-14 saylı, 16 may 2014-cü il tarixli ipoteka müqaviləsi üzrə Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Nəsimi rayonu, Maqsud Əlizadə küçəsində yerləşən, 4 otaqlı, 67,5 kv.m ümumi, 58,3 kv.m yaşayış, 9,2 kv.m yardımçı sahədən ibarət 16 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti tərəflərin qarşılıqlı razılığına əsasən 80.000 (səksən min) manat məbləğində müəyyən edilsin; Borclu Cavabdeh1 kreditin güzəşt olunmaqla qalıq məbləği olan 8118,21 AZN əsas borc məbləğini (ilk ödəniş 30 avqust 2022-ci il tarixdən başlanmaqla 30 avqust 2023-cü il tarixə kimi) yeni qrafik üzrə aşağıdakı ardıcıllıqla razılaşdırılmış qaydada banka ödəməyi öhdəsinə götürür; Borclu Cavabdeh1 yeni qrafik üzrə ödənişlərini hər ay qrafikdə göstərilən tarixlərdən 3 günü keçməməklə ödədiyi təqdirdə, barışıq sazişi pozulmamış hesab edilsin. Qeyd olunan ödənişlər tam icra edildikdən sonra hesablanmış, lakin ödənilməmiş 16.346,21 AZN faiz, 4158,88 AZN cərimə borcunu və məhkəmə rüsumlarını güzəşt etməyi Bank öz öhdəsinə götürür; Borclu Cavabdeh1 sazişin 4-cü bəndindəki ödəniş qrafiki üzrə öhdəliyi vaxtında və lazımı qaydada tam icra etdiyi halda Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Nəsimi rayonu, Maqsud Əlizadə küçəsində yerləşən, 4 otaqlı, 67,5 kv.m ümumi, 58,3 kv.m yaşayış, 9,2 kv.m yardımçı sahədən ibarət 16 nömrəli fərdi yaşayış evini girovdan azad etməyi (dövlət rüsumları cavabdeh tərəfindən ödənilmək şərtilə) və borcun olmaması haqqında məktubu borcluya verməyi İddiaçı ASC öz öhdəsinə götürür; Ödənişlərin bu Sazişin 4-cü bəndində göstərilən şərtlərə uyğun olaraq 2 (iki) dəfədən artıq icra edilməməsi halında bu sazişin 3-cü bəndinin tələbləri pozulmuş hesab edilsin, barışıq sazişinin şərtləri pozulduğu halda aidiyyatı üzrə icra şöbəsinə müraciət edilməsi üçün tədbir görülsün. 28623,30 (iyirmi səkkiz min altı yüz iyirmi üç manat, otuz qəpik) AZN borc və iddia ərizəsi verilərkən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu və 20 (iyirmi) manat məbləğində xidmət haqqı sazişin 2-ci bəndində göstərilən bank qarşısında ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilsin. Həmin əmlak bu Sazişin 2-ci bəndində razılaşdırılmış müvafiq qiymətə açıq hərracda satılsın. Borc tam ödənildikdən sonra qalan vəsait mülkiyyətçiyə verilməsi üçün müvafiq İcra şöbəsinin hesabına köçürülsün. İpoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borc məbləği borclu Cavabdeh1 Bankın xeyrinə tutulsun; Sazişin 2-ci bəndində qeyd edilən əmlakın təsadüfi məhv olması riski və idarə olunması ilə bağlı öhdəliklərə, o cümlədən kommunal ödənişlərə görə mülkiyyətçi tam məsuliyyət daşıyır; Cavabdehlər bu saziş üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədikdə Bank bu saziş üzrə öhdəliklərindən imtina edə bilər; Bu barışıq sazişinin icra edilməməsi və ya lazımınca icra edilməməsi icra icraatının başlanılması üçün əsasdır; Barışıq sazişi hazırkı işin icraatına xitam verilməsi üçün əsasdır və Barışıq sazişinin təsdiq edilməsi ilə iş üzrə icraata xitam verilir; Tərəflərə Barışıq sazişinin təsdiq edilməsi ilə yaranan prosessual hərəkətlərin nəticələri, o cümlədən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191, 261 və 262-ci maddələrinin tələbləri izah edilmişdir; Barışıq sazişini təsdiqləyən məhkəmə qərardadının qanuni qüvvəyə mindiyi tarixdən bu barışıq sazişi etibarlıdır və icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd olunan Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən mülki işin icraatına xitam verilməlidir. Ekspertiza tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manat məbləğində pul iddiaçı "xxxx" ASC və Cavabdeh1 alınaraq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməlidir. "xxxx" MMC tərəfindən aparılmış qiymətləndirmə hesabatının haqqı olan 250 (iki yüz əlli) manat məbləğində pul iddiaçı "xxxx" ASC və Cavabdeh1 tutularaq "xxxx" MMC-nin "xxxx" ASC, Kod 505141, Müxbir hesab AZ82NABZ********************, VÖEN **********, H/Hesab AZ12PAHA40060AZNHC**********, S.W.İ.F.T. PAHAAZ22 hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3 və Cavabdeh3 qarşı "borcun tutulması və s." tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin. 1) Borclu Cavabdeh1 İddiaçı ASC-yə 19-G-1-0-643-14 saylı, 16 may 2014-cü il tarixli kredit müqaviləsi üzrə 8118,21 AZN əsas, 16346,21 AZN faiz, 4158,88 AZN cərimə borcu olmaqla, ümumilikdə 28.623,30 (iyirmi səkkiz min altı yüz iyirmi üç manat, otuz qəpik) AZN məbləğində borcunun olmasını qəbul edir; 2) Tərəflər arasında bağlanmış 19-G-1-0-643-14 saylı, 16 may 2014-cü il tarixli ipoteka müqaviləsi üzrə Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Nəsimi rayonu, Maqsud Əlizadə küçəsində yerləşən, 4 otaqlı, 67,5 kv.m ümumi, 58,3 kv.m yaşayış, 9,2 kv.m yardımçı sahədən ibarət 16 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti tərəflərin qarşılıqlı razılığına əsasən 80.000 (səksən min) manat məbləğində müəyyən edilsin; 3) Borclu Cavabdeh1 kreditin güzəşt olunmaqla qalıq məbləği olan 8118,21 AZN əsas borc məbləğini (ilk ödəniş 30 avqust 2022-ci il tarixdən başlanmaqla 30 avqust 2023-cü il tarixə kimi) yeni qrafik üzrə aşağıdakı ardıcıllıqla razılaşdırılmış qaydada banka ödəməyi öhdəsinə götürür; Ödənişin Əsas borcdan Faiz ödənişi Cərimə ödənişi Aylıq cəmi Ödəniş günləri ödəniş sayı (AZN) (AZN) ödəniş (AZN) (AZN) 1 xx.xx.2022 300 0.00 0.00 300 2 xx.xx.2022 300 0.00 0.00 300 3 xx.xx.2022 300 0.00 0.00 300 4 xx.xx.2022 300 0.00 0.00 300 5 3 xx.xx.2022 300 0.00 0.00 300 6 3 xx.xx.2023 300 0.00 0.00 300 7 xx.xx.2023 300 0.00 0.00 300 8 3 xx.xx.2023 300 0.00 0.00 300 9 2 xx.xx.2023 300 0.00 0.00 300 10 3 xx.xx.2023 300 0.00 0.00 300 11 3 xx.xx.2023 300 0.00 0.00 300 12 2 xx.xx.2023 300 0.00 0.00 300 13 3 xx.xx.2023 4518.21 0.00 0.00 4518.21 Cəmi: 8118.21 0.00 0.00 8118.21 4) Borclu Cavabdeh1 yeni qrafik üzrə ödənişlərini hər ay qrafikdə göstərilən tarixlərdən 3 günü keçməməklə ödədiyi təqdirdə, barışıq sazişi pozulmamış hesab edilsin. Qeyd olunan ödənişlər tam icra edildikdən sonra hesablanmış, lakin ödənilməmiş 16.346,21 AZN faiz, 4158,88 AZN cərimə borcunu və məhkəmə rüsumlarını güzəşt etməyi Bank öz öhdəsinə götürür; 5) Borclu Cavabdeh1 sazişin 4-cü bəndindəki ödəniş qrafiki üzrə öhdəliyi vaxtında və lazımı qaydada tam icra etdiyi halda Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Nəsimi rayonu, Maqsud Əlizadə küçəsində yerləşən, 4 otaqlı, 67,5 kv.m ümumi, 58,3 kv.m yaşayış, 9,2 kv.m yardımçı sahədən ibarət 16 nömrəli fərdi yaşayış evini girovdan azad etməyi (dövlət rüsumları cavabdeh tərəfindən ödənilmək şərtilə) və borcun olmaması haqqında məktubu borcluya verməyi İddiaçı ASC öz öhdəsinə götürür; 6) Ödənişlərin bu Sazişin 4-cü bəndində göstərilən şərtlərə uyğun olaraq 2 (iki) dəfədən artıq icra edilməməsi halında bu sazişin 3-cü bəndinin tələbləri pozulmuş hesab edilsin, barışıq sazişinin şərtləri pozulduğu halda aidiyyatı üzrə icra şöbəsinə müraciət edilməsi üçün tədbir görülsün. 28623,30 (iyirmi səkkiz min altı yüz iyirmi üç manat, otuz qəpik) AZN borc və iddia ərizəsi verilərkən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu və 20 (iyirmi) manat məbləğində xidmət haqqı sazişin 2ci bəndində göstərilən bank qarşısında ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilsin. Həmin əmlak bu Sazişin 2-ci bəndində razılaşdırılmış müvafiq qiymətə açıq hərracda satılsın. Borc tam ödənildikdən sonra qalan vəsait mülkiyyətçiyə verilməsi üçün müvafiq İcra şöbəsinin hesabına köçürülsün. İpoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borc məbləği borclu Cavabdeh1 Bankın xeyrinə tutulsun; 7) Sazişin 2-ci bəndində qeyd edilən əmlakın təsadüfi məhv olması riski və idarə olunması ilə bağlı öhdəliklərə, o cümlədən kommunal ödənişlərə görə mülkiyyətçi tam məsuliyyət daşıyır; 8) Cavabdehlər bu saziş üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədikdə Bank bu saziş üzrə öhdəliklərindən imtina edə bilər; 9) Bu barışıq sazişinin icra edilməməsi və ya lazımınca icra edilməməsi icra icraatının başlanılması üçün əsasdır; 10) Barışıq sazişi hazırkı işin icraatına xitam verilməsi üçün əsasdır və Barışıq sazişinin təsdiq edilməsi ilə iş üzrə icraata xitam verilir; 11) Tərəflərə Barışıq sazişinin təsdiq edilməsi ilə yaranan prosessual hərəkətlərin nəticələri, o cümlədən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191, 261 və 262-ci maddələrinin tələbləri izah edilmişdir; 12) Barışıq sazişini təsdiqləyən məhkəmə qərardadının qanuni qüvvəyə mindiyi tarixdən bu barışıq sazişi etibarlıdır və icrası məcburidir. İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3 və Cavabdeh3 qarşı "borcun tutulması və s." tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Ekspertiza tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manat məbləğində pul iddiaçı "xxxx" ASC və Cavabdeh1 alınaraq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. "xxxx" MMC tərəfindən aparılmış qiymətləndirmə hesabatının haqqı olan 250 (iki yüz əlli) manat məbləğində pul iddiaçı "xxxx" ASC və Cavabdeh1 tutularaq "xxxx" MMC-nin "xxxx" ASC, Kod 505141, Müxbir hesab AZ82NABZ********************, VÖEN **********, H/Hesab AZ12PAHA40060AZNHC**********, S.W.İ.F.T. PAHAAZ22 hesabına köçürülsün. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar