Məhkəmə qərarları › İş №2(006)-1198/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1198/2021

09.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1198/2021 09.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edilməklə “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum qardaşı, xx.xx.1964-cü il təvəllüdlü X10 xx.xx.2020-ci il tarixində Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun qardaşı, xx.xx.1964-cü il təvəllüdlü X11 qeydiyyatda olduğu və yaşadığı ünvan 1 ünvanında xx.xx.2020-ci il tarixində 56 yaşında vəfat etmişdir. Mərhum qardaşı xx.xx.2020-ci il tarixində Qurd qapısı qəbristanlığının 8246 saylı hasarında (rus sektorunda) dəfn edilmişdir. Mərhum qardaşı X10 yuxarıda qeyd edilən ünvanda və tarixdə vəfat etdiyini və Qurd qapısı qəbristanlığının 8246 saylı hasarında (rus sektorunda) dəfn edilməsi faktını təsdiqləyən şahidləri var. Mərhum qardaşı X10 ölüm faktının qeydə alınması barədə Forma N 106 arayış almaq üçün 5 saylı Şəhər poliklinikasına müraciət etmişdir. 5 saylı Şəhər poliklinikasında ona mərhum qardaşının uzun müddət Nəsimi rayon 5 saylı şəhər poliklinikasına müraciət etmədiyinə, müayinə və müalicə almadığına, ölümün səbəbini bilmədiklərinə və tibb müəssəsinin müvafiq sənədi olmadığından arayış Forma N 106 alması və ölüm faktının müəyyən olunması ilə əlaqədar məhkəməyə müraciət etməli olduğunu bildirən imtina məktubu verilmişdir. Eyni zamanda mərhum qardaşı X10 ölüm faktının qeydə alınması ilə əlaqədar Maraqlı şəxsnə müraciət etsə də qeydiyyat şöbsinin 05/Q-1578/75 saylı, xx.xx.2020-ci il tarixli məktubunda bildirilir ki, AR Nazirlər kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaş vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisənin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Mərhum qardaşı X10 ölüm faktının müəyyən olunması və qeydə alınması ona vərəsəlik məsələləri ilə əlaqədar işlərin həlli üçün lazımdır. Odur ki, mərhum qardaşı X10 ölüm faktının müəyyən edilməsi ilə əlaqədar məsələyə məhkəmə qaydasında baxılıb həll edilməsi üçün hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Yuxarıda göstərilənlərə əsasən mərhum qardaşı, xx.xx.1964-cü il təvəllüdlü X10 xx.xx.2020-ci il tarixində Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi yuxarıda göstərilən məzmunda izahat verərək, hazırda qardaşının ölüm haqqında şəhadətnaməsinin olmaması səbəbindən bir sıra sənədləşdirmə işlərinin həll edilməsində çətinlik çəkdiyini bildirmiş, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Belə ki, Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2020-ci il tarixli, 05/Q-1578/75 saylı məktubdan görünür ki, X10 ölümünün qeydə alınması barədə Maraqlı şəxsnə daxil olmuş ərizəyə baxılmışdır. Bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Yuxarıda göstərilənlərlə əlaqədar bildirilmişdir ki, ölümün qeydə alınması üçün zəruri olan sənəd təqdim edilmədiyindən hazırda ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsində mümkün olmamışdır. Beləliklə, ərizəçi anasının ölüm faktını təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən onun MPM-nin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun bacısı olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi qardaşının ölüm faktının müəyyən edilməsindən asılıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi 5 nömrəli Şəhər Poliklinikası tərəfindən 8 saylı Təcili və X9 Stansiyasına ünvanlanmış xx.xx.2020-ci il tarixli, 1638 saylı məktubdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, A.Səhhət küç.ev 35 ünvanda yaşayan xx.xx.1964-cü il təvəllüdlü X11 xx.xx.2020-ci il tarixdə rəhmətə getmişdir. Uzun müddət Nəsimi rayon 5 saylı şəhər poliklinikasına müraciət etmədiyinə görə, müayinə və müalicə almadığına görə ölümün səbəbini bilmədiklərinə görə Forma N 106 almaq üçün Nəsimi Rayon Məhkəməsinə müraciət etməlidirlər. Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 14261581 nömrəli şəxsiyyət vəsiqəsinin və XİX-Ж seriyalı, 491191 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1964-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Təcili və X9 Stansiyasının Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2020-ci il tarixdə X10 adına çağırış verilmişdir. Həkim qədər ölümdür. Kişi cinsli meyit aşkar edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti MKT X5 Xidməti Trestinin müdiri tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 98 saylı arayışdan görünür ki, X1 İqor Alekseyeviç xx.xx.2020-ci il tarixdə Qurd qapısı qəbiristanlığının 8246 saylı hasarda (rus sektorunda) dəfn olunmuşdur. İş materiallarında olan qəbirüstü abidənin fotoşəkillərində X10 xx.xx.1964-cü ildə doğulduğu, xx.xx.2020-ci ildə vəfat etdiyi qeyd edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, mərhum X7 oğludur. Oğlu Çernobıl əlili olmuşdur. Ayaqlarında problem olduğundan gəzə bilməmişdir. Oğlu onunla birlikdə Bakı şəhəri, Nəsimi rayonu, A.Səhhət küçəsi, ev 35 ünvanında yaşamışdır. xx.xx.2020-ci ildə axşam saatlarında oğlunun vəziyyəti pisləşdiyindən o, təcili tibbi yardım xidmətinə zəng etmişdir. Lakin təcili tibbi yardım xidmətinin əməkdaşları onun yaşadığı evə gəlməzdən əvvəl X13 vəfat etmişdir. X13 xx.xx.2020-ci il tarixdə Qurd qapısı qəbiristanlığının rus sektorunda dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Əsgərova Validə Böyükağa qızı ifadəsində bildirmişdir ki, mərhum X7 qonşusu olmuşdur. Şindin anası ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, A.Səhhət küçəsi, ev 35 ünvanında yaşamışdır. xx.xx.2020-ci ildə axşam saatlarında vəziyyəti pisləşmiş, daha sonra isə o, vəfat etmişdir. Şindin xx.xx.2020ci il tarixdə Yasamaldakı qəbiristanlıqda dəfn olunmuşdur. Yas mərasimləri pandemiya ilə əlaqədar keçirilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, mərhum X7 dayısıdır. Dayısı Çernobıl əlili idi və gəzə bilmirdi. xx.xx.2020-ci ildə dayısının səhhəti pisləşmiş və həmin gün axşam saatlarında vəfat etmişdir. Dayısı xx.xx.2020-ci il tarixdə Qurd qapısı qəbiristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci, 307.1-ci və 307.2.8-ci maddələrinə görə məhkəmə, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar hüquqi əhəmiyyətli faktlardır və şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı hüquqi əhəmiyyətli faktlardan biridir. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X11 ərizəçinin qardaşı olmuşdur. X11 xx.xx.2020-ci il tarixdə yaşadığı ünvanda ölmüş və Qurd qapısı qəbirstanlığında dəfn olunmuşdur. Ərizəçi ölümün qeydə alınması barədə Maraqlı şəxsnə müraciət etmiş, lakin ölümün qeydə alınması üçün zəruri olan sənəd təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsi tərəfindən mümkün olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1964-cü il təvəllüdlü X10 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1964-cü il təvəllüdlü X10 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar