Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1203/2021 04.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsi hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi X15 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Nəsimi rayon Qeydiyyat Şöbəsini cəlb etdiyi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1977-ci il təvəllüdlü X5 Şamaxı şəhərində xx xxxx 1978-ci il tarixində vəfat etməsi faktı müəyyən edilməsi, X5 vəfat etməsi faktının müəyyən edilməsi “ölüm haqqında şəhadətnamənin” verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək izahatında göstərdi ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq 45 ildir ki, ünvan 2 saylı ünvanda əri X2 məxsus evdə yaşayır. Həyat yoldaşı X4 xx xxxxx 2020-ci il tarixdə vəfat etmiş, ondan miras ev qalmışdır. Həmin evə vərəsəlik açdırmaq istəyir. Bunun üçün vəfat etmiş oğlu Aynurun ölümü barədə şəhadətnamə tələb olunur. Şamaxı rayon qeydiyyat şöbəsinə müraciət etmişdir. Orada tapılmadı. Bildirdilər ki, oğlunun ölüm qeydiyyatı gecikdirdiyi üçün Qeydiyyat şöbəsində ölüm qeydinin aparılması mümkün deyil. Məhkəməyə müraciət olunmalıdır. X3 xx xxxxxx 1977-ci il tarixdə Şamaxı şəhərində anadan olmuşdur. Yeddi aylığında xx xxxx 1978-ci ildə sepsisdən vəfat etmişdir. Şamaxı şəhərində “Yeddi Gümbəz” qəbristanlığında dəfn olunmuşdur. Dəfndə qohumlar və qonşular iştirak etmişlər. Onlar da təsdiq edə bilərlər ki, oğlu Aynur həqiqətən də xx xxxx 1978-ci il tarixdə Şamaxı şəhərində vəfat etmişdir. Sonda ərizəçi ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs qismində qoyulmuş Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Şöbənin rəisi Şəfəq Salmanlı məhkəməyə məktub ünvanlayaraq mülki işə şöbənin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, Ərizəçi onun qonşudur. Onun uşağı mərhum xx.xx.1977-ci il təvəllüdlü X1 şəhərində xx xxxx 1978-ci il tarixində vəfat etmişdir. Vəfat etməsinin səbəbi sepsis xəstəliyidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, Ərizəçi onun qonşudur. Onun uşağı mərhum X1 şəhərində xx xxxx 1978-ci il tarixində vəfat etmişdir. X14 01 yaşında rəhmətə getmişdir. Qüsurlu uşaq idi. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şamaxı Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AZ-İİ №066372 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2020-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci ilin 48№ ilə qeyd edilmişdir. Ölümün səbəbi dəqiqləşdirilməmiş ürək çatmamazlığıdır. İş materiallarında olan Şamaxı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli arayışdan görünür ki, ölümü haqqında akt qeydi 1975-1981-ci illər Şamaxı rayon qeydiyyat şöbəsi, 1978-1981-ci illər bərpa akt qeydləri üzrə Şamaxı rayon qeydiyyat şöbəsinin arxivində aşkar olunmadı. İş materiallarında olan Şamaxı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli arayışdan görünür ki, X6 xx xxxxxx 1977-ci ildə Şamaxı rayonunda anadan olmuşdur. Bu barədə xx xxxxxx 1977-ci il tarixdə Şamaxı rayon qeydiyyat şöbəsində 407 №li doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası: X4, anası: Ərizəçidır. İş materiallarında olan Azərbaycan Respublikası Şamaxı Rayon Şəhriyar Bələdiyyəsinin 37 saylı xx xxxxxxx 2020-ci il tarixli arayışından görünür ki, həmin arayı vətəndaş Ərizəçi ondan ötrü ki, onun övladı X6, Şamaxı rayonunun Şəhriyar qəsəbəsində yerləşən “Yeddi günbəz” adlanan məzarlıqda dəfn olunub və hal-hazırda məzarı mövcuddur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını da müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinin tələblərinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə hesab edir ki, ərizəçi hüquqlarının həyata keçirilməsi üçün lazım olan sənədlərin başqa yolla əldə edilə bilməməsini sübuta yetirə bilmişdir. Beləliklə, ərizəçinin izahatından, iş materiallarındakı sübutlardan məlum olur ki, xx.xx.1977-ci il təvəllüdlü X5 Şamaxı şəhərində xx xxxx 1978-ci il tarixində vəfat etmişdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1977-ci il təvəllüdlü X5 Şamaxı şəhərində xx xxxx 1978-ci il tarixində vəfat etməsinə dair hüquqi fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1977-ci il tarixdə Şamaxı şəhərində anadan olmuş X5 Şamaxı şəhərində xx xxxx 1978-ci il tarixində vəfat etməsi faktı müəyyən edilsin. X5 vəfat etməsi faktının müəyyən edilməsi “ölüm haqqında şəhadətnamənin” verilməsi üçün əsasdır. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-1203/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1203/2021
04.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver