Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1205/2021 27.01.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Şamaxı rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə "ölüm faktının müəyyən edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə müraciət edərək, xx xxxx 1987-ci il tarixdə Şamaxı şəhərində anadan olmuş, X5 xx xxxxx 1998-ci il tarixdə Şamaxı şəhərində qanına virus düşməsindən ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, ünvan 1-da qeydiyyatda olmaqla faktiki olaraq 45 ildir ki, Mahmudağa küçəsi 3 saylı ünvanda əri X4 məxsus evdə yaşayır. Həyat yoldaşı X6 xx xxxxx 2020-ci il tarixdə vəfat etmiş, ondan miras ev qalmışdır. Həmin evə vərəsəlik açdırmaq istəyir. Bunun üçün vəfat etmiş qızı Gülşənin ölümü barədə şəhadətnamə tələb olunur. Şamaxı rayon Qeydiyyat şöbəsinə müraciət etmişdir. Orada tapılmamışdır. Bildirmişdirlər ki, qızının ölüm qeydiyyatı gecikdiyi üçün Qeydiyyat şöbəsində ölüm qeydinin aparılması mümkün deyil. Məhkəməyə müraciət olunmalıdır. X3 xx xxxx 1987-ci il tarixdə Şamaxı şəhərində anadan olmuşdur. 11 yaşında xx xxxxx 1998-ci il tarixdə vəfat etmiş, Şamaxı şəhərində “Yeddi Gümbəz” qəbirsanlığında dəfn olunmuşdur. Dəfndə qohumlar və qonşular iştirak etmişdirlər. Onlarda təsdiq edə bilərlər ki, X3 həqiqətən də xx xxxxx 1998-ci il tarixdə Şamaxı şəhərində qanına infeksiya düşməsindən vəfat etmişdir. Göstərilənləri nəzərə alaraq ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi yuxarıda göstərilən məzmunda izahat verərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X10 ifadəsində bildirdi ki, o, Ərizəçi ilə qonşudur. Gülşən Kərimova Ərizəçi qızı olmuşdur. G.Kərimova xəstə, fiziki imkanları məhdud uşaq idi. Onun ölümünə özü şahid olmuşdur. Məhkəmə ərizəçinin izahatını və şahidin ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə qismən təmin edilməlidir. İş materiallarında olan AZE № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1957-ci il təvəllüdlü Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan xx xxxx 1987-ci il tarixdə Şamaxı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 434186 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 xx xxxx 1987-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx xxxx 1987ci il tarixdə 372 № ilə qeyd edilmişdir. X1, anası Ərizəçidır. İş materiallarında olan Şamaxı rayon Şəhriyar bələdiyyəsinin xx.xx.2020-ci il tarixdə 36 saylı arayışdan görünür ki, X2 rayonun Şəhriyar qəsəbəsində yerləşən “Yeddi Gümbəz” adlanan məzarlıqda dəfn olunub və hazırda məzarı mövcuddur. İş materiallarında olan X7 məxsus qəbrin fotoşəkillərindən görünür ki, X8 xx.xx.1998ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Şamaxı rayon Qeydiyyat şöbəsinin xx xxxx 2020-ci il tarixli 05/Q-495/69 nömrəli arayışından görünür ki, X5 ölümü haqqında akt qeydi 1995-2001-ci illər Şamaxı rayon qeydiyyat şöbəsi, 1999-2005-ci illər bərpa akt qeydləri üzrə Şamaxı rayon qeydiyyat şöbəsinin arxivində aşkar olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Beləliklə, mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından aydın olur ki, X8 ərizəçinin qızı olmuşdur. O, xx xxxxx 1998-ci il tarixdə Şamaxı şəhərində vəfat etmişdir. X2 rayon “Yeddi Gümbəz” qəbiristanlığında dəfn olunmuşdur. Ərizəçi ölümün qeydə alınması barədə Şamaxı rayon qeydiyyat şöbəsinə müraciət etmiş, lakin qeydiyyat şöbəsi tərəfindən qeydə alınma mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, xx xxxx 1987-ci il təvəllüdlü X5 xx xxxxx 1998-ci il tarixində Şamaxı şəhərində ölməsi faktı müəyyən edilməli, ərizə digər hissədə əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. xx xxxx 1987-ci il təvəllüdlü X5 xx xxxxx 1998-ci il tarixində Şamaxı şəhərində ölməsi faktı müəyyən edilsin. Ərizə digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №2(006)-1205/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1205/2021
27.01.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver