Məhkəmə qərarları › İş №2(006)-1211/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1211/2022

15.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1211/2022 15.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, Ərizəçi, ərizəçinin nümayəndəsi və vəkili X1 iştirakları ilə, Ərizəçi Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 10 aprel 1985-ci ildə anadan olmuş, mərhum X2 18 sentyabr 2021-ci ildə ölümünün qeyd edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, doğma qardaşı, X8, öldüyü günədək birlikdə kirayədə yaşadıqları, Bakı şəhəri, Yasamal rayonu, Şəhriyar küçəsi, 21 saylı evin 21 saylı mənzilində, ” beyin toxumasının subokklyuzion hıdrosefaliya ( 1-ci dərəcə ) “ təyinatlı xərçəng mənşəli xəstəlikdən 18 sentyabr 2021-ci ildə vəfat etmişdir. Mərhum qardaşı İslam dininin adəti üzrə keçirdikləri yas mərasimi əsasında, valideyinlərinin daimi yaşadığı Cəlilabad rayonunun Günəşli kəndindəki qəbirstanlıqda dəfn edib, bir müddət sonra mərhuma qəbirüstü məzar daşını qoymuşdular. Yas mərasimlərinin verilməsi və özünün şəxsi işlərinin həlli ilə əlaqədar ölüm haqqmda şəhadətnaməni aidiyyatı orqandan vaxtında alınması mümkün olmadı. Ölüm haqqında şəhadətnaməsini almaq üçün 27 noyabr 2021ci ildə Nəsim rayon qeydiyyat şöbəsinə ərizə verdikdə, ona rəsmi məktubla imtina edilərək mərhumun ölüm hüquqi faktının məhkəmə qaydasında müəyyən edildiya halda şəhadətnamənin verəcəyinin mümkünlüyünü bildirilib. Mərhum qardaşı X3 ölüm hüquqi faktının müəyyən edilməsi ona ölüm haqqında şəhadətnaməsinin alınmasından sonra, hazırda Cəlilabad rayonu Günəşli kəndinin inzibati ərazisindəki mərhumun miras əmlakına qanun üzrə vərəsəlik şəhadətnaməsinin rəsmiləşdirilməsi üçün lazımdır. Ərizəçinin nümayəndəsi və vəkili X4 tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 10.04.1985-ci il təvəllüdlü X3 18.09.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi və onun nümayəndəsi və vəkili X4 yuxarıda göstərilən məzmunda izahat verərək, hazırda mərhumun ölüm haqqında şəhadətnaməsinin olmaması səbəbindən qardaşının bir sıra sənədləşdirmə işlərinin həll edilməsində çətinlik çəkdiyini bildirmiş, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Belə ki, Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 27.11.2021-ci il tarixli, 05/Q-2176/75 saylı məktubdan görünür ki, X3 ölümünün qeydə alınması barədə Nəsimi rayon qeydiyyat şöbəsinə daxil olmuş ərizəyə baxılmışdır. Bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Yuxarıda göstərilənlərlə əlaqədar bildirilmişdir ki, ölümün qeydə alınması üçün zəruri olan sənəd təqdim edilmədiyindən hazırda ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsində mümkün olmamışdır. Bakı Şəhər Baş Səhiyyə İdarəsi 5 №-li şəhər Poliklinikası tərəfindən tərtib olunmuş 28.09.2021-ci il tarixli, 1513 saylı arayışdan görünür ki, X3 poliklinikaya müraciət etmədiyinə, müayinə və müalicə almadığına görə ölümün səbəbini bilmədiklərindən ərizəçiyə Forma N 106 almaq üçün Nəsimi Rayon Məhkəməsinə müraciət etməli olduğu izah edilmişdir. Beləliklə, ərizəçi anasının ölüm faktını təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən onun MPM-nin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun qardaşı olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi qardaşının ölüm faktının müəyyən edilməsindən asılıdır. Cəlilabad rayonu Poprovka kənd soveti VVAQ şöbəsi tərəfindən 08.05.1985-ci il tarixdə verilmiş Xİ-ЖГ seriyalı, 261716 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 10.04.1985-ci il tarixdə Cəlilabad rayonunda anadan olmuşdur. Cəlilabad rayonu Poprovka kənd soveti VVAQ şöbəsi tərəfindən 12.04.1982-ci il tarixdə verilmiş Vİİİ-ЖГ seriyalı, 368400 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1982-ci il tarixdə Cəlilabad rayonunda anadan olmuşdur. Bakı şəhəri, Nəsimi RPİ tərəfindən 10.04.2020-ci il tarixdə verilmiş AZE serialı, 08988868 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 10.04.1985-ci ildə Cəlilabad rayonunda anadan olmuşdur. Təcili və X7 Stansiyasının Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, 18.09.2021-ci il tarixdə X3 adına çağırış verilmişdir. Həkimə qədər ölümdür. Kişi cinsli meyit aşkar edilmişdir. Azərbaycan Respublikası Bakı şəhəri Cəlilabad Rayon İcra Hakimiyyətinin Günəşli kənd inzibati ərazi dairəsi tərəfindən tərtib olunmuş 17.11.2021-ci il tarixli 729 nömrəli arayışdan görünür ki, X8 18.09.2021-ci il tarixində Bakı şəhərində vəfat etmiş və Günəşli kənd qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, mərhum onun qardaşı idi. Qardaşı ağır xəstə idi. 4 ay xəstəxanada qalaraq müalicə alsa da günbəbün vəziyyəti ağırlaşırdı. 18.09.2021-ci il tarixdə Bakı şəhərində, bacısının evində vəfat edib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, mərhum onun qardaşı idi. Qardaşı ağır xəstə idi. 4 ay xəstəxanada qalaraq müalicə alsa da günbəbün vəziyyəti ağırlaşırdı. 18.09.2021-ci il tarixdə Bakı şəhərində, bacısının evində vəfat edib. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci, 307.1-ci və 307.2.8-ci maddələrinə görə məhkəmə, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar hüquqi əhəmiyyətli faktlardır və şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı hüquqi əhəmiyyətli faktlardan biridir. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X8 ərizəçinin qardaşı olmuşdur. X8 18.09.2021-ci il tarixdə yaşadığı ünvanda ölmüş və ünvan 2i ölümün qeydə alınması barədə Nəsimi Rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ölümün qeydə alınması üçün zəruri olan sənəd təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsi tərəfindən mümkün olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 10.04.1985-ci il təvəllüdlü X3 18.09.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 10.04.1985-ci il təvəllüdlü X3 18.09.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar